Məhkəmə qərarları › İş №2-1(102)-956/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-956/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-956/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılması hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılması hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 01 oktyabr 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 17 dekabr 2017-ci ildən 01 yanvar 2018-ci ilə qədər 181,47 manat, 01 yanvar 2018-ci ildən 01 yanvar 2019-cu ilə qədər 203,16 manat, 01 yanvar 2019-cu ildən 01 yanvar 2020-ci ilə qədər 209,25 manat müəyyən edilmiş, 01 yanvar 2020-ci ildən 243,99 manat olmuşdur.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçıya ilkin pensiya təyini zamanı pensiya məbləği artıq hesablanmış (pensiya sığorta kapitalının məbləği düzgün müəyyən edilməməsi səbəbindən) və nəticədə artıq ödəmə yaranmışdır.

4. Cavabdehin 04 mart 2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə artıq ödənilmiş vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a ) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilkin pensiya təyin edilməsi zamanı pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən olunmasına istinad etməklə iddiaçının pensiya məbləğini azaltmaqla onun pensiya hüququnu pozmuşdur.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirm işdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 1841 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə sığortaolunan iddiaçıya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* saylı əmək kitabçasına əsasən ona xx.xx.2006-cı il tarixə 19 il 4 ay ümumi iş stajı və buna uyğun olaraq 6340,32 manat pensiya kapitalı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığorta edənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/xx/xx-17571 saylı, xx.xx.2016-cı il tarixli arayışa əsasən, vətəndaşın xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 3165,25 manat pensiya kapitalı vardır. Beləliklə, vətəndaşın əm ək pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən 175,48 manat (110 manat baza hissəsi + 44.03 manat xx.xx.2006cı il tarixədək sığorta hissəsi + 21,45 manat xx.xx.2007-ci ildən sonra pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi) yaşa görə əmək pensiyası təyin edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Belə ki, Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza his səsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/xx/xx-7253 nömrəli xx.xx.2018-ci tarixli arayışa əsasən, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1474,62 manat pensiya kapitalı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq 191,87 manata çatdırılmışdır. Lakin hesablanmış əmək pensiyasının məbləğində artıq ödəmə aşkar edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçının 1976-1985-ci illərdə kolxozda işlədiyi dövrlər üzrə müəyyən edilmiş illik əmək iştirakı minimumunu yerinə yetirmədiyi dövrlər xx.xx.2006-cı ilədək hesablanmış ümumi iş stajından çıxılmışdır. Nəticədə, onun hüququnun yarandığı xx.xx.2016-cı il tarixə 16 il 7 ay ümumi iş stajı və 5456,57 manat pensiya kapitalı (xx.xx.2006-ci il tarixədək) hesablanmışdır. Buna görə də, xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçının pensiya məbləğindən hər ay 34.99 manat pul tutulur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.T. Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, faktiki olaraq cavabdehin iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməkdə ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə zidd olmuş dur. Qanunvericiliyin tələblərinə əsasən qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ qaydada artıq ödənilmiş pensiyanın məbləğinin yalnız pensiyaçının razılığı ilə və ya məhkəmə aktı əsasında həyata keçirilə bilməsi nəzərdə tutulmuşdur, heç bir halda inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qeyd edilən qanunda və ya başqa qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Bundan əlavə, cavabdeh məktubda hansısa inzibati aktın qanunsuz olması əsası ilə ləğv edilməsini göstərsə də, məhz hansı inzibati aktın, hansı hissədə və nəyə əsasən qanunsuz olmasını konkret göstərməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti iddia ərizəsinə qarşı təqdim edilmiş etirazla eyni məzmunda əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilm iş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şika yətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə, məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırkı halda iddiaçının pensiyasından tutulmalar həyata keçirməsi “Əmək pensiyaları haqqında” 39.1-ci maddəsinin tələbinə ziddir.

24. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da, “Əmək pensiyaları haqq ında” Qanunda imperativ qaydada artıq ödənilmiş pensiyanın məbləğinin yalnız pensiyaçının razılığı ilə və ya məhkəmə aktı əsasında həyata keçirilə bilməsi ilə bağlı xüsusi norma nəzərdə tutulmuşdur. İnzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması isə nə qeyd edilən qanunda, nə də başqa qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin cavabdehin hərəkətlərinin “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olması ilə bağlı hüquqi mövqeyi əsaslı olmuşdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/20 22 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar