Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-958/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin cavabdeh Qobustan Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin ötürülməsi səbəbi ilə inzibati aktın mübahisələndirilməsinə dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh Qobustan Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X7, ƏMDK yanında X3 Təşkili üzrə Dövlət Agentliyi) “qərarın ləğv edilməsi” tələbinə dair inzi bati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 27 noyabr tarixli 2-1(105)-557/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 07 saylı, 2007-ci il 10 iyun tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: Qobustan rayonu, Heydər Əliyev prospektində yerləşən “xxxx” 1997-ci il 1 dekabr tarixində “xxxx" açıq səhmdar cəmiyyətinə çevrilmiş və həmin tarixdə “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus olan tikililər və qurğular 100% səhmdarlar tərəfindən özəlləşdirilmişdir. İddiaçının istifadəsində olan 1689 kv.m torpaq sahəsi dövlətə məxsusdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin “Qobustan xxxx” açıq səhmdar cəmiyyətinin balansında olan daşınmaz dövlət əmlakı haqqında reyestrdən çıxarışda ərazinin ümumi torpaq sahəsi də göstərilmişdir. Qobustan rayon Mərəzə bələdiyyəsinin 07 saylı, xx xxxx 2007-ci il tarixli qərarı ilə X6 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” MH seriyalı, ******* saylı çıxarışla həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mübahisələndirilən qərarla ayrılmış torpaq sahəsi, iddiaçıya məxsus əmlakın yerləşd iyi 1689 kv.m hasara alınmış ərazinin hüdudları daxilindədir və X7 həmin torpaq sahəsindən istifadə etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 33287 saylı ekspert rəyi ilə də Qobustan rayon Mərəzə bələdiyyəsinin 07 saylı, xx xxxx 2007-ci il tarixli qərarı ilə X1 torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir, iddiaçının texniki pasportundan və iddiaçının balansında olan daşınmaz dövlət əmlakı haqqında reyestrdən çıxarışdan görsənir ki, iddiaçının dövlətdən alaraq özəlləşdirdiyi əmlaklar vahid əmlak kompleksi kimi mövcud olmuşdur. Mübahisələndirilən qərarla ayrılmış torpaq sahəsi üzərində yerləşən müəssisə iddiaçı tərəfindən özəlləşdirildiyindən, həmin müəssisənin yerləşdiyi torpaq s ahəsi də dövlətə məxsus torpaq sahəsidir. Qanunvericiliyə əsasən bələdiyyələrə öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam verilməsi ilə bağlı hüquq verilsə də, onların mülkiyyətinə aid olmayan torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyəti verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 23 aprel tarixli 2-1(085)918/2019 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 21 may tarixli 2-1(085)918/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsində olan mübahisəli torpaq sahəsi Qobustan rayon Qobus tan Bələdiyyəsinin 2007-ci il 10 iyun tarixli 07 nömrəli qərarı ilə X6 qanunsuz satıldığından və bu qərar daşınmaz əmlak üzərində istifadə hüququndan məhrum edilməklə iddiaçının hüquqlarına və ya qanunla qorunan maraqlarına toxunduğundan ləğv olunmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 oktyabr tarixli 2-1(105)-557/2019 nömrəli qərardadı ilə ƏMDK yanında X3 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 noyabr tarixli 2-1(105)-557/2019 nömrəli qərarı ilə Sum qayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 8 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-cu il 6 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin istinad etdiyi sübutlarla müəyyən olunur ki, iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni bələdiyyə qərarının ləğv olunmasına yönəlmişdir. Bu iddia növünə görə, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyiş dirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə yoxlanılmalıdır. İddia ərizəsindən, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi iz ahatdan müəyyən olunur ki, iddia tələbi Qobustan rayon Mərəzə bələdiyyəsinin 3.06 2007-cı il tarixli 07 nömrəli qərarı ilə X1 torpaq sahəsi xx.xx.1997-ci il tarixində açıq səhmdar cəmiyyətinə çevrilmiş “xxxx”in istifadəsində olmaqla, dövlətin mülkiyyətində olduğu halda, qanunsuz olaraq Qobustan rayonu Mərəzə Bələdiyyəsi tərəfindən üçüncü şəxsə satılması ilə əsaslandırılmışdır. Göründüyü kimi, iddiaçı tərəf mübahisə predmeti olan inzibati aktın qəbulu nəticəsində hansı subyektiv hüququnun pozulmasını əsaslandıra bilməmişdir. Mübahisə predmeti olan bələdiyyə qərarının qanunsuz olması güman edilsə belə, bu iddiaçıya həmin qərarı mübahisələndirmək hüququ vermir. Çünki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyinin müvafiq Regional ədliyyə şöbələri tərəfindən həyata keçirili r və bələdiyyə qərarı hər hansı qanun pozuntusu ilə qəbul edilərsə həmin qərarları məhkəmə qaydasında mübahisələndirmək hüququ məhz həmin şöbələrə aiddir. İddiaçı hazırda qeyd olunan bələdiyyə qərarını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Eyni zamanda, dövlətin mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyəti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi mübahisəli torpaq sahəsinin üçüncü şəxs Tamilla Əsgərovaya satılmasına dair Qobustan rayonu Mərəzə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi müddət in ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Bundan başqa, iddiaçı mübahisələndirmə haqqında iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş ikinci xüsusi mümkünlük şərtinə, yəni iddianın qanunla müəyyən edilmiş iddia müddətində qaldırmaqla bələdiyyənin qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərarla üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi üzərind ə üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2008-ci ildə qeydiyyata alınmışdır. İddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğ u barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş İPM-in 38.1-ci maddəsinin hazırkı iddiaya tətbiqinə gəldikdə, işdən göründüyü kimi 2017-ci ildə həmin qərar iddiaçının da iştirak etdiyi digər icraatda mübahisə predmeti olmuşdur. Belə ki, ƏMDK yanında X3 Təşkili üzrə Dövlət Agentliyi (hazırkı iş üzrə üçüncü şəxs) mübahisəli torpaq sahəsinin x satılmasına dair Qobustan rayonu Mərəzə Bələdiyyəsinin 2007-ci il 10 iyun tarixli qərarının etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-232/2017 saylı2017-ci il 20 aprel tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(10 5)1520/18 saylı 2018-ci il 21 may tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1912/2018 saylı, 2018-ci il 28 noyabr tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-15/2018 saylı 2018-ci il 21 may tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Beləliklə, iddiaçı mübahisələndirilən qərardan, ən geci 2017-ci ildə məlumatlı olmuşdur. Hazırkı məzmunda iddia isə, 2019-cu ilin aprelində verilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməs i və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürdüyündən, hüququnun pozulduğunu iddia edə bilməz. İPM-in yuxarıda istinad edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 noyabr tarixli 2-1(105)-557/20 19 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-958/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-958/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver