Məhkəmə qərarları › İş №2-1(102)-958/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-958/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-958/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Reyhan Əmirovanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı əmək kitabçasında qeyd olunan iş illəri (1982 - 2008-ci illər) sığorta stajına da xil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2391/2018 saylı iş üzrə 04.12.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə keçmiş Kirovabad şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 15 yanvar 1982-cı ildən - 22 dekabr 1982-ci ilədək DİO mühafizə ida rəsində mühafizəçi, 29 yanvar 1983-cü ildən 31 mart 1984-cü ilədək X2 dülgər, 01 fevral 1985-ci ildən 01 sentyabr 1986-cı ilədək və 09 mart 1987ci ildən - 02 iyul 1990-cı ilədək X7 çilingər, 02 yanvar 1991-ci ildən 01 fevral 1993-cü ilədək “Arabaçı” kooperativində karbüratorçu, 07 fevral 1993-cü ildən 27 iyul 1998-ci ilədək “xxxx” kooperativində karbüratorçu, 08 avqust 1998-ci ildən 03 aprel 2003-cü ilədək sürücü, 19 noyabr 2008-ci ildən 16 dekabr 2008-ci ilədək Hərbi Prokurorluqda qazanxana operatoru vəzifələrində işləmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair verilmiş məlumata əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 26.04.2016-cı il tarixində 2-ci qrup əlillik dərəcəsi verilmişdir. İddiaçının əmək kitabçasında 07.02.1993-cü ildə “xxxx” Kiçik Müəssisəsinə “karbüratorçu” vəzifəsinə qəbul olunduğu qeyd edilmiş lakin, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsinin məktubunda “xxxx” kooperativinin 26.05.1994-cü il tarixində dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxx 1960-cı il tarixdə doğulmuşdur. 15 yanvar 1982-ci il tarixdən 22 dekabr 1982-ci il tarixədək DİO mühafizə idarəsində mühafizəçi, 29 yanvar 1983-cü il tarixdən 31 mart 1984-cü il tarixədək X2 dülgər, 01 fevral 1985-ci il tarixdən 01 sentyabr 1986-cı il tarixədək və 09 mart 1987-ci il tarixdən 02 iyul 1990-cı il tarixədək X7 çilingər, 02 yanvar 1991-ci il tarixdən 01 f evral 1993-cü il tarixədək “Arabaçı” kooperativində karbüratorçu, 07 fevral 1993-cü il tarixdən 27 iyul 1998-ci il tarixədək “xxxx” kooperativində karbüratorçu, 08 avqust 1998-ci il tarixdən 03 aprel 2003-cü il tarixədək sürücü, 19 noyabr 2008-ci il tarixdən 16 dekabr 2008-ci il tarixədək Hərbi Prokurorluqda qazanxana operatoru vəzifələrində işləmişdir. Ona ƏƏSMN TSEK tərəfindən 26 aprel 2016-cı il tarixdə İİ qrup əlillik verilmişdir. O, əmək kitabçasındakı iş illəri əsas götürülməklə, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 06 mart 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, 02 yanvar 1991-ci il tarixdən - 03 aprel 2003-cü il tarixədək olan iş fəaliyyətinin qarşılıqlı yo xlanılması mümkün olmadığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə əsasən əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin imtinası əsassızdır. Əmək kitabçasında möhürlərlə təsdiqlənmiş iş illərinə görə sosial sığorta ayırmalarının olmaması onun (iddiaçının) deyil, müəssisənin günahıdır. O, həmin müəssisələrdə işləmişdir və həmin illər əmək kitabçasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyd olunmuşdur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı əmək kitabçasında qeyd olunan iş illəri (1982 - 2008-ci illər) sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bar ədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 17.05.2018-ci il tarixli iş № 2-1(82)-1756/2018, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.05.2018-ci il tarixli qərarının ləğv edilməsini barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04.12.2018-ci il tarixli iş № 2-1(103)-2391/2018 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışo va) qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(82)-1756/2018 nömrəli 17 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı əmək kitabçasında qeyd olunan iş illərinin (1982-2008-ci illər) sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ilə razılaşmırıq, ona görə ki, müəssisənin dövlət qeydiyyatına alınıb-alınmaması və ya vaxtında alınmaması - şəxsin (işçinin) həmin müəssisədə işlədiyini inkar edə bilməz və şəxsin iş stajının olub-olmamasına dəlalət etmir. Məh kəmə cavabdehin apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbini rədd etməklə iddiaçının sosial təminat və mülkiyyət hüquqlarını pozmuşdur. Bundan əlavə, məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçıya əmək stajının olması barədə arayışın və ya digər sübutun təqdim edilməsi təklif edilmiş, lakın bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, məhkəmənin bu təklifi ilə bağlı iddiaçı tərəfindən onunla həmin dövrdə birgə “Arabaçı” kiçik müəssisəsində işləmiş X3 və “xxxx” kooperativində işləmiş X1 əmək kitabçaları təqdim olunmuş, lakin bu sübutları məhkəmə nəzərə almamış və hüquqi qiymət verməmişdir. Məhkəmə qərar qəbul edərkən, yuxarıda qeyd olunan xüsusatlara diqqət yetirməmiş, maddi və prosessual hüqu q normalarının tələblərini pozmuşdur. Məhkəmə sübutları və iş üzrə əhəmiyyət kəsb edən və tələbin qanuna uyğun həll edilməsi üçün təqdim olunan sübutlara düzgün qiymət verməməsi nəticəsində iddiaçının AR Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Əmirova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı də, vəkili R.Əmirovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ilə razılaşmırıq, ona görə ki, müəssisənin dövlət qeydiyyatına alınıbalınmaması və ya vaxtında alınmaması - şəxsin (işçinin) həmin müəssisədə işlədiyini inkar edə bilməz və şəxsin iş stajının olub-olmamasına dəlalət etmir. Məhkəmə cavabdehin apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddia tələbini rədd etməklə iddiaçının sosial təminat və mülkiyyət hüquqlarını pozmuşdur. Bundan əlavə, məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçıya əmək stajının olması barədə arayışın və ya digər sübutun təqdim edilməsi təklif edilmiş, lakın bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, məhkəmənin bu təklifi ilə bağlı iddiaçı tərəfindən onunla həmin dövrdə birgə “Arabaçı” kiçik müəssisəsində işləmiş X3 və “xxxx” kooperativində işləmiş X1 əmək kitabçaları təqdim olunmuş, lakin bu sübutları məhkəmə nəzərə almamış və hüquqi qiymət ve rməmişdir. Məhkəmə qərar qəbul edərkən, yuxarıda qeyd olunan xüsusatlara diqqət yetirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə sübutları və iş üzrə əhəmiyyət kəsb edən və tələbin qanuna uyğun həll edilməsi üçün təqdim olunan sübutlara düzgün qiymət verməməsi nəticəsində X4 AR Konstitusiyasında təsbit olunmuş sosial təmin hüququ pozulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və y a sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun ümumilikdə 5 ildən az olmamaqla sığorta stajı və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsinin 03.12.2018-ci il tarixli məktubuna əsasən Müstəqil “xxxx” kooperativi 26.05.1994-cü il tarixində dövlət qeydiyyatına alınmış, lakin idarədə olan reyestrdə “Arabaçı” kooperativi adlı kommersiya hüquqi şəxsi barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçının əmək kitabçasında iddiaçının 02 yanvar 1991-ci ildən 01 fevral 1993-cü ilədə k “Arabaçı” kooperativində karbüratorçu işlədiyi qeyd edilsə də, həmin kooperativin həqiqətən mövcud olması və iddiaçının orada işləməsi digər sübutlarla təsdiq edilmir. İddiaçının əmək kitabçasında 07.02.1993-cü ildə “xxxx” Kiçik Müəssisəsinə “karbüratorçu” vəzifəsinə qəbul olunduğu qeyd edilmişdir. 05.05.2016-cı il tarixli 5/930 saylı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş cavab məktubuna əsasən “xxxx” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçıya əmək stajının olması barədə arayışın və ya digər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2018-ci il tarixli 21(103)-2391/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar