Məhkəmə qərarları › İş №2-1(102)-956/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-956/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-956/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X7) “t orpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21(105)-611/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Heydər Əliyev adına X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2010-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əvvəllər JN-655A nömrəli şəhadətnamə ilə məxsus olan 0,12 ha torpaq sahəsinin yerdə qalan 0.07 ha his səsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2020-ci il tarixli **********23 saylı məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən 0,07 ha torpaq sahəsi neft kəmərinin mühafizə zolağına düşdüyü üçün iddiaçı tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş azalma ərizəsi əsasında qeydiyyat 0,05 ha torpaq sahəsi üzərində aparılmışdır.

4. Bundan sonra iddiaçı yenidən eyni tələblə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli **********00 saylı məktubu lə müraciətə eyni məzmunda imtina cavabı verərək bildirmişdir ki, ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-655A nömrəli şəhadətnamə ə sasında (0,07 ha hissəsi neft boru kəmərinin mühafizəsində yerləşdiyindən iddiaçının notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi ilə) sözügedən 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsi üzərində xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı çıxarışla qeydiyyat aparılmışdır. Yerdə qalan 0.07 ha torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşdiyindən AR Dövlət Neft Şirkətinə sorğu ünvanlanmışdır. Sözügedən sorğuya cavab olaraq torpaq sahəsinin 576 kv.m hissəsinin neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və keçmiş DTXK tərəfi ndən verilmiş 03 iyun 2004-cü il tarixli, JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə Abşeron rayonunun Xırdalan şəhərində 0,12 ha həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün kimi iddiaçının mülkiyyətinə verilmişdir. Adı çəkilən qərar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı keçmiş DTXK tərəfindən adına 03 iyun 2004-cü il tarixli, JN-655A KOD 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. 2010-c u ildə o, sözügedən Şəhadətnamə əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına dair çıxarış almaq üçün aidiyyəti üzrə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıla bilməz. Bu səbəbdən, ondan torpaq sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq olunmuş ərizə tələb edilmiş, əks təqdirdə qalan 0,05 ha torpaq sahəsinə dair də çıxarışın verilməyəcəyi bildirilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin azaldılması barədə ərizə yazmaq məcburiyyətində qalmış və bundan sonra ona 0,05 ha torpaq sahəsinə dair çıxarış təqdim olunmuşdur. Bununla belə torpaq sahəsi əvvəlki ölçüdə, yən i 0,12 ha olmaqla onun faktiki istifadəsində qalmış, sözügedən 0,05 ha torpaq sahəsi də sonradan 2018-ci ildə tərəfindən özgəninkiləşdirilmiş, qalan 0,07 ha torpaq sahəsi isə bugünədək istifadəsindədir. Hesab edir ki, üzərində mülkiyyət hüququ yaranmış torpaq sahəsinin bir hissəsindən neft kəmərinin keçməsi onun həmin torpaq sahəsi hissəsi üzərində mülkiyyətindən məhrum edilməsi və torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə olan halda, torpaq sahəsinin 0,12 ha hissəsinə dair çıxarış verilməli idi, sadəcə olaraq onun mülkiyyətində olan torpaq sahəsinin neft kəmərinin keçdiyi hissəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlərlə istifadə etməyi müəyyən oluna bilərdi. Qeyd edir ki, o, faktiki olaraq mülkiyyətinin bir hissəsi ndən məhrum edilmişdir. Buna görə də o, faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun deyildir, belə ki hazırkı halda həmin maddədə göstərilmiş imtina əsasları mövcud deyildir. Bundan başqa, mülkiyyətinə verilmiş mübahisələndirilən 0,07 ha torpaq sahəsinin qarşısında olan və magistral boru kəmərinə daha da yaxınlıqda yerləşən sahəsi 400 kv.m olan başqa torpaq sahəsi 2013-cü ildə cavabdeh tərəfindən ********** qeydiyyat nömrəsi ilə X2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır ki, bu hal da cavabdehin imtinasının əsassızlığını bir daha sübut edir.

7. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-315/2022 nömrəli qərarı ilə (İ.Quliyev) iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yerləşən və Azərbaycan Respublikası keçmiş DTXK tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.07 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi Aqrar İslahat Komissiyasın ın qərarı ilə 0.12 ha olmaqla ayrılmış, JN-655A, KOD 30801006 torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmişdir. Neft boru kəmərləri isə sonradan-2011-2012-ci illərdə çəkilmişdir. Göründüyü kimi torpaq sahəsində neft-boru kəmərlərinin tikilməsi həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına səbəb ola bilərdi. Lakin, daşınmaz əmlakların dövlət ehtiyacları üçün geri alınması halında müvafiq kompensasiyanın verilməsi təminatı olduğu üçün, bu hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün maneə təşkil etməməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-611/2022 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Üçüncü şəxs Heydər Əliyev adına X7 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qarar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur:  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin 0,07 ha hissəsi neft kəmərinin mühafizə zonasına düşür. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanmış, sözügedən sorğuya cavab olaraq torpaq sahəsinin 576 kv.m hissəsinin neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi b ildirilmişdir.  Mülki Məcəllənin204-cü maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, iddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-655A saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən torpaq sahəsinin 0.05 ha hissəsinə sənəd verilməsinə etiraz etmədiyini bildirmiş, xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçını adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən iddiaçı ona məxsus 0,05 ha torpaq sahəsini X1. Göründüyü kimi, iddiaçı JN-655A saylı şəhadət namə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsinin neft kəmərinin mühafizə zolağına düşdüyünü qəbul edərək həmin hissədən imtina edərək 0.05 ha torpaq sahəsinə çıxarış alınmasına dair ərizə vermişdir. Məhz həmin ərizə əsasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,05 ha torpaq sahəsinə dair onun adına xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir.  Mülki Məcəllənin 146.1, 146.2-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 03 iyun 2004-cü il tarixli, JN655A, kod 30801006 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməsinə əsasən torpaq sahəsinin 0.07 ha hissəsi üzərində iddiaçının hüquqları Mülki Məcəlləninin146.1-ci mad dəsinə əsasən notariat qaydasında təsdiq edildiyi andan, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı iş üzrə isə nə notariat qaydasında təsdiq edilmiş əqd var, nə də dövlət reyestrində qeydiyyat vardır. Yəni, iddiaçının 0.07 ha torpaq sahəsinə dair hüququ məhkəməyə verilən iddiası üzrə onun xeyrinə çıxarılan məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra reyestr orqanı tərəfindən qeydiyyat aparıldıqdan sonra yarana bilər. Belə olan halda isə daha əvvəl istinad olunan Prezidentin13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elekt rik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Deməli mübahisəli 0.07 ha torpaq sahəsində üzərindən neft kəməri keçdiyindən iddiaçının hüquqları dövlət qeydiyyatına alına bilməzdi.  İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-655A saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsi neft kəmərinin mühafizə zolağına düşdüyündən torpaq sahəsinin ancaq 0.05 ha hissəsinə sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir, məhz buna görə də xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, AN-İ seriyalı, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə iddiaçı ona məxsus 0,05 ha torpaq sahəsini X1. b. Üçüncü şəxs Heydər Əliyev adına X6 kassasiya şikayətinin dəlilləri

16. Üçüncü şəxs kassasiya şikayətində qeyd edir ki, iddiaçı 2010-cu ildə 0.05 ha torpaq sahəsinə çıxarış alanda sözügedən ərazidə neft boru kəmərləri mövcud olmuşdur. Məhkəmə həmin torpaq sahəsinin əvvəllər kolxoz və ya sovxoza aid olmas ını və Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci ildə həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olub olmamasını araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları t ərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.;... Maddə 15.Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaə tə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

25. Hazırkı işin hallarına görə iddiaçı JN-655A kod 30801006 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0.07 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsini tələb edir.

26. Başqa sözlə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqla yeni növ mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasından ibarətdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına 03 iyun 2004-cü il tarixli, JN-655A, KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.

28. Qeyd edilməlidir ki, JN-655A nömrəli şəhadətnamə əsasında (0,07 ha hissəsi neft boru kəmərinin mühafizəsində yerləşdiyindən iddiaçının notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi ilə) sözügedən 0,12 ha torpaq sahəsinin 0,05 ha hissəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı iddiaçıya xx.xx.2010-cu il tarixli, MA ******* seriyalı çıxarış verilmişdir.

29. Beləliklə, cavabdeh müvafiq dövlət orqanı tərəfindən verilmiş JN-655A, KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.05 ha torpaq sahəsinə yuxarıda qeyd edilən çıxarışın verilməsi ilə həmin şəhadətnamənin hüquqi qüvvəsini tanıyıb.

30. Məhkəmə kollegiyası torpaq sahəsinin neft kəmərinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ünvanlanmış sənədlərə əsasən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Heydər Əliyev adına BNEZ-dən Güzdək neft bazasına gedən Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəməri 2011-ci il tarixində, həmin neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm (dizel) neft boru kəməri isə 2012-ci il tarixində inşa edilmişdir. İddiaçıya verilmiş “Torpağın mülkiyyə tə verilməsinə dair” Şəhadətnamə isə 03 iyun 2004-cü il tarixdə tərtib edilmişdir.

31. Belə olan halda, apellyasiya məhkəməsi iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranan zaman həmin torpaq sahəsi neft boru kəmərinin mühafizə zolağına düşməməsi barədə düzgün qənaətə gəlmişdir.

32. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

33. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişd ir.

34. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs Heydər Əliyev adına X6 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-611/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar