Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “01.09.1969-cu ildən 18.07.1971-ci ilədək t əhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu 16.08.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək pensiyanın 16.05.2015-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək 7 nömrəli şəhər Texniki Peşə Məktəbində təhsil almış, 19.07.1971-ci ildən əmək fəaliyyətinə başlamış, 09.05.1974-22.06.1976-cı illərdə hərbi xidmətdə olmuş, ümumilikdə 16 il 4 ay Zaqatala rayonunun müxtəlif idarə və təşkilatlarında, 5 il 9 ay keçmiş S.Vurğun kolxozunda işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-in Zaqatala rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu məktubla bildirmişdir ki, iddiaçının 16 il 4 ay Zaqatala rayonunun müxtəlif idarə və təşkilatlarında, 5 il 9 ay keçmiş S.Vurğun kolxozunda işləməsi və 2 il 1 ay hərbi xidmətdə qulluq etmiş, ümumilikdə 24 il 2 ay sosial sığorta stajına malikdir, lakin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən 25 il sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu 16.08.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək pensiyanın 16.05.2015-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1149/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1149/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisa di Məhkəməsinin 2-1(84)-1149/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisədə iddiaçının xüsusi stajı yox, ümumi stajı mübahisələndirilir. Başqa sözlə, cavabdeh iddiaçının 24 il 2 ay sosial sığorta stajına malik olması faktını təsdiq etmişdir. İddiaçının 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək 7 nömrəli şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlərdən biri (25 il sosial sığorta stajına malik olması) aradan qalxmışdır. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-656/ 18 saylı 06 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, qanunvericiyi tələblərinə əsasən kişilər 60 yaşına çatdıqda və azı 25 il sosial sığorta stajına malik olduqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-94-cü maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclası nda iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin vəkili Vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakı ları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək 7 nömrəli şəhər Texniki Peşə Məktəbində təhsil almış, 19.07.1971-ci ildən əmək fəaliyyətinə başlamış, 09.05.197422.06.1976-cı illərdə hərbi xidmətdə olmuş, ümumilikdə 16 il 4 ay Zaqatala rayonunun müxtəlif idarə və təşkilatlarında, 5 il 9 ay keçmiş S.Vurğun kolxozunda işləmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-in Zaqatala rayon şöbəsinə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının 24 il 2 ay sosial sığorta stajına malik olmasını mübahisələndirməmiş (təhsil illəri nəzərə alınmadan) və imtina məktubu ilə bildirmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qa nunun 9-cu maddəsinə əsasən 25 il sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu 16.08.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək pensiyanın 16.05.2015-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edili r. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 01.09.1969-cu ildən 18.07.1971-ci ilədək 7 nömrəli şəhər Texniki Peşə Məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlərdən biri (25 il sosial sığorta stajına malik olması) aradan qalxmışdır və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz müla hizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-656/18 saylı 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-957/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-957/2019
28.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver