Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-96/2021 06.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddətin bərpasından imtina; kassasiya şikayətinin mümkünlüyü, üzürlü səbəb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı qardaşının şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cav abdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 21(107)-594/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə xx.xx.1971-ci il təvəllüdlü qardaşı Məmmədov Süleyman Məmməd oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2.Şəki İnzibati-İqtisadi Məhkə məsinin 2019-cu il 30 avqust tarixli 2-1(84)-1008/2019 nömrəli qərarı ilə (hakim - R.Məcidov) iddia rədd edilmişdir.
3. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsindəki icraat
4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 2-1(107)-594/2019 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim M.Hüseynov, hakimlər - G.Abbasov və R.Rəfiyev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1008/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
5. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
6. İddiaçı eyni zamanda ərizə verərək kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını da xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Müddətin bərpasına dair ərizənin dəlilləri
7. Apelyasiya instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçıya izah edilsin ki, yalnız atasının və qardaşının vərəsəsi olaraq mülki qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı şəhər(rayon) məhkəməsində müvafiq iddia qaldırıla bilər. Qeyd edilən izaha görə qərardaddan şikayət verilməmiş, Zaqatala rayon Məhkəməsində vərəsəlik hüququnun ta nınması ilə bağlı iddia qaldırılmış, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı mərhum qardaşı Süleyman Məmmədovun vərəsəsi kimi tanınsa da, iddianın qalan hissəsi (şəhid olmuş qardaşının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsi) üzrə isə iş üzrə icraata xitam verilmişdir. Bununla bağlı apelyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmişdir. Beləliklə, mübahisələndirilən qərardaddakı izaha görə kassasiya şikayəti vaxtında verilməmiş və hesab olunmuşdur ki, hüquqi məsələ rayon məhkəməsində öz həllini tapacaq. Beləliklə, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflərə ünvanlanmış məhkəmə bildirişlərində göstərilmişdir ki, korona virus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi müddətinin uzadılması, müxtəlif məhdudiyyət tədbirlərinin tətbiqi ilə bağlı qərarların qəbul edilməsi və bundan asılı olaraq məhkəmələrdə də işlərə baxılmasının yenidən müvəqqəti olaraq təxirə salınmasına ehtiyac yarana bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi inzibati məhkəmələrə və kollegiyalara Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (İPM) 16-cı maddəsinin tələblərini nəzərə almaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsini tövsiyə etmişdir.
9. İPM-in 16.1 və 16.2-ci maddələrinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 10.İPM-in bu müddəalarının tələblərini və yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi ərizəyə baxılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli 2-1(102)-2262/2020 saylı bildirişlə tərəflərə bildimişdir ki, Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarından irəli gələn məhkəmə iclasının keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət olmayacağı halda, hazırkı işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında xx xxxxxx 2021-ci il tarixdə saat 16:05-də Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında (6-cı zalda) baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına görə xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda isə işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılacaqdır. Tərəflərə xx xxxxxx 2021-ci il tarixədək işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən, elektron üsulla) və ya şifahi qaydada (o cümlədən, telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunur. Təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxı lması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəkdir. Tərəflər işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını tələb etdikdə, işə baxılması sanitarepidemioloji vəziyyətin imkan verdiyi münasib vaxtadək təxirə salınmaqla məhkəmə iclasının (şifahi dinləmələrin) vaxtı barədə əlavə məlumat veriləcəkdir. 11. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildiyindən və xx.xx.2021-ci il tarixədək isə tərəflər işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini hər hansı formada bildirmədiklərindən işə İPM-nin 16-cı maddəsinin tələbləri rəhbər tutulmaqla yazılı icraat qaydasında baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prose ssual Məcəllə: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 13. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqə dar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzür lülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizədə qeyd etdiyi hallar üzrlü səbəb kimi qəbul oluna və prosessual müddətin bərpası barədə ərizə təmin edilə bilməz.
15. Belə ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun.
16. Lakin hazırkı işin halları baxımından məhkəmə tərkibi hesab edir ki, iddiaçının istinad etdiyi hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, kassasiya şikayəti mübahisələndirilən Şəki Apelyasiya Məhkəməsinin qərardadında qeyd olunan izaha görə vaxtında verilməmişdir.
17. İddiaçı bu izahla əlaqədar Zaqatala rayon Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etdiyini və mərhum qardaşının vərəsəsi kimi tanındığını bildirsə də, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının müvafiq tələblə rayon məhkəməsinə müraciət etməsi və müvafiq məhkəmə aktının qəbul edilməsinə dair sübut təqdim edilməmişdir.
18. Bundan əlavə, məhkəmə tərkibi q eyd edir ki, iddiaçı kassasiya şikayətini vaxtında verməklə sözügedən izahın özünün qanuniliyini mübahisələndirmək imkanına malik olsa da, bu hüququndan zamanında istifadə etməmişdir. Nəzərə almaq lazımdır ki, prosessual müddətin bərpası üçün əsasən elə səbəblər üzürlü hesab edilir ki, onlar prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan faktiki halların mövcudluğu ilə bağlı olur. Hazırkı halda isə iddiaçı üzürlü səbəblər kimi faktiki halların deyil, hüquqi məsələlərin mövcudluğuna istinad etmişdir.
19. Yuxarıda göstərilənlərə və İPM-in 24, 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 n oyabr tarixli 2-1(107)-594/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilsin. Qərar qətidir. Hakimlər: X.S.Məmmədov İ.K.Hüseynov İ.Ə.Şəfiyev