Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-963/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-256/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 12 iyul 2007-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmiş, ilkin olaraq pensiya məbləği 1340,50 manat, ən son pensiyanın yenidən hesablanması barədə qərarla 2759,64 manat müəyyən edilmişdir.
2. Cavabdeh tərəfindən araşdırılma aparılaraq iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövrdə 13690,97 manat məbləği ndə əmək pensiyasının artıq ödənilməsi müəyyən edilmişdir.
3. Bununla bağlı cavabdeh tərəfindən 27 aprel 2021-ci ildə qərar qəbul edilərək, iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması qərara alınmışdır.
4. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş qərar onun pensiya hüququnun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusunun inzibati akt formasında təzahüründən başqa bir şey deyildir. 27 aprel 2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Qərarın əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablama üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. İddiaçı hesab edir ki, qərarın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar b arədə bir söz belə yazılmamışdır ki, bu da qəbul edilmiş qərarın legitimliyinə əsaslı şübhə yaradır. İddiaçı qərarı qanunsuz əlverişli inzibati akt hesab edərək qeyd edir ki, qərar müəyyən məhdudiyyətlər daxilində ləğv oluna bilər ki, hazırkı vəziyyətdə barəsində əmək pensiyasının təyin edilməsi ilə bağlı qərarın ləğvi etimadın qanunla qorunması hüququna malik olması səbəbi ilə ləğv edilə bilməz. Belə ki, artıq ödəniş edilmiş olsa belə, bu onun təqsiri ucbatından olmamış, buna hər hansı təsiri olmamış, inzibati orqanın özünün qiymətləndirməsindən asılı olaraq göstərilən məbləğ ödənilmişdir. Bu səbəbdən də artıq ödəniş olsa belə onun geri tələb edilməsi yol verilməzdir.
7. Birinci instansiya məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-6902/2021 nömrəli (hakim O.Həsənov) qərarı ilə idd ia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş, “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 27 aprel 2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda iddiaçının pensiya məbləğinin səhv hesablanmasına hər hansı təqsirinin olması barədə heç bir qeyd edilməmişdir.
9. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, qərarın məzmunundan aydın olur ki, qərar yalnız onunla əsaslandırılmışdır ki, “məbləğin geri tələb edilməsi zərurəti yara nmışdır, qeyd olunan hal zərər kimi qiymətləndirilməli və geri alınmalıdır”. Araşdırma nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmiş, məktubda isə zərurətin nə olması ilə bağlı məlumatlar kifayət qədər geniş formada açıqlansa da, görünür ki, artıq ödənişin cavabdehin riyazı hesablamada səhv etməsi ilə bağlılığı qeyd edilmişdir. Həmin sənədlərdən də görünür ki, burada da səhv hesablamaya iddiaçının hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Eyni zamanda cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarı qəbul edilərkən prosessual pozuntulara yol verilmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarını ləğv edərək, iddianın t əmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndəapellyasiya instansiyası məhkəməsi) 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-256/2022 nömrəli (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, H.Həmidov və A.Hüseyn) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-6902/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinə münasibətdə öz qərarını əsaslandırmamış, sadəcə həmin şikayə tin təmin olunmasını qeyd etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında qeyd edir ki, qərarın təsviri-əsaslandırıcı hissəsində artıq ödənilmiş pensiya məbləğinin nədən qaynaqlanması, hansı səbəbdən yaranması qeyd edilməmişdir. Halbuki cavabdeh İddiaçı ünvanlanmış məktubda artıq ödənilmiş pensiya məbləğləri barədə ətraflı məlumat verilmiş və pensiyanın artıq ödənilməsinin hansı səbəbdən baş verdiyi izah olunmuşdur. Həmçinin həmin məktubda artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün yazılı razılığını təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdeh bu barədə razılıq verməmiş və inzabati icraatda iştirakdan imtina etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37.8 Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır 37.8.1. ə mək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 19. “İnzibati icraat haqqında” Qanun: 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7 Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq norma larının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh sonradan apardığı araşdırma zamanı iddiaçıya artıq ödənilmiş 13690,97 manat pul vəsaitinin ödənildiyi qənaətinə gələrək iddiaçıya təyin edilmiş pensiyanı dayandırmışdır.
27. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması bildirilməklə yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur.
28. İş materialları ilə müəyyən edilir ki, hər iki məsələ barədə ayrı-ayrıl ıqda inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya xx.xx.2021ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş və tələb olunan 13690,97 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır.
29. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.
30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. 31. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən pensiya təyin olunmasına dair inzibati akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini s axlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Cavabdehin əvvəlki inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
33. Eyni zamanda cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarı qəbul edilərkən prosessual pozuntulara yol verilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, İnzibati Prosessual Məcəllənin 96.7ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində maddi hüquq normalarına düzgün istinad edilməsə də bu, məhkəmənin gəldiyi nəticəyə təsir etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-256/2022 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.