Məhkəmə qərarları › İş №2-1(102)-959/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-959/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-959/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3550/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Xarkov Milli Radioelektronika Universiteti tərəfindən verilmiş V19 № 145565 nömrəli, 30 iyun 2019-cu il tarixli diplomun tanınması üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İmtinanın əsas dəlili ondan ibarətdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “X1 Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumunun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən m illi ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü hissəsinin tələblərinə əsasən, ixtisası üzrə aldığı təhsil müddəti Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent olan ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Nəticə etibarı ilə, xarici ali təhsil ixtisasınızın tanınmaması haqqında xx.xx.2019-cu il tarixində qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun B19 № 145565 nömrəli xx.xx.2019-cu il tarixli diplomu üzrə ixtisasının tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cu ildən xx.xx.2019cu ilədək Ukraynanın Xarkov şəhərində yerləşən dövlət universiteti olan Xarkov Milli Radioelektronika Universitetinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr pilləsində qiyabi formada təhsil almışdır. Təhsilini bitirib V19 № 145565 nömrəli, xx.xx.2019-cu il tarixli diplom almışdır. Lakin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Təhsil Nazirliyinin aidiyyəti qurumuna müraciət etmiş və bütün tələb olunan sənə dləri təqdim etmişdir. Müraciəti qəbul olunduqdan təxminən 10 gün sonra, Təhsil Nazirliyinin aidiyyəti struktur idarəsinə ekspert qrupu tərəfindən müsahibəyə dəvət olunmuş və müsahibəni müvəffəqiyyətlə keçmişdir. Lakin, təəssüflər olsun ki, nəticədə diplomun tanınması ilə bağlı imtina qərarı almışdır. İmtina qərarının əsası kimi Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun əlavəsinə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olduğu göstərilmişdir.

5. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki tədris prosesində ümumiyyətlə iştirak etməyən AR Təhsil Nazirliyinin sözügedən qənaətə gəlməsi həm məntiq, həm mövcud qanunvericiliyin tələbl əri, həm də səlahiyyəti baxımından uyğun və obyektiv olaraq, anlaşılan deyil. Bu gün, ümumiyyətlə xarici ölkəyə səfər etmədən belə xarici universitetin tədris yükünə cavab verərək, standartlara yiyələnmək və diplom almaq mümkündür. Tələbənin Universitetin müəyyən etdiyi tədris yükünü yerinə yetiribyetirmədiyini, düşünürəm ki, yalnız həmin Universitet bildirə bilər. Universitet isə arayış verərək, Ukraynada olan müddətinin tədris proqramının mənimsənilməsinə kifayət etdiyini təsdiq etmişdir. Həmçinin maddi imkanı olmadığından iddiaçının xarici ölkədə uzun müddət yaşamağı qeyri-mümkün idi. Sonradan iddiaçı maddi çətinlik ilə əlaqədar tədris aldığı universitetə müraciət edərək, şəxsi ərizəsi əsasında dərs cədvəlinin daha qısa fərdi qrafik üzrə qurulmasını istəmiş və belə qrafik üzrə normal tədris günündən artıq/əlavə dərslərdə, imtahanlarda iştirak etmişdir, bütün mövzuları tam mənimsəmiş və fərdi qrafikə əsasən daha qısa dövr ərzində tədris proqramında nəzərdə tutulan tədris yükünü tam əhatə etmişdir. Bununla əlaqədar olaraq, iddiaçı Ukraynada təhsil aldığı Universitetə müraciət etmiş, oradan iddiaçıya rəsmi cavab verərək imtahan sessiyası zamanı Ukraynada olduğu müddətin tədris proqramını/yükün tam ödəməyə, o cümlədən imtahanları və zaçotları verməyə kifayət etdiyini bildirdilər. Belə ki, Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin verdiyi arayışa əsasən iddiaçı 2014-cü il üzrə ümumi olaraq 12 gün; 2015-ci il üzrə 18 gün; 2016-cı il üzrə 11 gün; 2017-ci il üzrə 13 gün; 2018-ci il üzrə 31 gün; və 2019-cu il üzrə isə 9 gün universitetdə olmuşdur. Bu müddət isə i ddiaçının fərdi qrafik əsasında tədris yükünü ödəməyə şərait yaratmışdır. Bütün bu əsasları iddiaçı yazılı səkildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etsə də, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin N6138/01/03-TKTA nömrəli, xx.xx.2020-ci il tarixli məktubla diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı mənfi qərar verildiyi diqqətinə çatdırılmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.

7. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı və təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasl arın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunu nun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Ukrayna Respu blikasının Xarkov Milli Radioelektronika Universiteti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli B19 №145565 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“İqtisadi Kibernetika”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ali təhsil aldığı Universitetin məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir.

10. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

11. Cavabdehin 2013/2014-cu tədris ili üzrə - 4 gün, 2014/2015-cu tədris ili üzrə 21 gün, 2015/2016-ci tədris ili üzrə - 4 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün, 2017/2018-cü tədris ili üzrə 8 gün, 2018-2019-cü tədris ili üzrə 9 gün müddətində olduğundan İddiaçı qiyabi təhsilalma formasında oxuyaraq diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirməsi qeyri-mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil iddiaçının təhsilinin əyani formada təhsilalma formasında olduğu halda nəzərə alına bilər. Hazırkı işin hallarına uyğun olaraq təhsilalma əyani formada deyil, qiyabi olduğundan məhkəmə cavabdehin qeyd edilən dəlilini iddian ın təmin edilməməsi üçün əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır.

12. İddiaçının təhsil aldığı universitet (Xarkov Milli Radioelektronika Universiteti) tərəfind ən verilmiş arayışlardan da göründüyü kimi İddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) fərdi qrafik üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasən bakalavr təhsil dərəcəsi üzrə diplom ( B19 №145565 nömrəli, 30 iyun 2019-cu il tarixli) almışdır.

13. Qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir.

14. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifa də edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir.

15. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbinə cavab verməsi şərtdir.

16. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasi ya) Qaydaları”nda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. 17. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaran mamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

18. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsin ə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

19. Beləliklə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hal mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqan ın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

20. Odur ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3550/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3663/2023 saylı qə rarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri:

25. Kassasiya şikayətində imtina məktubunun və iddia ərizəsinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq aşağıdakılar qeyd edilmişdir.

26. Məhkəmə iddiaçının qiyabi təhsilalma formasında həyata keçirilməli ol an tədris prosesində distant texnologiyaların tətbiqi ilə iştirak etdiyinə qənaət gətirmişdir.

27. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı Qərarının 36-cı bəndində həmçinin Məhkəmə kollegiyası “tədris zamanı distant texnologiyalardan istifadə olunması" barədə dəlilə qiymət verərək qeyd edir ki, qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda birbirindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.

28. Ali Məhkəmənin İnzibati Kollegiyasının digər xx.xx.2023-cü il tarixli, 2-1(102)2762/20 23 nömrəli Qərarının 28-ci bəndində vurğulayır ki, “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”

29. Qeyd olunmuş mövqe nəzərə alındıqda, qiyabi təhsilalma formasında alınmış təhsil üzrə tədris normativlər və müddət üzrə iddiaçının dərslərdə iştirakını müəyyən etmək üçün əldə olunmuş sərhədkeçmə məlumatlarına baxıldıqda, iddiaçının müvafiq Fərmanla təsdiq edilmiş Qaydalarda əks olunmuş tələblərə uyğun olaraq nəinki hər tədris ili üzrə iştirakı olmamış, habelə tədris illəri üzrə dərslərdə iştirakın həcmi getdikcə azalan xətlə davam etmişdir.

30. Bu da əvvəlki illərdə buraxılmış, ödənilməmiş dərslər üzrə növbəti illərdə kompensasiya imkanlarını mümkünsüz edir.

31. Həmçinin vurğulamaq zəruridir ki, iddiaçının məhkəməyə təqdim etdiyi onun qiyabi təhsilalma distant texnologiyaların tətbiqi ilə təhsil alması barədə arayışda şəxsin təhsil aldığı dövrdə xx.xx.2018-ci il tarixində ali təhsil müəssisəsindən xaric edilmiş ancaq xx.xx.2019-cu ildə bərpa edilmişdir.

32. İddiaçının təqdim etdiyi arayışdan məlum olur ki, o, təhsil aldığı 2017-2018-ci tədris ilinin ikinci yarım ili və 2018-2019-cu tədris ilinin ilk yarım ilində universitetin tələbə si sayılmamışdır və onun tədris müddətinin ümumi uzanmasında bu kəsinti nəzərə alınmalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci yarımbəndlərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məcburetmə haqqında məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

34. Yekun olaraq, Apellyasiya instansiyasının qərarı həm maddi həm də prosessual normalarla uyğunsuzluq təşkil etmiş, Ali Məhkəmənin oxşar işlərlə bağlı mö vqeyi nəzərə alınmadan qəbul edilmişdir. b. kassasiya şikayətinə etiraz və mülahizə:

35. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda birini instansiya və apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyində qeyd edilən dəlillər sadalanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “Təhsil haqqında” Qanun Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali tə hsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

37. İddiaçının təhsil aldığı və cavabdehə müraciət etdiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə ləğv edilmişdir): - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkə lərdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haq qında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verild iyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

38. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): Maddə

1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət n ümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə

2. Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Maddə

5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə

6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Mad də 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

43. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyə tli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

44. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır.

45. Məhkəmə kollegiyası nəzərə alır ki, Sazişin 2-ci maddəsi ilə yalnız orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınmış və növbəti pil lədə təhsili davam etdirərkən ekvivalent sayılmışdır. Başqa sözlə, Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz.

46. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir.

47. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - eksperti za – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

48. Normanın məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçi rilmədən verilir» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr və magistr ixtisas dərəcələri haqqında diplomları təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır.

49. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi tə hsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur.

51. İş materiallarında olan sərhədkeçmə məlumatlarına görə, iddiaçı təhsil aldığı müddət ərzində Ukrayna Respublikasının ərazisində 2013/2014-cu tədris ili üzrə - 4 gün, 2014/2015-cu tədris ili üzrə - 21 gün, 2015/2016-ci tədris ili üzrə - 4 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün, 2017/2018-cü tədris ili üzrə 8 gün, 2018/2019-cü tədris ili üzrə 9 gün olmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Universitet tə rəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

53. Məhkəmə kollegiyası oxşar mübahisələr üzrə əvvəlki qərarlarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir.

54. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçıya münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğ unluğun müəyyən olunmasından asılıdır.

55. Məhkəmə kollegiyası xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (bax: 2-1(102)-2229/202 3 və 2-1(102)-2762/2023 №-li işlər üzrə Qərarlar).

56. İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır.

57. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.

58. Beləliklə, iddiaçının faktiki təhsil müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın yuxarıda tələbləri ilə uzlaşmadığından, bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekviva lentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinin tələbləri təmin olunmadığından, cavabdehin həmin Qaydaların tələblərindən irəli gələn imtinası əsaslı olmuşdur.

59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3550/2023 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar