Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu verilmədindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-536/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əfqanıstan İslam Respublikasının vətəndaşı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 18.09.2019-cu il tarixində Azərbaycana gəlmiş, 10.10.2019-cu il tarixində qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir.
2. Cavabdeh 08.01.2020-ci il tarixli İQ-04/1 nömrəli qərarla iddiaçıya qaçqın statusu verilməsindən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalması müəyyən olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi belə əsaslandırlımışdır ki, cavabdehin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan qərarında qeyd edilən fundamental səhvlərə yol verib: işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə (həzara olması) və şərti siyasi əqidəsinə (xaricilərlə əməkdaşlığa görə taliblər tərəfindən hədələnməsinə) görə təqib edilməsi riskidir; cavabdeh ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmam asına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh isə göstərilən qaydalara riayət etmədən əsassız qərar qəbul etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)-4335/2020 nömrəli qərarı ilə (hakim – Rüstəm Kərimli) iddanın rədd edilməsi qərara alınmışdır.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-536/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)-4335/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkəmə qərarının iddiaçıya hansı tarixdə təqdim edildiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
11. Məhkəmə qərarından iddiaçı 06.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-536/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəl illərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir.
13. Belə ki, hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan nor mativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28.07.1951-ci il tarixli qətnaməsi il qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31.01.1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoldur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq A İHK-nin 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər.
14. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, cavabdeh orqan müraciətin inandırıcı olmaması səbəbindən müraciəti rədd etsə də, cavabdeh müəyyən edilən faktalra deyil, subyektiv fikrə əsaslanıb. Cavabdeh orqan iddianın maddi əsası üçün əhəmiyyətli olan digər elementləri müəyyən etməyib: - Ərizəçinin etnik mənsubiyyəti; - Ərizəçinin xarici şirkətlərlə əməkdaşlıq etməsi; - Ərizəçinin bu fəaliyyətinə taliblər tərəfindən hədələnməsi.
15. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Cenevrə Konvensiyasının da əlaqəli normalarına zidd davranmışdır. Belə ki, məhkəmə Cenevrə Konvensiyasına uyğun olaraq ərizə çinin əsaslı təqib qorxusunun olub-olmamasını aydınlaşdırmalı idi. Cenevrə Konvensiyasının və “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1.1ci maddələri qaçqın anlayışına oxşar tərif verir: Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyanın və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; c) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. İddiaçıya münasibətdə həmin tələblər ödənilsə də, məhkəmə kollegiyası əsassız olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qayda da məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qa lan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkədaxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafi q icra hakimiyyəti orqanı müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
21. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət ve rən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 22. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorx unun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.
23. Həmin Konvensiyanın 3-cü maddəsinə görə razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər. 24. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab o lunur
25. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
26. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
27. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmə k vəzifəsi iddiaçının üzərinə düşür.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddiaçının əsas dəlili cavabdeh tərəfindən inzibati icraatın qanunauyğun aparılmaması, iddiaçının Əfqanıstanı tərk etməsinə və ora qayıda bilməməsinə dair dəlillərinin cavabdeh orqan tərəfindən tam, hərtərəfli araşdırılmamasıdır. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu hallara qiymət verməmişdir.
33. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-23-cü bəndlərində “qaçqın” statusunun anlayışı, həmin statusun verilməsi əsasları və proseduru göstərilmi şdir.
34. İşin mübahisəsiz hallarına görə, iddiaçı müvafiq vəsatətlə cavabdeh orqana müraciət etdikdən sonra həmin orqan tərəfindən vəsatətin araşdırılması üçün şəxsi iş açılmış, iddiaçının təqdim etdiyi sənədlərin kserosurəti şəxsi işə əlavə edilmiş, iddiaçı və onun arvadı ilə müsahibə keçirilmiş, nəticədə iddiaçıya “qaçqın” statusunun verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir.
35. Göründüyü kimi, cavabdeh orqan həm “İnzibati icraat haqqında” Qanunun, həm də ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə əməl etmiş, həmin Qanunlarda nəzərdə tutulan prosedur qaydalara riayət etmişdir.
36. İddiaçı ölkəsini tərk etməsini Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndisə də, nə cavabdeh tərəfində n inzibati icraat aparılan zaman, nə də işə məhkəmələr tərəfindən baxılarkən dini mənsubiyyətinə görə, məhz həzara olduğuna görə hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi), təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
37. Hazırkı qərarın 27-ci bəndində göstərilən normanın tələbindən də göründüyü kimi, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
38. Hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyinə dair real riskin mövcud olmasını sübut edə bilməmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qərarını dəyişdirmədən saxlamışdır.
40. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsass ız olduğundan kassasiya şikayəti rədd edilməlidir.
41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-536/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.