Məhkəmə qərarları › İş №2-1(102)-960/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-960/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-960/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qadağanın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi) “qadağanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3728/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən torpağın 300 kv.m olan sahəsi X2, sahəsi 600 kv.m olan torpaq sahəsinə X4, sahəsi 300 kv.m olan torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X1 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X10 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 21373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları əsasında ona məxsus olan Nizami rayonu, M.X.Şərifli küçəsi 3 saylı sahənin bir hissəsində yerləşən 0.02 ha torpağın üzərinə qadağa qoyulmuşdur.

2. İddiaçı cavabdehə müraciət edərək yuxarıda qeyd olunan sahənin üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir.

3. Cavabdehin **********09 nömrəli, 29 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 201 5- ci il tarixli 2(103)2059/2015 saylı qərardadı ilə ünvan 1-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edib, mülkiyyət hüquqları əsasında ona məxsus olan Bakı şəh əri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində bu qərarın 1-4-cü bəndlərində qeyd olunan məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin üzərinə məhkəmələr tərəfindən heç bir məhdudiyyət qoyulmamış, həmin torpaq sahəsinin qeydiyyatı ləğv edilməmiş və torpaq sahəsi artıq 11 ildən çoxdur ki, onun mülkiyyətindədir. Torpaq sahəsinin Dəyanət Ağayevə aid 400 kv.m hissəsinin üzərinə qoyulmuş qadağa məhkəmənin qərarı ilə götürülmüşdür. Qeyd etmişdir ki, torpaq sahəsi 600 kv.m-dən ibarət olmuş, onun 200 kv.m hissəsi ona, 400 kv.m hissəsi isə Dəyanət Ağayevin mülkiyyətinə verilmişdir. Cavabdehin Dəyanət Ağayevə aid hissədə qadağanı ləğv etməsini, ona aid hissədə isə qadağanın ləğv edilməsindən imtina etməsini qanunsuz hesab etdiyini bildirmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmənin 6 aprel 2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə iddiaçının mülkiyy ət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd hal-hazırda qüvvədədir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən müvafiq qeydlərin silinməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə bitişik 400 kv.m torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmış, müvafiq qeydlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında silinmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə bitişik 400 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində heç bir məhdudiyyət aşkar olunmamışdır. Müvafiq torpaq sahəsi Həsənova Məcid qızı tərəfindən özgəninkiləşdirilmişdir.

9. Məhkəmə araşdırması zamanı iş üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə verilmiş Ayrıc Aktı hüdudları daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarıdır.

10. Bakı İnzibati Məh kəməsinin 2-1(112)-4263/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın (məhdudiyyətin) götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd hal-hazırda qüvvədədir. Belə ki, Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi ləğv edilsə də, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməmişdir. O cümlədən həmin qeyd nə hazırkı iş üzrə üçüncü şəxslər tərəfindən, nə də ki digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.

12. İddiaçının mülkiyyətində olan 200 kv.m. torpaq sahəsi daha əvvəl X4 mülkiyyətində olmuş 600 kv.m. torpaq sahəsinin bir hissəsidir. Digər hissə (400 kv.m.) isə X5 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı da cavabdeh tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında götürülmüşdür. Hal-hazırda iddiaçının mülkiyyətində olan 200 kv.m torpaq sahəsin ə bitişik 400 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində heç bir məhdudiyyət yoxdur.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış mübahisəli torpaq sahəsinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisinə aid olduğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmiş və həmin sahənin Yaşayış məntəqələrinin torpaqları olması isə mütəxəssis rəyi ilə müəyyən edilmişdir.

14. Eyni zamanda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik digər hissə ilə bağlı (400 kv.m.) qoyulmuş məhdudiyyətlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsasında götürülmüşdür. Qərarda istinad olunan ekspert rəyindən də görünür ki, həmin torpaq sahəsi Sağlamlıq imk anları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3361/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə istinad etmişdir.

16. Üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3728/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edə n və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılnışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz qərarında mütəxəssis rəyinə istinad etmiş, lakin mübahisəli sahənin ayrıc aktına əsasən məktəbin ərazisi olduğuna əhəmiyyət verməmişdir. Belə ki, mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mübahisələndirdiyi sahə məhktəbin ərazisidir. Bu səbəbdən də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə bu halda hüquqlar dövlət qeydiyyatına alınmalı deyildir.

21. Bundan başqa, qeyd edilmişdir ki, məktəbin tikintisinə ayrılan torpaq sahəsi ayrıc aktında məktəbin ərazisi kimi göstərilmişdir. Lakin, vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kimi göstərilir. Torpaq sahələrinin kadastr məlumatları ayrıc aktına əsasən müəyyən edildiyi halda, məhkəmə həmin ərazini yaşayış məntəqələri kimi qiymətləndirmişdir.

22. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab edilir. Mübahisələndirilən torpaq sahəsi təhsil müəssisinə ayrıldığından, həmin ərazi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bu kateqoriyadan olan torpaq sahələri isə özəlləşdirilə bilməz. Məhkəmə bu halı nəzərə almamışdır.

23. Kassasiyaçı “Təhsil haqqında” Qanunun 37-ci maddəsinə və İPM-nin 81, 81.2 və 96-cı maddələrinə is tinad edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.... Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... -2.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklü lüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; -2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; -2.3 daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; -2.4 hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; -3.1 daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir; -14.3 hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -14.5 bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 27. “İnzibati icraat haqqında” Qanun: -11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; -11.2 inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; -15.1 qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; -16.1 fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətl ənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı inzibati mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Belə ki, iş materiallarına nəzər yetirdikdə müəyyən edilir ki, üçüncü şəxs Elm və Təhsil Nazirliyinin onlara məxsus olduğunu bildirdiyi ərazi RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsi (0,02 ha) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin əraziyə dair iddiaçının adına çıxarış mövcuddur.

39. Bundan başqa, iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, mübahisəli ərazi yaşayış məntəqələrinin torpağıdır. Həmin ərazinin məktəbə məxsus ayrıc aktı hüdudlarında yerləşməsi isə iddiaçının iradəsindən asılı olan deyildir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik digər hiss ə ilə bağlı (400 kv.m.) qoyulmuş məhdudiyyətlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsasında götürülmüşdür. Qərarda istinad olunan ekspert rəyindən də görünür ki, həmin torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir.

41. Bundan başqa, cavabdeh tərəfindən həmin əraziyə məhdudiyyət qoyulmasının səbəbi mübahisəli sahənin üçüncü şəxs Elm və Təhsil Nazirliyinə məxsus olan əraziyə düşməsi ilə deyil, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsinin ləğv edilməsilə əlaqəli olmuşdur.

42. Odur ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 26-27-ci bəndində qeyd olunan maddi hüquq normalarını və qərarın 28 (a) bəndində qeyd olunan prosessual hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3728/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-3728/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar