Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçılar OAO İddiaçı1 və OAO “X1” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmtəə və xidmətləri üzrə qeydiyyatın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar OAO İddiaçı1 və OAO “X1” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs "xxxx" MMC) qarşı cavabdehin Apellyasiya şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-701/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X11 Company "xxxx" tərəfindən "xxxx" (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2006cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2006/11 Gaz) və nişan Azərbaycan Resp ublikası ərazisində qüvvədədir.
2. X11 Company "xxxx" tərəfindən (1326843) əmtəə nişanı 35-ci sinif - İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə xx.xx.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş (2018/11 Gaz) və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. 3. “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılması haqqında N.A.N.T MMC tərəfindən verilmiş arayışa əsasən qeyd edilir: 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, xx.xx.2017-ci il tarixl i müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmiş və ticarət nöqtələrində satışını təşkil etmişdir. 4. “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasında 2017 1142 nömrə ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
5. İddiaçılar OAO İddiaçı1 və OAO “X1” “Konfirom" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət etmişlər.
6. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası xx.xx.2019-cu il tarixli, A66-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə hüquqi ünvanı AZ1096, ünvan 1ud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная" və “Лакомка суперкакао" adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, həmçinin, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsullarının formasından, qablaşdırılmasından və xarici tərtibatından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla 3264 manat (üç min iki yüz altmış dörd manat) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.
8. Qeyd edilən qərarın qəbul edilməsi ilə aparılmış müzakirələr zamanı "xxxx" MMCnin səlahiyyətli nümayəndəsi X5 istehsalın tam dayandırıldığını və gələcəkdə bu cür hallara yol verilməyəcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar OAO İddiaçı1 və OAO “X1”-nın nümayəndəsi Qurbanov X3 şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli “Красовка” əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatına qarşı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmənin 2020-ci il 4 iyun tarixli qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
11. İddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A66-7, 05 noyabr 2019-cu il tarixli qərarının ləğvi və "xxxx" MMC- yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" əmtəə və xidmətləri üzrə qeydiyyatının etibarsız hesab edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, OAO "xxxx" şirkəti sübut kimi, Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur-üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 30-cu sinif əmtəələri üzrə xx.xx.2005 ilkinliklə 877577beynəlxalq qeydiyyat və; 2.Qırmızı və sarı rənglərin çalarlarında verilmiş mürəkkəb həndəsi fiqur- üçkünc oval təsviri üzərində verilmiş firma adından ibarət 35-ci sinif əmtəələri üzrə əmtəə nişanı üzrə xx.xx.2016-cı il ilkinliklə ******* saylı beynəlxalq qeydiyyatların daha əvvəl ilkinliklə Azərbaycan Respublikası ərazisində mühafizə olunduğuna sübut kimi beynəlxalq qeydiyyatlardan çıxarışları təqdim etmişdir. “Cavabdeh” OAO "xxxx" şirkətinin ərizəsində "RotFront"-söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, öz qərarını əsaslandırmaq üçün bu söz işarələrin müqayisə edərək oxşar olmadığını geniş araşdırmışdır. Cavabdeh qiymət verərkən göstərmişdir: “X12 Company "xxxx" adına Azərbaycan Respublikası ərazisində - (877577 və 1326843) əmtəə nişanları qeydə alınmışdır. Beləliklə, “Konfirom" MMC-yə məxsus “Красавка супермолочная карамель tokay" təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır" - həqiqətə uyğun olmayan mülahizə. “Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay" əmtəə nişanı nın tərkibindəki “tokay” ibarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт” və “tokay” sözləri tamamən fərqli sözlərdir. ÜƏMT-nin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт” sözünün mənası “qırmızı cəbhə” mənasında tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay” söz elementinin isə “qırmızı cəbhə” sözü ilə hər hansı əlaqəyə malik deyil, “tokay” fraqmenti əmtəə nişanının ümumi təsvirində nəzərdən keçirilməlidir” -“həqiqətə uyğun olmayan mülahizə”. Əmtəə nişanlarındakı həmin təsvirin oxşar rəng çalarlarında olması həmin nişanların bütövlükdə götürülməklə qarışdırılacaq dərəcədə oxşar olmasına əsas ola bilməz. Belə ki, qeyd edilən fraqment nişanda əsas (üstün) yeri tutmur, odur ki, istehlakçıda eyni təsəvvür yaratmayacaqdır” - “həqiqətə uyğun olmayan mülahizə”. Cavabdeh öz qərarını əsaslandırmaq üçün qərəzli olaraq “РотФронт” söz işarəsi ilə “TOKAY” söz işarəsinin oxşar olduğunu iddia edilmədiyi halda, “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” (sonralar- “Qaydalar”) aidiyyatı olmayan 29.6.1.- 29.6.2.-29.6.3 və 29.6.4 bəndlərini sadalamış, müqayisəli təhlil aparmış, bu səbəbdən də səhv nəticəyə gəlmiş, səhv qərar vermişdir.
13. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə 30.10 2017-ci il tarixdə Azərbaycan Respublikasında "xxxx" MMC- nin adına qeydiyyata alınmışdır (İlkinlik tarixi-xx.xx.2017-ci il). X11 Company "xxxx" tərəfindən: (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2005-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. (1326843) əmtəə nişanı 35-ci sinif - İdxal-ixrac agentlikləri xidmətləri, başqalarına faydalı alış, təchizat xidmətləri [başqalarına faydalı biznes xidmətləri] üzrə xx.xx.2016-cı il tarixdə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasında iddia edilmiş və nişan Azərbaycan Respublikası ərazisində qüvvədədir. N.A.N.T MMC tərəfindən verilmiş arayışa əsasən qeyd etmək olar ki, 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış № OK- 17/031-01-E saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərini göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etmişdir. Lakin, “X1”ya məxsus “Лакомка суперкакао” və “Лакомка супермолочная” təsvirləri əmtəə nişanı kimi nə yerli nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində qeydə alınmamışdır. Beləliklə, "xxxx" MMC-yə məxsus “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay” əmtəə nişanının tərkibindəki “tokay” işarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт” və “tokay” sözləri tamamən fərqli sözlərdir. ÜƏMT-nin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт " sözünün mənası “qırmızı cəbhə” mənasında tərcümə edilir. Mübahisələndirilən nişandakı “tokay” söz elementinin isə “qırmızı cəbhə” sözü ilə hər hansı əlaqəyə malik deyil, “tokay” fraqmenti əmtəə nişanının ümumi təsvirində nəzərdən keçirilməlidir. Eyni zamanda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilməlidir ki, müqayisə edilən əmtəə nişanları qarışdırılacaq dərəcədə oxşardır ya yox. Müqayisə edilən nişanların qarışdırılacaq dərəcədə oxşar olduğunu müəyyən etdikdən sonra onun Qanunun istinad edilən bəndinə əsasən etibarsız hesab edilməsi üçün dəlillər, yəni ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması araşdırıla bilər. Qeyd edilməlidir ki, qeydə alınmış “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı və “Лакомка суперкакао” və “Лакомка супермолочная” təsvirləri qarışdırılacaq dərəcədə oxşar deyil. Belə ki, mübahisələndirilən nişanda işlənilmiş “Kpacaвкa” sözü və iddiaçıya məxsus təsvirdə istifadə edilmiş “Лакомка” sözləri fərqli elementdir. Həmçinin nişanlarda istifadə edilmiş rəng çalarları birbirindən fərqlidir. Odur ki, qeydə alınmış “Красавка супермолочная карамель tokay” əmtəə nişanının qeyd edilən Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən qeydiyyatının etibarsız hesab edilməsi məqsədilə sonrakı araşdırma aparmağa, yəni həmin nişanın ilkinlik tarixindən əvvəl “Лакомка супермолочная” nişanının Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması dəlilinə qiymət verməyə lüzum qalmır. Göstərilən hallar sübut edir ki, iddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır.
14. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-710/2021 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli, A66-7 saylı qərarı ləğv olunmuş və "xxxx" MMC-yə məxsus 2017 1142 nömrəli əmtəə nişanının 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız hesab edilmişdir.
15. Birinci instansiya məhkəmə yekun qərarını əsaslandırarkən qeyd etmişdir ki “...“Лакомка суперкакао” və “Лакомка супермолочная” qablaşdırma materiallarının dizaynı “X1” ilə fərdi sahibkar X7 arasında məhsulların dizaynının işlənməsi haqqında müvafiq müqaviləyə uyğun olaraq 2010-cu ildə yaradıldığından, həmin qablaşdırma materiallarının dizaynı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Лакомка суперкакао” və “Лакомка супермолочная”, həmçinin “РотФронт” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsviri ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış “Красавка супермолочная карамель tokay” əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanlarının təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst-üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın m övcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmçinin xx.xx.2017-ci ildən əvvəl bağlanılmış müvafiq müqavilələrə uyğun olaraq qeyd edilən məhsulların iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyini, Azərbaycan Respublikasına idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.”
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-701/2022 nömrəli (hakimlər Mirzə T ağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Aytən Oruczadə) qərarla apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
18. Apellyasiya instansiyası məhkəməsi X11 Company "xxxx" tərəfindən "xxxx" (877577) əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2005-cı il tarixdə beynəlxalq qeydiyyata alınması və onun qeydiyyatı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında iddia edilməsinin (2006/11 Gaz) və nişanın Azərbaycan Respublikası ərazisində qüvvədə olmasının, həmçinin “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin 2017-ci ilin fevral ayından "xxxx" MMC ilə N.A.N.T (Azərbaycan) şirkəti arasında bağlanmış №OK-17/031-01-E saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin göstərilən dizayna uyğun olaraq Azərbaycana idxal etməsi və ticarət nöqtələrində satışının təşkil edilməsinin iş materialları ilə təsdiq olunduğunu qeyd etmişdir.
19. İddiaçılara məxsus konfet etiketləri və mübahisələndirilən üçüncü şəxsə məxsus etiket arasında müxtəlif elementlərdən ibarət olan ümumi kompozisiyanın oxşar olması halının mübahisəsiz olmasını bildirən apellyasiya məhkəməsi oxşarlığın müəyyən edilməsində birinci əsas elementin Лакомка/Красaвка yazıları, ikinci həll edici elementin isə etiketlər üzərindəki ikirəngli qırmızı-sarı təsvir olduğunu qeyd etmişdir. 20. Лакомка və Красaвка yazılarının ümumi görünüş olaraq olduqca oxşarlığı hər iki yazının böyük hərflə başlayıb, kiçik hərflərlə davam etməsi, bitişik olmayan, oxşa r ölçülərə malik olması, eyni tipli əlyazma şriftlə yazılması ilə əlaqələndirilmişdir.
21. Belə ki, hər iki yazıda mövcud olan “а” və “к” hərflərinin hər iki yazıda eyni formaya malik olması müşahidə edilməklə, say eynilikləri də vardır. Belə ki, “Лакомка” yazısında 2 ədəd “а” və 2 ədəd “к”, “Красaвка” yazısında isə 3 ədəd “а” və 2 ədəd “к” hərfi yazılmışdır.
22. Həmçinin “Лакомка” və “Красaвка” yazılarının hər ikisi açıq fon rəngi üzərinə yazılmış olmaqla rəng oxşarlıqları da nəzərə çarpır. Mübahisələndirilən etiketlə “Лакомка Cупермолочная” etiketi arasında yuxarıda qeyd edilən bənzərliklərdən əlavə rəng tonlarının olduqca bənzər olması, hər iki etiketdə “Красaвка” və “Лакомка” yazılarının aşağı hissəsində “Cупермолочная карамел” sözlərinin eyni ardıcıllıqla, eyni rəng tonlarında və demə k olar ki, eyni ölçü və eyni əlyazma tipli şriftlə yazılmış olduğu aydın görünür.
23. Cavabdeh orqanın mübahisələndirilən qərarında qeyd edilmişdir ki, “... Apellyasiya şurası əmtəə nişanının və “Красавка супермолочная карамель tokay" əmtəə nişanının tərkibindəki “tokay" ibarəli fraqmenti müqayisə edərək bildirir ki, hər iki nişanda mürəkkəb həndəsi fiqur - oval təsviri fərqlidir və təsvirin içərisindəki yazılar “РотФронт" və “tokay" sözləri tamamən fərqli sözlərdir. ÜƏMT-nin Madrid Monitor açıq məlumat bazasından görünür ki, “РотФронт" sözünün mənası “qırmızı cəbhə" mənasında tərcümə edilir.
24. Mübahisələndirilən nişandakı “tokay" söz elementinin isə “qırmızı cəbhə" sözü ilə hər hansı əlaqəyə malik deyil. Əmtəə nişanlarındakı həmin təsvirin oxşar rəng çalarlarında olması həmin nişanların bütövlükdə götürülməklə qarışdırılacaq dərəcədə oxşar olmasına əsas ola bilməz. Belə ki, qeyd edilən fraqment nişanda əsas (üstün) yeri tutmur, odur ki, istehlakçıda eyni təsəvvür yaratmayacaqdır.” Kollegiya qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən sadalanan Qaydaların 29.7-ci bəndinin göstərişləri və əmtəə nişanlarının elementləri arasındakı yuxarıda qeyd edilən oxşarlıqlar nəzərə alınmadan, nişanların konfetlər üçün bükmə materialı kimi istifadə təyinatı nəzərə alınmamış, üçüncü şəxsə məxsus qırmızı-sarı rəngli həndəsi təsvirin etiket bükülərkən onun məhz mərkəzində üstün yer tutmaqla diqqət mərkəzində olan İddiaçı1 şirkətinə aid təsvirlə qarışdırılacaq dərəcədə oxşar olmasına düzgün qiymət verilməmişdir.
25. Kollegiya qeyd etmişdir ki, əmtəə nişanlarının müqayisəsi zamanı nişanların bütövlükdə müqayisəsi aparılmalı, çaşqınlıq yarada biləcək ümumi elementlərə diqqət yetirilməlidir. Təbii ki, bu halda xüsusilə istehlakçılarda ilk baxışda yarana biləcək çaşqınlıq nəzərdə tutulur. Hazırki mübahisə üzrə iddiaçıların qeydiyyatının etibarsız hesab edilməsini tələb etdiyi firma onunla eyni xidmət sahəsində fəaliyyət göstərməklə, istehlakçı kütlələri eynidir. Yuxarıda qeyd edilən aydın bənzərliklər nəzərə alınan zaman kollegiya hesab edir ki, həmin oxşarlıqlar istehlakçılarda "xxxx" MMC-yə məxsus məhsulun mənşəyi barədə yanılmaya yol aça, məhsulun iddiaçı firmalara məxsus olmasını düşündürə bilər. Nəticədə istehlakçı istədiyi məhsulu almaya bilər. Bu isə istehlakçı kütləsinin haqsız cəlb edilməsi və iddiaçıların işgüzar nüfusunun zədələnməsi ilə nəticələnə bilər.
26. İş mater iallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, hüquqi ünvanı AZ1096, ünvan 1ud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная" və “Лакомка суперкакао" adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, həmçinin, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsullarının formasından, qablaşdırılmasından və xar ici tərtibatından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla 3264 manat (üç min iki yüz altmış dörd manat) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.
27. Beləliklə, sadalananlardan görünür ki, üçüncü şəxs "xxxx" MMC “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozaraq, iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır.
28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
29. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir (bax 12-ci bəndə). Kassasiya şikayətində əsasən qeyd edilir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020ci il tarixli 5/779 nömrəli Ekspert rəyinə əsasən, İddiaçı1 əmtəə nişanı 2017 1142 nömrəli kombinasiyalı “Красавка супермолочная карамель tokay” əmtəə nişanına daxil olan "Tokay" işarəsi ilə oxşar deyildir. 2017 1142 nömrəli "Tokay Красавка супермолочная карамель” əmtəə nişanı “Рот Фронт Лакомка Супермалочная” və “Рот Фронт Лакомка Суперкакао” əmtəə nişanları ilə oxşar deyildir. İddiaçılara məxsus olan əmtəə nişanlı mallar üçüncü şəxs tərəfindən deyil, "xxxx" MMC t ərəfindən idxal edilmişdir. Lakin, məhkəmə idxal faktının sanki üçüncü şəxs tərəfindən edilməsini əsas gətirərək cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olması qənaətinə gəlmişdir. Bir daha qeyd edilir ki, iddiaçıya məxsus olan malların üçüncü şəxs tərəfindən idxal edilməsi barədə nə Agentliyə, nə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
30. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad etməsi də əsaslı hesab oluna bilməz. belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özb aşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə bildirilir ki, "xxxx" MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir. Belə olan halda hesab edilir ki, apellyasiya instansiyası məhkəməsinin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir. b) kassasiya şikayətinə qarşı etiraz
31. İddiaçıların nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunda olan (bax 11ci bəndə) kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin nümayəndələri X5 və X6 tərəfindən təqdim edilən sənəd və məlumatlara əsasən haqsız rəqabət faktı etiraf edilmiş, “Красавка суперкакао” və “Красавка супермолочная” adlı konfetlərin istehsalının tərəflərindən dayandırıldığı, gələcəkdə bu kimi hallara yol verməyəcəklərini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə
3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə
5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və döv lət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra“Paris Konvensiyası” adlandırılacaqdır) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. (-) Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanını n ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla, coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyya t, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. (-) Maddə
10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdiri lə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə
29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tə ləbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddənin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildi kdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. (-) Maddə
31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu ma ddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. (-) 33. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun Maddə
5. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fə aliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissəsinə görə isə müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: “təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele-, video-, yaxud fotokadr və s.)...” 34. “Ədəbi və X8 haqqında Bern Konvensiyası” Maddə 2. “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən:...rəsmləri, rəngka rlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” 35. “Haqsız rəqabət haqqında” Qanun Maddə 4. “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; ey ni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. 36. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası Maddə
6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölk əsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, İttifaqın onun yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa, baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rədd edilə, yaxud etibarsız hesab edilə bilər
37. İnzibati Prosessual Məcəllə Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şika yəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni də lillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
43. Yuxarıda istinad olunan normalara görə, müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.
44. Bu qərarın 34-37-ci bəndlərində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qey diyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 45. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə, o cümlədən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
46. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” term ini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
47. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıların “Лакомка суперкакао” və “Лакомка супермолочная” karamellərinin forması, qablaşdırılması və xarici tərtibatı "xxxx" MMC tərəfindən “Красавка суперкакао” və “Красавка супермолочная” məhsullarında qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilmişdir. İstifadə əsası “Красавка супермолочная карамель tokay” təsviri əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” əmtəə və xidmətləri üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasında 2017 1142 nömrə ilə "xxxx" MMC-nin adına qeydiyyata alınması olsa da, həmin qeydiyyatadək olan dövrdə iddiaçıların 30-cu sinif üzrə xx.xx.2005-cı il tarixdə, 35-ci sinif üzrə xx.xx.2016-cı il tarixdə beynəlxalq qeydiyyatları aparılmış, daha sonra Azərbaycanda iddia edilərək qüvvəyə minmişdir.
48. Üçüncü şəxs "xxxx" MMC-nin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozaraq, iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışması Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiqini tapmışdır. Həmin qərardan aydın olur ki, "xxxx" MMC-nin nümayəndələri X5 və X6 “Красавка суперкакао” və “Красавка супермолочная” adlı konfetlərin istehsalının tərəflərindən dayandırıldığını, gələcəkdə bu kimi hallara yol verməyəcəklərini bildirməklə haqsız rəqabət faktı etiraf edilmişdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki,həm Agentlik, həm də Məhkəmə Ekspertizası tərəfindən bənzərliyin müəyyən olunması üzrə aparılan araşdırma və müqayisəli təhlil (cədvəl şəklində müqayisələndirmə) hər iki əmtəənin eyni eleme ntləri üzrə aparılmamışdır. Yəni, bir tərəfdən “красавка супермолочная карамель tokay” - əmtəənin qablaşdırılması üçün istifadə olunan bükmə materialının xarici təsviri, digər tərəfdə isə X11 Company İddiaçı1-a məxsus olan “Лакомка Супермалочная” əmtəəsinin üzərindəki əmtəə nişanı (loqo) müqayisə olunmuşdur. Halbuki istehlakçıda çaşqınlıq yaradan əmtəələrin üzərindəki əmtəə nişanı kimi qeydə alına bilən hər bir element üzləşdirilərək qarşılaşdıırlmalı idi. Məsələn, qablaşdırılma təsviri elementləri qablaşdırma təsviri elementləri ilə, loqolar loqolarla, sözlər sözlərlə, əmtəənin forması digər əmtəənin forması ilə və s. Əmtəə nişanı kimi qeydə alına bilən nişanların siyahısı Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) 4-cü Maddəs ində təsvir edilmişdir. Əmtəələrin (malların) hər bir element üzrə qarşılaşdıırlması və hər bir element üzrə üzləşdirilməsi zamanı onların istehlakçıda çaşqınlıq yarada biləcək həddə bənzər olması danılmaz və aşkar faktdır.
50. Belə olan halda, məhkəmə ekspertizasının 2020-ci il 17 dekabr tarixli 5/779 saylı ekspert rəyi ilə mübahisə predmetini təşkil edən əmtəə nişanlarının müqayisəli təhlilinin düzgün aparılmadığının müəyyən edilməsi ilə aşağı instansiya məhkəmələrinin mövqei düzgün olmuşdur.
51. Həmçinin qeyd edilir ki, Agentlik tərəfindən müqayisə olunan əmtəələrin üzərindəki “tokay” və “RotFront” loqolarının söz tərkibi fərqli olduğu üçün oxşar olmadığı qeyd olunsada, hər iki loqonun arxa fonunda istifadə olunan qrafik dizaynın forması və rəng çalarları aşkar şəkildə bənzərdir. Rot Fr ont şirkəti tərəfindən müvafiq əmtəə nişanı və təsviri loqosu 2006-cı ildən etibarən Azərbaycan Respublikası ərazisində qorunmaqdadır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Konfirom MMC və Koroğlu MMC tərəfindən istehsal və satışı həyata keçirilən digər məhsulların üzərində isə “Tokay” loqosu fərqli rəng çalarları (mavi fon üzərində və hətta bəzən sadə söz tərkibi ilə) ilə əks etdirilmişdir. Məhz RotFront məhsullarına bənzər əmtəələr üzrə RotFront şirkətinə məxsus qeydiyyata alınmış əmtəə nişanının arxa fon rənglərinin seçimi və bu loqonun da RotFront məhsullarındakı kimi məhsulun bükmə materialının mərkəzində əks etdirilməsi istehlakçını yanıltma niyyətinin bariz göstəricisidir.
53. Nəticə etibarilə, həm Agentlik həm də Məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq icraatla bağlı qeyri- obyektiv mövqe tutsa da, həm birinci, əm də apellyasiya instansiyası məhkəməsi sübutlara hər tərəfli qiymət verərək düzgün hüquqi nəticəyə gəlmişdir.
54. İddiaçı X11 Company İddiaçı1 şirkəti öz əmtəələrinin üzərindəki və əmtəələrin ona məxsus olduğunu təsdiq edən “RotFront” sözünü və təsvirini Nitsa Klassifikasiyasının 30cu sinfi üzrə xx.xx.2004-cü ildən Ümumdünya Əqli Mülkiyyət X4 üzrə yaratdığı reyestrdə qeydiyyata alındırmışdır. Elə həmin qeydiyyat üzrə müvafiq əmtəə nişanı xx.xx.2006-cı ildən Azərbaycan Respublikası ərazisindədə qeydiyyata alınaraq qorunur. Göründüyü kimi, İddiaçı1 şirkəti ona məxsus əmtəələr üzərində öz əmtəə nişanını əks etdirməklə bu malların onun biznes portfoliosuna aid olduğunu ilkinlik baxımından daha öncəki tarixdən (Konfirom MMC isə müvafiq təsviri 2017-ci ild ə və yalnızca Azərbaycan Respublikasında qeydiyyata aldırmışdır) qoruyurdu. Əqli mülkiyyət hüququ sahibi öz əmtəələrinin ona məxsus olduğunu öz təsdiq etmək üçün - loqosunu əlavə etməklə və istənilən özünəməxsus yeni dizayn və qrafik təsvirli qablaşdırmada istehsal edə bilər. Yəni məhsulun əmtəənin üzərində əmtəə sahibinə məxsus qorunan loqonun olması onun ilkinliyinin təsdiqi olaraq qiymətləndirilir.
55. Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı dedikdə, sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası)nəzərdə tutulur.
56. Qanunun tövsifindən də göründüyü kimi, əmtəə nişanı dedikdə, sahibkarın əmtəələrini və xidmətlərini qorumaq üçün istifadə etdiyi və qeydiyyata aldırdığı nişan(lar) nəzərdə tutulur. Yəni əqli mülkiyyət hüququ sahibi mütləq surətdə bütün istehsal etdiyi məhsulların qablaşdırılmasını, formasını və s. qeydiyyata aldırmaya bilər. Belə ki, qablaşdırılma və forma digər əmtəə nişanı növlərinə münasibətdə tez-tez dəyişdirilə bilən və hər ölkənin istehlak bazarının tələbatlarına uyğun olaraq dəyişdirilə bilər.
57. İş materiallarında İddiaçı1 Şirkətinin müvafiq mübahisə predmeti olan məhsulun qablaşdırılması (bükmə materialı) üzərində əks olunan təsviri 2010-cu ildə sifariş verdiyinə dair, bu təsvirin müəllifi ilə bağladığı müqavilə də mövcuddur. Belə təsvirlər təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olaraq müəlliflik hüququnun oby ekti hesab olunur. Müəlliflik hüququ üzrə ilkinlik və müəlliflik hüququnun yaranması anı əsəri yaradan şəxsin onu yaratdığı andan hesablanır və qorunur. Azərbaycan Respublikasının da üzv ölkə olaraq ratifikasiya etdiyi Bern Konvensiyasına (Maddə 2.7) və X2 Qeydiyyatı Qaydalarına (Maddə 1.3) əsasən, müəllif və ya müəlliflik hüququ obyektinə müstəsna hüquqların sahibi əsəri müəlliflik hüququnun qüvvədə olduğu müddətdə könüllü qaydada Agentlikdə qeydiyyatdan keçirə bilər. Yəni X2 qorunması üzrə qeydiyyat ilkinliyi prinsipi tətbiq olunmur, əsər yarandığı andan müəllifin müəlliflik hüquqları çərçivəsində qorunur. Nəticə etibarilə, müvafiq iş üzrə Konfirom MMC, RotFront şirkətinə məxsus əmtəələrin bənzərinin imitasiya edilməsi yolu ilə bənzər məhsul istehsal etməklə, iddaçı şirkətin həm əmtəə ni şanları üzrə əqli mülkiyyət hüquqlarınının, həm də müəlliflik hüquqlarınının pozulmasına səbəb olmuşdur.
58. Tətbiq edilən Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən müəyyən edilmişdir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.
59. N.A.N.T MMC tərəfindən təqdim edilmiş müvafiq arayışa əsasən, Rot Front əmtəə nişanı altında istehsal olunmuş müvafiq məhsullar, 2017-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikası ərazisinə idxal olunmuş və distribusiya edilərək satışa təqdim olunmuşdu r. Bu isə o deməkdir ki, Azərbaycan istehlakçısı müvafiq məhsulla Konfirom MMC-nin əqli mülkiyyət hüquqlarının qeydiyyatından (xx.xx.2017) 8 ay əvvəl artıq tanış idi. İddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələri, NANT MMC və "xxxx" MMC ilə bağlanmış OK-17/031-01-E saylı, xx.xx.2017-ci il tarixli Müqavilə, NANT MMC tərəfindən təqdim olunmuş arayış bu məhsulların Konfirom MMC-nin ilkinlik tarixindən daha əvvəl və artıq tanınmış əmtəə nişanı altında qorunan mallara bənzərliyini təsdiqləyir.
60. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" MMC tərəf indən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-701/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.