Məhkəmə qərarları › İş №2-1(102)-960/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-960/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-960/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-960/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2950/2018 saylı qərarından iddiaçı X6 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1992-ci ildə Əfqanıstanın Ghazni vilayətinin Jagori rayonunun Gadi kəndində anadan olduğunu, evli, dörd uşağı: iki ögey övladı və iki öz uşaqları olduğunu, üç qardaşı və bir bacısı olduğunu, qardaşlarından biri X3 Finlandiyada yaşadığını, atasının 2010-cu ildə işdə bədbəxt hadisə nəticəsində vəfat etdiyini, anasının isə Ghazni vilayətində yaşadığını, təqribən 10 yaşlarında olarkən ailəsi Pakistan a köçdüyünü, 12 yaşından başlayaraq ailəsinə maddi dəstək olmaq üçün Pakistanın Quetta şəhərində dülgər işlədiyini, atasının ölümündən sonra ailə maddi çətinliklə üzləşdiyindən, 2012-ci ildə Əfqanıstana geri qayıtdığını və Jagori vilayətində məskunlaşdığını, Bazare Sange Mashad adlı yerdə dülgər kimi işləməyə başladığını və Azərbaycana gələnə qədər orada işlədiyini, həyat yoldaşının daha əvvəl X2 şəxslə evli olduğunu, X2 ilə dost olmaqla, o, Pakistanda yaşadığı vaxt tanış olduqlarını, 2012-ci ildə X2 “Haqqani” terror qrupu tərəfindən qəsdən öldürüldüyünü, lakin səbəbinin məlum olmadığını, ərinin ölümündən sonra Nahidanın qaynatası X2rın evində qalmalı olduğu qərarına gəldiyini və ona uşaqları böyütməkdə kömək edəcəyini bildirdiyini, X1 bununla razılaşmadığını və ona evlənmək təklifi ilə ra zılaşdığını, 2013-cü ilin qışında Pakistana getdiyini, onların dini nikahlarının qeydiyyata alındığını, uşaqları götürüb Əfqanıstana qayıtdıqlarını, təxminən 15 gün sonra X1 qayınatası kəndə gələrək, uşaqların ona geri verilməsini tələb etdiyini, onların kəndin böyükləri ilə məsləhətləşdikdən sonra uşaqların 4 yaşına çatana qədər anada qalması, daha sonra babalarına verilməsi qərarına gəldiklərini, 4 il başa çatmamış X1 uşaqları aparmaq üçün gəldiyini, kəndin böyükləri yenidən toplaşaraq bu dəfə uşaqların babaya verilməsi barədə qərara gəldiklərini, lakin uşaqları X3 vermək istəmədiklərinə görə ölkəni tərk etmək qərarına gəldiklərini, ilk əvvəl Kabula gedərək, orada bir ay müddətində qaldıqlarını, bu müddət ərzində X3 onlara zəng edərək onlar barədə Talibana xəbər verəcəyi ilə hədələdiyini, bu səbəbdən ölkəni tərk edərək, Azərbaycana gəldiyini, xxxx 2018-ci ildə sığınacaq vəsatəti ilə cavabdehə müraciət etdiyini, cavabdeh onun vəsatətini 16-2018 saylı iş nömrəsi ilə qeydiyyata alaraq, onunla müsahibənin aparıldığını, xxxx 2018-ci ildə cavabdeh, 42/6 saylı qərarı ilə vəsatətini rədd etdiyini, cavabdehin qərarından inzibati şikayət verdiyini, xxxx 2018-ci ildə cavabdehin şikayət instansiyası həmin inzibati şikayəti rədd etdiyini, xxxx 2018-ci il tarixdə cavabdehin şikayət instansiyasının qərarının rəsmi qaydada ona təqdim edildiyini bildirərək, cavabdehin **** saylı, xxxx 2018-ci il tarixli və 51 saylı, xxxx 2018-ci il tarixli qərarların ləğv edilməsi, iddiaçının "qaçqın statusunun verilməsi haqqında" vəsatəti təmin edilərək, ona və ailə üzvlərinə - arvadı 1989-cu il təvəllüd lü X4, ögey oğlu 2011-ci il təvəllüdlü X4, ögey qızı 2013-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X5 və oğlu 2017-ci il təvəllüdlü X6 "qaçqın" statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3944/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 21(103)-2950/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından iddiaçı X6 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, cavabdehin ***** saylı, xxxx 2018-ci il tarixli və 51 saylı, xxxx 2018-ci il tarixli qərarların ləğv edilməsi, vəsatəti təmin edərək, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, 2013-cü ilin qış fəslində X1 ilə dini yolla kəbin kəsdirmiş, X2 qaynatası X3 xəbərsiz uşaqları götürüb Əf qanıstana yaşadığı kəndə gətirmiş və birlikdə yaşamağa başlamış, Əfqanıstana gəldikdən təxminən 15 gün sonra X3 onların yaşadığı evə gəlmiş, gəlinini və nəvələrini aparmaq istəsə də, X4 buna etiraz etmiş, məntəqənin ağsaqqalları yığışaraq məsələni müzakirə etmişlər, uşaqlar azyaşlı olduqları üçün bir neçə il analarının himayəsində qalması, bir neçə ildən sonra uşaqları babalarına verməsi barədə qərar qəbul etmişlər, iddiaçıdan və X1 4 ildən sonra uşaqları babalarına təhvil verəcəkləri haqqında yazılı iltizam almışlar, 4 il tamam olmamış X2 kəndə gələrək, uşaqları onlardan geri almaq istəmiş, yenidən kəndin ağsaqqalları toplanaraq, uşaqların babalarına verilməsi barədə onlardan öhdəlik barədə kağız almışlar, lakin X3 uşaqlarını vermək istəmədiyi üçün ailə üzvləri ilə birlikdə ölkəni tərk ed ərək, xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişlər, bu səbəbdən cavabdehin qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarının ləğv edilməsi üçün qanuni əsaslar olmuş, inzibati orqan qaçqın statusunun müəyyən edilməsinə dair müddəalara riayət etməmişdir. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin ****saylı, xxxx 2018-ci il tarixli və 51 saylı, xxxx 2018-ci il tarixli qərarların ləğv edilməsi, vəsatəti təmin edərək, cavabdehin üzərinə qaçqın statusunun verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. C avabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegi yası cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə a lınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2950/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstanın Qəzni vilayətinin Cağori məntəqəsinin Qadi kəndində anadan olduğunu, qonşu kənd də 2-3 il orta təhsil aldığını, təxminən 9-10 yaşı olanda taliblər hakimiyyətə gələn zaman ailəsi ilə bir yerdə Pakistanın Qvetta şəhərinə köçdüyünü, bu səbəbdən təhsilini davam etdirə bilmədiyini söyləmiş, o, 2010-cu ildə atasının vəfat etdiyini, bundan sonra ailəsinin maddi durumunun pisləşdiyini, Pakistanda yaşadığı dövrdə X2 adlı həmyerlisi ilə tanış olduğunu, ailəvi dostluq etdiklərini, 2012-ci ildə X2 qətlə yetirildiyini və onun arvadı X1 dul qaldığını, X2 həlak olandan sonra X1 öz qaynatası X3 ilə gələcək taleyinin necə olacağı ilə bağlı bir neçə dəfə söhbət etdiyini, uşaqların gələcəyini fikirləşərək, X1 ona telefonla vəziyyəti danışdığını və ona evlənmə təklif etdiyini bildirmiş, ailəsinin razılığını aldıqdan sonra Pakistana getdiyini, 2013-cü ilin qış fəslində X1 ilə dini yolla k əbin kəsdirdiyini, X1 qaynatası X2 xəbərsiz uşaqları götürüb Əfqanıstana yaşadığı kəndə gətirdiyini və birlikdə yaşamağa başladıqlarını, Əfqanıstana gəldikdən təxminən 15 gün sonra X3 onların yaşadığı evə gəldiyini, gəlinini və nəvələrini aparmaq istədiyini, lakin X1 buna etiraz etdiyini qeyd etmiş, məntəqənin ağsaqqallarının yığışaraq məsələni müzakirə etdiklərini, uşaqlar azyaşlı olduqları üçün bir neçə il analarının himayəsində qalması, bir neçə ildən sonra uşaqları babalarına verməsi barədə qərar qəbul etdiklərini, ondan və X2 4 ildən sonra uşaqları babalarına təhvil verəcəkləri haqqında yazılı iltizam aldıqlarını demiş, 4 il tamam olmamış X3 kəndə gəldiyini, uşaqları onlardan geri almaq istədiyini, yenidən kəndin ağsaqqallarının toplandığını, uşaqların babalarına verilməsi barədə onla rdan öhdəlik barədə kağız aldıqlarını, lakin X4 uşaqlarını vermək istəmədiyi üçün ailə üzvləri ilə birlikdə ölkəni tərk edərək, xxxx 2017-ci il tarixdə Azərbaycana gəldiklərini qeyd etmiş, müsahibə zamanı ərizəçinin arvadı X3 da ərinin dediklərini təsdiq etmiş, vətəndaşı olduğu ölkəyə ərinin qeyd etdiyi səbəblərdən qayıtmaq istəmədiyini bildirmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2018-ci il tarixli qərarına əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin həmin qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında 51 saylı, xxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iş mat eriallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, ərizəçinin izahatında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, həmçinin iddiaçının müsahibə zamanı verdiyi izahata görə o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamış, beləliklə, Dövlət Miqrasiya Xidməti tərəfindən ərizəçidən alınan müsahibə zamanı onların vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığı müəyyən olunmuş, ərizəçi (iddiaçı) sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onların təqiblərdən irəli gələn əsaslı səbəblər gətirə bilməmiş, hazırkı halda sübutetmə yükü (vəzifəsi) sığınacaq üçün müraciət edən şəxsin üzərinə düşür, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş, bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmamış, həmçinin Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə ba xılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Qaçqınların statusuna dair” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, 1951-ci il xxxx baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxu d müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 saylı Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; Qaydanın 7-ci bəndinə əsasən Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. «İn zibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğ v edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmələr iş materiallarına istinad etməkləiddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıdan alınan müsahibə zamanı izahatında onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məş ğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığını bildirdiyini, iddiaçının sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən onun təqiblərdən irəli gələn əsaslı səbəblər gətirmədiyini, onun qaçqın statusu verilməsi barədə dəlillərinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığını, beləliklə, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsasların olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2950/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2950/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar