Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-958/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Səfərov X6 rayon Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının qanunsuz hesab edilməklə ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının vəkili X1, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı (X7 üçüncü şəxs olmaqla) “qərarın qismən ləğv edilməsi” tə ləbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli 02 fevral 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26 sentyabr 2001-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 saylı qərarı ilə Abşeron rayonu Kürdəxanı qəsəbə sakini X2 (üçüncü şəxsin atası) iaşə və digər tikinti məqsədilə 0.24 ha torpaq satıldığı qeyd edilmişdir. 2. 30 iyun 2012-ci ildə tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvanı ünvan 1iyyət kimi qeyd edilmişdir. 3. 9 aprel 2018-ci ildə tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 214.7 kv.m torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə, Abşeron rayonu Məmmədli Bələdiyyəsinə və X3 qarşı «qərarın, dövlət aktının, şəhadətnamənin, reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbini dəyuişdirərək, Abşeron rayonu Məmmədli Bə lədiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 saylı qərarının iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh1 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsinin inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və Cavabdeh1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
7. Cavabdehin üçüncü şəxsə ünvanladığı 11.02.2020-ci il tarixli arayışında 0.24 ha torpaq sahəsinin Abşeron rayonunun Məmmədli Bələdiyyəsinin ərazisində yerləşdiyi qeyd edilmişdir.
8. ƏMDK yanında DƏKÜRX-nin mütəxəssisi tərəfindən verilmiş rəydə iddiaçı ilə üçüncü şəxsin atasına ayrılmış torpaq sahələrinin üst-üstə düşdüyü qeyd edilmişdir
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.11.2019-cu il tarixli rəyində göstərilmişdir ki, reyestr məlumatlarına əsasən, iddiaçıya məxsus torpaq sahəsi tamamilə üçüncü şəxsin atasına mə xsus 0.24 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmişdir, torpaq sahəsinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim:R.L.Kərimli) iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı İddi açı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə qanunsuz olmaqla, sonuncunun mülkiyyət hüququnu pozur. Belə ki, həmin qərar müvafiq hissədə Məmmədli Bələdiyyəsinin səlahiyyətı olmadan qəbul edildiyindən inzibati akt kimi etibarsızdır.
12. Üçüncü şəxs apelyasiya məhkəməsinin qərarından şikayət verərək qərarın ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1073/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov; hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, sözügedən normanın tələbi baxımından, hazırkı iş üzrə cavabdeh qismində işə cəlb edilmiş inzibati orqan olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin qəbul etdiyi inzibati akt (hazırkı halda 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərar) həmin inzibati orqanın yerləşdiyi yerin məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilə bilərdi. Bundan başqa, iş materiallarından, o cümlədən 3-cü şəxsin adına 2001-ci il tarixdə verilmiş Dövlət Aktından, 2012-ci ildə verilmiş “Çıxarış”dan və “Torpaq sahəsinin planı və ölçüsü”ndən, eləcə də Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 11 fevral 2020-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin sxemindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin ərazisində yerləşir. Göründüyü kimi, tərəflərin arasında yaranmış mübahisənin əsasını daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti təşkil edir. Belə olan təqdirdə, hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəllə sinin 8.1.1-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1730/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(103)-1073/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşməsinə baxmayaraq torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşdiyindən, daşınmaz əmlakla bağlı mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxıldığından, Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. ç)apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 f evral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmadan, cav abdehin və üçüncü şəxsin mövqeyini öyrənmədən, sübutlara öz mülahizəsinə uyğun olaraq düzgün qiymət vermədən iddianı təmin etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
24. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə q ərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 27 Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
48. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər...
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanun u 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan 0.24 ha torpaq sahəsi üst-üstə düşür. Mübahisələndirilən torpaq sahəsinə iddiaçının adına çıxarış, eyni zamanda həmin əraziyə üçüncü şəxsin atasının adına çıxarışlar verilmişdir. Torpaq sahəsinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində olduğu müəyyən edilir. Mübahisə olunan torpaq sahəsi Bakı ş əhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşir.
36. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, reyestr məlumatlarına əsasən, İddiaçı məxsus 0.0252 hektar (faktiki ölçülmüş 0,0258 hektar) torpaq sahəsi tamamilə X4 məxsus 0.24 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Baxılan iş üzrə iddiaçı tərəfindən müvafiq tikililər yerləşən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmadığı qeyd olunsa belə, mübahisəli daşınmaz əmlaklar 2013-cü ildə ilkin olaraq qeydiyyatdan keçmiş, bununla da həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.
37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan sübu tlara əsasən, Abşeron rayonu Məmmədi bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı ilə X2, hansı ki, hazırkı üçüncü şəxs onun vərəsəsi kimi çıxış etdir, ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsi nəinki həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmayan, hətta başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə etdiyi müəyyən olunur. Belə olan halda, mübahisələndirilən 6 sentyabr 2001-ci il tarixli, 08 nömrəli qərar müvafiq hissədə Məmmədli bələdiyyəsinin səlahiyyəti olmadan qəbul edildiyindən, qanunsuz inzibati akt hesab edilməli və həmin hissədə ləğv edilməlidir. Belə ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin qərarı ilə iaşə və digər tikinti məqsədilə satılmış 0.24 ha torpaq sahəsinin üzərində olan tikililərin dövlət mül kiyyətində olması cavabdeh Bələdiyyə tərəfindən nəzərə alınmamışdır.
38. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdr.
39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.