Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-962/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( pensiyanın yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)734/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE ********; FİN: xxxxxxx ) xx.xx.1956-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçının pensiya işindən görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı əlilliyə görə (dövlət qulluqçusu) pensiya təyin edilmişdir. xx.xx.2020-ci il tarixlərdə iddiaçının pensiyası yenidən hesablanmışdır.
3. İş materiallarında olan sosial arayışdan və əmrlərin surətindən görünür ki, iddiaçı ona pensiya təyin edildiyi xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2021-ci ilə qədər “EVROAZİYATRAN S” firması, "xxxx" MMC və "xxxx" MMC-də çalışmış və müvafiq sosial sığorta haqları ödənilmişdir.
4. İddiaçı "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
5. İddiaçı dövlət qulluqçusu kimi pensiya çıxandan sonra 6 il ərzində sığorta və yığım hissələri nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin olunduqdan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanun vericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun pensiyasının 80 faizlə hesablanıb ödənilməsi, ona təyin edilmiş pensiya məbləğindən 2020-ci ilin avqust ayından hər ay tutulan 54 manatın ona ödənilməsi, onun pensiyasının Azərbaycan Respublikasının 2001- ci il 12 iyun tarixli 141 -11Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1- ci və 73-cü maddələrində nəzərdə tutulmuş əlavələrin xx.xx.2020-ci il tarixdən nəzərə alınmaqla yenidən hesablamağını və dövlət qul luqçusu kimi pensiyaya çıxandan sonra 6 ildən çox ümumi işlərdə çalışdığına görə sığorta və yığım hissələri nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasına dair xx.xx.2020-ci il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etsədə, müraciətinə cavab verməmişdir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində göstərilən pensiyasının 80 faizlə hesablanması və dövlət qullqçuları üçün 6 ildən sonra yenidən hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3322/2021 saylı iş üzrə qəbul etdiyi 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim-E.Əliyev) iddia tələbi təmin edilmiş, İddiaçı pensiya təyin ol unduqdan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin mövqeyi əsassız olmaqla, qanunvericilikdə dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələ ri üzrə toplanmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasını tələb edə bilər.
11. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-734/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Mirzə Tağizadə, hakimlər – Xəyalə Cəmilova və Oruczadə Aytən) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 3322/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan k assasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətininin dəlillərinə əsasən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 7 yanvar 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə qull uq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 313,00 manat, rütbəyə görə əlavəsi 33,00 manat, qulluq stajına görə əlavəsi 27,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 257,82 manat olmaqla orta aylıq əmək haqqı 630,82 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 16 il 6 ay 21 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (630,82 manat) 80 faizi504,65 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əm ək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 16 il 6 ay 21 gün qulluq stajınıza görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54,50 faiz təşkil edir.
16. Azərbaycan Respublikası Vergilər Na zirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 344,60 manat, rütbəyə görə əlavəsi 33,00 manat, qulluq stajına görə əlavəsi 27,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 283,85 manat olmaqla orta aylıq əmək haqqı 688,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (630,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (688,45 manat) arasındakı fərq məbləğinin (57,6 3 manat) 54,50 faizi-31,41 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyasının (504,65 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 536,06 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 523,00 manat, rütbəyə görə əlavəsi 33,00 manat, qulluq stajına görə əlavəsi 27,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 430,80 manat olmaqla orta aylıq əmək haqqınız 1013,80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 senty abr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (688,45 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1013,80 manat) arasındakı fərq məbləğinin (325,35 manat) 54,50 faizi-177,32 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (536,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 713,38 manat müəyyən edilmişdir. 18. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 523,00 manat, rütbəyə görə əlavəniz 33,00 manat, qulluq stajına görə əlavəniz 89,80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 430,80 manat olmaqla orta aylıq əmək haqqı 1076,60 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1013,80 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1076,60 manat) arasındakı fərq məbləğinin (62,80 manat) 54,50 faizi-34,23 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanılmış pensiyanızın (713,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 747,61 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 764,07 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə hər ay 713,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də xx.xx.2020- xx.xx.2020-ci il tarixləri üzrə ona 131,68 manat artıq pul vəsaiti, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 102,69 manat əskik pul vəsaiti ödənildiyindən ümumilikdə 28,99 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilmişdir.
19. Kassator hesab edir ki, ƏPQ-nun 37.3.1-ci maddəsinin iddiaçıya şamil edilməsi mümkün deyil. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlar in ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. Maddə 6.3 əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Maddə 9.6 hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 21.1 qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığor ta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Maddə 37.3.1 yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldı qda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qa rşı” işi üzrə qərarı). 28.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İş materiallarından görünür ki, iddiaçının 15 ildən çox dövlət qulluğunda stajı olmuş, xx.xx.2011-ci il tarixdə qanunvericiliyə uyğun olaraq əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tər əflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır.
31. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğ undan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə zəruri edən faktiki şə rtlərin mövcudluğunu cavabdeh sübut edə bilməmişdir.
33. Yuxanda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-734/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.