Məhkəmə qərarları › İş №2-1(102)-961/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-961/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-961/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın növünün dəyişdirilməsi; Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş kişiyə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları i lə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(103)-453/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 10 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, «Əmək pensiyaları ha qqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması nəzərdə tutulmadığından, iddiaçının müraciətində qaldırılan məsələnin müsbət həlli mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 27 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, pensiyanın onun 2009-cu il 31 dekabr tarixədək çalışdığı vəzifənin bugünkü orta aylıq əmək haqqının 85 faizi məbləğində təyin edilməsini, 50 faiz məbləğində əlavənin hesablanmasını, həmin tarixdən pe nsiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) ödənilməsini, pensiyanın növünün dəyişdirilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı il 14 iyul tarixdə doğulmuşdur. 1976-cı il 16 yanvar tarixdən 1978-ci il 11 noyabr tarixədək Azərbaycan SSR Bədii fondunda müxtəlif vəzifələrdə çalışmış, 1978-ci il 20 noyabr tarixdən 1981ci il 05 yanvar tarixədək ordu sıralarında hərbi xidmətdə olmuş, 1981-ci il 24 fevral tarixdən 1984-cü il 19 yanvar tarixədək Bakı Avtomobil və Taksi Parkında sürücü vəzifəsində, 1984-cü il 09 fevral tarixdən 2006-cı il 20 noyabr tarixədək “Xəzərdənizneftqaz” Tikinti Trestində sürücü və kran maşinisti vəzifələrində işləmişdir. 2006-cı il 20 no yabr tarixdən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (4 saylı Texnoloji Nəqliyyat Departamentində) sürücü işləyir. O, 1987-ci ilin may – iyul aylarında Ukrayna Respublikasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş və 2007-ci il 25 yanvar tarixdən İİ qrup əlildir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası 1992-ci il 23 sentyabr tarixli Qanununun 13-cü maddəsinin “v” bəndində göstərilmişdir ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında kömək etmiş kişilər – 50 yaşına çatdıqda və ümumi iş stajı 20 il olduqda, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. “«Vətəndaşların pensi ya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci il 13 iyul tarixli Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90cı maddəsinin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq, 2000-ci ilin avqust ayının 1-dək hər il altı ay artırılır. Yəni sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “v” bəndində nəzərdə tutulmuş 50 yaş 52 yaş çatdırılmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17, 21-ci maddələrinin, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli, 904İİİQD nömrəli Qanununun müddəalarından və onun 2007-ci ilin 25 yanvar tarixindən Çernobıl iştirakçısı kimi ikinci qrup əlil kimi əlilliyə görə pensiya almasından belə nəticə əldə olunur ki, onun həm də yaşa görə pensiya almaq hüququ vardır. Belə ki, 1976-cı il 16 yanvar tarixdən 2010-cu il 01 yanvar tarixədək (həmin vaxtdan sonra artıq yaşa görə pensiya təyin edilərkən orta aylıq əmək haqqına istinad edilmir) 34 il əmək stajı var. 2006-cı il 01 yanvar tarixədək isə 30 il stajı olmuşdur. Yəni onun Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxs kimi tələb olunan iş stajında (20 il iş stajı) 14 il artıq, 2012-ci il 14 iyul tarixədək yəni 52 yaşı tamam olan vaxta kimi isə 16 il 6 ay artıq iş stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə görə bu orta aylıq əmək haqqının 85 faizindən çox ola bilmədiyi üçün ona təyin ediləcək yaşa görə pensiyanın miqdarı 2009-cu il 31 dekabr tarixdə çalışdığı sürücü vəzifəsinin bu günə olan orta aylıq əmək haqqının 85 faizi məbləğində olmalı, bundan başqa həmin məbləğə həm də yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanmalı və ona yaşa görə əmək pensiyası 52 yaşı tamam olduğu vaxtdan hesablanmaqla ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 13-cü maddələrinə, İPMin 2, 33, 38, 73-cü maddələrinə əs aslanaraq, ona (iddiaçıya) 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın onun 2009-cu il 31 dekabr tarixədək çalışdığı vəzifənin bu günə olan orta aylıq əmək haqqının 85 faizi məbləğində təyin edilməsi, 50 faiz məbləğində əlavənin hesablanması, həmin tarixdən yaranmış fərq məbləğinin (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) ödənilməsi, pensiyanın növünün dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddiası tam əsassız və qanuna zidd olduğuna görə rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə ə sasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunu n 9.8-ci maddəsinə əsasən 2006-cı il 01 yanvar tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2007-ci il 06 mart tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia etdiyi məsələ ilə bağlı yuxarıda göstərilənl əri nəzərə alaraq bildirilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutulanlara dair güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Mərkəz filialı tərəfindən verilən güzəştli şərtlərlə əmək pensiyası təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci i l 01 iyul tarixli, 2-1(112)-4244/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 sentyabr tarixli, 2-1(112)-4244/2020 nömrəli qərardadı ilə iddia “iddiaçının pensiyasının çalışdığı sonuncu vəzifənin bugünkü orta aylıq əmək haqqı nəzərə alınmaqla və müvafiq əlavə ilə hesablanması, yaranmış fərq məbləğinin 2012-ci il 14 iyul tarixdən müraciət ediləndən 3 il əvvəlki vaxtadək olan dövrə aid hissəsinin ödənilməsi, təyin olunmuş pensiyanın növünün dəyişdirilməsi” hissəsində mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 sentyabr tarixli, 2-1(112)-4244/2020 nömrəli qərarı ilə iddia təmin edil miş, iddiaçıya 52 yaşdan - 2012-ci il 07 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının yenidən hesablanmasında (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) yaranmış fərq məbləğinin 2016-cı il 14 noyabr tarixdən sonrakı hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və 2006-cı ilin 01 yanvar tarixədək 20 ildən artıq ümumi iş stajına malik olan şəxs kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “v” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(103)-453/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 07 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm amasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutulanlara dair güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 15. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü m addəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. İş materiallarından göründüyü kimi İddiaçıya 2007-ci il 25 yanvar tarixdən əlilliyə görə əmək pensiya sı təyin edilmiş, sonradan İddiaçı 2019-cu il 14 noyabr tarixdə əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı ərizə ilə Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun normalarına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçmə İddiaçının hüququdur və onun istəyi əsasında həyata keçirilə bilər. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası cavabdehə müraciət etdiyi 2019-cu il 14 noyabr tarixdən təyin edilə və həmin tarixdən də ödənilə bilər. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 1997-ci il 13 iyun tarixli, 321-1QD nömrəli Azərbaycan Respublikasının Qanununun, 1-ci maddəsinə görə, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş, yaş hədləri 1997-ci il 01 avqust tarixdən başlayaraq 2000-ci il 01 avqust tarixədək hər il altı ay artırılır. Sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “c” bəndində nəzərdə tutulmuş 50 yaş 52 yaşa qaldırılmışdır. İddiaçının 1976-cı il 16 yanvar tarixdən 2006-cı il 01 yanvar tarixə kimi 30 il iş stajı vardır. İddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxs kimi tələb olunan iş stajından (10 il iş stajı) 20 il artıq, 2012-ci il 14 iyul tarixə kimi - 52 yaşı tamam olan vaxta kimi isə 26 il 6 ay art ıq iş stajı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 49~cu maddəsinin (“Normativ hüquqi aktlar”) Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağı dakı səbəblərə görə təmin oluna bilməz.

23. Şikayətin əsas dəlili ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutulanlara dair güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

24. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şər aitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... v) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar: kişilər — 52 yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda; qadınlar — 47 yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda.

25. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (v) bəndində təsbit olunmuş şəxslərə aid olduğu və 2006-cı il 1 yanvar tarixədək 20 ildən artıq ümumi staja malik olduğu mübahisəsizdir.

26. Şikayətin qeyd olunan dəlilinə gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin (v) bəndindən irəli gələn hüququn un tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutulanlara dair güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəanın yeni qanunda bilavasitə nəzərdə tutulmaması isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (qazanılmış sosial təminat hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

27. Şikayətin digər dəlili ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının y aşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. İş materiallarından göründüyü kimi İddiaçıya 2007-ci il 25 yanvar tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonradan İddiaçı 20 19-cu il 14 noyabr tarixdə əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı ərizə ilə Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun istinad edilən normalarına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçmə iddiaçının hüququdur və onun istəyi əsasında həyata keçirilə bilər. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası cavabdehə müraciət etdiyi 2019cu il 14 noyabr tarixdən təyin edilə və həmin tarixdən də ödənilə bilər.

28. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, istinad edilən 31.2-ci maddənin məzmunundan göründüyü kimi, həmin norma əmək pensiyasının təyin edilməsi və bir növündən başqa növünə keçmə ilə bağlı ərizələrə baxılmasının qaydasını müəyyən edir. Başqa söz lə, həmin norma şəxsin bilavasitə əmək pensiyası hüququnun yaranmasını deyil, artıq yaranmış bu hüququn inzibati orqan tərəfindən reallaşdırılmasını təsbit edir. 29 Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(103)-453/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar