Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-961/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli pensiya təyin edilməsi, güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı təvəllüdlü, FİN: 36HOHL5) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1128/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Leyt.Şmidt adına Maşınqayırma zavodunun preventor sexinin çilingər-yığma bölməsində elektrik qaynaqçısı şagirdi kimi çalışmış, xx.xx.1981-ci il tarixdə ona 2-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1991ci il tarixədək prevent or sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Kotan” kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Səttarxan” adına Zavodun 21 saylı çilingər-yığma sexində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. 2. "xxxx" ASC, "xxxx" TASC-nin xx.xx.2013-cü il tarixli, KŞ/10-150 nömrəli izahlı arayışında (sədr E.R.Vəliyev göstərilməklə imzalanmış, kadrlar şöbəsinin Personnel Division möhürü vurulmuşdur) göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Lenin və X5 ordenli Leyt.Şmidt adına maşınqayırma zavodunun preventor sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, xx.xx.1981-ci il). xx.xx.1981-ci il tarixdə ona 2- ci (ikinci) dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir (əmr N 337/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə preventor sexinə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə 3-cü (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 379/k, xx.xx.1982-ci il). xx.xx.1983-cü il tarixdə oradaca 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 410/k, xx.xx.1983-cü il). xx.xx.1991ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir (əmr N 123/k-a, xx.xx.1991-ci il). xx.xx.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəb ul edilmişdir(əmr N 04/k, xx.xx.1991-ci il). xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Səttarxan” adına zavoda keçdiyi üçün işdən azad edilmişdir (əmr N 36/k, xx.xx.1992-ci il). xx.xx.1993-cü il tarixdə Səttarxan adına zavodun 21 N-li çilingər yığma sexinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 01/k, xx.xx.1993-cü il). xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən, üzrsüz səbəbə görə iş buraxdığına görə işdən azad edilmişdir (əmr N 358/k, xx.xx.2004-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 20 saylı qərarına əsasən, elektrik qaynaqçısı 1 №li siyahının Metal emalı Xİ bölməsinin 5-ci hissəsini n “a” bəndinə aiddir, şifr 1110400a-19906. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X5 ordenli Leyt.Şmidt adına Maşınqayırma zavodu xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttarxan” adına Maşınqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 649 saylı Fərmanına əsasən "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır. "xxxx" X7 Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 170 saylı sərəncamına əsasən "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır.
3. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********9 nömrəli mə ktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az olduğundan ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə anadan olmuşdur. Halhazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı H3 ******* nömrəli hərbi biletə əsasən, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İT-İ * ****** saylı əmək kitabçasına əsasən, xx.xx.1981-ci ildə Leyt.Şmidt adına maşınqayırma zavodunun preventor sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, xx.xx.1981-ci il). xx.xx.1982-ci il tarixdə preventor sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, xx.xx.1981-ci il). xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir (əmr N 123/k, xx.xx.1991-ci il). xx.xx.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 04/k, xx.xx.1991-ci il). xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttarxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir (əmr N 36/k, xx.xx.1992-ci il). xx.xx.1993-cü il tarixdə Səttarxan adına zavodun 21 saylı çilingər yığma sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 01/k, xx.xx.1993-cü il). xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. Leyt.Şmidt adına maşınqayırma zavodu xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttarxan” adına maşınqayırma zavodu adlandırılmışdır. "xxxx" X7 Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X7 Cəmiyyəti adlandırılmışdır. Beləliklə, onun 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qa nununun qəbul edildiyi tarixədək 25 il 7 ay 23 gün ümumi stajı və eyni zamanda zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (1100000),
5. Metal emalı üzrə sair peşələr hissəsinin 5 (********), a) fəhlələr bəndinə aiddir (1110400a-19906).
6. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" ASC " xxxx" TASC tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işləmiş olduğu peşə yuxarıda adıçəkilən 1 nömrəli siyahının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir (şifr 1110400a-19906 - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)). Lakin, iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında 1981-2004-cü illər ərzində “elektrik qaynaqçısı” işlədiyi qeyd edilmişdir. Güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əli yev) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən 20 il ümumi və 10 il xüsusi iş stajına malik olduğundan onun tələbi əsaslıdır.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-227/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) cavabdehin apelyasiya şikayə ti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından onun tələbi əsassızdır.
12. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2180/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /məruzəçi/ R.S.Nəbizadə və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2-1(103)227/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının yalnız xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək zavodda işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etsə də, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək eyni zavodda və eyni peşədə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə almamış və bununla bağlı mövqeyini əsaslandırmamışdır. Halbuki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş əmək kitabçasından, həmçinin "x xxx" ASC "xxxx" TASC-nin xx.xx.2013-cü il tarixli izahlı arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən Leyt.Şmidt adına maşınqayırma zavodunun preventor sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi işləmiş, xx.xx.1981-ci il tarixdən ona 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmiş və xx.xx.1991-ci il tarixədək həmin zavodda preventor sexində 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işləmişdir. Bundan əlavə, iddiaçı şikayətində də bildirir ki, xx.xx.1981-ci ildən xx.xx.2004-cü il tarixə kimi adları dəyişsə də, eyni sexdə, eyni işi icra etmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı da heç bir araşdırma aparmamışdır. Halbuki, apelyasiya instansiyası məhkəməsi xidməti vəzifəsinə görə işin hallarını tam, hərtərəfli araşdırmağa borcludur. apellyasiya i nstansiyası məhkəməsində ikinci icraat
15. İşə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəməyə iddiaçının işdə iştirak edən nümayəndəsi vasitəsilə məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən mərhum iddiaçının həyat yoldaşı X3, iddiaçının ölüm haqqında şəhadətnaməsini, onlar arasındakı nikahın bağlanması haqqında şəhadətnaməni, oğlunun doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqələrini məhkəməyə təqdim edərək onların hər ikisinin iddiaçının prosessual hüquq varisləri qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun vəsatəti təmin olunmuş və iddiaçının prosessual hüquqi varisləri kimi işə cəlb olunmuşlar (Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumatları olsa da məhkəmə iclasına vaxtında gəlməmiş (xeyli gecikmişlər), İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir).
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1128/2022 saylı, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/ A.V.Tanrıverdiyev və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçıya (mərhum) 52 yaşdan (xx.xx.2012-ci il tarixdən) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni, xx.x x.2016-cı il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanıb hüquqi varisləri X1 və X2 ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidməti də daxil olmaqla, ümumilikdə xx.xx.2006-cı ilə qədər 26 il 3 ay 22 gün ümumi stajı toplanır. "xxxx" TASC-nin tədqiq edilən 198/10-150 nömrəli xx.xx.2013-cü il tarixli izahlı arayışından aydın olur ki, həmin zavodda iddiaçı 1998-2003-cü illərdə müəyyən aylarda ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin məzuniyyət dövrləri toplandıqda, 21 ay 19 gün (yəni, 1 il 9 ay 19 gün) ödənişsiz məzuniyyət dövrü mövcud olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 70-ci və 74cü maddələrinə istinad edərək qeyd etmişdi r ki, həmin ödənişsiz məzuniyyət dövrü də iddiaçının ümumi stajına hesablanmalıdır. Konkret halda, hətta 1 il 9 ay 19 gün ödənişsiz məzuniyyət müddəti onun ümumi iş stajından çıxıldıqda belə, ümumi iş stajı - 24 il 6 ay 2 gün təşkil edir (yəni, 20 ildən çoxdur). "xxxx" TASC-nin qeyd edilən 198/10-150 nömrəli xx.xx.2013-cü il tarixli izahlı arayışından görünür ki, həmin maşınqayırma zavodunda iddiaçının elektrik qaynaqçısı kimi çalışdığı peşə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının Xİ bölməsinin 5-ci hissəsinin “a” (“Metal emalı üzrə sair peşələr”) bəndinə ( şifr:1110400a-19906 “məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) addir. Məhkəmə sorğuları əsasında "xxxx" TASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli (i.v.54) və 05 iyul 2022-ci il tarixli məktublarda bildirilmişdir ki, iddiaçının zavodun preventor sexində gördüyü işlər məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə icra edilir. Məhkəmə kollegiyası, "xxxx" TASC-nin qeyd edilən 198/10-150 nömrəli xx.xx.2013cü il tarixli izahlı arayışında iddiaçının gördüyü işlərin və zavodun yenidən təşkil olunması barədə məlumatların ətraflı şərh olunmasını və həmin arayışın iddiaçının şəxsi işi və əmrlə r əsasında tərtib olunduğunu nəzərə alaraq hesab edir ki, həmin arayışda, eləcə də onun əmək kitabçasının qeydlərində təsbit olunan yazılı məlumatlar sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Həmin arayışın və əmək kitabçasının qarşılıqlı təhlili ilə müəyyən olunur ki, iddiaçının 20 ildən çox ümumi sığorta stajı, 10 ildən də xeyli artıq 1 nömrəli Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən sığorta stajı vardır. Belə olan halda, mübahisənin qanuni əsası «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbinə görə iddiaçının 52 yaşından (yəni, xx.xx.2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Birinci instansiya məhkəməsi id dianın təmin olunması barədə düzgün nəticəyə gəlsə də, qərarında qanunvericiliyin tələbləri qaydasında pensiyanın hesablanıb ödənilməsi qaydasını müəyyən etməmişdir. Cavabdehin işə əlavə olunmuş 8 yanvar 2020-ci il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən müəyyən olunur ki, iddiaçının pensiya təyin olunması barədə müraciəti cavabdehə xx.xx.2019-cu il tarixində daxil olmuşdur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdeh tərəfindən həmin tarixdən geriyə 3 il üzrə, yəni xx.xx.2016-cı il tarixdən, iddiaçının vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan müddət üçün pensiya məbləği hesablanıb onun hüquqi varislərinə ödənilməli olduğu müəyyən olunur.
18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-112 8/2022 saylı, 1 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. İddiaçının cavabdehə 21 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır.
20. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində (ümumilikdə 1 il 9 ay 18 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan R espublikası Qanununun 21.2-cı maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az (23 il 10 ay 7 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.2004-cü illər arasındakı dövrlər)) təşkil etmişdir.
21. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir.
22. Belə ki, iddiaçının müraciət etdiyi tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000,00 mana t hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18230,32 manat təşkil etmişdir.
23. Qeyd olunanları nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.
24. Həmçinin iddiaçı tərəfindən sonradan məhkəməyə təqdim edilmiş "xxxx" ASC "xxxx" TASC tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işləmiş olduğu peşə yuxarıda adıçəkilən Nazirlər Kabinetinin qərarının 1 nömrəli siyahısının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir (şifr 1110400a19906-məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)). Lakin iddiaçıya məxsus ol an xx.xx.1981ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının 1981-2004-cü illər arasında “elektrik qaynaqçısı” işlədiyi qeyd edilmişdir.
25. Bu səbəbdən iddiaçının güzəştli iş stajı da 10 ildən az olmuşdur.
26. Lakin məhkəmə apellyasiya şikayətində göstərilən xüsusatlara münasibətdə yalnız pensiyanın əvvəlki üç ilə münasibətdə ödənilməsi hissəsini əsaslandırmaqla şikayəti qismən təmin etmiş, digər dəlillərə hüquqi münasibət bildirməmişdir.
27. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci, 1.0.8-ci, 9.1-ci, 9.8-ci, 21.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ
29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu... Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... Maddə 9.8. Bu Qanun qüv vəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla öd ənilir. 31. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddə sində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı” Metal emalı Xİ bölmə 5-ci hissəsinin “a” bəndi, Şifr 1110400a-19906 (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq aparan elektrik qaynaqçıları)
33. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə k ollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şik ayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ, yəni iddiaçının ümumi iş stajına malik olması, xüsusən də onun işlədiyi peşənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə qismində müvafiq siyahıda nəzərdə tutulması və həmin peşə üzrə güzəştli iş stajını toplaması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlama nın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə t abe olmasından irəli gəlir.
43. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
44. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nə zərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 45. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
46. Bu qərarın 30-32-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşı nın tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: İddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
47. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtlər i iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
48. Cavabdehin kassasiya şikayətinin iddiaçıya məxsus olan xx.xx.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının 1981-2004-cü illər arasında “elektrik qaynaqçısı” işlədiyinin qeyd edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşənin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “Metal emalı” adlanan Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə (şifr 1110400a-19906-məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları)) aid olduğuna dair müvafiq arayış iddiaçının işlədiy i müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuşdur.
49. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına hesablanmadığı üçün iddiaçının xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində (ümumilikdə 1 il 9 ay 18 gün) ödənişsiz məzuniyyətdə olduğu müddətin iddiaçının iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, həmin məsələnin həlli zamanı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinin məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi ilə bağlı müddəaları da nəzərə alınmalıdır.
50. Kassasiya şikayətinin pensiya kapitalı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərti tələb edilmədiyindən, cavabdehin pensiya kapitalı ilə bağlı dəlili də əsassız sayılmalıdır.
51. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 30-32-ci bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb oluna n ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının ümumi və güzəştli stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.
52. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehi n imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
54. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1128/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.