Məhkəmə qərarları › İş №2-1(102)-961/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-961/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-961/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "Şəffaf İdarəçilik" İctimai Birliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(103)416/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "Şəffaf İdarəçilik" İctimai Birliyi 1 mart 2021-ci il tarixində "Qeyrikommersiya hüquqi şəxsin vergi uçotuna alınması haqqında ərizə" forması ilə cavabdehə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilən ərizəyə əsasən İctimai Birlik 2 mart 2021-ci il tarixində vergi uçotuna alınaraq ********** VÖEN verilmişdir.

2. Cavabdehin 17 mart 2021-ci il tarixli **********28098 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarına əsasən Vergi Məcəlləsini n 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə iddiaçıya 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

3. İddiaçı həmin qərardan 1 aprel 2021-ci il tarixində Dövlət Vergi Xidmətinə inzibati şikayət verərək tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmiş, Dövlət Vergi Xidməti şikayəti təmin etməmiş, cavabdehin 17 mart 2021-ci il tarixli **********28098 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X3 oğlu Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı X3 oğlu barəsində q əbul edilmiş qərarın ləğv edilməsini, Dövlət Vergi Xidmətinin əməkdaşlarının verdiyi qərar nəticəsində bu günə kimi bu məsələlərə xərclənən 70 manat yalnız QHT-nin sənədləri və birbaşa Dövlət Vergi Xidmətinin tələbi olaraq elektron imza, möhür, sənədlərin notarial qaydada təsdiq edilməsi, mənəvi ziyan olaraq 40.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "Şəffaf İdarəçilik"İctimai Birliyinə tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət etsə də, müraciətlərinə ədalətli baxılmayıb. Belə ki, mübahisələndirilən qərar barədə iddiaçının gec məlumatı olub. Ədliyyə Nazirliyi İctimai Birliyi 15 dekabr 2021-ci il tarixdə qeydiyyata almışdır. Lakin sənədlə rin təqdimatı 18 yanvar 2021-ci ildə edilmişdir. Burada vətəndaşın sənədləri götürməyindən yox, məhz Ədliyyə Nazirliyinin təqdim edəcəyi təqdirdə sənədlərin götürülməsindən söhbət gedir. Sənədlər isə iddiaçıya məlumat verildiyi vaxt, müddət ötürülmədən götürülüb. Vergi Məcəlləsinin 33.4-cü maddəsində istisna hal var ki, Ədliyyə Nazirliyi əməkdaşları xəstəlik və 30% ştatla işlədikləri üçün iddiaçıya sənədləri 33 günün tamamında veriblər. Burada İB hər bir halda cəriməyə düşür. Arayış təqdim edildikdən sonra bu cərimə ləğv olunmalı idi. Qanunda sənədləri götürdükdən sonra 30 gün müddəası yoxdur, buna görə də cərimə tətbiqində qərar vətəndaşın xeyrinə həll olmalıdır.

6. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı X3 oğlu əsl iddiaçı "Şəffaf İdarəçili k" İctimai Birliyi ilə əvəz edilmişdir.

7. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ilə əvəz edilmişdir.

8. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı "Şəffaf İdarəçilik" İctimai Birliyinin təlvöD“ Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 17 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, vergi ödəyicisi ilə vergi orqanı arasında 2 mart 2021-ci il tarixli *** *******865600 nömrəli "Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması" imzalanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərdən biri də vergi ödəyicisinin vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla mütəmadi olaraq tanış olmaq, 3 gündən gec olmayaraq elektron kabinetinə baxmaq barədə öhdəliyidir. Baş İdarə tərəfindən iddiaçıya göndərilmiş 29 mart 2021-ci il tarixli **********927900 nömrəli məktubda yalnız Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbləri vergi ödəyicisinin nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 17 mart 2021-ci il tarixli 05/2180-14 nömrəli məktubuna əsasən İB-nin dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18 yanvar 2021-ci il tarixində təhvil alınmış, bununla da 1 mart 2021-ci il tarixində vergi uçotuna alınmaq üçün vergi orqanına müvafiq ərizənin verilməsi zamanı Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbləri pozulmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 6 avqust 2021-ci il tarixli, 2-1(112)-6804/2021 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, faffəŞ“ İdarəçilik” İctimai Birliyi 15 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığından vergi orqanına uçota alınmaq üçün ərizə ilə müraciət etmək üçün tələb olunan 30 günlük müddətin axımı ən tezi 15 dekabr 2020-ci il tarixdən hesablandıqda 14 yanvar 2021-ci il tarixdə, ən geci arayışda qeyd olunan sənədlərin götürülmə tarixindən, yəni 18 yanvar 2021-ci il tarixdən hesablandıqda isə 30 günlük müddət 17 fevral 2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi uçotuna alınma barədə ərizə ilə 1 mart 2021-ci il tarixdə vergi orqanına müraciət etmiş, bununla da qanunla müraciət etmək üçün tələb olunan 30 günlük müddəti ötürmüşdür. Belə olan halda cavabdehin iddiaçıya maliyyə sanksiyası tətbiq etməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-416/2022 nömrəli qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər H.Ü.Həmidov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 avqust 2021-ci il tarixli, 2-1(112)-6804/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, t ətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatların məzmununu araşdırsaydı həmin sənədlərin kimə aid olmasını, nə zaman iddiaçıya təqdim edilməsini asanlıqla müəyyən edə bilərdi.

17. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə iddiaçının təqdim etdiyi dəlilləri təsdiq edən sübutların olub-olmadığını müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən iddiaçının izahatlarını mötəbər hesab etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini isə qiymətləndirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kas sasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-416/2022 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, X1 29 yanvar 2021-ci il, 15 fevral 2021-ci il, 26 fevral 2021-ci il tarixlərində şifahi xidmətlər üçün dəfələrlə Bakı şəhəri X2 üzrə Baş İdarənin Binəqədi xidmət mərkəzinə müraciət etsə də, 18 yanvar 2021-ci il tarixində İB-nin dövlət qeydiyyatı ilə əlaqədar sənədləri almasına baxmayaraq, yenə də 30 gün ərzində qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün lazım olan sənədləri təqdim etməmişdir. İddiaçı kassasiya şikayətində y eganə kassasiya dəlili kimi Avropa Məhkəməsinin işlə əlaqədar olmayan və işə uyğun olmayan qərarlarına istinad etməklə, məhkəmənin işi araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirərək ümumi ifadələrlə kassasiya şikayətini əsaslandırmağa çalışmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Vergi Məcəlləsi Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - fi lialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir Maddə 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, h abelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Maddə 58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odu r ki, kassasiya şikayətinin dəlilləri əsassızdır.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından məlum olur ki, iddiaçı vergi uçotuna alınma barədə ərizə ilə vergi orqanına qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməklə müraciət etmiş, bununla da Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbini pozmuşdur. Sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh 17 mart 2021-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022- ci il tarixli, 2-1(103)-416/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar