Məhkəmə qərarları › İş №2-1(102)-962/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-962/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-962/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: icra sənədinin vaxtında icra editlməməsinə görə maddi və mənəvi ziyan tələbinin mümkün sayılmaması, icras məmurunun hərəkətsizliyinin qanunsuz sayılması Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra və Probasiya şöbəsinə qarşı ziyanın ödənilməsi və sair tələ binə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-676/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Şamaxı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)-920/2013 saylı icra sənədinin hərəkətsiz saxlanılması, qəsdən icra edilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə uyğun olaraq dərhal icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə xx xxxxxxxx 2012-ci il tarixdən başlayaraq iddia məhkəməyə verilən günə kimi hər ay üçün orta aylıq əmək haqqı şəklində ziyanın və 10000 manat mənəvi ziyan kimi kompensasiyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayon İcra Hakimiyyəti başçısının Talışnuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa olunması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi əsasında Şamaxı rayon İcra və Probasiya şöbəsində xx.xx.2015-ci il tarixdə icraat başlanmış, lakin ötən müddətdə icra məmuru qərarın icrasını təmin etməmiş, işə bərpa olunmamış, ona əmək ha qqı ödənilməmişdir. Borclu icra sənədini icra etmədiyi halda icra məmuru borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görməmişdir. Bununla bağlı aidiyyəti orqanlara etdiyi çoxsaylı müraciətlərinin də nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-989/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim – Z.R.Pirverdiyev) iddia «icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə uyğun olaraq dərhal icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxxxx 2012-ci il tarixdən başlayaraq iddia məhkəməyə verilən günə kimi hər ay üçün orta aylıq əmək haqqı şəklində ziyanın və 10000 manat mənəvi ziyan kimi kompensasiya nın tutulması» hissələrində mümkün sayılmamışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə aktının icra edilməsi qanunla cavabdehin vəzifəsi olduğundan, bu vəzifə yenidən cavabdehin üzərinə qoyula bilməz. Həmçinin iddiaçı dəymiş ziyanın ödənilməsi barədə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmədən, ziyanın ödənilməsi barədə iddia ilə birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər N.M.Nəsibov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və V.C.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilməm iş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)989/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qərarına uyğun əsaslandırmışdır. Apelyasiya instansiyasının qərardadı iddiaçıya xx.xx.2020-ci il tarixdə çatdırılmışdır və xx.xx.2020-ci il tarixdə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Şamaxı rayon İcra və Probasiya şöbəsi «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunun 7, 8 və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2, 8.3, 12.1, 44.1.1, 44.1.3, 70.1, 70.2, 70.3, 71, 84.1, 84.2, 84.4, 84-1.1-ci maddələrində təsbit edilmiş hüquq və vəzifələrindən istifadə etməməklə icra sənədini icrasız saxlamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Həmin qanunun 90-cı maddəsinə əsasən qanunsuz işdən çıxarılmış və ya başqa işə keçirilmiş işçini işə bərpa etmək haqqında icra sənədi icra olunmadıqda, həmin işçiyə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi ilə bağlı hüquqi şəxsə vurulmuş ziyan həmin hüquqi şəxsin icra sənədini icra etməməkdə təqsirkar olan rəhbərindən və ya digər işçisindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutula bilər. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandirici hissə Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qə rar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk növbədə qeyd olunmalıdır ki, iddia müstəqil olan dörd tələbdən ibarətdir:

1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)-920/2013 saylı icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə uyğun olaraq dərhal icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi;

2. Cavabdehdən xx xxxxxxxx 2012-ci il tarixdən başlayaraq iddia məhkəməyə verilən günə kimi hər ay üçün orta aylıq əmək haqqı şəklində ziyanın tutulması;

3. Cavabdehdən 10000 manat mənəvi ziyan kimi kompensasiyanın tutulması;

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 21(85)-920/2013 saylı icra sənədinin hərəkətsiz saxlanılması, qəsdən icra edilməməsi ilə bağl ı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi. Məhkəmələr ilk üç tələb üzrə icraatın mümkün olmaması barədə nəticəyə gəlmişdir. Ona görə də kassasiya qaydasında hazırki araşdırmanın hədləri, yalnız həmin tələblər üzrə iddianın mümkün sayılmaması zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanmasından ibarətdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisələrə dair iddiaların əsaslılığının yoxlanması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mümkünlük şərtləri iddaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Əgər İPM-nin 35-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildirsə, iddia mümkün sayılmır və iddia mahiyyəti üzrə araşdırılmır. İddianın mümkünlüyünün bu cür prosessual-hüquqi nəticə törətməsi, iddianın mümkünlüyünün həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılmasını tələb edir. Baxılan iş üzrə məhkəmələr iddia tələblərinin hər biri üzrə bu cür dəyərləndirmə aparmış və yuxarıda qeyd olunan üç tələb üz rə iddianı mümkün saymamışdır. İddianı «Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 21(85)-920/2013 saylı icra sənədinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə uyğun olaraq dərhal icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi»nə dair hissədə mümkünsüz sayarkən məhkəmə ona əsaslanmışdır ki, məhkəmə aktının icra edilməsi qanunla cavabdehin vəzifəsi olduğundan, bu vəzifə yenidən cavabdehin üzərinə qoyula bilməz. Məhkəmənin bu əsaslandırması qanunauyğundur. Ona görə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra məmurları haqqında» Qanunun 7-ci maddəsinə görə icra məmurunun ic ra işi ilə əlaqədar yerinə yetirməli olan vəzifələrdən biri də icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməkdən ibarətdir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinin tələbinə görə bu Qanunun 8.2ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Bu normada istisna halı kimi nəzərdə tutulun «İcra haqqında» Qanunun 8.2ci maddəsinin üçüncü bəndində poteka predmetinin açıq bazarda satılması qaydalarından bəhs olunur və iddiaçının barəsində olan işlə bağlılığı yoxdur. İddianın «cavabdehdən xx xxxxxxxx 2012-ci il tarixdən başlayaraq iddia məhkəməyə verilən günə kimi hər ay üçün orta aylıq əmək haqqı şəklində ziyanın və 10000 manat mənəvi ziyan kimi kompensasiyanın tutulması» tələbinə dair hissəsinin mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə də qanunauyğundur. Çünki «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 9-cu bəndində də m əhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması, yalnız maraqlı şəxslərin əvvəlcədən bununla bağlı inzibati orqana müraciətindən imtina olunduğu halda mümkündür. İş materiallarında isə, iddiaçının ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsi və bundan imtina olunması barədə heç bir sübut yoxdur. İddiaçı bu kateqoriya işlər üzrə iddianın mümkünlük şərti barədə qanunun tələbini yerinə yetirmədən, dəymiş ziyanın ödənilməsi barədə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmədən birbaşa hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ziyanın ödənilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır və İPM-nin 35-ci maddəsinin tələblərinə uyğundur. Şikayətin təmin olunması, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96, 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)676/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar