Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-963/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş illəri sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-159/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 2. 15.08.1997-ci il tarixli, ИТ-2302631 nömrəli əmək kitabçasına əsasən o, 05.01.1995-ci il tarixdən 19.02.1998-ci il tarixədək Eksperimental təcrübə müəssisəsində, 01.06.2001-31.12.2007-ci il tarixlərdə "xxxx"MMC-də işləmişdir.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçü n cavabdeh orqana müraciət etmiş, cavabdeh 01 aprel 2019-cu il tarixli, **********1 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.06.2001-31.12.2007-ci il tarixlərdə "xxxx" MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cav abdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.06.2001-ci il tarixindən 31.12.2007-ci il tarixinə qədər "xxxx" MMC-də işləmişdir. İşlədiyi müddətdə Şirkət tərəfindən onun maaşından dövlət sosial sığorta haqqları hər zaman tutulmuşdur. Lakin, ona məlum olmayan səbəblərdən, bu ödəmələr DSMF-də onun hesabında öz əksini tapmamışdır. Bu səbəbdən, pensiya yaşına çatmasına baxmayaraq, ona pensiya təyin edilmir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2-1(81)2756/2019 saylı qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia qismən təmin edilmiş, iddiaçının 01.01.2006 - 31.12.2007-ci il tarixlərdə "xxxx" MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyas ının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1997-2002-ci illərdə əmək fəaliyyətində olduğu müddət ərzində müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi iddiaçının (işçinin) təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının "xxxx" MMC-də 2001-2007-ci illərdə işləməsi, "xxxx" MMC tərəfindən (SUN: **********7) 2006-2007-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatların (forma B3) təqdim edilməsi işin mübahisələndirilm əyən halı olduğundan, iddia tələbi iddiaçının 01.01.2006- 31.12.2007-ci il tarixlərdə "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir.
8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2756/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1349/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2020 saylı, 29 yanv ar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsi 2006-2007-ci illərdə iddiaçının "xxxx" MMC-də işlədiyi dövrdə həqiqətən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmasını araşdırmamışdır. İşdə olan sübutlarla iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması görünmür. Ayrıca olaraq iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması müəyyən edilmədən “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN:**********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10.895,76 manat, 2007-ci ildə isə 15.802,00 manat məcburi dövlət sosial s ığorta haqqının ödənilməsinə dair məlumat iddiaçının da əmək haqqından sığorta tutulması kimi qəbul edilə bilməz. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-159/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2-1(81)-2756/2019 saylı qərarı qismən iddiaçının 01.01.2006-31.12.2007-ci il tarixlərdə "xxxx"MMC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilərək, iddia tələ bi bu hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tələb olunan fərdi hesabında pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığından iddiaçının tələbi əsassızdır.
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 01.06.2001-31.12.2007-ci il tarixlərdə "xxxx" MMC-də i şləməsi ona məxsus əmək kitabçası ilə təsdiq edilir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin məktubundan görünür ki, “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10.895,76 manat, 2007-ci ildə isə 15.802,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
18. İddiaçının 01.06.2001-31.12.2007-ci il tarixlərdə "xxxx" MMC-də işlədiyi müddət ərzində hər ay onun maaşından məcburi sosial sığorta ödənişi tutulmuşdur. Cavabdeh inzibati orqan isə bu halı təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tu tulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müdd ətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... 24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Maddə
6. Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən pensiyaları;... Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı h ər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. 25. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: Bənd 3.1 Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə: Bənd
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmə lərini (pensiya, müavinət) almaq hüquqi yoxdur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə yetərli pensiya kapitalının və ya zəruri olan 25 il sığorta stajının olmadığını əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianın təmin edilməməsi barədə qərar qəbul etmiş, iddiaçı isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
33. İddia çı hesab edir ki, məhkəmənin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir.
34. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, iddiaçının mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
35. İddiaçı xx.xx.1958-cü il təvəllüdlü olmaqla 03.01.2019-cu ildə 61 yaşı tamam olmuşdur. Yəni, iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına ça tmışdır.
36. İddiaçı hesab edir ki, onun 01.01.2006 - 31.12.2007-ci il tarixlərdə "xxxx" MMCdə işlədiyi illər əsassız olaraq sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin məktubundan görünür ki, “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10.895,76 manat, 2007-ci ildə isə 15.802,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
37. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla işdə olan sübutlarla iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulm ası müəyyən edilmir. Ayrıca olaraq iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulması müəyyən edilmədən “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində "xxxx" MMC (SUN: **********7) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2006-cı ildə 10895,76 manat, 2007-ci ildə isə 15802,00 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair məlumat iddiaçının əmək haqqından sığorta tutulması kimi qəbul edilə bilməz.
38. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi tərəfindən 2006-2007-ci illərdə iddiaçının əmək haqqından həqiqətən məcburi dövlət sosial sığorta haqqın tutulmasının yoxlanılması məqsədilə AR ƏƏSMN tabeliyində DSMF Bakı şəhər İdarəsinə və "xxxx" MMC-nə sorğular göndərilmişdir. Lakin sorğulara cavab verilməm iş, "xxxx" MMC-yə məktubların çatdırılmaması səbəbi kimi ünvandan köçürülməsi kimi qeyd edilmişdir.
39. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, AR ƏƏSMN tabeliyində DSMF-nun AR ƏƏSMN tabeliyində olan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlandığı 01.02.2021-ci il tarixli, **********1 saylı məktubda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabatı” bölümündən əldə edilən məlumatlara əsasən, İddiaçı 01.01.2006-cı il tarixdən 31.12.2007-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatları aşkar edilməmişdir.
40. Qeyd olunmalıdır ki, 01.01.2006-cı il tari xdən sonrakı dövr üçün sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajı kimi nəzərə alına bilər. Bu imperativ qayda "Əmək pensiyaları haqqında" Qanunun 21.1, 21.2.1 və “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qayadaları”nın 3.6-cı maddəsinin tələbindən irəli gəlir.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeyd ə alınmış pensiya kapitalı mövcud olmalıdır. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, iddiaçı nə minimum (25 il) sığorta stajına, nə də ki, pensiya təyini üçün kifayət edən minimum kapitala malik olmamışdır.
42. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
43. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-159/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.