Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-959/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraat aparılmadan və müvafiq inzibati akt qəbul edilmədən pensiya ödənişinin dayandırılması, dayandırılmış əmək pensiyasının ödənişin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1957, FİN: xxxxxxx) cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-607/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(82)3703/2017 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2017-ci il tarixli, 2-1(103)-2256/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(82)-3703/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli, 2-1(102)-687/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2017-ci il tarixli, 2-1(103)-2256/2017 nömrəli qərarı dəyişdir ilmədən saxlanılmışdır.
4. Cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır.
5. İddiaçı pensiyanın bərpa edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya təqdim olunmuş 28 iyul 2020ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının pensiya ödənişi müvafiq araşdırmanın aparılması məqsədilə dayandırılmışdır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyanın ödənişi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 nömrəli, 28 avqust 2017-ci il tarixli qərar ı əsasında təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir
7. İddia onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3703/2017 nömrəli, 11 avqust 2017-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmiş, 21 oktyabr 1978-ci il tarixdən 29 noyabr 1988-ci il tarixədək “Mərkəzielektriktökmə” zavodunda (keçmiş “Elektrosentrolit”) xüsusilə zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrə aid iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş güzəştli pensiya hüququ verən vəzifələ rin 1 nömrəli siyahısına müvafiq olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 22 avqust 2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(İ03)-2256/2017 saylı, 8 dekabr 20l7-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.x x.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-687/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2-1(103)-2256/2017 saylı, 8 dekabr 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin iki ilə yaxındır ki, ona pensiyanın ödənilməsi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. Dəfələrlə müxtəlif orqanlara şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçının çoxsaylı şikayətlərinə bir dəfə Dövlət Sosial Müdafiə Fondu tər əfindən cavabı verilmişdir. İddiaçı hesab edir ki, ona pensiya məhkəmə qərarı əsasında təyin edildiyindən, cavabdeh tərəfindən ödənişin dayandırılması qanunsuzdur. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarı icra olunmur, iddiaçının hüquqlarının pozulması davam edir. Pensiyanın verilməməsi iddiaçını ağır vəziyyətə salmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq pensiya ödənişi bərpa edilməmişdir.
8. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təy in edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Dövlət Sosial Müdafiə Fondunun tabe qurumları üzrə son illərdə məhkəmə instansiyaları vasitəsilə güzəştli şərtlərlə yaşa görə aylıq məbləği yüksək olan əmək pensiyalarının təyin olunmasına (və ya yenidən hesablanmasına) və həmin işlər üzrə ötən dövrlər üçün fərq məbləğlərinin ödənilməsinə nail olunmuş müvafiq pensiya işlərinin qanunauyğunluğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı iddiaçının pensiya işində olan sənədlərə, eləcə də “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 27 may 2017-ci il tarixinədək Bakı şəhəri, Yasamal rayonunda bir neçə ünvanda rəsmi qeydiyyatda olmuş, qeyd olunan tarixdən ünvan 2ında rəsmi qeydiyyata alınmış, 5 ay sonra, yəni xx.xx.2017-ci il tarixdən əvvəlki Yasamal rayonu, V.Əliyev küçəsi, ev 27 ünvanına qayıtmış, 09-22 dekabr 2018-ci il tarixlərində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 9, mənzil 33 ünvanında və sonuncu dəfə xx.xx.2018-ci ildən yenidən əvvəlki Yasamal rayonu, V.Əliyev küçəsi, ev 27 ünvanında rəsmi qeydiyyata alınmış iddiaçının adından yazıldığı və imzasının saxtalaşdırıldığı ehtimal olunan, həmçinin tarixi qeyd olunmayan ərizəsi (1 nömrəli əlavə) onun qeydiyyatda olmadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 27 noyabr 2018-ci il tarixdə qəbul edilmişdir. Ərizədə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi 17365762, ünvanı isə "N. Abdul, 4/25” kimi göstərilsə də, ərizənin arxasına tikilmiş şəxsiyyət vəsiqəsinin surətində sənədin nömrəsinin 18592623, ünvanın (yaşayış yerinin) ünvan 3lunduğu, həmin surətin isə xx.xx.2018-ci ildə notarial qaydada təsdiq olunduğu aşkar edilmişdir. İAMAS-da 17365762 nömrəli şəxsiyyət vəsiqəsi üzrə ünvan məlumatlarına baxılarkən yuxarıda qeyd olunan ünvanla eyni olmadığı, ünvan 4 Ehtimal olunur ki, iddiaçıya pensiya təyinatının aparılması üçün onun 17365762 nömrəli şəxsiyyət vəsiqəsi üzrə ünvan məlumatları saxtalaşdırılıb. Belə ki, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən pensiya təyinatının aparılmasından ötrü ünvanı təsdiq edən şəxsiyyət vəsiqəsinin təhrif edilməsi yolu ilə məqsədlərinə çatdıqdan sonra, bu işdə maddi marağı olmuş həmi n şöbənin məsul əməkdaşları və digərləri sonradan vətəndaşın əsl şəxsiyyət vəsiqəsinin surətini pensiya işinə tikmiş, lakin ərizədə qeyd olunmuş əsassız ünvan qeydlərinin düzəldilməsi nəzərdən yayınmışdır. Ərizənin üzərinə dərkənar yazılmasa da, şöbənin 27 noyabr 2018-ci il tarixli daxilolma ştampı vurulmuşdur. Araşdırma zamanı, şöbə tərəfindən iddiaçının adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndəki sənədlərin onun şöbəyə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla 50 yaşından əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının iddiaçının müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə iddiaçıya şöbə tərəfindən ünvanlanmış məktub, iddiaçının məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmələrin şöbə ilə yazışmaları, şöbənin məhkəmələrə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmiş, yalnız 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının əslinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının surətinin pensiya işinə tikildiyi məlum olmuşdur. Pensiya işinə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (82)- 3703/2017-ci il nömrəli qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, iddiaçı Fondun Suraxanı rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin vətəndaşa pensiya təyin edilməsi barədə imtina məktubunun Fondun Nizami rayon şöbəsi tərəfindən yazıldığı qeyd edilmişdir. Həmin şöbənin iddiaçıya ünvanladığı 21 iyun 2017-ci il tarixli, xx/xx-3379 saylı müvafiq məktubunda iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən cavabdeh orqanın müəyyən edilməsində qeyri-müəyyənlik aşkar olunmuşdur. Qeyd olunan qeyri-müəyyən hallara aydınlıq gətirilməsi ilə bağlı 1-ci instansiya məhkəməsində əsaslandırılmaların aparılmadığı məlum olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsindən imtina məktubu əldə edildikdən sonra, iddiaçı Fondun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3703/2017 nömrəli qərarı ilə iddiaçının tələbi təmin edilmişdir. Suraxanı rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin iddiaçının xeyrinə qəbul edilmiş 11 avqust 2017-ci il tarixli, 2-1(82)3703/2017 nömrəli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-2256/2017 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Şöbə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 21(102)-687/18 nömrəli qərarı ilə şikayət təmin olunmamışdır. Qeyd olunduğu kimi, iddiaçının adından yazılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş müvafiq iddia ərizəsində 22 avqust 2007-ci ildən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Məhkəmə tərəfindən həmin iddiaya baxılmış və vətəndaşın lehinə qərar qəbul edilmişdir. Lakin iddiaçıya şöbə tərəfindən heç bir növ əmək pensiyası təyinatı aparılmadığı halda, məhkəmə yenidən hesablama barədə müvafiq qərar qəbul etmişdir. Bundan əlavə, həmin məhkəmənin müvafiq qərarının 2-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, “Məhkəmənin iş üzrə 20 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana t əqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur”. Lakin qərarda həmin yazılı münasibət məktubu barədə heç bir məlumat verilmədiyi aşkar edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə baxışının predmetini cavabdehin üzərinə vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, pensiyanın yenidən hesablanması və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması təşkil etmişdir. Həmçinin Ali Məhkəmənin qərarının 3-cü abzasında cavabdeh şöbənin imtina məktubunun tarixinin “xx.xx.2016-ci il” kimi qeyd olunduğu aşkar edilmişdir. Göstərilənlərdən əlavə, hər 3 instansiya məhkəməsində i ddiaçının istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi peşələrin xüsusilə zərərli və xüsusilə ağır olması barədə əsaslar olmadan və iş stajının düzgünlüyü araşdırılmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarlarının heç birində pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, bu işdə maddi maraqları olan şəxslərin təsiri ilə iddiaçının iddia etdiyi ağır və zərərli işlərdə işləməsi faktının düzgünlüyünün şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edilməmiş, müvafiq iş yerindən güzəştli iş stajını xarakterizə edən zəruri sənədlər (izahlı arayış) tələb edilməmişdir. Pensiya işinə tikilmiş və MT-İ seriyalı,1748329 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, iddiaçı 15.0l.1975xx.xx.1976-cı illərdə “Azəryolnəqliyyattikinti” Brliyində (MSB-3) fəhlə işləmiş, xx.xx.1969xx.xx.1971-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1978-xx.xx.1988-ci illərdə “Elektrosentrolit” zavodunda (indiki Bakı ”Elektriktökmə” ASC) qəlibtökmə sexində çıxarıcı köməkçisi və çıxarıcı, xx.xx.1989-xx.xx.1995-ci illərdə 837 saylı Tikinti İdarəsində mexanik, xx.xx.1995-xx.xx.1997-ci illərdə “McDermott” Azərbaycan şirkətində tərcüməçi, xx.xx.1997-xx.xx.2004-cü illərdə “X2” LTD-də texniki təhlükəsizlik üzrə mühənd isin assistenti, xx.xx.2004-xx.xx.2007-ci illərdə Saipem SPA-nın Azərbaycan nümayəndəliyində əmək təhlükəsizliyi üzrə mütəxəssis, xx.xx.2008-01.083.2012-ci illərdə "THE HR A Kompani İNK”-də əməyin mühafizəsi üzrə təlimatçı işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq Altsistemi”ndə mövcud olan əmək müqavilələri bildirişlərinin araşdırılması nəticəsində İddiaçı xx.xx.2015-xx.xx.2017-ci illər ərzində "Enermech Limited”in Azərbaycan Respublikasındakı Filialında işçilərin öyrədilməsi üzrə mütəxəssis, xx.xx.2018- xx.xx.2020-ci illər ərzində “Amos Europe (UK) limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında kadr və peşə hazırlığı üzrə inspektor işlədiyi aşkar edilmişdir. Lakin hər 3 instansiya məhkəməsin in qərarlarında iddiaçının yuxarıda sadalanan əmək fəaliyyəti barədə heç bir məlumatın qeyd olunmadığı aşkar edilmişdir. Qeyd olunanlara əsasən ehtimal olunur ki, iddiaçı bilərəkdən sonrakı dövrlərdə işləməsi barədə məhkəmələrə məlumat verməmiş və əmək kitabçasını təqdim etməmiş, onun 2 əmək kitabçası mövcud olmuş, əsl əmək kitabçası gizlədilmiş, məhkəməyə təqdim edilmiş digər əmək kitabçası isə əvvəlcədən saxtalaşdırılmışdır. Bundan əlavə, səlahiyyətləri daxilində araşdırma tədbirlərinin davamı olaraq Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi Hüsü Atamov, böyük mütəxəssisi Eyvaz Əhmədov və ASC-nin kadrlar şöbəsinin rəisi Sitarə Rəhimovanın iştirakı ilə vətəndaş İddiaçı güzəştli şərtlərlə əmək pen siyası təyin edilərkən zərərli iş şəraiti kimi əsas götürülmüş “Elektrosentrolit” zavodunda (indiki Bakı "Elektriktökmə” ASC) xx.xx.1978-xx.xx.1988-ci il dövr ərzində qəlibtökmə sexində çıxarıcı köməkçisi və çıxarıcı peşələrində işləməsi faktının düzgünlüyü müəssisədə saxlanılan əmrlər kitabı və fərdi şəxsi hesab cədvəlləri (əməkhaqqı cədvəlləri nəzərdə tutulur) ilə yerində qarşılıqlı yoxlanılmış, nəticədə vətəndaşın 1988-ci ilə aid olan fərdi şəxsi hesab cədvəli, yəni həmin il ərzində qeyd olunan istehsalat və peşə üzrə əməkhaqqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin aşkar olunmadığı müəyyən edilərək bu barədə 18 noyabr 2020-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunanlara əsasən, faktiki işlədiyi dövr nəzərə alındıqda, iddiaçının zərərli şəraitd ə cəmi iş stajı qanunvericiliklə tələb olunan 10 il staja qarşı 9 il 2 ay təşkil etdiyindən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Araşdırma nəticəsində vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş digər peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ verən vəzifələrin 1 nömrəli Siyahısında nəzərdə tutulmadığı müəyyənləşdirilmişdir. İddiaçının aylıq pensiyasının ödənişi xx.xx.2020-ci il tarixədək aparılmış, lakin araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. xx.xx.2018-xx.xx.2020-ci illər ərzində ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 47789,54 manat təşkil etmişdir. Qanunun tələblə rinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi nəticəsində iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 248795,25 (153216,17 + 47789,54) manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunduğu kimi, iddiaçının pensiya təyin olunarkən yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda, onun yaşa görə əmək pensiyası hüququnun qanunvericiliyə əsasən xx.xx.2022-ci il tarixdən yarandığı müəyyən olunur. Əlavə olaraq bildirilir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Həmin araşdırma ilə əlaqədar Nazirlik tərəfindən A zərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Bu səbəbdən də əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5367/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli (hakim M.T.Hacıbəyova) qərarı ilə iddia tələbi təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3703/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı əsasında iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiy a məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 7.3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya pensiya ödənişinin dayandırılması üçün əsas olan halların mövcudluğuna dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-607/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər M. N. Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5367/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, aparılmış yoxlama nəticəsində iddiaçının şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmasına ciddi əsaslar vardır və bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir.
16. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçının iş yerindən onun xüsusilə zərərli və ağır işlərdə İşləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş, bu istiqamətdə zəruri yoxlama işləri aparılmamışdır.
17. İddiaçının iş materiallarında olan əmək kitabçasındakı qeydlərin saxtalaşdırılmasına ciddi əsaslar vardır.
18. Həmçinin, aparılmış müvafiq yoxlamalar nəticəsində iddiaçının güzəştli iş stajının tələb olunan 10 ildən az, yəni 9 il 2 ay olması müəyyən olunmuşdur. Lakin göstərilən xüsusatlara məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
21. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məluma t və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mü mkündür.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(82)-3703/2017 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar qanuni qüvvəyə minmişdir.
29. Daha sonra iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi cavabdeh tərəf indən 01 yanvar 2020-ci il tarixdən dayandırılmışdır. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırılmasının səbəbi qismində tərəflərindən aparılmış araşdırma nəticəsində iddiaçının iş materiallarında olan əmək kitabçasındakı qeydlərin saxtalaşdırılmasına ciddi şübhələrin olduğu və bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edildiyi, iddiaçının iş yerindən onun xüsusilə zərərli və ağır işlərdə çalışdığını təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli iş arayışının alınmadığı və bu istiqamətdə zəruri yoxlama aparılmadığı qeyd olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, aparılmış müvafiq yoxlamalar nəticəsində iddiaçının güzəştli iş stajının tələb olunan 10 ildən az, yəni 9 il 2 ay olduğu müəyyən edilmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı halları tənzimləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil e dilə bilməz.
31. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı.
32. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.
33. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də ş əxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda tə sbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
34. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
35. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
36. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı biri ni aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
37. Məhkəmə kollegiyası xüsusi olaraq vurğul ayır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu cavabdeh tərəfindən nəzərə alınmalıdır.
38. Nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu hallarda, inzibati orqan (cavabdeh) tərəfindən bu qərarın 33-ci bəndində qeyd olunmuş qaydada inzibati icraat həyata keçirilməli, icraat çərçivəsində mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu araşdırılmalı, yeni açılmış halların müəyyən edildiyi təqdirdə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə mübahisəyə dair yekun qərarı qəbu l etmiş məhkəməyə müraciət olunmalıdır. Belə ki, həmin normanın müddəalarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
39. İPM-in 105-ci maddəsinin tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən həmin Məcəll ənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
40. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məhkəmə qərarı ilə təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl olunmamışdır. Aşağı instansiya məhkəmələrində, eləcə də kassasiya instansiya məhkəməsində də icraat zamanı pensiyanın ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə və davranış qaydalarına cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh özü də bu barədə məhkəməyə hər hansı dəlil və sübut təqdim etməmişdir.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması i lə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-607/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.