Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-960/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 kod ********* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(107)-652/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “JN 0730 kod ********* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci tarixli, 2-1(116)-498/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-652/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)- 652/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə də iddiaçıya məxsus elektron kabinet vasitəsilə ona rəsmi qaydada çatdırılmışdır.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya m əhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYAN İN MÜMKÜNLÜYÜ
6. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
8. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Eləcə də, eləcə də inzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin axımı da həmin tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti vermişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 5-ci bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır. İddiaçı şikayət verilməsi üçün qanu nvericilikdə nəzərdə tutulan prosessual müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışdır. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
10. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-652/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.