Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-959/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar sözlər: işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Nicat Ramazanovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-477/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı onun xx.xx.1997-ci ildən - xx.xx.2005-ci ilə kimi Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işlədiyi dövrlərin sosial s ığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1997-ci ildən - xx.xx.2005-ci ilə kimi Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işləmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Belə ki, iddiaçı xx.xx.1981 -ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir, iddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yox lanılması mümkün olmadığından həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.1997-ci ildən - xx.xx.2005-ci ilədək Qubadlı rayon X5 çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-738/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının xx.xx.1997ci ildən - xx.xx.2005-ci ilədək Qubadlı rayon X5 çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsibarədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(105)-477/2019 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Ruhiyyə Əsg ərova və Zaur Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Sumqayıt İİM-nin qeyd edilən qərarını ləğv edən zaman onun əmək kitabçasında qeyd edilmiş xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilədək olan dövrün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalarının 4.2.7-ci bəndində qeyd edilən halları nəzərə almamışdır. Onun sığor ta stajına dair qeyd edilən məlumatları yoxlamaq onun deyil, cavabdeh təşkilatın vəzifəsidir. Ona yalnız həmin idarədən orada işlədiyini sübut edən yeganə hüquqmüəyyənedici sənəd kimi əmək kitabçası verilmişdir. Məhkəmənin gəldiyi nəticə isə ondan ibarətdir ki, onun həmin idarədə işləməyinə dair heç bir məlumat olmadığına görə əmək kitabçasında qeyd edilən dövrlər sığorta stajına əlavə edilə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi onun xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005ci ilədək Qubadlı rayon X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsini, iş fəaliyyətini təsdiq edən əmək kitabçasının mövcudluğunu mübahisənin həlli üçün yetərli hesab etməkdə haqlı olmuşdur. Belə olmayan halda onun əmək kitabçasının saxta olduğu iddia edilirsə, o, i şin bu hallarına dair məhkəmə tərəfindən Xüsusi Qərardad çıxarılmasına belə razı olduğunu bildirərək işin həqiqi hallarının ortaya çıxmasını arzu etdiyini bildirmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)477/19 saylı qərarının ləğv edilməsi, iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili N.Ramazanov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tari xli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası mə hkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsas lanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(105)-477/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)738/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 14.3, 34.1, 58.7-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 12-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş qənaətə gələrkən xx xxxxxxx 2019-cu il tarixli qərarında qe yd etmişdir, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 2008-ci il tarixdən (iddiaçının 27 yaşı olduğu zaman) 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Belə olduğu təqdirdə əlilliyə görə pensiya təyini üçün iddiaçının minimum sığorta stajı 3 il 8 ay (1 il + (2719: 8 x 4= 32 ay: 12: 2 il 8 ay)) təşkil etməlidir. «İddiaçının adına açılmış və xx xxxxxxx 1997-ci il tarixdə doldurulmuş ******* seriyalı əmək kitabçasından görünür ki, Qubadlı rayon Qaz İstismar İdarəsinin xx xxxxxxx 1997-ci il tarixli 53 nömrəli əmri ilə iddiaçı həmin tarixdə ərizəsinə əsasən dərəyə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, həmin İdarənin xx xxxxxx 2005-ci il tarixli 65 nömrəli əmri ilə həmin tarixdə işdən azad edilmişdir. Əmək kitabçasında bundan başqa iddiaçının işləməsinə dair heç bir qeydiyyat apar ılmamışdır». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» Dövlət Şirkəti X8 və Təchizi üzrə X1 rayon X4 arayışına əsasən İddiaçı 1997-ci ildən 2005-ci ilədək Qubadlı rayon X3 işləmişdir. Həmin arayışa yalnız əmrlər kitabından çıxarış əlavə olunmuş, əmək haqqı cədvəlləri və əmrlər kitabının əsli məhkəməyə təqdim edilməmişdir. Əmrlər kitabından çıxarışda da, arayışda olduğu kimi, iddiaçının xx xxxxxxx 1997-ci ildə işə qəbul edilməsi və xx xxxxxx 2005-ci il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. Bununla belə, Qubadlı rayon X4 birbaşa tabeçiliyində olan Azərbaycan Respublikası xxxx» Dövlət Şirkəti X8 və ixracı (Təchizi) üzrə İstehsalat Birliyinin məktubuna əsasən «X10» Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində Qubadlı rayon X6 adlı müəssisə heç vaxt mövcud olmamış və İddiaçı adında şəxs QSC-də və ya hər hansı struktur bölməsində işləməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən X9 və Təchizi üzrə İstehsalat Birliyi yaranmışdır. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası Prezidentin x xxxxxxxx 1992-ci il tarixli 160 nömrəli Fərmanı ilə «xxxx» Dövlət Şirkəti yaradılmış, Şirkətin Nizamnaməsinə əlavəyə əsasən, X8 və İxracı üzrə İstehsalat Birliyi Şirkətin tərkibində olmuşdur. X7 İdarəsinin Əsasnaməsindən isə görünür ki, X7 İdarəsi «xxxx» Dövlət Şirkətinin X8 və Təchizi üzrə İstehsalat Birliyinə tabe olmaqla, sərbəst balansa malik olmamış və hüquqi şəxs olmamışdır. 1996-cı ildə «xxxx» Dövlət Şirkətinin bazasında «xxxx » Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1997-ci il tarixli, 700 nömrəli sərəncamı ilə «xxxx» Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Maye Qaz üzrə İstehsalat Birliyi (keçmiş X8 və İxracı üzrə İstehsalat Birliyi) ləğv edilmiş, Maye Qaz üzrə İstehsalat Birliyinin müəssisə və obyektləri özəlləşdirilmək üçün Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Bundan sonra 1998-ci il aprel ayının 22-də Respublika Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən Bakı, Bərdə, Yevlax, Əli-Bayramli, Siyəzən, Horadiz, X2 bazasında «X10» ATSC yaradılması haqqında qərar qəbul edilmiş, 1999-cu ilin fevral ayından səhmdar cəmiyyət kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixl i fərmanına əsasən X10 Açıq Səhmdar Cəmiyyəti X10 Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq 1997-ci ilin dekabr ayından etibarən «xxxx» Səhmdar Cəmiyyətinin Maye Qaz üzrə İstehsalat Birliyi, o cümlədən Birliyin tabeliyində olan Qubadlı rayon X6 ləğv edilmiş, onun tabeliyində olan birliklərinin bazasında X10 Cəmiyyəti yaradılaraq 1999-cu ildən fəaliyyətə başlamışdır. «X10» QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktuba əsasən İddiaçı adında şəxs QSC-də və ya hər hansı struktur bölməsində işləməmiş, o cümlədən Səhmdar Cəmiyyətinin tabeçiliyində Qubadlı rayon X6 adlı müəssisə heç vaxt mövcud olmamışdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 1997– 2005-ci illər ərzində ləğv edilən Qubadlı rayon X3 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlər düzgün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi işin sadalanan xüsusatlarına məcmu halda qiymət verərək hesab etmişdir ki, İddiaçı xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci ilədək «xxxx» Dövlət Şirkəti X8 və Təchizi üzrə X1 Rayon X3 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər həqiqəti əks etdirməmiş, iddiaçı həmin illərdə Qubadlı rayon İstismar Kontorunda ümumiyyətlə işləməmiş, yuxarıda da qeyd edildiyi kımi, «xxxx» Səhmdar Cəmiyyətinin Maye Qaz üzrə İstehsal Birliyi və o cümlədən tabeliyındə olan Qubadlı rayon X6 xx xxxxxx 1997-ci ildən etibarən ləğv edilmişdir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə və apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında yuxarıda yazılmış məsələlərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, həmin məsələlərdə ziddiyyətlərin olması barizdir və bu ziddiyyətlər tam və hərtərəfli olaraq araşdırılmamış və aradan qaldırılmamışdır. Belə ki, məlum olduğu kimi xx xxxxxx 2006-cı il tarixədək hər hansı bir şəxsin hər hansı bir müəssisədə işləməsini təsdiq edən rəsmi sənəd əmək kitabçası sayılırdı ki, işin 6–7-ci səhifələrində iddiaçının əmək kitabçası var və orada iddiaçının harada və nə vaxtdan nə vaxta qədər işləməsinə dair yazılar mövcuddur ki, həmin yazıların (qeydlərin) mötəbər olmamasına dair konkret sübutlar işdə yoxdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7- ci maddələrinə istinad etsə də, əslində yuxarıda göstərilmiş işin ziddiyyətli məqamlarının araşdırılması məqsədi ilə İnzibati Prosessual Məcəllənin həmin maddələrinə riayət edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üçün həlledici əhəmiyyət kəsb edən sözügedən məsələni, yəni, iddiaçının Qubadlı rayon Qa z İstismar İdarəsində çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası «xxxx» Dövlət Şirkətinə birbaşa sorğu göndərilməli və müfəssəl cavab alınmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şi kayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-477/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-959/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-959/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver