Məhkəmə qərarları › İş №2-1(102)-961/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-961/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-961/2020 14.04.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (açar söz: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; yaralanma şəraitinin müəyyən edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlu ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)-663/2N9 nömrəli, xx.xx.xx9-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2N 2N-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx.xx.1984-cü il tarixində Masallı rayonunda anadan olmuş, xx.xx.2NN2-ci ildən xx.xx.2NN4-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə döyüş gözləmə mövqeyində olarkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2NN3-cü il tarixində ayağından yaralanmış, xx.xx.2NN3-cü ildən xx.xx.2NN3-cü ilədək “sağ budun yuxarı 1/3nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xxxx saylı, xx.xx.2NN3-cü il tarixli, hərbi hissə komandirinin N saylı xx.xx.2NN4-cü il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı, ona veteran adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2N8-ci il tarixli cavab məktubuna görə, N nömrəli hərbi hissənin travma haqqında arayışına (yaralanma-şəxsi ehtiyatsızlıq nəticəsində) əsasən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyərək onun müraciətindən imtina edilmişdir. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə istinad edərək iddia ərizəsini belə əsaslandırmışdır ki, müalicə aldığı N saylı hərbi hissənin komand irinin verdiyi 12 nömrəli forma arayışda onun xidmət etdiyi müddətdə düşmən tərəfindən atılan güllə nəticəsində sağ budunun 1/3-nin yaralanması öz təsdiqini tapdığından ona müharibə veteranı adı verilməlidir. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müdafiə orqanları və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar və s. əsasında verilir. Hazırki iş üzrə iddiaçı da döyüş əməliyyatlarında iştirak etmişsə, həmin döyüş əməliyyatları ilə əlaqədar yaralanmışsa, bu əsaslarla bağlı xəsarət almasını təsdiq edən sənəd təqdim edirsə, cavabdeh iddianın qanuni və əsaslı həllini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin, son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsinə dair iddiaçının hüququ ancaq müharibə veteranı adı və vəsiqəsini əldə etdiyi andan əmələ gələ bilər. Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(N85)-183/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(N85)-183/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişdir ki, qanunvericilik 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuların bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını şərt olaraq müəyyən edir. Lakin, iş materialları ilə iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)663/2N9 nömrəli, xx. xx.2N9-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarında olan iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizin surətindən onun düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olması ilə bağlı qeydiyyat olduğu görünsə də, apellyasiya instansiya məhkəməsi bu sənədə əhəmiyyət vermədən qərar qəbul etmişdir. Kassator, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)-663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş e tmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası, işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)-663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ilə gəldiyi yu xarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırki işin mübahisəsiz hallarına görə, iddiaçı xx.xx.2NN2-ci ildən xx.xx.2NN4-cü ilədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2NN3-cü ildən xx.xx.2NN3-cü ilədək sağ budun yuxarı 1/3-nin güllə yarası diaqnozu ilə N saylı hərbi hissədə müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xxx saylı, xx.xx.2NN3-cü il tarixli, hərbi hissə komandirinin N saylı, xx.xx.2NN4-cü il tarixli əmrlərinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı, hərbi hissədə xidmət zamanı döyüş gözləmə mövqeyində olarkən düşmən gülləsi tərəfindən yaralandığını əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsi verilməli olduğuna istinad edir və kassasiya şik ayətinin dəlillərində bildirir ki, apellyasiya instansiya məhkəməsi bu məsələni araşdırmamışdır. Cavabdeh orqan isə iddiaçının şəxsi ehtiyatsızlıq nəticəsində yaralandığını bildirərək müharibə veteranı adı və vəsiqəsini verməkdən imtina edərək, imtinasını iş materiallarında olan travma haqqında arayışla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasını təsdiq edən sənəd təqdim edilmədiyinə və bu halın müəyyən olunması ilə bağlı sənədin təqdim edilməsi iddianın təmini üçün şərt olduğuna görə, cavabdehin imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli xxxx nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adla rının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görəAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (xx kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə xxn, xx, xxn (x kəndi daxil olmaqla), xx,xxx,xxm, xxx (keçmiş xxxxx, xxxxx və xxx (kənd), Daşkəsən, xxxxxxxxxx kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təm inatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissəl ərin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd olunan normanın mənasından göründüyü kimi, qanunvericilik 1994-cü ilin 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuların bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını şərt olaraq müəyyən edir. Göstərilənlərə əsasən, məhkəmə ko llegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə iddiaçının yaralanması şəraiti müəyyən olunmalı və iddiaçının yaralanması ilə bağlı işə əlavə olunmuş sənədlərdəki ziddiyətli məlumatlara aydınlıq gətirilməlidir. Belə ki, işin apellyasiya məhkəməsində müəyyən edilən hallarından aydın olur ki, cavabdeh orqan iddiaçının ehtiyatsızlıqdan yaralanmasını N nömrəli hərbi hissənin arayışı ilə əsaslandırsa da, məhkəməyə həmin arayışın kserosurətini təqdim etmiş, məhkəmə tərəfindən iddiaçı barəsində onun xx.xx.2NN2-ci ildən xx.xx.2NN4-cü ilədək xidməti, xidmət etdiyi dövrdə yaralanması, yaralanma şəraiti barədə məlumatın və bununla bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və Azərbay can Respublikası Müdafiə Nazirliyinin N saylı və N saylı hərbi hissələrinə sorğular göndərilsə də, həmin hərbi hissələrin komandirlərinin 2NN3-2NN4-cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmadığı müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən bildirilmişdir ki, 2NN2 və 2NN4-cü il tarixli “Zədələnmələrin və yaralanmaların qeydiyyatı” kitabında İddiaçı barəsində heç bir məlumat yoxdur. 2NN3-cü ilin “Zədələnmələrin və yaralanmalar”ın qeydiyyatı kitabı isə tibb məntəqəsində olmadığı üçün heç bir məlumat vermək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaralanması ilə bağlı N nömrəli hərbi hissənin arayışında göstərilən məlumatlar öz təsdiqini tapmadığı ha lda, cavabdeh orqan məhz həmin arayışa əsaslanaraq iddiaçının tələbini təmin etməmişdir. Halbuki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə verilmiş sorğuya cavab olaraq iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin surəti məhkəməyə göndərilmiş və həmin sənəddə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olunması ilə bağlı qeydiyyat olduğu müəyyən edilmişdir. Bununla yanaşı işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2N8-ci il tarixli, xxxx nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2NN2-ci il tarixində Nərimanov rayon Hərbi Komissarlı ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2NN2-ci il tarixindən – xx.xx.2NN4-cü il tarixinədək N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2NN3-cü il tarixindən – xx.xx.2NN3-cü il tarixinədək “Sağ budunun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olmuşdur. Yuxarıda göstərilən işin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından göründüyü kimi, cavabdeh, iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaralandığını bildirsə də bunu sübut edə bilməmiş, eynilə yaralanma şəraitini də izah edə bilməmiş, iş materialları ilə iddiaçının düşmən gülləsi tərəfindən yaralandığı təsdiq olunmuş, apellyasiya instansiya məhkəməsində bu uyğunsuzluq araşdırılmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı müvafiq hərbi hissədə xidmət edərkən döyüş gözləmə mövqeyində olduğu vaxt yaralandığını iddia etmiş, lakin apellyasiya instansiya məhkəməsi iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş zonasında yerləşməsini, iddiaçının döyüş əməliyyatlarında iştirak edibetmədiyini və yaralanma şəraitini ətraflı araşdırmamışdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar kassasiya şikayətinin dəlilini əsaslı hesab edir və bildirir ki, iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığı təsdiq olunduğundan onun baş vermə şəraiti hərtərəfli araşdırılmalı, yaralanmanın döyüş əməliyyatları zamanı baş verib-verməməsi məsəsləsinə aydınlıq gətirilməli olduğu halda, apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, bununla da Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Göstərilən prosessual hüquq normalarının tələbləri baxımından Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(1N5)-663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin96.5-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiya məhkəməsinə göndərməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1N5)663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar