Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-959/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti. Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X1) “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1056/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xətai rayon İcra Hakimiyyəti başçısının 219 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X2 fərdi ev tikintisi üçün 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmışdır.
2. Bundan başqa Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli 283 saylı sərəncama əsasən yuxarıda qeyd edilən inşa edilmiş tikilinin də istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi göstərilmişdir.
3. Ə.Ə.Əliyev ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək bildirir ki, ona ayrılmış torpaq sahəsində fərdi evin tikintisi başa çatdırılmışdır. Odur ki, göstərilən tikinti sahəsi istismara qəbul edilib hüquqi qeydiyyatdan keçirilsin.
4. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/4613 saylı, xx.xx.2006cı il tarixli məktubu ilə yuxarıda göstərilən ünvan Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 1-ci döngə ev 14 kimi qeyd edilmişdir.
5. İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinin ünvan 1 ünvanında torpaq sahəsinin X2 ayrılması barədə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsini mübahisələndirir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanının yaxınlığından keçən diametri 1200 mm “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X2 ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamın və həmin ərazidə inşa edilmiş tikilinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı verilmiş xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Belə ki, Bakı şəhəri üzrə abonentlər tərəfindən axıdılan çirkab suların davamlı nəql edilərək tam tənzimlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütə madi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 1970-ci ildən hazırkı tarixədək istismarda olan, Bakı şəhərinin Nizami və Xətai rayonlarından keçən diametri 1200 mm və məhsuldarlığı 0.92 m3 /san olan xüsusi əhəmiyyətə malik “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında X2 məxsus tikilinin mövcud olduğu müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericiliyin, tikinti norma və qaydalarının tələbləri pozulmaqla Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamla kanalizasiya kollektorunun Xətai rayonu, Şahin Səmədov küçəsinin yaxınlığından keçdiyi (yerləşdiyi) torpaq sahəsi inşaat işlərinin aparılması məqsədilə iddia üzrə üçüncü şəxs X2 ayrılması və şəxsin də öz növbəsində qeyd olunan torpaq sahəsində fərdi yaşayış evini inşa etməsi müəyyən edilmişdir. Eyni zamanda inşa edilmiş qanunsuz tikilinin də istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli 283 saylı sərəncam verilmişdir. İnşa edilən fərdi yaşayış evi kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini mümkünsüz etmişdir. Kollektorlarla ötürülən müxtəlif tərkibli çirkab suların birləşməsi nəticəsində xətlərdə alışmağa, partlayışa meyilli və insan səhhətinə ciddi ziyan vuracaq xüsusi təhlükəli (zəhərli) qazlar yaranır ki, bu hal da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi, yanğın, partla yış ehtimalını artırır, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmış olur. Eyni zamanda kollektorun altında qalan hissədə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Bu cür hallar dəfələrlə baş vermiş, bunun nəticəsində İddiaçı ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi barədə məhkəmələrdə iddialar qaldırılmış, Cəmiyyət dəfələrlə kompensassiya ödəmək məcburiyyətində qalmışdır. Verilmiş sərəncam nəticəsində qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğu ların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin tələblərində birbaşa qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texni ki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Qeyd olunan qanunvericilik aktların tələblərindən görünür ki, kanalizasiya xəttinin üzərində və ya onların sanitar-mühafizə zolağında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Hesab edilir ki, İddiaçı ASC-yə məxsus kanalizasiya xəttinin keçdiyi ərazinin maraqlı şəxsin mülkiyyətinə verilməsinə dair sərəncam ləğv edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı (hakim-A.Əhədova) i lə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
10. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1056/2023 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Kamran Əkbərov və Səadət Bəktaşi ) İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2022 saylı iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlan ılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apelyasiya şikayətinin məzmunu ilə oxşardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiy ası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyin i, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. İş üzrə apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ə məl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərardad qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qeyd o lunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 25.Yuxarıda i stinad olunan normanın da tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
26. Bu baxımdan, məhkəməyə iddia ilə müraciət hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
27. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir.
28. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisələndirmə haqqında iddiaya münasibətdə digər şərtlərlə yanaşı həm də iddianın iddia müddətinə dai r normalara əməl olunmaqla qaldırılması şərti də ödənilmiş olmalıdır.
29. İşin hallarından görünür ki, hazırkı iddia yuxarıda istinad olunan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
30. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 219 nömrəli sərəncamını və xx.xx.2006-cı il tarixli, 283 saylı sərəncamını mübahisələndirərək, qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür.
31. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələ ndirilən sərəncamların iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir.
32. İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
33. Həmçinin mövcud qanunvericiliklə yanaşı mübahisələndirilən sərəncamların qəbul olun duğu dövrdə qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də qeyd olunur ki, “Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir”.
34. Qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyinə görə mübahisəli kanalizasiya kollektoru 1970-ci ildən istismara verilmiş, mübahisəli fərdi yaşayış evi isə ən tezi 1998-ci ildə tikilmişdir.
35. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan görünür ki, iddiaçı 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəli əmlakın üzərində yerləşdiyi güman olunan diametri 1200 mm olan kanalizasiya kollektoruna xidməti, nəzarət işlərini həyata keçirir.
36. Belə olduğu halda 20 ildən artıq müddət ərzində iddiaçı tərəfindən həmin tikilinin müəyyən edilməməsinin və ya həmin tikilinin mövcud olmasına əsas verən sərəncamların iddiaçıya məlum olmamasının inandırıcı və ağlabatan hesab olunmaması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
37. Bu mövqeyə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı müvafiq sərəncamların ləğvi ilə bağlı iddia qaldırmazdan uzun müddət əvvəl həmin sərəncamlar barəsində məlumatlı olmuşdur (olmalı idi), bu hal iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir.
38. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüv vədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
39. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
40. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyiş dirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-1056/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.