Məhkəmə qərarları › İş №2-1(102)-960/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-960/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-960/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıAbşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya mümkünsüz, vəkilsiz verildiyi üçün) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı Xırdalan şəhəri Quşçuluq ərazisində sahəsi 165.8 kv.m olan torpaq sahəsinin bilavəsitə onun mülkiyyətinə sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələ binə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-78/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə xx xxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1989-cu ilin oktyabr ayından faktiki istifadəsində olan Xırdalan şəhəri Quşçuluq ərazisində sahəsi 165.8 kv.m olan torpaq sahəsinin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdiril məsi barədə ərizə təqdim edərək, 1989cu ilin oktyabr ayından faktiki istifadəsində olan Xırdalan şəhəri Quşçuluq ərazisində sahəsi 165.8 kv.m olan torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədilə həmin torpaq sahəsinin cizgi planının hazırlammasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(85)155/2018 saylı qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(105)-286/2018 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-155/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2602/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(105)-286/2018 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(105)-243/2019 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)155/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(85)1093/2019 saylı qərardadı ilə (hakim İ.R.Quliyev) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-78/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(85)-1093/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda şikayət verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-78/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işin yeni apelyasiya baxışi na qaytarılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən imzalanmamış və tərtib olunmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxx 2020-ci il tarixinə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, işə baxılması və iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyə n edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, A li Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İddiaçının şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bildirişi gön dərilməklə yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-78/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar