Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-961/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3664/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-cı ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən verilmiş arxiv arayışına əsasən müəyyən edilir ki, iddiaçı 1986-cı ildə F.N.İlyin adına 1 nömrəli Bakı Baza Tibb Məktəbinin “ümumi profil üzrə tibb bacısı” şöbəsinə əyani qəbul olunmuş və 1988-ci ildə həmin məktəbi bitirərək “Tibb bacısı” ixtisası üzrə diplom almışdır.
3. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək fəhlə işləmiş, xx.xx.1988-ci il tarixdən Azərbaycan SSR S.T.N müalicə pansionatına tibb bacısı vəzifəsinə işə götürülmüş, xx.xx.1990-cı il tarixdə tibb qeydiyyatçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdən 3 saylı Mərdəkan uşaq ağ ciyər vərəm sanatoriyasına təcridedici tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə palata tibb bacısı vəzifəsinə keçirilmiş və xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdən Respublika Xəstəxanası Herontologiya Şöbəsinə tibb bacısı qəbul olu nmuşdur.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
5. Cavabdeh 13 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 2 ay 4 gün) təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə olan halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. İddiaçı təkrar olaraq cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, cavabdeh 03 noyabr 2022-ci il t arixli məktubla bildirmişdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün arayış təqdim etdikdən sonra müraciətinə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixindən etibarən 52 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərin ödənilməsi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. O, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdi.
9. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, İddiaçı inzibati orqana müraciət edərkən müvafiq qeydlərin aparıldığı güzəştli şərtlərlə pensiya hüququ verən iş yerindən arayış təqdim etməmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
10. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ona 52 yaşdan, yəni 15 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(112)-5695/2023 nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni 15 dekabr 2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instans iya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən (21 il 15 gün) çox ümumi, 10 ildən çox (12 il 6 ay 1 gün) güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3664/2023 nömrəli iş üzrə 29 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(112)-5695/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində İPM-in 35.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktuba müvafiq olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair təqdim etdiyi arayışda qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər K abinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşələrə aid olub-olmaması qeyd olunmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatların əks olunduğu arayış təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin İddiaçı inzibati orqana müraciət edərkən müvafiq qeydlərin aparıldığı güzəştli şərtlərlə pensiya hüququ verən iş yerindən arayışı təqdim etməmiş, məhkəməyə müraciət etmişdir. Qeyd edilən hüquqi və faktiki xüsusatlara görə iddia tələbi mümkün hesab edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericilikl ə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-ci il tarixədək olan redak siya) 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.202 2-ci il tarixədək olan redaksiyası) 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəl i siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Əvvəla cavabdeh kassasiya ş ikayətində qeyd edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya müraciəti ilə əlaqədar imtina cavabı verilməmiş, zəruri sənədləri toplamaqla yenidən müraciət edilməsi tövsiyə edilmişdir. Lakin iddiaçı bu tövsiyəni imtina kimi qəbul etmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iki dəfə inzibati orqana müraciət etmişdir. İlk dəfə müraciət edərkən cavabdeh inzibati orqan 13 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 2 ay 4 gün) təşkil edir (iş vər 4-5).
31. Beləliklə, göründüyü kimi cavabdehin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı imtinası mövcud və bu iş materialları ilə təsdiq olunur.
32. Bundan əlavə məhkəmə kollegiyası bir halı da qeyd etməyi zəruri hesab edir. Hazırkı iddia növ baxımından öhdəliyin icrası haqqında iddiadır. İnzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddialar üçün iddia müddəti nəzərdə tutmamışdır. Bu səbəbdən də iddia müddəti ilə bağlı müddəalar bu işə şamil bilməz.
33. Odur ki, cavabdehin iddia tələbinin mümkün sayılmaması ilə (cavabdeh orqan tərəfindən imtina cavabının verilməməsinə istinad edilməklə) bağlı mövqeyi işin hallarına və qanunvericiliyin müddəalarına zidd olduğundan əsassızdır.
34. İddianın mahiyyətinə gəlincə məhkəmə kollegiyası bu hissədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan güzəştli iş stajı mövcuddur. 35. xx.xx.2006-cı il tarixədək iddiaçının tələb edilən 20 ildən az olmayan ümumi əmək stajı ona məxsus əmək kitabçası, eləcə də diplomla (əyani formada təhsil aldığı illərin ümumi əmək stajına daxil edilməsi ilə əlaqədar olaraq) təsdiq edilir. 36. xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
37. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
38. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 nömrəli Vərəm Sanatoriyası tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən izolyator tibb bacısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə palatada tibb bacısı vəzifəsində işləmiş, vərəm xəstələrlə təmasda olduğuna görə həmin vəzifələr tibb işçisi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Q ərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bölməsinin “a” bəndinə uyğun olaraq vərəm infeksiya kabinetlərində, bölmələrində, idarələrində çalışan orta və kiçik tibb işçilərinə, heyətinə güzəştli təqaüdə çıxmaq hüququ verir.
39. Beləliklə, göründüyü kimi iddiaçının işlədiyi müəssisə tərəfindən onun xx.xx.1993xx.xx.2006-cı il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi qəbul edilmişdir.
40. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - 2260000a kod altında a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti zərəli iş kimi nəzərdə tutulmuşdur.
41. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın
19. Tibb və sosial təminat müəssisələri bölməsində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində işləyən orta və kiçik tibb heyəti güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edi lmişdir.
42. Göründüyü kimi, həm “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti vəzifələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd edilən siyahılara əsasən güzəştli şərtlərlə əmək pensiyası təyini üçün əsas olduğundan, eləcə də iddiaçının güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş həddən çox (12 il 6 ay 1 gün) olduğundan onun iddia tələbi əsaslı olmuşdur.
44. Beləliklə, yuxarıda istinad olunan normalara, eləcə də iş materiallarına əlavə edilmiş arayışlarla məlum olur ki, iddiaçının 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı mövcud olduğundan onun 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3664/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.