Məhkəmə qərarları › İş №2-1(102)-957/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-957/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “vergi qeydiyyatının (VÖEN **********) və cavabdehin xx.xx.2022-ci il tarixli, **********746900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3560/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xidmət göstərilməsi haqqında 79 nömrəli müqaviləyə əsasən iddiaçı “Chevrolet Cruze” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2015-ci il olan avtomobili 100 manat qarşılığında öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili 11700 manata satmışdır.

2. Xidmət göstərilməsi haqqında 101 nömrəli müqaviləyə əsasən, iddiaçı “Chevrolet Cruze” minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili 120 manat qarşılığında satmağı öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli lizin q obyektinin alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili 12400 manata satmışdır.

3. Xidmət göstərilməsi haqqında 98 nömrəli müqaviləyə əsasən, iddiaçı “Hyundai Elantra” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili 120 manat qarşılığında satmağı öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili 13700 manata satmışdır.

4. Xidmət göstərilməsi haqqında 103 nömrəli müqaviləyə əsasən, iddiaçı “Chevrolet Cruze” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili 100 manat qarşılığında satmağı öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili 10200 manata satmışdır.

5. Xidmət göstərilməsi haqqında 102 nömrəli müqaviləyə əsasən, iddiaçı “Chevrolet Cru ze” minik markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili 100 manat qarşılığında satmağı öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili 11200 manata satmışdır.

6. Cavabdeh kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablaşmaq hüququ vardır.

7. Cavabdehin vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********746900 nöm rəli qərarı ilə iddiaçıya 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə, əlaqəli məlumata əsasən, 4275 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi qeydiyyatının (VÖEN **********) və cavabdehin xx.xx.2022-ci il tarixli, **********746900 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun adına "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Həmin məktubdan məlum olur ki, o, fiziki şəxs kimi vergi qeydiyyatı na alınmış və adına ********** VÖEN açılmışdır. Məktubda göstərilir ki, onun tərəfindən 2021-ci il ərzində vergiyə cəlb olunmalı işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Hazırda onun adına açılan ********** VÖEN üzrə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 5871,71 manat borc olduğu göstərilir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim olunması barədə tələbin tamamilə qanunsuz olduğunu bildirmişdir. Lakin aparılmış araşdırılma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində 85500 manat dəyərində nəqliyyat vasitələrinin 7 ədəd elektron alış aktları vasitəsi ilə "X2" MMC-yə təqdim olunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilsə də, vergi orqanında uçota alınmadığı müəyyən olunmuş, bu səbəbdən, xx.xx.2022-ci il tarixli **********485400 nömrəli vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında bildiriş göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. İddiaçının vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəm ənin qərarı ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı avtomobil alqı-satqısı ilə məşğul olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyindən, qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə də əməl edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən bu günədək fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə forması İlə vergi orqanına ümumiyyətlə müraciət edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 14 iyul 2023-cü il tarixli 21(112)-1857/2023 nömrəli qərarı ilə cavabdehin xx.xx.2022-ci il tarixli, **********746900 nömrəli qərarı ləğv edilmiş, iddiaçının (VÖEN **********) vergi qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş dir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab etmişdir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Cavabdehin qərarı - əlverişsiz inzibati akt yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş), həmin Məcəllənin 62-ci v ə İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Qanunvericiliyin göstərilən normalarının hazırkı işə tətbiqi zamanı da müə yyən edilir ki, iddiaçının gəlir əldə etmək məqsədilə hər hansı fəaliyyəti sübuta yetirilməmişdir. Buna görə də, vergi orqanın mübahisələndirilən qərarı qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Qanunvericilik normalarının, eləcə də, Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü kimi, müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Ca vabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Düzdür, 09 dekabr 2022-ci il tarixli 677VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33.5-ci maddə yeni redaksiyada verilərək, vergi orqanının öz təşəbbüsü ilə fiziki şəxsi vergi uçotuna almasının mümkünlüyü qanunvericilikdə təsbit edilmiş olsa da, bu qayda hazırkı hüquq münasibətinin yarandığı dövrdə olmadığından, hazırkı işin hallarına təsir edə bilməz.

13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 28 noyabr 2023-cü il tarixli, 21(103)-3560/2023 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı istər etibarnamə, istərsə də öz adına rəsmiləşdirmək yolu ilə mütəmadi olaraq a vtonəqliyyat vasitələrinin alqısatqısını həyata keçirməklə məşğul olmuşdur və qeyd olunanlar vergi orqanı tərəfindən qəbul olunmuş qərarın tamamilə qanunvericiliyə uyğun formada tərtib olunduğunu sübut edir. Məhkəmə kollegiyası şübhə əsasında və ehtimallarla qərar qəbul etmişdir. Həmçinin, məhkəmə kollegiyası nəqliyyat vasitələrinin eyni şəxsə satılması faktı, nəqliyyat vasitələrindən birinin həmin gün, digərinin də 14 gün ərzində elektron alış aktı ilə alıcıya təhvil verilməsi və nəqliyyat vasitələrinin kimdən alınmasına dair heç bir sənəd təqdim edilməməsinə dair dəlillərinə münasibət bildirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının d əyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

33. Vergi ödəyicilərinin uçotu... 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsind ə onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir (“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli Qanununa əsasən verilmiş yeni redaksiyada (Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir)).... Maddə 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 20. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” Bənd 2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər. 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olun muş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hə dləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qə rarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli Qanun KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə təkrar qeyd edir ki, fiziki şəxsin vergi uçotuna alınması ilə bağlı Vergi Məcəlləsinin normalarından göründüyü kimi, fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Bundan başqa, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda, cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir.

29. İddiaçı sözügedən avtomobilləri 2021-ci ildə satmışdır ki, belə olan halda da onun 2023-cü ildən qüvvəyə minən qanun normasına görə məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələbinə ziddir.

30. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli, 677-VİQD nömrəli qanuna əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.5-ci maddəsi yeni redaksiyada verilmiş və göstərilmişdir ki, Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Həmin Qanuna əsasən, Vergi Məcəlləsinə edilən dəyişikliklər Bu Qanunun 3.1-3.4-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2023c ü il yanvarın 1-dən qüvvəyə minir.

31. Göründüyü kimi, cavabdehin iddiaçıya vergi borcu hesablamasına əsas olan əməliyyatlar aparılan dövrdə, yəni 2021-ci ildə VM-də vergi orqanının fiziki şəxsi öz təşəbbüsü ilə (vergi ödəyicisinin müraciəti olmadan) vergi uçotuna almaq səlahiyyəti olmamışdır. Vergi orqanının bu səlahiyyətini təsbit edən VM-nin 33.5-ci maddəsinə edilən dəyişiklik xx.xx.2023-cü ildən qüvvəyə minmişdir. Odur ki, hazırkı mübahisəyə tətbiq edilə bilməz.

32. Qanunvericiliyin istinad olunan normalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ə saslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 21(103)-3560/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar