Məhkəmə qərarları › İş №2-1(102)-956/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-956/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-956/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(103)-3624/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 10 dekabr 2019-cu il tarixində "xxxx" MMC-nin direktor vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı "xxxx" MMC-nin direktoru olduğu zaman Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi İddiaçı qarşı MMC-nin 235.708,76 manat məbləğində vergi borcunun olduğu üçün iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3727/2021 nömrəli 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilərək, olan hazırkı iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

4. İddiaçı Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsin ə müraciət edərək, "xxxx" MMC-nin vergi borcu qalmadığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi iddiaçının tələbini təmin etməyərək bildirmişdir ki, "xxxx"MMC-nin şəxsi hesab vərəqəsində ödənilməmiş borc məbləği olduğundan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər baş idarəsinin ərizəsi əsasında iddiaçının direktoru olduğu "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2021-ci il tarixə cəmi 235.708,76 manat məbləğində vergi borcu olduğu üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Keçən müddət ərzində MMC tərəfindən qətnamədə göstərilən vergi borcu ödənilmiş, qalan 1 manat 82 qəpik də iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı müalicəsi ilə əlaqədar Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçü n bilet almış, lakin təsadüfdən ona məlum olmuşdur ki, vergi orqanı bu məhdudiyyəti aradan qaldırmamış, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması hələ də qüvvədədir. İddiaçı qalıq olan 1,82 manat borcu ödəməsi barədə sənədi, şəxsi hesab vərəqəsini və Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçün biletinin surətlərini ərizəyə əlavə edərək "xxxx" MMC-nin artıq heç bir vergi borcu qalmadığı üçün müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təxirə salınmadan aradan qaldırılması üçün tədbirlər görülməsinə görə cavabdehə təqdim etsə də, cavabdeh həm şifahi, həm də rəsmi olaraq bildirmişdir ki, "xxxx" MMC şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləği olduğundan iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aradan qaldırıla bilməz. İ ddiaçı imtina ilə razılaşmır. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin hüquqi şəxsin vergi öhdəliyini icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Yuxarıda qeyd edildiyi kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş cəmi 235.708,76 manat məbləğində vergi borcunu xx.xx.2023-cü il tarixdə tam ödənilmiş və bu ödəmələr şəxsi vərəqədə öz əksini tapmışdır. Başqa sözlə, şərait dəyişmişdir, yəni, direktoru olduğu "xxxx" MMC-nin artıq büdcəyə borcu qalmamışdır. Lakin cavabdeh idd iaçının şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləğinin qalmasını bildirsə də, bu borcun açıqlamasını şəxsi hesabında təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləğinin borc kimi qalması ilə əsaslandırır. İddaçı dəfələrlə bildirmişdir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş məhkəmə qətnaməsində göstərilən məbləğ ödənildiyi halda, şəxsi vərəqədə göstərilən hər hansı digər borca görə bu hüququ vergi orqanı tərəfindən müvəqqəti məhdudlaşdırıla bilməz. Qeyd olunan səlahiyyət məhkəməyə aiddir ki, cavabdeh də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləğinin borc olmasına dair məhkəməyə müraciət etməmiş və məhkəmənin bu məbləğlə bağlı iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul etmə mişdir. Həmçinin iddiaçı bildirir ki, cavabdeh tərəfindən də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləği borc kimi qəbul edilmir. Vergi orqanı bu məbləği əslində əvəzləşdirib silməli olduğu halda, bunu etməmiş, şəxsi vərəqədə əks etdirmişdir ki, iddiaçının ölkədən getmək hüququndan istifadə etməsi üçün borc sayılmayan təsdiqlənməmiş azalma məbləğini məcburi olaraq ödəsin.

7. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzv lərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Cavabdeh Vergi Məcəlləsinin 23.1.15-3, 24.0.1, 70.3, 77.1, 77.3-cü və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddələrinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim T.Məlikov) 25 iyun 2023-cü il tarixli, 2-1(112)7848/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə bu şərtləri istisna edən sübutlar təqdi m edə bilməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2-1(103)-3624/2023 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(103)-3624/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, Gülüstan-2020” MMC-nin direktoru İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas onun rəhbəri olduğu müəssisənin xx.xx.2021-ci il tarixə olan vergi borcunun ödənilməməsi ilə bağlıdır. Halbukı, iş materiallarında olan "xxxx" MMC-nin elektron şəxsi hesab vərəqəsindən, vergi orqanı tərəfindən verilmiş sorğuya cavab məktubunda Cəmiyyətin mübahisə dövrünə mövcud olan vergi borcunun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən ödəniş qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC-nin hazırda ödənilməmiş vergi borcu yoxdur. Qanunvercilikdə fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkəd ən getmək hüququna qoyulmuş məhdudiyyətin qoyulması tədbiri həmin vergi ödəyicisini vergi öhdəliklərini yerinə yetirməyə məcburetmə məqsədi daşıyır. Bu baxımdan hazırkı halda "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməmiş borcunun olmaması artıq tətbiq edilmiş məhdudiyyətin saxlanılması zərurətini aradan qaldırmış olur. Cavabdehin gətirdiyi dəlilə, yəni “təsdiqlənməmiş azalma” məsələsinə gəldikdə isə vergi orqanı apardığı müvafiq yoxlamanın nəticəsi olaraq müəssisənin vergi borcunun olmasını müəyyən etdiyi təqdirdə hüquqi şəxsin icra orqanının ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən tədbir görə bilər. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 10.1, 10. 2, 10.3, 11.1, 15.1, 15.2-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətini imtina məktubuna və iddiaya qarşı etiraza uyğun olaraq tərtib etmiş, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunmuşdur. Odur ki, "xxxx" MMC-nin ri skli vergi ödəyiciləri qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmiş və məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir.

16. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən vergi öhdəlikləri üzrə borc məbləği dövlət büdcəsinə ödənilməmiş, müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək ödəniləcək vergi məbləği azaldılmışdır. Lakin, məhkəmə iddiaçı tərəfindən azalma ilə təqdim edilmiş vergi bəyannamələrini vergi öhdəliklərinin icrası kimi qəbul etməklə kifayətlənmiş və iş üzrə məhkəmə araşdırmasını yekunlaşdırmışdır. Apellyasiya məhkəməsi sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalətli balansı gözləməmiş və tarazlığı pozmuşdur.

17. Kassator mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 23.1.15-3, 24.0.1, 77.1, 77.3, 78.1-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

28. Azadlıq hüququ... İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənil məsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək....

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəs inə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

23. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarı

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)3040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı tə qdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərl i hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İşin hallarına görə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 235.800,12 manat vergi borcu olduğu üçün iddiaçının MMC-nin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı, iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İddiaçı göstərilən vergi borcunun ödənildiyini və MMC-nin şəxsi hesab vərəqəsi üzrə borcunun olmadığını bildirərək ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması üçün cavabdeh quruma müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

32. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin 12 iyun 2023-cü il tarixə Dövlət büdcəsinə vergilər üzrə, sosial sığorta üzrə, işsizlikdən sığorta (işsizlik) üzrə və icbari tibbi sığorta üzrə borcu yoxdur. Həmçinin "xxxx" MMC-nin 25 iyun 2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının qeyd olunan tarixə Dövlət büdcəsinə 1,39 manat artıq ödəməsi mövcuddur.

33. Eyni zamanda iş materiallarında olan MMC-nin mübahisə dövrünə mövcud olan vergi borcunun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən ödəniş qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC-nin hazırda ödənilməmiş vergi borcu yoxdur.

34. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun mü vəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

35. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

36. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

37. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə "xxxx" MMC-nin direktoru İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas onun rəhbəri olduğu müəssisən in xx.xx.2021-ci il tarixə olan vergi borcunun ödənilməməsi ilə bağlıdır və 25 iyun 2023-cü il tarixə olan MMC-nin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçının qeyd olunan tarixə Dövlət büdcəsinə 1,39 manat artıq ödəməsi mövcuddur.

38. Belə olan halda, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da iddiaçının konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozulmuş və o, birbaşa ölkədən getmək hüququndan məhrum edilmişdir.

39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi 2-1(102)-3040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyə əsasən, “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.”

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 19, 20, 21 (a), 23, 24-cü bəndlərində qeyd olunan maddi hüquq normaların tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 21(103)-3624/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar