Məhkəmə qərarları › İş №2-1(102)-963/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-963/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-963/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(Çernobıl əlilinəəmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı ca vabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-642/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, iddiaçıya, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı işlədiyi Şəmkir Su Elektrik Stansiyası tərəfindən əmək haqqının 4 qat məbləğində ödənilmiş 5099,36 rubl mükafatın Çernobıl AES-də olduğu günlərin sayına, yəni 28 günə bölünərək 25,4-ə vurulmaqla alınan əmək haqqının indeksasiya edilməsi nəticəsində xx.xx.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 №-li qərarına əsasən, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək (28 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5099,36 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. İddiaçının xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər ÇAES-də b aş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsinə dair ona arayış təqdim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 saylı qərarına əsasən, bütün Çernobıl əlləri kimi, iddiaçı da o vaxt işlədiyi Şəmkir Su Elektrik Stansiyasında əmək haqqının dördqat məbləği olan 5099,36 rubl qədər mükafat almışdır. “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 83-cü maddəsinə əsasən, həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ, iddiaçının Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqı sayılır. İddiaçı, ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun ola raq hesablanması barədə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçıya qeyd olunan qaydada pensiya təyin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1275/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012.1991-ci il tarixli 577N-li qərarına əsasən xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək (28 gün) Çernobil AES-də qəzanın nəticələrinin ara dan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5099,36 rubl 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobil AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuş və iddiaçının pensiya hüququnu pozmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-642/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(85)-1275/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mi ndiyi tarixə sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinə xx.xx.2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən, əmək pensiyalararının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan müddəa qanundan çıxarılmışdır. Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığort a haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi düzgün araşdırmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü mad dəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və bu səbəbdən iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi verilmişdir. Eyni zamanda, iddiaçı Çernobıl AES-nin qəzasının aradan qaldırılması dövrü üçün dördqat əmək haqqı miqdarında 5099,36 rubl almışdır. İddiaçının Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməsi, bununla əlaqədar ona ikinci qrup əlillik təyin edilməsi, eləcə də bu səbəbdən dördqat mislində əmək haqqı alması surəti iş materiallarına əlavə edilmiş, əsilləri isə apelyasiya instansiyası məhk əməsinin məhkəmə kollegiyası tərəfindən tələb edilmiş iddiaçının adına açılan 228 saylı pensiya işinə əlavə edilmiş xx xxxxxx 1992-ci il tarixli arayış, Şəmkir Su Elektrik Stansiyasının xx xxx 1992-ci il tarixli 305 saylı arayışı, 17 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 451415 saylı arayışı ilə təsdiq olunur. Hazırda iddiaçı keçmiş Çernobıl AES qəzasının əlili kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsinə əsasən, iş yerində mükafat kimi aldığı dördqat əmək haqqının cavabdeh tərəfindən pensiya təyin olunarkən nəzərə alınmadığını iddia etmiş, işə baxan məhkəmələr isə iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini tam əsaslı hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqı nda” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. 27-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəalarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyası nın ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Həmin Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında pensiya təyin edilirdi. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə, pensiya üçün müraciət edənin arzusuna əsasən, orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvaf iq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir.( 72-ci maddə) İş stajından asılı olmayaraq köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-nin istismarında və digər işlərdə iştirak etmiş şəxslərin pensiya almaq hüququ vardır (80-ci maddə). Bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir (81-ci maddə). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Bu Qanunun 80-ci maddəsində göstərilmiş şəxslərin arzus u ilə onların pensiyası müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindən hesablana bilər. (83-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı xx xxxxxxxx 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”na (2-ci bəndi) əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991 -ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə xx xxxxxx 2010-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) Qanunvericiliyin qeyd olunan tələblərini nəz ərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının pensiyanın yenidən hesablanması barədə ərizəsini icra etməkdən imtinası əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nunun 30.1-ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Şərh olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 9 8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)642/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar