Məhkəmə qərarları › İş №2-1(102)-96/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-96/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-96/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinə verilən təqaüdün ödənişinin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1938-təvəllüd; FİN-xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra hakimiy yəti) qarşı “şəhid ailəsinə verilən təqaüdün ödənişinin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2022 nömrəli, 10.6.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən, vətəndaş X5 xx.xx.1993-cü ildə 55 yaşında ölmüşdür, ölüm yeri Gəncə şəhəri, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ildə 10-cu ayının 15-ci günündə № 1303 ilə qeyd edilmişdir, qeyd edilən yer-Azərbaycan, Bakı şəhəri, Yasamal rayon VVAQ şöbəsi.

2. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı Binəqədi rayon İcra Hakimi yyətinin başçısına ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “X2 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürülmüşdür. Hal-hazırda İddiaçı 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, 3205-ci məhəllə, ev 1, mənzil 9-da daimi yaşayış qeydiyyatındadır. Bunu nəzərə alaraq İddiaçı Sizin rayonda şəhid ailəsi kimi qeydiyyata götürüb, gələcəkdə maddi və mənəvi yardım edilməsinə göstəriş verməyinizi xahiş edirik.”

3. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün 2007-ci ilin 8 fevral tarixində Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və 2007-ci ilin 1 yanva r tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Qeyd edilən sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir.

4. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumat Yasamal rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 2 iyun 2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1997-ci ildə əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona verilmiş X8n 11 il sonra 2008-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və X8n bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əsl cavabdeh DSMF Binəqədi rayon şöbəsi (hazırda Dövlət Sosial Müdafiə X10 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyi) ilə əvəz edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üçüncü şəxslər qismində işə cəlb olunmaqla əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilmə si vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X5 1993-cü ildən idarə etdiyi avtomobil ilə cəbhənin Tər-Tər bölgəsində silah-sursat daşıyarkən düşmən tərəfindən atılan mərmilər nəticəsində ağır yaralanaraq, Gəncə Hərbi Hospitalında həlak olmuşdur. Bu barədə müvafiq təsdiqedici sənədlə r vardır. Həmin sənədlərə əsasən ərinə qanuna müvafiq surətdə şəhid adı verilmiş və ona da 1997-ci ildən şəhid ailəsi statusu verilmişdir. 2007-ci ildən başlayaraq şəhid ailələrinə Prezident təqaüdü verilməyə başlamışdır. 9 ay həmin vaxt 100 manat olan təqaüdü almışdır. Sonralar həmin təqaüdün verilməsi dayandırılmış və onun ərinin mülki şəxs olduğundan şəhid sayılmadığı bildirilmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsində göstərilmişdir ki, “Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı mərhum ərinin şəhid olması ilə bağlı nə inzibati orqana, nə də ki, məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva - sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və V.M.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əri X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati M əhkəməsinə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2003-cü il tarixli, 41/g saylı məktubunda X1 1997-ci ildən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata götürüldüyü qeyd edilsə də, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1952/d saylı məktubunda X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra hakimiyyətində aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən qeyd edilənlər araşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1952/d saylı məktubunda X3 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumatın Yasamal rayon İcra Hakimiyyətində aşkar edilmədiyi qeyd edilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qeyd edilən sənədlərin mövcud olması barədə müvafiq sorğu ünvanlanmamışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2155/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.M.Quliyev və S.Ə.Kərimov) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 aprel 2 021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus vəsiqənin hazırda hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir. İddiaçı üçün onun ərinin şəhid statusunun verilməsi barədə vəsiqənin qüvvədən düşməsinə dair hər hansı bir inzibati akt mövcud olmadığı halda, təqaüdün dayandırılmasının səbəbi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati işə qanuna müvafiq surətdə baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 ildir ki, gedən məhkəmə prosesləri ilə də sübut olunur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №li Qərarınl.2.4-cü maddəsinə əsasən (həmin maddədə göstərilmişdir ki, "Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər" şəhid hesab edilirlər) iddiaçıya şəhid ailəsi statusu qanuna müvafiq surətdə verilmişdir. Həyat yoldaşının ölümü haqqında tərtib olunan və iddia ərizəsinə əlavə etdiyi aktla da tam təsdiq olunur ki, həyat yoldaşına Şəhid adı, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq düzgün verilmişdir.

23. Yuxarıda göstərdiyi kimi, həmin qanun normasında göstərilmişdir ki, "Ermənistanla sərhəd rayonlarında və Qarabağda ermə ni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər" şəhid hesab edilirlər. Həyat yoldaşının da Qarabağda, cəbhə bölgəsində mərmi partlayışı nəticəsində şəhid olması da mötəbər sübutlarla təsdiq olunur. Bundan əlavə həyat yoldaşının həlak olması barəsində verilən ölüm aktında da həmin hallar öz əksini tapmışdır. Belə ki, "Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşların həlak olması, səhhətinin başqa cür zədələnməsi haqqında AKT" adlanan haqqında olan sənəddə göstərilən hallar tamamilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 №-li Qər arının 1.2.4-cü maddəsinin tələblərinə uyğun gəlir.

24. Qeyd edilənlərə əsasən, 4 oktyabr 2018-ci il tarixində bütün aidiyyəti dövlət orqanlarına ərizə ilə müraciət edilmişdir. Lakin indiyə qadır həyat yoldaşının qanı bahasına olan haqqına çata bilməmişdir. Halbuki, iddia ərizəsinə əlavə etdiyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsi tərəfindən 1997-ci ildə ona verilmiş və X8 təsdiq edən Vəsiqədən də göründüyü kimi, o, hələ Yasamal rayonunda qeydiyyatda olanda həmin statusu qazanmış və statusun təsdiq edilməsi barəsində vəsiqə qanuna müvafiq surətdə iddiaçıya verilmişdir. Bu da onu təsdiq edir ki, Şəhid ailəsi ilə bağlı bütün sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəs i Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsində hazırlanmış və orada da saxlanılmalıdır. Əgər bu sənədlər olmasaydı iddiaçıya Şəhid ailəsi statusunda olmağı barəsində vəsiqə verilməzdi. İddiaçı qeydiyyat yerini Binəqədi rayonuna dəyişdikdən sonra, həmin sənədlər də ora göndərilməlidir. Ədalət naminə bildirir ki, 2007ci ilin əvvəllərindən başlayaraq iddiaçı Binəqədi rayonunda Şəhid ailəsi kimi müavinət almağa başladı. 2007-ci ilin axırlarında ona bildirdilər ki, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə Şəhid ailələrinə verilən müavinətin dayandırılması ilə bağlı komissiya yaradılıb, həmin komissiyanın göstərişinə əsasən ona şəhid pulunun verilməsi dayandırılmışdır. İddiaçı dəfələrlə bu barədə rəsmi cavab verilməsini tələb etsə də, ona həmişə işin mahiyyəti ilə bağlı olmayan cavablar verilərək göstərirlər ki, X8n verilməsi üçün yaşadığı rayonun icra hakimiyyətinin başçısına müraciət etməlidir.

25. İddiaçının tələbi X8n verilməsi yox, ona Şəhid ailəsi statuslu ailə kimi verilən müavinətin dayandırılmasına aydınlıq gətirilməsi ilə bağlıdır. İşin faktiki halları ilə də sübut olunur ki, iddiaçının Şəhid ailəsi statusu hüquqi baxımdan ləğv olunmamış, həmin status müvafiq rayon icra hakimiyyəti tərəfindən verildiyi üçün, həmin orqan tərəfindən də ləğv edilə bilər. İddiaçı tərəfindən aparılan yazışmalar nəticəsində məlum olmuşdur ki, Yasamal rayon İcra hakimiyyəti tərəfindən Binəqədi rayon İcra hakimiyyətinə göndərilən məktubda şəhid ailəsi olmağı bir daha təsdiq olunur və qayğı göstərilməsi tövsiyə olunur. Şəhid ailə olduğunu təsdiq edən vəsiqənin surəti də iş materiallarında vardır. Həmin statusu təsdiq edən vəsiqənin qanunsuz olması və həmin statusun ləğv edilməsi barəsində ona heç bir sənəd təqdim olunmamışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarını qanunsuz hesab edir, belə ki, məhkəmə iddia tələbində göstərilənləri yox, tamamilə başqa məsələni mübahisələndirmiş və yanlış qərar vermişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, dəqiqləşmədən sonra iddiaçının iddia tələbi aşağıdakı kimi olmuşdur: "Həyat yoldaşı X3 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar Şəhid ailəsi kimi 1 yanvar 2007-ci il tarixindən ona verilməli olan Prezident Təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin üzərin ə qoyulması barəsində qərar verəsiniz". Lakin işə baxan hakimin hüquqi yardımı nəticəsində, iddiaçının əvvəlki tələbi ilə bağlı dəqiqləşdirmə aparılaraq şəhid adının bərpası, müavinətin ödənilməsi ilə əvəz olunmuşdur. Belə ki, işə baxan hakim özü bildirmişdir ki, şəhid adı hüquqi müstəvidə mübahisə predmeti deyildir. Çünki, onun əlində aidiyyəti inzibati orqan tərəfindən şəhid ailəsi olduğunu təsdiq edən "Şəhid ailəsi" statusu vəsiqəsi vardır ( ƏƏSM Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsi tərəfindən 1997-ci il tarixində verilən ******* saylı vəsiqəni nəzərdə tuturdu).

27. Çünki iddia tələbi şəhid ailəsi kimi, pulun ödənilməsi olsa da, məhkəmə göstərdiyi hüquqi yardımdan sonra son iddia tələbi aşağıdakı kimi olmuşdur: "Həyat yoldaşım X3 cəbhə bölgəsində şə hid olması ilə əlaqədar Şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixindən mənə verilməli olan Prezident Təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin üzərinə qoyulması barəsində qərar verəsiniz." Məhkəmə qərarında baxılan işin mahiyyətinə zidd olaraq şəhid ailəsi olmağını mübahisə predmetinə çevirmişdir. Halbuki, hakim işə baxarkən iddia tələbindən kənara çıxmamalıdır.

28. Bütün bunlar təsdiq edir ki, işə baxılarkən yanlışlıqlara yol verilərək işə iddiada qoyulan tələb əsasında baxılmamışdır. Tələb pulun ödənilməsi ilə bağlı olsa da, bu tələbə hüquqi qiymət verilməmişdir. Məhkəmə qərarından da göründüyü kimi, hakim onun Şəhid ailəsi statusuna m alik olmamağını əsaslandırmağa çalışmış və bu adın mənə verilməsi üçün hüquqi əsasın olmamasını göstərməyə çalışmışdır. Halbuki yuxarıda göstərilən kimi, onun şəhid ailəsi statusu qanuna müvafiq surətdə olmuş və həmin statusun ona verilməsi üçün kifayət qədər də hüquqi əsaslar olmuşdur. Faktiki olaraq aidiyyəti orqan tərəfindən verilən Şəhid ailəsi statusu vəsiqəsi iddiaçının şəhid ailəsi olduğunu təsdiq edir. Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsi tərəfindən 1997-ci il tarixində verilən ******* saylı vəsiqə iddiaçının şəhid ailəsi statusunda olduğunu təsdiq edir. Həmin vəsiqə də məhkəməyə təqdim edilmişdir. Bütün bunlar təsdiq edir ki, iddiaçının şəhid ailəsi statusunda olması mübahisəli deyildir. Mübahisəli məqam ona şəhid ailəsi kimi verilən Prezident təqaüdünün hansı əsasl arla dayandırılmasıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir):

1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. 2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhi din aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə);... 5. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. 31. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmişdir): 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət t əhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 4.1. Şəhid və X8n verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu... mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.... rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid a dının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəmə si mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 36. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə əsasən, şəhid və X8n verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olun ur. Şəhid ailəsi statusu... mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.... rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

37. Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir. 38. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

39. İşin materiallarında iddiaçının ərinin ölümü haqqında şəhadətnamənin (həmçinin, ölümə səbəb olan yaralanmanın şəraitini əks etdirən aktın), qohumluğunu təsdiq edən nikah haqqında şəhadətnamənin, X8 təsdiq edən vəsiqənin sosial müdafiə orqanı tərəfindən təsdiq edilmiş surətləri mövcuddur. Buradan, həmin sənədlər sosial müdafiə orqanında mövcud olmuş, məhz həmin sənədlər əsasında sosial müdafiə orqanı (Binəqədi Sosial Müdafiə Mərkəzi) 15.2.2007-ci il tarixli, 105 №-li Qərarla iddiaçıya Şəhid ailəsi kimi ömürlük müavinət (qərarda müavinət göstərilmişdir) təyin etmişdir. 4

0. Həmin orqanın 24.9.2007-ci il tarixli “Sosial müavinətin dəyişdirilməsi haqqında” sərəncamı ilə ödəniş 1.10.2007-ci il tarixdən dayandırılımışdır.

41. İddiaçıya Şəhid ailəsi kimi ömürlük müavinət təyin edilməsi barədə 15.2.2007-ci il tarixli, 105 №-li Qərarın ləğvinə və ya qüvvəsinə xitam verildiyinə, yaxud qərarın etibarsız elan edildiyinə dair işdə məlumat yoxdur. “Sosial müavinətin dəyişdirilməsi haqqında” 24.9.2007-ci il tarixli sərəncam isə həmin qərarın qüvvəsinə xitam verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya şikayətinə qarşı cavabdehin etirazında ifadə etdiyi “...vəsiqə fiziki cəhətdən mövcudluğunu qorusa da, iddiaçıya şəhid ailə üzvü kimi təyin edilmiş Prezident Təqaüdünün dayandırılması ilə bağlı ünvanlanan məktuba əsasən hüquqi qüvvəsini itirmişdir” məzmunda dəlili əsaslı hesab edilə bilməz.

42. Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, iddiaçıya məxsus vəsiqənin hazırda hüquqi qüvvəsinin olubolmaması müəyyən edilməlidir. İddiaçı üçün onun ərinin şəhid statusunun verilməsi barədə vəsiqənin qüvvədən düşməsinə dair hər hansı bir inzibati akt mövcud olmadığı halda, təqaüdün dayandırılmasının səbəbi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası həmin mövqenin davamı olaraq qeyd edir ki, ödənişin 1.10.2007-ci il tarixdən dayandırılıması barədə 24.9.2007-ci il tarixli sərəncamda da dayandırmanın səbəbləri göstərilməmişdir.

44. İddiaçı haqlı olaraq qeyd edir ki, mübahisənin predmeti iddiaçının ərinin şəh id olması faktının özü deyil, şəhid ailəsinin üzvü kimi iddiaçıya Prezident təqaüdünün ödənilməsi ilə bağlıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün yuxarıda qeyd olunan normativ aktların tələblərini, həmin tələblərdə nəzərdə tutulan sənədlərin mövcudluğunu (icra hakimiyyəti tərəfindən verilməli olan arayış istisna olmaqla), habelə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndində nəzərdə tutulmuş arayışı verməli olan Yasamal və Binəqədi rayon icra hakimiyyətlərinin hazırkı icraata üçüncü şəxs qismində cəlb olunduqlarını nəzərə almaqla işin faktiki hallarını, o cümlədən, iddiaçının Şəhid ailəsinin üzvü olduğuna dair işdə və cavabdehdə olan sənədləri iddia tələbinə ( mübahisənin predmetinə) uyğun araşdırmalı və qiymətləndirməli idi.

46. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2022 nömrəli, 10.6.2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar