Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iş üzrə (Açar söz: işlədiyi illərin sığorta stajına daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh DSMF-nin Qubdalı rayon şöbəsinə qarşı “iddiaçının işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-570/2019 saylı, 24.12.2019-cu il tarixli qərarından cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14.04.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı **.**.1955-ci il tarixində Qubadlı rayonunda anadan olmuş, 03.08.1993-cü ildən 15.05.2008-ci il tarixinədək “X” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində işləmişdir. O, 13.03.2019-cu il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 18.03.2019-cu il tarixli, ****** nömrəli cavab məktubuna əsasən, iddiaçının işlədiyi “X” qəzeti redaksiyasının 03.08.1993-15.05.2008-ci illər fəaliyyəti dövründə vətəndaşın fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları qeydiyyatı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imt ina edilmişdir. Bununla razılaşmayan iddiaçı, cavabdeh DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun 03.08.1993-cü il tarixindən 15.05.2008-ci il tarixinədək “X” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı ilin yanvar ayının 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası na əsasən müəyyən edilir və iddiaçının 03.08.1993-cü ildən 15.05.2008-ci il tarixinədək “X” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində işləməsi onun əmək kitabçasında öz əksini tapdığından tələbi təmin olunmalıdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehə təqdim edilən sənədlərə əsasən “X” qəzeti redaksiyasının 03.08.1993-15.05.2008-ci illər fəaliyyəti dövründə vətəndaşın fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları qeydiyyatı olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(085)-830/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, Iddiaçı 03.08.1993-cü il tarixindən 15.05.2008-ci il tarixinədək X” qəzeti redaksiyasında şöbə m üdiri vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək pensiya təyinatına baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(085)-830/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(105)-570/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayətinin qismən təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2-1(085)830/2019 saylı qərarının qismən, iddianın təmin edilən – Iddiaçı 01.01.2006-cı ildən 15.05.2008-ci ilədək X qəzeti re daksiyasında şöbə müdiri vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajını sübut edən sənəd kimi əmək kitabçası nəzərdə tutulur, iddiaçının əmək kitabçasında mübahisəli iş dövrləri öz əksini tapıb, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi dövrdən sonrakı dövr üzrə, yəni 01.01.2006-15.05.2008-ci illər üzrə fərdi uçot məlumatlarının yoxlanılması mümkün olmadığında həmin dövrlərin sosial sığorta stajı kimi müəyyən edilməsi zərurəti öz təsdiq ini tapmır. Odur ki, iddia sonuncu hissədə rədd edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(105)-570/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qeyd edilmiş 03.08.1993-cü il tarixindən 15.05.2008-ci il tarixinədək “X” qəzeti redaksiyasında işlədiyi illərə aid iş stajının yerində yoxlanılması mümkün olmamış, həmçinin kommersiya qurumlarının elektron dövlət reyestrində olan məlumatlara əsasən Qubadlı rayon X qəzeti redaksiyası 09.07.1996-cı il tarixində qeydiyyata alınmışdır ki, bu da iddiaçının əmək kitabçasında olan qeydləri şübhə altına alır. Lakin, apellyasiya i nstansiya məhkəməsi işin bu hallarını araşdırmadan qərar qəbul etmişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(105)-570/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası, işə yazılı qaydada baxılmasına dair tərəfl ərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(105)-570/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı Iddiaçı **.**.1955-ci il tarixində anadan olmuş, 01.08.1977-15.05.2008-ci illərdə müxtəlif vəzifələrdə, o cümlədən 01.08.1977-17.04.1978-ci illərdə komendant, 01.08.1978-01.09.1979-cu illərdə mehmanxanada təsərrüfat hissə müdiri, 16.09.198023.10.1983-cü illərdə X qəzeti redaksiyasında müxbir, 23.10.1983-23.03.1992-ci illərdə həmin redaksiyada ədəbi işçi və şöbə müdiri, 23.03.1992-27.07.1993-cü illərdə X adına kolxoz idarə heyətinin sədri vəzifələrində işləmişdir. Hazırkı iş üzrə iddiaçı 1993-2008-ci illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etdiyindən, həm 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun, həm də 01.01.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsindən görünür ki, 01.01.2006-cı il tarixinədək iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olu nması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci maddəsinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmişməlumatlaraəsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası. İddiaçının əmək kitabçasında yuxarıda göstərilən illər üzrə işləməsi öz əksini tapdığından, həmin məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut təqdim edilmədiyindən apellyasiya instansiya məhkəməsi göstərilən maddi hüquq normaların tələblərinə uyğun olaraq 01.08.1977-01.01.2006-cı illərdə işlədiyi dövrü iddiaçının sosial sığorta stajına daxil edilməsini qərara almışdır. Cavabdeh, kassasiya şikayətində həmin illərin qarşılıqlı yoxlanılmasının qeyrimü mkün olmasını qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının 01.01.2006-cı il tarixinədək işlədiyi dövrün əmək kitabçasında qeyd edilməsi həmin dövrün sosial sığorta stajına əlavə edilməsi üçün kifayətdir. İddiaçının 01.01.2006-cı il tarixindən 15.05.2008-ci il tarixinədək olan dövrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakı normaların təhlilini zəruri hesab edir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığ orta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi 01.01.2006-cıil tarixədəksığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi işstajı; 3.1.2.Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığortastajı. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Apellyasiya instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən iddiaçının həmin dövrlər üzrə sosial sığorta haqları ödəyib-ödəməməsi barədə sübutların əldə edilməsi məqsədilə müxtəlif idarə və təşkilatlara sorğular g öndərilmiş, lakin 01.01.200615.05.2008-ci illər üzrə fərdi uçot məlumatlarının yoxlanılması mümkün olmamış, bu barədə heç bir sübut əldə olunmamış, bununla da iddiaçının qanunun qüvvəyə mindiyi dövrdən sonrakı dövr üzrə, yəni 01.01.2006-15.05.2008-ci illər üzrə fərdi uçot məlumatlarının yoxlanılması mümkün olmadığında həmin dövrlərin sosial sığorta stajı kimi müəyyən edilməsi zərurəti öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq 01.01.2006-15.05.2008-ci illər üzrə fərdi uçot məlumatlarının yoxlanılmasının mümkün olmadığına istinad edərək birinci instansiya məhkəməsinin qərarını həmin hissədə ləğv etmiş, digər hissədə isə dəyişdirmədən qüvvədə saxlamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şə rtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən prosessual hüquq normalarının tələbləri baxımından iddiaçı sözügedən illərin sığorta stajına daxil edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanu nvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(105)-570/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-957/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-957/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver