Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-96/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-96/2024) (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyin də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə ərizəçi İddiaçı tərəfindən verilmiş yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1304/2021 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ VƏ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1.1.8-ci və 10-cu maddələrinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1535/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməmiş, Bakı İnzibati Məhkəməsi nin 2-1(112)-3938/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-345/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1535/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
5. İşə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1304/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3938/2020 s aylı 10 iyun 2020-ci il tarixli qərar ləğv edilərək, iddia rədd edilmişdir.
6. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-500/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1304/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yeni aşılmış hallar üzrə icraat
7. Ərizəçi xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ona düşən pensiyanı azaltmaq üçün pensiya sənədlərinin kökünü saxtalaşdırmış, ona 2005-ci ildən ümumi xəstəlik səbəbindən əlilliyə görə pensiya təyin edilmiş, əlilliyə görə imtiyazlardan istifadə etmiş və müəllim işləmişdir. 2017-ci ilin iyul ayından işinə xitam verilmişdir. Əlilliyə görə pensiyasının yaşa görə pensiya növünə keçirilməsi üçün müraciətini cavabdehin iddia etdiyi kimi 2015-ci il tarixdə yox, 2017-ci ilin iyul ayından sonra etmişdir. Cavabdeh ona düşən pensiyanı azaltmaq üçün heç bir müraciəti olmadığı halda, 2015-ci ildən əlillik pensiyasını yaşa görə əmək pensiyasına keçirmişdir. O əlil olaraq işləyib, sağlam olaraq pensiyaya çıxarılmışdır. İşdə yeni hal yarandığına, sənədlərin saxtalaşdırılmasına, müraciət olmadığı halda, pensiya növünü birtərəfli qaydada dəyişdiklərinə görə işə yeni dən baxılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 023-cü il tarixli, 21(103)-1304/2021 nömrəli qərardadı (hakimlər: X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Oruczadə və R.Səmədov) ilə yeni açılmış hallarla bağlı ərizə qeyri-mümkün sayılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın nədən ibarət olması tam olaraq göstərilməmiş, belə ki, ərizədəki hallar işin mahiyyəti ilə bağlıdır, bu hallar məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamışdır, həmçinin başqa hallara istinad etdiyi təqdirdə həmin halların ona hansı vaxtdan məlum olmasını ərizəçi sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı sübut da təqdim edə bilməmişdir.
11. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, h azırkı iş üzrə iddiaçının tələbi məhkəmələr tərəfindən yoxlanılmış və müvafiq hüquqi qiymət verilmişdir. Bundan əlavə, ərizəçi qeyd olunan ərizəni hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş 3 aylıq müddət keçdikdən sonra vermişdir.
12. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “yeni açılmış hallar”la bağlı ərizəni icraata götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, DMSF-in 14.04.23-cü il tarixli məktubunda göstərilən hallar əsasında iddiaçı yeni açılmış hallarla bağlı ərizəsini tərtib etmiş və həmin hallar əsasında sübutlar təqdim etmişdir. Həmçinin qeyd et mişdir ki, o, ərizəsini xx.xx.2023-cü il tarixdə, yəni DMSF-in 14.04.23-cü il tarixli məktubu ilə yeni hallar aşkar olunandan sonra 3 ay müddətində məhkəməyə müraciət etmişdir. b)kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarş ı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tu tulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkə mə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, onlar düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhk əməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
20. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
21. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “yeni açılmış hallar” barədə ərizədə yeni halların nədən ibarət olması tam olaraq göstərilməmiş, belə ki, ərizədə istinad olunan hallar, yəni iddiaçının əlilliyə görə pensiyasının 2015-ci ildən yaşa görə pensiya növünə keçirilməsi faktı işə mahiyyəti üzrə baxılarkən də mövcud olmuş, yəni bu hal DSMF-nin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilən hal olmamış, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamışdır. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da işə baxan məhkəmələr tərəfindən artıq qiymət verilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yeni açılmış hall arla bağlı icraatın təzələnməsi üçün bu qərarın 15-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.
23. Lakin hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu, y əni ərizəçinin istinad etdiyi hal, iş üzrə icraatın təzələnməsinə əsas ola bilən hal kimi qiymətləndirilə bilməz.
24. Həmçinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, “yeni açılmış hallar” barədə ərizənin əsası kimi istinad edilən cavabdehin xx.xx.2023-cü il tarixli məktubundakı iddiaçının əlilliyə görə pensiyasının 2015ci ildən yaşa görə pensiya növünə keçirilməsi faktı iddiaçıya işə mahiyyəti üzrə baxılarkən məlum olmuş, onun 2015-ci ildə cavabdehə müvafiq müraciətinin olmaması, cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılması barədə dəlillərini məhkəməyə ünvanlandığı müraciətlərində, məhkəmə iclaslarında verdiyi izahatlarında dəfələrlə qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin cavabdehin xx.xx.2023 -cü il tarixli məktubuna istinad edərək yeni açılmış hallarla bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 aylıq müddəti keçirməməsi barədə dəliləri də əsassızdır.
25. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1304/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.