Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-960/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; ziddiyyətlərin aradan qaldırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 21(103)-103/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 15 saylı, 20 aprel 1991-ci il tarixli ictimai vəsiqəyə əsasən, 10 dekabr 1990-cı il tarixli 7/437 nömrəli qərar üzrə İMTQ-na ayrılmış Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi 3 say lı İMTQ-da işləyən iddiaçıya verilmişdir.
2. KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolu ilə bağçılıq sahəsinin bölgüsünə əsasən, 15 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır.
3. Bağçının üzvlük kitabçasına əsasən, iddiaçı 20.04.1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsində yerləşən 500 kv.m-dən ibarət olan 80/1 saylı bağ sahəsi 20.04.1999-cu il tarixdə qeydə alınmış qərara əsasən iddiaçıya daimi istifadə etmək üçün verilmişdir. 4. 15.05.2009-cu il tarixdə SEİB 3 saylı ETK və X6 Qovşağı arasında bağlanmış razılaşma aktında qeyd edilmişdir ki, X2 Birliyinin (SEİB) 3 saylı ETK-nın əmək kollektivinə Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli 4/145 saylı sərəncamına əsasən, Əzizbəyov rayonu Tü rkan qəsəbəsinin ərazisindən bağçılıq məqsədi ilə 16.96 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218 metr olmaqla SEİB 3 saylı ETK tərəfindən itirilmişdir. Nəticədə, Birliyin işçilərinin bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X7 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmin ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın nümayəndələrinin qarşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsinin (№ 74, № 78, № 80 saylı bağ sahələr i) tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməsi qərara alındı...
1. X8 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi.
5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi 22.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və X9 Qovşağına məktub ünvanlayaraq bildirmişdir ki, X2 Birliyinin (SEİB) 3 saylı ETK-nın əmək kollektivinə Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli 4/145 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Türkan qəsəbəsinin ərazisindən bağçılıq məqsədi ilə 16.96 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218 metr olmaqla SEİB 3 saylı ETK tərəfindən itirilmişdir. Nəticədə, Birliyin işçilərinin bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X7 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmən ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın rəhbərləri və X4rşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri), texniki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə, 15 may 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktıda bağlanmışdır. Məktubda qeyd olunanları və real vəziyyəti nəzərə alaraq həmin bağ sahələrinin KMTQ-nin işçilərinin adlarına sənədləşməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
6. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X7 Qovşağı 25.09.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri) texniki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə, 15 may 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktı da bağlanmışdır. Məktubda qeyd olunanları və real vəziyyəti nəzərə alaraq həmin bağ sahələrinin KMTQ-nin işçilərinin adlarına sənədləşməsinə köməklik göstərilməsi məktubda xahiş edilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə razılaşma aktı, ayrılmış torpaq sahəsinin sxemi, SEİB 3 saylı ETK-nın KMTQ-yə ünvanladığı 22.05.2009-cu il tarixli məktub qoşma kimi əlavə edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23.10.2009-cu il tarixdə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X7 Qovşağına ünvanladığı məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahələrinin özəlləşdirilməsi zamanı İdarəyə göndərdiyiniz sənədlər nəzərə alınacaqdır.
8. KMTQ-nin “Rabitəçi” bağçılıq yolda şlıq kollektivi üzvlərinin 20 aprel 1991-ci il tarixli protokol siyahısından çıxarışa əsasən, iddiaçı 1991-ci ildən "xxxx" MMC KMTQ Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində “Rabitəçi” Bağçılıq Cəmiyyətinin üzvüdür. “Rabitəçi” Bağçılıq sahəsində 80/1 nömrəli bağ sahəsi 500 kv.metr İddiaçı məxsusdur. Tikilişi ilə birlikdə 80/1 nömrəli bağ sahəsinin özəlləşdirilməsinə “Rabitəçi” Bağçılıq Cəmiyyəti etiraz etmir.
9. İddiaçı Türkan bələdiyyəsinin inzibati ərazisində yerləşən bağ sahəsi üçün torpaq və əmlak vergisi borcu yoxdur.
10. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 04.03.2017-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildiriş verərək qeyd etmişdir ki, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmadı. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə g östərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “icarə müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbinin “icarə müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması” sözlərini formal xəta hesab edib və iddia tələbini “Bakı ş., Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyy ata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul etmişdir
13. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı ş., Əzizbəyov rayonu Türkan qəsəbəsində yerləşən, ümumi sahəsi 500 kv.m olan 15 №-li bağ sahəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X7 Qovşağı «Rabitəçi» Bağçılıq Cəmiyyəti tərəfindən 20 aprel 1991-ci il tarixdə ona icarəyə verilmişdir və bu barədə bağçının üzvlük kitabçası ilə yanaşı müxtəlif sxem və sənədlər təqdim edilmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218 metr olmaqla SEİB 3 saylı ETK tərəfindən itirilmişdir. Nəticədə, Birliyin işçilərin in bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X7 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmən ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın rəhbərləri və X1rşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri) texniki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə, 15 may 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktıda bağlanmışdır. Beləliklə, KMTQ-nin «Rabitəçi» bağçılıq yoldaşlıq kollektivi üzvlərinin 05 iyul 2009-cu il tarixli Protokoluna əsasən, iddiaçıya 15 saylı bağ sahəsinin əvəzinə, 5 sotdan ibarət 80/1 saylı bağ sahəsi verilmişdir. O, qeyd olunan 80/1 saylı, 5 sotdan ibarət bağ sahəsinə uzun müddətdir ki, qulluq edir, torpağa dair vergiləri ödəyir və həmən sahəyə sahiblik edərək ondan istifadə edir. Həmin sahənin özəlləşdirilməsi məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC KMTQ «Rabitəçi» Bağçılıq Cəmiyyətinin rəsmi razılığını almaqla, digər müvafiq sənədləri toplayaraq cavabdehə müraciət etsə də, sonuncu ona imtina məktubu verərək bildirmişdir ki, icarə müqaviləsi, üzvlük kitabçası və sair sənədlər təqdim olunmalıdır.
14. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən “Rabitəçi” bağçılıq yoldaşlıq Birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 80/1 nömrə li bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı 05.09.2019-cu il tarixli qərarı ilə (hakim: E.Mustafayev) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə mübahisəli torpaq sahəsinə dair KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin 05 iyul 2009-cu il tarixli protokolu və bağçılıq-yoldaşlıq kollektiv təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitab çası ilə iddiaçıya bağ sahəsinin ayrıldığını, həmin sənədin isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır
17. Cavabdeh həmin qərardan apelyasiya şiksyəti vermiş, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 21(103)-103/2020 nömrəli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı 05.09.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddianın təmin edilməməsi qərara alınmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətindən də göründüyü kimi, cavabdehin imtinasının əsasını iddiaçının adının siyahıda olmaması təşkil edir. Bu halın aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı cavabdeh orqandan qeyd edilmiş siyahının məhkəməyə təqdim edilməsi tələb edilmiş və inzibati orqanın nümayəndəsi tərəfindən “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı” kollegiyaya təqdim edilmişdir. Lakin iddiaçının adı qeyd olunmuş siyahıda öz əksini tapmamışdır. Apellyasiya icraatı zamanı “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı” iddiaçıya təqdim edilmiş və iddiaçıya bağ sahəsinin verilməsinə dair adı qeyd edilmiş siyahının məhkəməyə təqdi m edilməsi təklif edilmişdir. Sonuncu məhkəmə iclası zamanı iddiaçı tərəfindən 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolu (düzəlişlə), siyahıda adı çəkilən müxtəlif şəxslərin çıxarışları və 13 iyun 1990-cı il tarixli Bakı şəhər X10 qərarı təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş çıxarışlardakı bağ nömrələri ilə təqdim edilmiş 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokoldakı bağ nömrələri eyni deyildir. Həmçinin, iddiaçı tərəfindən zəruri olan siyahı əvəzinə 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı düzəliş edilmiş protokol təqdim edilmişdir. Qeyd edilmiş protokol isə iddiaçının adının siyahıda olmasını təsdiq etmir. Habelə, iddiaçı tərəfindən təqdim edilmiş dig ər sənəd olan 13 iyun 1990-cı il tarixli Bakı şəhər X10 qərarı ilə iddia predmeti olan bağ sahəsinin ona ayrılması sübut edilmir. Yəni, iddiaçı inzibati orqan tərəfindən verilmiş siyahını təkzib edən siyahı təqdim etmədiyindən və qeyd edilmiş bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən məhkəmə kollegiyası cavabdehin imtinasını qanunsuz hesab etmir.
20. İddiaçı 31.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 2-1(103)-103/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kass asiya şikayətində iddiaçı iddia ərizəsində qeyd etdiyi işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, dövlət reyestrində Türkan Bağ massivində yerləşən KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivinin ərazisindəki 80/1 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının bağ sahəsi üzərindəki mülkiyyət hüquqlarını həyata keçirməsini məhdudlaşdırmışdır. Lakin bu hallar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmadan qərar qəbul edildiyindən, həmin qərar ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçıl arının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0.7 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlm əsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən büt ün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşaıdakı səbəblərdən irəli gəlir.
30. Belə ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya məxsus bağ sahəsi üzərində hüquqların qeydə alınmasından imtinasının əsasını Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması təşkil edir.
31. İşə baxan apellyasiya məhkəməsi tərəfindən bu halın aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı cavabdeh orqandan qeyd edilmiş siyahının məhkəməyə təqdim edilməsi tələb edilmiş və inzibati orqanın nümayəndəsi tərəfindən “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı” kollegiyaya təqdim edilmişdir. Həmin siyahıda isə iddiaçının adı öz əksini tapmamışdır. Apellyasiya məhkəməsi həmçinin, iddiaçıya bağ sahəsinin verilməsinə dair adı qeyd edilmiş siyahının məhkəməyə təqdim edilməsini təklif etmişdir. İddiaçı tərəfindən isə 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolu (düzəlişlə) təqdim edilmişdir ki, həmin siyahıda iddiaçının adı vardır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş çıxarışlardakı bağ nömrələri ilə təqdim edilmiş 03.09.2008-ci il tarixli bağ sah əsinin işçilərə verilməsi ilə bağlı siyahının protokoldakı bağ nömrələrinin eyni olmamasına, iddiaçı tərəfindən zəruri olan siyahı əvəzinə 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı düzəliş edilmiş protokol təqdim edilməsinə və “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nda iddiaçının adının olmamasına istinad edərək iddia tələbini rədd etmişdir.
32. İşə baxan apellyasiya məhkəməsinin mövqeyindən belə aydın olur ki, cavabdehin təqdim etdiyi “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nın həqiqətə uyğun olmadığını, həmçinin iddiaçının adının siyahıda mövcudluğunu sübut etmək yükü iddiaçının üzərindədir. Halbuki, nəzərə alınmalıdır ki, İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından, məhkəmə işin hallarını hərtərəfli araşdırmaq vəzifəsi daşıyır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, bağçılıq üzvlərinin siyahısı iddiaçı tərəfindən tərtib olunmur. İddiaçı sadəcə bağ sahəsi ayılan şəxsdir və iddiaçı kimi onlarla belə şəxslər var. Həmin şəxslərin siyahısını isə torpaq sahəsini ayıran müvafiq qurum tərtib edir.
33. Bu halda iddiaçıdan tələb olunmalı sübutlar ona müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı sənədlər olmalıdır. İddiaçı isə məhkəməyə müraciət edərkən bildirmişdir ki, ona Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi verilmiş (bununla bağlı 15 saylı 20 aprel 1991-ci il tarixli ictimai vəsiqəni, KMTQnin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolunu, Bağçının üzvlük kitabçasını təqdim etmiş), lakin SEİB 3 saylı ETK-nın kollektivi öz torpaq sahələrini hasara alan zama n sürüşərək X6 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçdiyi, real vəziyyət nəzərə alınaraq hər iki təşkilatın nümayəndələrinin qarşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsinin tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməsi qərara alınmış, o cümlədən iddiaçıya 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi verilmişdir (Bağçının üzvlük kitabçası, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi 22.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və X9 Qovşağına ünvanladığı məktub, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X6 Qovşağının 25.09.2009-cu il tarix də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı məktub, KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin 20 aprel 1991-ci il tarixli protokol siyahısından çıxarış təqdim edilmişdir).
34. Göründüyü kimi, iddiaçı əvvəlcə, KMTQ-nin bağçılıq yoldaşlığı üzvlərinə məxsus torpaq sahəsindən ona 15 saylı bağ sahəsinin ayrıldığını, lakin sonradan bu sahənin SEİB 3 saylı ETK-nın kollektivinə məxsus sahədən KMTQ-yə ayrılmış torpaq sahəsi hesabına 80/1 saylı bağ sahəsi ilə əvəzləşdirildiyini qeyd etmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir. Qeyd olunan vəziyyətdən cavabdeh də məlumatlı olmuşdur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23.10.2009-cu il tarixdə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X7 Qovşağına ünvanladığı məktubu).
35. İşə baxan apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən təqdim edilmiş “3 №li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nda iddiaçının adının olmamasına istinad etsə də, həmin sənədin iş materiallarındakı digər sənədlərlə ziddiyyət təşkil etdiyinə qiymət verməmiş, həmin uyğunsuzluqları aradan qaldırmadan iddiaçının ziyanına qərar qəbul etmişdir.
36. Belə ki, ilk növbədə cavabdeh tərəfindən təqdim edilmiş “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nın hansı tarixdə tərtib olunması aydın deyildir. Bundan əlavə, 15 saylı 20 aprel 1991-ci il tarixli ictimai vəsiqə, KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolu, Bağçının üzvlük kitabçası iddiaçıya Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi verildiyini təsdiq edir. Həmçinin, 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda (düzəlişlə) da bu barədə məlumat vardır. Eyni zamanda, 15.05.2009-cu il tarixdə SEİB 3 saylı ETK və X6 Qovşağı arasında bağlanmış razılaşma aktı 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi verildiyini təsdiq edir.
37. Beləliklə, işə baxan apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən təqdim edilmiş “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”ndakı məlumatların iş materiallarında olan digər sənədlərlə uyğunsuzluq təşkil etməsi halına qiymət verməyərək, bu halın aradan qaldırılması vəzifəsini iddiaçın ın üzərinə qoymuş, siyahını tərtib edən qurumlara sorğu verməyərək uyğunsuzluğun səbəbləri, o cümlədən 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda düzəliş edilməsinin səbəbləri və əsasları istiqamətində hər hansı məhkəmə araşdırması aparmayaraq İPM-nin 12.1, 14.3 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, siyahılar arasında uyğunsuzluq olması iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. İddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı kifayət qədər sənəd təqdim etmişdir. Həmin sənədlərin mötəbərliliyinə qiymət vermək, onların arasındakı uyğunsuzluğu aradan qaldırmaq isə məhkəmənin vəzifəsidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 21(103)-103/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.