Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-158/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 29 iyun 1971-ci il tarixli əmək kitabçası ilə müəyyən edilmişdir ki, 21 iyun 1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsinin 3 №-li mədənində mədənin ştatına avadanlığının quraşdırılması və təmiri üzrə ikinci dərəcəli çilingər işinə qəbul edilmişdir, 1 iyul 1971-ci ildə istehsalatın yeni idarəetmə sisteminə keçməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin istismar avadanlıqlarının yayma və təmir sexinə avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli çilingər işinə keçirilmiş, 1 iyun 1972-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 №-li Rayon mühəndis və texnoloji xidmətinin avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər-çilingər işinə keçirilmiş, 1 mart 1973-cü ildə “Şirvanneft” NQÇİ-nin İstehsal xidməti bazasının istismar avadanlıqlarının yayma və təmir sahəsinə avadanlığın və qurğularının quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər çilingər işinə keçirilmiş, 16 may 1973-cü ildə X2 azad olunmuş, 30 iyul 1975-ci ildə Əli Bayramlı drenaj boruları zavodunda qəlibləmə sexinə elektrik sazlayıcısı vəzifəsinə qəbul edilmiş, 2 yanvar 1977-ci ildə həmin sexdə ekskavatorçu işinə keçirilmiş, 1 no yabr 1977-ci ildə qurutma sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 7 dekabr 1990-cı il tarixdə mexaniki sexinə çilingər vəzifəsinə keçirilmiş, 2 noyabr 1992-ci ildə mexaniki sexinə elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 29 may 1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 21 sentyabr 2007-ci ildə “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində Təmir-Tikinti Sexində elektrik-qazqaynaqçısı peşəsinə işə qəbul edilmiş, 22 aprel 2008-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün öz xahişi ilə işdə azad edilmiş, 23 aprel 2008-ci ildə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmiş, 5 iyun 2012-ci ildə 4cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə təyin edilmiş, 4 noyabr 2014-cü ildə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, 5 noyabr 2014-cü ildə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində 2 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-4 olmaqla əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmiş, 5 avqust 2015-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 6 avqust 2015-ci ildə SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində EÖD-4 (dörd) olmaqla əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqəbul rayon İcra Hakimiyyəti Hacıqəbul rayon Dövlət Arxivinin 85 saylı, 11 may 2017-ci il tarixli arxiv arayışına əsasən iddiaçının adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2005-ci illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur: a) Əmr 7, 2 iyun 1995-ci il tarixdən elektrik qaynaqçısı işinə qəbul edilmişdir. b) Əmr 24, 25 oktyabr 2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. 3. "xxxx" ASC-nin 16 may 2017-ci il tarixli güzəştli arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı 4 avqust 1975-ci ildə keçmiş Əli Bayramlı X7na qəliblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmiş, 1 yanvar 1977-ci ildə həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmiş, 1 noyabr 1977-ci ildə qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmiş, 9 yanvar 1983-cü ildə həmin sexə 5-ci dərəcəli slesar keçirilmiş, 7 dekabr 1990-cı ildə mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmiş, 2 noyabr 1992-ci ildə mexaniki sexə 6-cı dər əcəli elektrik qaynaqçısı işinə keçirilmiş, 29 may 1995-ci ildə öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh 9 dekabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən 29 iyun 1971-ci il tarixdə açılmış əmək kitabçasında 2 yanvar 1977-ci il – 2 noyabr 1992-ci il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı X7nda işlədiyi ekskavatorçu və slesar vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Beləliklə, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 27 yanvar 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20 yanvar 2012-ci il tarixdən, yəni 57 yaşdan 1 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 17 oktyabr 2019-cu il tarixdən, yəni ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 21 iyun 1971-ci il tarixdən 20 may 2019-cu il tarixədək işləməklə 48 ildən artıq ümumi əmək stajı vardır. Həmin əmək stajının 21 iyun 1971-ci il tarixdən 1 iyun 1972-ci il tarixədək “Şirvanneft”-də “avadanlıqların təmiri üzrə təmirçi-çilingər”, 4 avqust 1975-ci il tarixdən 29 may 1995-ci il tarixədək isə “X7”-da “yığıcı”, “təmirçi-çilingər” və “elektrik qaynaqçısı”, 2 iyun 1995-ci il tarixdən 25 oktyabr 2005-ci il tarixədək “Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatı”-da “elektrikqaynaqçısı”, 21 sentyabr 2007-ci tarixdən hal-hazıradək “Azneft İB”-nin “Bibiheybətnefiqazçıxarma İdarəsi”-nin “Neftqaztikinti” Trestində “elektrik qaynaq çısı” peşəsində işləmişdir. Ona 20 may 2019-cu il tarixdə, yəni 64 yaşında cavabdeh təşkilat tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin «b» bəndinə əsasən ümumi 25 il əmək stajını və 12 il 6 ay güzəştli iş stajını topladığına görə 20 yanvar 2012-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 7 aprel 2021-ci il tarixli, 2-1(112)-571/2021 nömrəli qərarı (hakim: X3) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin güzəştli arayışına əsasən iddiaçı 4 avqust 1975-ci ildə keçmiş Əli Bayramlı X7na qəliblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmiş, 1 yanvar 1977-ci ildə həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmiş, 1 noyabr 1977-ci ildə qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmiş, 9 yanvar 1983-cü ildə həmin sexə 5-ci dərəcəli slesar keçirilmiş, 7 dekabr 1990-cı ildə mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmiş, 2 noyabr 1992-ci ildə mexaniki sexə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmiş, 29 may 1995-ci ildə öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir. Həmin arayışda qeyd olunan sahə, peşə və vəzifələrin güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına daxil olduğu qeyd olunsa da, uyğun sahə və peşələr konkret göstərilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda Metallurgiya istehsalatı (qara metallar) bölməsində nəzərdə tutulmuş, iddiaçının işlədiyi sahə isə həmin bölmədə nəzərdə tutulmuş sahəyə aid deyildir. Ümumi peşələr bölməsində istinad etdiyi peşə isə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qəra rı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sorğu ünvanlanaraq İddiaçı 21 iyun 1971-ci il - 1 iyun 1972-ci il tarixlər aralığında NQÇİ “Şirvanneft” idarəsində işlədiyi çilingər peşəsinin istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıya uyğunluğu barədə (kod göstərilməklə) ətraflı məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli mədənində 21 iyun 1971-ci il tarixdən 30 iyun 1971-ci il tarixədək 3-cü dərəcəli mədən avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər peşəsində işləmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə ya şa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin.(a) «Fəhlələr» bəndində qeyd edilən 2130200a-18559 kodlu “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər” peşəsinə uyğundur.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-158/2022 nömrəİi qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X5 və X9) ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya 20 ya nvar 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17 oktyabr 2019-cu il tarixdən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 1 iyul 1971-ci ildən 16 may 1973-cü ilədək işlədiyi müxtəlif dərəcəli çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz konden satının hasilatı» yarımbölməsinin.(a) «Fəhlələr» bəndində qeyd edilən 2130200a18559 kodlu “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər” peşəsinə uyğun hesab olunmalıdır. Eyni zamanda, iddiaçının 2 noyabr 1992-ci il – 29 may 1995-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də işlədiyi 6-cı dərəcəli elektrik qaynaqçısı və 2 iyun 1995-ci il – 25 oktyabr 2005-ci il tarixlərdə Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatında işlədiyi elektrik qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 33-cü bölməsinin 23200000—19906 yarımbə ndində isə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olduğu müəyyən edilmişdir. Belə ki, oxşar iş üzrə məhkəmənin 11 noyabr 2021-ci il tarixli, 2-1(103)-2078/2021 nömrəli sorğusuna cavab olaraq tikinti sahəsində ixtisaslaşmış "xxxx" ASC-nin cavab məktubunda elektrik qaynaqçısının vəzifə təlimatlarına əsasən tələb olunan metodlar vasitəsilə əllə qaynaq işini yerinə yetirmək kimi vəzifəsi də qeyd olunduğu, eyni zamanda, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi prosesində metalların qaynaq edilməsi elektrik qaynaqçısı tərəfindən əl ilə həyata keçirildiyi qeyd olunmuşdur. Beləliklə, «Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə 1 yanvar 2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tari xli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən güzəştli iş stajının 12 il 6 aydan çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı müvafiq güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının işlədiyi peşələr Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etmir, iddiaçı uyğunluq təşkil etməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı yalnız 16 may 2017-ci il tarixli bir güzəştli arayış təqdim etmişdir ki, oradan da iddiaçının işləmiş olduğu məhz hansı peşələrin müvafiq siyahıda nəzərdə tutulmuş məhz hansı peşələrə uyğunlaşdırılmış olduğu və həmin illərin bütövlükdə 12 il 6 ay edib-etmədiyi bəlli olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qan unvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
18. Bundan əlavə, məhkəmə tərəfindən ödənişin birdəfəlik həyata keçirilməsi qət edilmişdir. Halbuki, "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: (mübahisə münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) hüquq Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlə rlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanun: (hazırda qüvvədə olan redaksiya) Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdək i ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Apellyasi ya instansiyası məhkəməsinin qərarı pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi hissəsində ləğv edilməlidir.
29. Belə ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20 yanvar 2012-ci il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 17 oktyabr 2019-cu il tarixdən - ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərək iddiaçıya 20 yanvar 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsini və 17 oktyabr 2019-cu il tarixdən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir.
31. Cavabdeh kassasiya şikayətində iddiaçının işlədiyi peşələr Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etməməsini və iddiaçının işlədiyi peşələrin uyğunluq təşkil etməsinə dair hər hansı sübut təqdim etməməsini qeyd etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 20-21-ci bəndlərində istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının möv cudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Həmçinin cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ödənişin birdəfəlik həyata keçirilməsi qət edilmişdir. Halbuki, "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiy aları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı hesab edir ki, apellyasiya məhkəməsinin qərarına görə yaranmış pensiya fərqi hesablanaraq birdəfəlik iddiaçıya ödənilməlidir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1 yanvar 2019cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Lakin apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinin tələbini nəzərə almamışdır.
36. Odur ki, yaranmış pensiya fərqinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi hissəsində apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, həmin hissədə şikayət təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şi kayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-158/2022 nömrəİi qərarı 17 oktyabr 2019-cu il tarixdən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 17 oktyabr 2019-cu il tarixdən əvvəlki 3 il dövrədək olan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərar iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.