Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(107)-168/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Əliabad kolxozun X23 komissiyasının 01 dekabr 1998-ci il tarixli 8 nömrəli ümumi iclasın protokol-qərarından çıxarışdan görünür ki, X11 1961-ci ildə tikilmiş dəyəri ******* manat olan taxıl ambarı 1961-ci ildə tikilmiş dəyəri 829000 manat olan taxıl navesi və 1983cü ildə tikilmiş dəyəri ******* manat olan taxıl navesi, əmlak payı hesabına onun şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. 2.Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamının surətindən görünür ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə bələdiyyə mülkiyyətinin alqı-satqı predme ti olan torpaq sahəsindən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanına uyğun olaraq Əliabad qəsəbə sakini İddiaçı2 0,15 ha torpaq sahəsi ayrılmışdır. 3.Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Əliabad qəsəbəsi ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Əliabad qəsəbə sakini İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılmışdır. 4.25.11.1999-cu il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən torpaq sahəsi ilə bağlı 300000 manat ödəniş edilmişdir. 5.A seriyalı 254008 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1500 kv. metr torpaq sahəsi Zaq atala RİHB-nin xx.xx.1999-cu il tarixli 540 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 mülkiyyətinə verilmişdir. 6.xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinin dəyəri olan 300000 manat İddiaçı2 tərəfindən Zaqatala rayon X18 hesabına ödənilmişdir. 7.28 aprel 1996-cı il tarixli Zaqatala rayon AİK-nın 14 saylı qərarı ilə təsdiqlənmiş Torpağa Mülkiyyət, Sahiblik və X16 dair Şəhadətnamənin surətindən görünür ki, 0.15 ha torpaq sahəsi İddiaçı2 daimi istifadəsinə ayrılmışdır. 8.xx.xx.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X15, İddiaçı1 Nurəddin oğlu, X12, X1 Nurəddin Qasım oğlunun vərəsələridir. 9.xx.xx.2019-cu il tar ixli miras payının bağışlanması haqqında müqavilənin surətindən görünür ki, X15, X12 və X4 mərhum X3 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 911.3 kv.metr olan əmlak kompleksi kimi müəssisədən və 0.10419 ha torpaq sahəsindən Zaqatala rayonu 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş 2V-921 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus olan hissəsini İddiaçı1 bağışlamışlar. 10. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.10419 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan “Əmlak kompleksi kimi müəssisə” X5 oğlun un adına qeydiyyata alınmışdır. 11. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.10419 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan “Əmlak kompleksi kimi müəssisə” İddiaçı1 adına qeydiyyata alınmışdır.
12. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2019-cu il tarixdə Texniki Pasport tərtib edilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4017/2023 nömrəli məktubuna əlavə edi lmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.19 ha olmaqla idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə dövlət mülkiyyəti işlənilmişdir. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0.19 ha və tikintialtı torpaq sahəsi isə 911.3 kv.m-dir.
14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala RİHB-nın xx.xx.1999-cu il tarixli 540 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçü n İddiaçı2 ayrılmışdır. Torpaq sahəsi satılan zaman həmin dövrdə 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin kompleks yerquruluşu layihəsi (DWG baza məlumatları) mövcud olmadığından sözügedən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və hüquqi statusu barədə məlumatların verilməsi mümkün olmamışdır. Məktubda qeyd edilən mübahisə predmeti olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət, 0.10419 ha tikintialtı torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla vahid daşınmaz əmlak kimi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-374 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********* *07-12301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
15. Cavabdehin **********56 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, ərizənin icrası ilə əlaqədar aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi ərazi idarəsinin xidməti istifadəsində olan baza xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapır. Məsələnin daha dəqiq araşdırılması üçün tərəflərindən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin altında yerləşən 0,15 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid olubolmaması ilə bağlı 22 iyun 2021-ci il tarixli, ********** saylı məktubla Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və kadastr baza məlumatlarının təhlilinə əsasən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunması barədə rəy bildirilmişdir. Torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu halda “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci bəndinə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinə müraciət etməyi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqata la ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. Sonradan iddia tələbi “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssi sənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, X2 0.15 ha torpaq sahəsi ayrılmış və 29 noyabr 1999-cu il tarixdə bağlanmış “Torpaqların Alqı-satqısına dair” Akta əsasən dəyəri ödənilməklə sonuncuya satılmışdır. Həmin akt xx.xx.1999-cu il tarixdə, 266 nömrəli keçmiş Zaqatala rayon Torpaq şöbəsində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 04 aprel 2013cü il tarixdə X8 bağışlanılmış və sonuncun un əmlak kompleksi kimi müəssisə üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X13 xx.xx.2018-ci il tarixdə vəfat etdiyi üçün, ondan miras qalmış həmin əmlak xx.xx.2019-cu il tarixli, 2V-921 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə və eyni tarixli, 3M-374 nömrəli “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən İddiaçı1 Nurəddin oğlunun adına keçmişdir. İddiaçı1 Nurəddin oğlunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmi şdir. İşdən də göründüyü kimi, üzərində İddiaçı1 Nurəddin oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış “Əmlak kompleksi kimi müəssisə”nin altında yerləşən 0.15 ha torpaq sahəsi qanuni əsaslara görə iddiaçıların mülkiyyətində olduğu halda, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçılar 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixli **********56 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir.
19. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəl i qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır.
20. İddiaçıların xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-71/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
21. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1147/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
22. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etira z onunla əsaslandırılmışdır ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini xx.xx.1999-cu il tarixdə bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində yerləşən 1961-ci ildə inşa edilmiş “taxıl anbarı”, 1961-ci ildə inşa edilmiş “taxıl navesi” və 1983-cü ildə inşa edilmiş “taxıl navesi” YAİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə əmlak payı kimi X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasında torpaq islahatı zamanı aparılan islahat zamanı qeyd olunan dövlətə məxsus olmuş əmlakların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılmış və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdən Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur. Hal hazırda da həmin səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi həyata keçirir. Yuxarıda qeyd edilən səbəblərə görə iddia tələbinin icrası olunması tərəflərindən mümkün olmamışdır.
23. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1147/2023 saylı, 6 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim F.H.Hacızadə) iddia təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 h a torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iki məsələ məhkəmə araşdırmasının predmeti olmuşdur. 1. iddia olunan torpaq sahəsinin ayrıldığı zaman inzibati orqanın belə bir səlahiyyətinin olub-olmaması; 2. həmin torpaq sahəsinin ayrıldığı zaman mülkiyyət növü, hüquqi statusu. Birinci məsələ ilə bağlı, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Zaqatala rayon İcra Hakimiyyətinin belə səlahiyyətinin olması təsdiq olunur. İkinci araşdırma predmeti ilə bağlı işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə bələdiyyə mü lkiyyətində olan 0,15 ha torpaq sahəsi İddiaçı2 ayrılmışdır. Həmin sərəncam nəzərə alınaraq Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə iddia olunan torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı2 mülkiyyətinə verilmişdir. Tərtib edilmiş xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surətindən göründüyü kimi müvafiq haqq ödənilmiş, naturada torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Aktda da ayrılan torpaq sahəsi bələdiyyə ərazisi olaraq təsbit edilmişdir. Cavabdehin iddia olunan torpaq sahəsinin kadastr məlumatlarında dövlət mülkiyyəti kimi qeyd olunmasına münasibətdə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehin sorğusuna əsasən cavab məktubunda qeyd edilir: “Zaqatala rayon İcra Hakimiyyəti ba şçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə alqı-satqı predmeti olan 0,15 ha torpaq sahəsi İddiaçı2 ayrılmışdır. Lakin sənədlərin və dövlət Registr məlumatlarının təhlili zamanı həmin torpaq sahələrində dövlət əmlakının olmasına dair heç bir məlumat yoxdur. Kadastr baza məlumatlarının təhlili zamanı isə torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunduğu aşkar olunmuşdur”. Göründüyü kimi cavabdehin Kadastr baza məlumatları iddia olunan torpaq sahəsinin real hüquqi statusu təsbit etməmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planından da görünür ki, həmin ərazi bələdiyyə mülkiyyətidir.
25. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icr aat
26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-168/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və T.H.Həsənov) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman bələdiyyələrə torpaq sahəsinin ayrılmasını tənzi mləyən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, iddia olunan torpaq sahəsinin ayrıldığı zaman bələdiyyə torpağı ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud olmamış, eyni zamanda məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində həmin torpaq sahəsinin həm DWG həm də TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid olması müəyyən edildiyindən iddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qanuni əsas olmadığından cavabdehin və üçünc ü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
28. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Bununla yanaşı, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqısatqı obyekti olduğundan və yerli icra hakimiyyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0.15 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz.
29. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(107)-168/2024 nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(102)2616/2024 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(107)-168/2024 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilsin. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qanunun “Keçid müddəaları” başlıqlı 25-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərarında qeyd edir ki, “....
30. Məhkəmə kollegiyası iddia olunan torpaq sahəsinin ayrıldığı zaman inzibati orqanın belə bir səlahiyyətinin olub-olmamasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha bələdiyyə torpağının alqı-satqı yolu ilə verilməsi barədəki xx.xx.1999-cu il tarixli ərizəsi və RİHB- nin Əliabad qəsəbə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı nəzərə alınmış, Əliabad qəsəbəsi ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2001-ci il tarixdə qəbul edilməsinə və həmin dövrdə bələdiyyənin belə bir səlahiyyətinin olmamasına baxmayaraq, İddiaçı2 bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən fermer təsərrüfatı yaratmaq üçün alqısatqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.” Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun “Keçid müddəaları” başlıqlı 25-ci maddəsində qeyd olunur ki, Azərbaycan Resp ublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9- cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. ““Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1996-cı il tarixli, 482 nömrəli Fərmanının 3-cü maddəsində qeyd edilir ki, Müəyyən edilsin ki: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Göründüyü kimi, Zaqatala Rayon İc ra Hakimiyyətinin həmin dövürdə (xx.xx.1999-cu il tarixdə) torpaq sahəsini satmaq üçün səlahiyyətə malik olmasına baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini gözardı edərək hazırda mübahisləndirilən qərarı qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı tərəfin vəsatətinə ümumiyyətlə münasibət bildirməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərarında qeyd edir ki, “....
31. Bununla yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə mübahisə predmeti olan 0,15 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı 2 satılan zaman DWG baza məlumatlarına əsasən hansı kateqoriyaya aid olması, hüquqi statusu haqqında məlumatın əldə edilməsi üçün sorğu göndərmiş, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala RİHB-nin xx.xx.1999-cu il tarixli 540 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 ayrılmışdır. Torpaq sahəsi satılan zaman həmin dövrdə 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin kompleks yerquruluşu layihəsi (DWG baza məlumatları) mövcud olmadığından sözügedən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və hüquqi statusu barədə məlumatların verilməsi mümkün olmamışdır. Məktubda qey d edilən mübahisə predmeti olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət, 0.10419 ha tikintialtı torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla vahid daşınmaz əmlak kimi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-374 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********07-12301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.” Halbuki, hazırkı işə əlavə edilmiş 3-21-347/2-3825/2023 nömrəli məktubda mübahisə predmeti olan torpaq sahəsi ilə qonşu ərazidə yerləşən X6 işində (2-1(107)-500/2023) məhkəmənin sorğusuna cavab verən cavabdeh inzibati orqan, xidməti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin ko mpleks yerquruluşu layihəsi (DWG) mövcud olduğunu və həmin torpaq sahəsinin mülkiyyət növünün bələdiyyə mülkiyyəti olmasını qeyd etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan həm də hazırkı iş üzrə mütəxəssisi olmasından istifadə edərək öz marağı doğrultusunda məhkəməyə doğru olmayan məlumat vermiş və iddiaçıların hüquqlarını pozmuşudur. Hansı ki vəsatətdə iddiaçı “iş üzrə həqiqətə nail olmaq və işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə -
1. Məhkəmənin sorğularına cavab olaraq eyni əhəmiyyətli iş üzrə cavabdeh inzibati orqanın vermiş olduğu 2(iki) fərqli cavabın (3-21-3-47/2-3825/2023 və 3-21-3- 47/2-1044/2024) səbəbinin müəyyən edilməsi məqsədi ilə mütəxəssisin çağırılıb dindirilməsi;
2. İslahat Komissiyasının qərarına əsasən vətəndaşlara əmlak payı şə klində verilən kolxoza məxsus olmuş tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdeh inzibati orqanın inzibati praktikasında bir qayda olaraq hansı mülkiyyət kimi qeyd olunmasının müəyyən edilməsi məqsədi ilə 10 ədəd həmin növ əmlakların qeydiyyatı barədə sənədlərin cavabdeh inzibati orqandan götürülməsini” məhkəmədən xahiş etmişdir. İşin mübahisəsiz haldır ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikili Rayon İslahat Komissiyasının qərarına əsasən vətəndaşlara əmlak payı şəklində verilən kolxoza məxsus olmuş tikilidir. Cavabdeh inzibati orqanın inzibati praktikasında qeyd olunan tikililərin yerləşdiyi torpaq sahəsi bir qayda olaraq bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınır. Bununla bağlı 100-lərlə iş var. Şəki Apellyasiya Məhkəməsi qeyd olunan xüsusatı araşdırmaq üçün də cavabd eh inzibati orqana sorğu verə bilərdi. Lakin, Şəki Apellyasiya Məhkəməsi iddiaçı tərəfin vəsatətini həmin hissədə də əsaslandırmadan rədd etmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində 46-cı maddəsində hansı torpaqların dövlət mülkiyyətinə aid olması ətraflı şəkildə qeyd olunmuşdur. Belə olan halda sual yaranır ki, əgər həqiqətən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidirsə, onda həmin torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində 46-cı maddəsində sadalanan hansı növ dövlət torpağına aiddir? Əsas cavablandırılmalı olan sual budur, lakin, nə iş üzrə cavabdeh inzibati orqan, nə də iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu sualı cavablandıra bilməz. Əgər bu sualı cav ablandıra biləcəklərsə xahiş edirik ki, kassasiya şikayətinə etirazda bu sual üzrə öz münasibətlərini bildirsinlər. İddiaçılar, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12 və 13-cü maddələrinin, eləcə də digər aidiyyatı normativ hüquqi aktların tələblərini rəhbər tutmaqla inzibati orqanların (bələdiyyə, DTXK və s.) inzibati praktikasına və yazılı bəyanlarına etimadla yanaşmışdır. İş materiallarından da göründüyü kimi, iddiaçılar inzibati orqan olan – yerli icra hakimiyyəti orqanı olan Zaqatala Rayon İcra Hakimiyyəti və dövlət orqanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin yazılı bəyanlarına və aktlarına etimad etmişdir. Keçən 25 (iyirmi beş) il müddətdə də iddiaçılara torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması ilə bağlı heç bir dövlət v ə yaxud yerli özünüidarəetmə etiraz bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1)dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2)dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3)yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsər rüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tariximədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8)dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9)dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam veril məsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
35. Torpaq Məcəlləsi: Maddə
5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına v ə ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzi fəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci ma ddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
43. Hazırkı mübahisənin predmetini cavabdehin Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.
44. Hazırkı işin İddiaçı1 dair müəyyən edilmiş hallarından görünür ki, Əliabad kolxozun X23 komissiyasının 01 dekabr 1998-ci il tarixli 8 nömrəli ümumi iclasın p rotokolqərarı ilə X9 1961-ci ildə tikilmiş dəyəri ******* manat olan taxıl ambarı 1961-ci ildə tikilmiş dəyəri 829000 manat olan taxıl navesi və 1983-cü ildə tikilmiş dəyəri ******* manat olan taxıl navesi, əmlak payı hesabına onun şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.10419 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan “Əmlak kompleksi kimi müəssisə” X5 oğlunun adına qeydiyyata alınmışdır. X5 vərəsələri X15, X12 və X4 mərhum X3 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 911.3 kv.metr olan əmlak kompleksi kimi müəssisədən və 0.10419 ha torpaq sahəsindən Zaq atala rayonu 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş 2V-921 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus olan hissəsini İddiaçı1 bağışlamışlar. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.10419 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan “Əmlak kompleksi kimi müəssisə” İddiaçı1 adına qeydiyyata alınmış və Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2019-cu il tarixdə Texniki Pasport tərtib edilmişdir.
45. İddiaçı2 dair müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə Zaqatala rayon Əliabad qəsəbəsi üzrə bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanına uyğun olaraq Əliabad qəsəbə sakini İddiaçı2 0,15 ha torpaq sahəsi ayrılmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə Əliabad qəsəbəsi ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Əliabad qəsəbə sakini İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinin dəyəri olan 300000 manat İddiaçı2 tərəfindən Zaqatal a rayon X18 hesabına ödənilmişdir. 28 aprel 1996-cı il tarixli Zaqatala rayon AİK-nın 14 saylı qərarı ilə təsdiqlənmiş Torpağa Mülkiyyət, Sahiblik və X16 dair Şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsi İddiaçı2 daimi istifadəsinə ayrılmışdır.
46. Mübahisələndirilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsində kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri təsbit edilmişdir. Belə ki, həmin maddədə icra hakimiyyəti başçısının torpaqdan istifadə ilə bağlı səlahiyyətlərində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyəti nəzərdə tutulmuşdur.
47. Zaqatala R ayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Əliabad qəsəbəsi ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Əliabad qəsəbə sakini İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılmışdır.
48. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala RİHB-nın xx.xx.1999-cu il tarixli 540 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 ayrılmışdır. Torpaq sahəsi satılan zaman həmin dövrdə 18 saylı Zaqatala Ərazi İdarəsinin xidm əti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin kompleks yerquruluşu layihəsi (DWG baza məlumatları) mövcud olmadığından sözügedən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və hüquqi statusu barədə məlumatların verilməsi mümkün olmamışdır. Məktubda qeyd edilən mübahisə predmeti olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət, 0.10419 ha tikintialtı torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla vahid daşınmaz əmlak kimi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-374 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********07-12301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
49. Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4017/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.19 ha olmaqla idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə dövlət mülkiyyəti işlənilmişdir. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0.19 ha və tikintialtı torpaq sahəsi isə 911.3 kv.m-dir.
50. Dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqı-satqı obyekti olduğundan və yerli icra hakimi yyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0.15 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.
51. Bununla yanaşı, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman bələdiyyələrə torpaq sahəsinin ayrılmasını tənzimləyən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, iddia olunan torpaq sahəsinin ayrıldığı zaman bələdiyyə torpağı ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. 52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
53. Göründüyü kimi apellyasiya məhkəməsi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarını qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Beləliklə, qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdi r. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-168/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.