Məhkəmə qərarları › İş №2-1(102)-957/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-957/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64.5 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-2840/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 5 avqust 2020-ci il tarixli, **********8 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyil. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 64.5 yaşdan, yəni 16 iyun 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. 1 sentyabr 1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Bundan sonra müxtəlif təşkilatlarda çalışmış, sonuncu iş yeri 8 iyul 1991-ci il tarixdən 1 iyul 2001-ci il tarixədək “7 gün” qəzetinin redaktoru vəzifəsi olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin imtina cavabı verilmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 8 iyul 1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7 gün” qəzetində işə daxil olma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyi n əzərə alınsa, 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Eyni zamanda, iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydlər aparmağa əsas verən əmr göstərilməmişdir. İddiaçının işə daxil olma və işdən azad edilmə tarixləri həftənin bazar gününə düşür. Əmək kitabçasının 1991-ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. İddiaçının ümumi sosial sığorta stajı hərbi xidmət dövrü birlikdə 18 il 5 ay 13 gün təşkil edir. Onun kifayət qədər sosial sığorta stajı mövcud deyil. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da aşkar edilməmişdir. Halbuki, 28800 manat pensiya kapitalının toplanılması zəruridir.

6. Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(112 )-5470/2021 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçıya 64 il 6 ay yaşdan, yəni 16 iyun 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “7 gün” qəzetində işə başlama tarixinin 1991-ci ilə təsadüf etməsinə baxmayaraq latın qrafikalı yazılardan ibarət möhürlə həmin məlumatın təsdiq edilməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclasında da etiraf etdiyi kimi onun redaktor vəzifəsindən azad edildiyi xx.xx.2001-ci il tarixdə işdən azad olma barədə məlumatın təsdiq edilməsi zamanı möhür vurulan zaman, işə başlama il ə bağlı məlumatın olduğu hissəyə də möhür vurulmuşdur. Göründüyü kimi iddiaçının 1991-ci il tarixdə işə başlaması ilə bağlı məlumat olan hissədə latın qrafikalı yazılardan ibarət möhürün olmasının səbəbləri araşdırılmış və səbəb müəyyən edilmişdir. Halbuki, ümumiyyətlə işə başlama ilə bağlı əmək kitabçası doldurularkən həmin hissəyə möhürün vurulmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na görə zərurət də olmamışdır.

8. Məhkəmə işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar gününə, qeyri-iş gününə düşməsi ilə bağlı da mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur, eyni zamanda iddiaçının fəaliyyət göstərdiyi qəzet fəaliyyəti kimi xüsusi xidmət sahəsində işin də, bazar gününün də qeyri-iş gününə mütləq hesab edilməli olmasını məhkəmə əsaslı hesab etmir. Beləliklə, iddianın təmin olunmamasına yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmamalı, əmək kitabçasında mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçının pensiya hüququ təmin edilməlidir. Beləliklə, iddiaçının işlədiyi dövr və hərbi xidmət müddəti sosial sığorta stajına daxil edildikdə müəyyən olunur ki, onun 25 ildən çox ümumi iş stajı mövcud olur.

9. Cavabdeh həmin qərar dan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-580/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5470/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya in stansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2022ci il tarixli, 2-1(102)-903/2022 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 21(103)-580/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kütləvi informasiya vasitəsi redaksiyası rəsmi müəyyən edilmiş iş günlərindən fərqli iş rejimi müəyyən edə, həmin günlərdə əmrlər verə, müqavilələr bağlaya bilər. Həmçinin iddiaçının əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürün işdən çıxma qeydi ilə eyni vaxtda icra olunması dəlili də qəbulediləndir. Lakin əmək kitabçasında iddiaçının bilavasitə özünün işəgötürən vəzifəli şəxs kimi düzəlişlər etməsi və bu düzəlişlərin normativ aktlarla müəyyən edilmiş qaydada təsdiq olunmaması həmin qeydlərin mötəbərliyi barədə əsaslı şübhələr yaradır. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 2-1(103)-2 840/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5470/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, eyni zamanda kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma aparmışdır. Belə ki, iddiaçının izahatından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1988-ci il tarixdə müxbir işinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. Həmin tarixdən “7 gün” qəzetinin redaktoru vəzifəsinə işə qəbul olunsa da, texniki səhv olaraq işə girdiyi tarixi qəzetin nəşr olunmağa başladı ğı tarixi, yəni 1991-ci ilin yanvar ayını qeyd etmişdir. Sonradan həmin texniki səhv onun tərəfindən düzəldilmişdir. Həmçinin iddiaçı təkrar apellyasiya baxışı zamanı onun tərəfindən edilmiş düzəlişlərin möhürü ilə təsdiq olunmuş qeydlərini məhkəməyə təqdim etmişdir.

17. Məhkəmə kollegiyası iddiaçının izahatını əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “7 gün” qəzetinin 1992, 1998-ci il nəşrlərinə əsasən qəzet 1991-ci ilin yanvar ayından çıxır və qəzetin redaktoru və təsisçisi Emin Eminbəylidir. İddiaçı izahatında Eminbəyli soyadını ləqəb kimi götürdüyünü bildirmişdir. Göründüyü kimi iddiaçının “7 gün” qəzetində redaktor vəzifəsində işləməsi faktı öz təsdiqini tapmaqla, cavabdeh orqanın əmək kitabçasında qeydlərin mötəbərliyi barədə şübhələri aradan qaldırır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə “cavabdehin əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalı olduğunu” qeyd etsə də, təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının izahatına istinad etmiş və bu qeyri-mötəbər dəlili mötəbər sübut kimi qəbul edərək, iş üzrə yekun qərar qəbul etmişdir. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən göstərişlərə riayət edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pen siyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının n əzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikasının Əmək Məcəllə si: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa b orcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mah iyyətcə iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 64 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə a lmaqla qiymətləndirmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2022-ci il tarixli, 2-1(102)-903/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə görə kütləvi informasiya vasitəsi redaksiyası rəsmi müəyyən edilmiş iş günlərindən fərqli iş rejimi müəyyən edə, həmin günlərdə əmrlər verə, müqavilələr bağlaya bilər, həmçinin iddiaçının əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latın qrafikalı möhürün işdən çıxma qeydi ilə eyni vaxtda icra olunması dəlili də qəbulediləndir.

33. Ona görə də, məhkəmə kollegiyası hazırkı halda cavabdehin kassasiya şikayətində təkrarlanan dəlillərini əsassız hesab edir.

34. Bununla belə kassasiya şikayətinin yeni dəlili ondan ibarət dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən göstərişlərə riayət edilməmişdir.

35. Məhkəmə kollegiyası həmin xüsusatla bağlı qeyd edir ki, iddiaçı bilavasitə özü işəgötürən vəzifəli şəxs olduğundan əmək kitabçasında şübhə yaradan məqamların araşdırılması zamanı onun izahatına istinad edilməsi qanuna uyğun olmuşdur. Habelə, iddiaçının izahatı ilə yanaşı əmək kitabçasına aparılan düzəlişlərə dair qeyd də əlavə edilmiş və müvafiq olaraq möhürlə təsdiq edilmişdir.

36. Nəzərə alınmalıdır ki, iddiaçının izahatında göstərdiyi xüsusatlar iş üzrə əldə edilmiş digər mötəbər sübutlarla – “7 Gün” qəzetinin xx.xx.1992-ci il, xx.xx.1998-ci il, xx.xx.1998-ci il və xx.xx.1998-ci il tarixli nəşrləri ilə də öz t əsdiqini tapmış və müəyyən edilmişdir ki, qəzet 1991-ci ilin yanvar ayından dərc olunur, qəzetin redaktoru və təsisçisi iddiaçı Emin Eminbəylidir (Eminbəyli soyadı iddiaçının ləqəbi olmuşdur). Bununla da, iddiaçının əmək kitabçasında edilən düzəlişlərin mötəbərliyi öz təsdiqini tapmışdır.

37. Beləliklə, iddiaçının “7 Gün” qəzetində işlədiyi dövrə dair əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi öz təsdiqini tapdığından həmin dövr də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla ümumilikdə 29 il 8 ay 20 gün ümumi iş stajı mövcuddur. Bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum həddən – 25 ildən daha çoxdur.

38. Göründüyü kimi, apellyasiya insta nsiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmiş, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişlərə əməl etmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2022-ci il tarixli, 21(103)-2840/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar