Məhkəmə qərarları › İş №2-1(102)-959/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-959/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-959/2019 10.04.2019 ALİ MƏHKƏMƏ “IDDIAÇI” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “IDDIAÇI” MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı “IDDIAÇI” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 2-1(103)1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il tarixdə iddiaçı cəmiyyətin ƏDV depozit sub-uçot hesabına “ETS Eser Taahhüt və Sanaye Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı filialından (VÖEN: ********) 106.002,0 manat ƏDV məbləği daxil olmuş və qeyd olunan əməliyyat üzrə alıcıya cəmiyyət tərəfindən ƏDV məbləği 106.002,0 manat olan 27.08.2013-cü il tarixli ***** nömrəli VHF təqdim edilmişdir. Eyni zamanda, iddiaçı cəmiyyətin **.**.****-cü il tarixdə ƏDV depozit sub-uçot hesabına daxil olmuş məbləğ “X MMC-nin (VÖEN: ******* ) ƏDV depozit sub-uçot hesabına köçürülmüş və qeyd edilən əməliyyat üzrə “X” MMC tərəfindən cəmiyyətə ƏDV məbləği 106.000,0 manat olan 31.08.2013-cü il tarixli ******* nömrəli VHF təqdim edilmişdir. Cəmiyyət tərəfindən 2013-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün vergi orqanı cəmiyyətə 27.02.2014-cü il tarixdə qeyd olunan dövr üzrə analoji qaydada 106.012,5 manat (ƏDV üzrə 106.000.0 manat, MÖMV üzrə 10,5 manat) əlavə hesablama aparmışdır. Daha sonra iddiaçı 25.10.2014-cü il tarixdə 2013-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edərək aparılmış əməliyyatlar üzrə dövriyyə və dövriyyədən hesablanmış ƏDV məbləğini təsdiqləmiş, həmçinin əldə edilmiş VHF üzrə əvəzləşdirilən ƏDV məbləğini (106.000,0 manat) bəyannamədə əks etdirmişdir. Bundan sonra cavabdeh 24 fevral 2015 -ci il tarixli, 1577020016784200 nömrəli qərarı ilə 2013-cü ilin avqust ayı üzrə 106000.00 manat ƏDV hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarı ilə 2013-cü ilin avqust ayı üzrə 106000.00 manat ƏDV hesablanmışdır. İddiaçı “IDDIAÇI” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə 03.06.2015-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçıya əsassız hesablanmış ödənişlərin (vergi, faiz və sanksiyaların) silinməsi barəd ə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3075/2015 saylı, 10.11.2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarı ləğv edilmiş və həmin qərar əsasında iddiaçıya əsassız hesablanmış ödənişlər (vergi, faiz və sanksiyaların) silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1765/2016 saylı, 09 sentyabr 2016-cı il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3075/2015 saylı, 10.11.2015-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı “IDDIAÇI” MMC-nin c avabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 24.02.2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçıya əsassız hesablanmış ödənişlərin silinməsi tələblərinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102) -202/2017 saylı, 10 may 2017-ci il tarixli qərarı ilə iddiaçı “IDDIAÇI” MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2148/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qərarı ilə (haki mlər-S.Seyidova, A.Nuriyeva, V.Ağayev) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3075/2015 saylı, 10 oktyabr 2017-ci il tarixli (mətnə uyğun) qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-448/2018 saylı, 11 may 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavini X tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2148/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qərarınını ləğv edilməsi, işin yenidən baxılma sı üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3075/2015 saylı, 10.11.2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı, onun malları aldığı “X” MMC və satdığı “ETS Eser Taahhüt ve Sanayi Anonim Şirkəti”nin Azərbaycan Respublikası filialı ƏDV-ni əvəzləşdirməyə hüququ olan şəxslərdir. Yəni, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin məzmununa əsasən şəxs ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxslərin malları göndərməsi və digər əməliyyat aparması vergitutma obyekti deyildir. Lakin hazırkı halda iddiaçı malları “X ” MMC-dən almış və “ETS Eser Taahhüt ve Sanayi Anonim Şirkəti”nin Azərbaycan Respublikası filialına satmışdır. Belə olan halda iddiaçının apardığı əməliyyat vergi tutma obyekti hesab edilməli və ƏDV-yə cəlb edilməlidir. Eyni zamanda iddiaçı həyata keçirdiyi əməliyyatlarda ƏDV- ni əvəzləşdirməyə hüququ olan şəxs kimi müvafiq olaraq VHF vermiş və almış, bəyannamələrini təqdim etmiş və ƏDV-ni əvəzləşdirdiyini həmin bəyannamələrdə əks etdirmişdir. Lakin nağd qaydada aparılmış əməliyyatlar üzrə elektron vergi hesab fakturasını vermiş və bununla da Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəl illərinə görə Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Kassator hesab edir ki, o malların dəyərini nağd qaydada ödədiyindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbi baxımından ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxs hesab olunmalı və onun malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmamalıdır. Kassator Vergi Məcəlləsinin 3.8-ci maddəsinə, 159.7, 175-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmion edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “IDDIAÇI” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmion edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-cü il tarixdə iddiaçı cəmiyyətin ƏDV depozit sub-uçot hesabına “ETS Eser Taahhüt və Sanaye Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı filialından (VÖEN: ********) 106.002,0 manat ƏDV məbləği daxil olmuş v ə qeyd olunan əməliyyat üzrə alıcıya cəmiyyət tərəfindən ƏDV məbləği 106.002,0 manat olan 27.08.2013-cü il tarixli ***** nömrəli VHF təqdim edilmişdir. Eyni zamanda, iddiaçı cəmiyyətin **.**.****-cü il tarixdə ƏDV depozit sub-uçot hesabına daxil olmuş məbləğ “X MMC-nin (VÖEN: ******* ) ƏDV depozit sub-uçot hesabına köçürülmüş və qeyd edilən əməliyyat üzrə “X ” MMC tərəfindən cəmiyyətə ƏDV məbləği 106.000,0 manat olan 31.08.2013-cü il tarixli ******* nömrəli VHF təqdim edilmişdir. Cəmiyyət tərəfindən 2013-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün vergi orqanı cəmiyyətə 27.02.2014-cü il tarixdə qeyd olunan dövr üzrə analoji qaydada 106.012,5 manat (ƏDV üzrə 106.000.0 manat, MÖMV üzrə 10,5 manat) əlavə hesablama aparmışdır. Daha sonra iddiaçı 25.10.2014-cü il tarixd ə 2013-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi təqdim edərək aparılmış əməliyyatlar üzrə dövriyyə və dövriyyədən hesablanmış ƏDV məbləğini təsdiqləmiş, həmçinin əldə edilmiş VHF üzrə əvəzləşdirilən ƏDV məbləğini (106.000,0 manat) bəyannamədə əks etdirmişdir. Bundan sonra cavabdeh 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarı ilə 2013-cü ilin avqust ayı üzrə 106000.00 manat ƏDV hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarı ilə 2013-cü ilin avqust ayı üzrə 106000.00 manat ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin kameral vergi yoxlamalarının keçirildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən kameral vergi yoxlaması ver gi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Cavabdeh isə 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərar qəbul edərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozmaqla kameral yoxlamalar aparmışdır. Belə ki, vergi orqanı 30 günlük müddətə riayət etməmiş, iddiaçı dəqiqləşmiş bəyannaməni 2014-cü ilin oktyabr ayında vermiş, cavabdeh isə 2015-ci ilin fevral ayında kameral yoxlama ilə mübahisələndirilən qərarı qəbul etmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə bu məsələyə qiymət vermədən qərar qəbul etmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştir akçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “IDDIAÇI” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1928/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “IDDIAÇI” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdehin 24 fevral 2015-ci il tarixli, 1577020016784200 nömrəli qərarı ləğv edilsin və həmin qərar əsasında iddiaçıya hesablanmış ödənişlər (vergi, faiz və sanksiyalar) silinsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar