Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-963/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)3251/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1978-ci ildə Ermənistan SSR Amasiya rayonu Kandjalik südçülük və maldarlıq sovxozuna maldar qəbul edilmiş, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Qaradağneft neftqazçıxarma idarəsində quyuların yeraltı və əsas lı təmiri sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə xx.xx.1986-cı il tarixli, 636 nömrəli əmrə əsasən, strukturun təkmilləşdirilməsi məqsədilə neft və qazçıxarma sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 8 nömrəli neft və qazçıxarma sexinə quyuların yeraltı və əsaslı təmiri üzrə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə SKRSİ 4-cü dərəcəli qazmaçı keçirilmiş, xx.xx.1988-ci ildə yeni tarif dərəcələrinin tətbiqi ilə əlaqədar quyuların yeraltı və əsaslı təmiri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi təyin edilmiş, xx.xx.1995-ci ildə həmin sexə 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmiri üzrə operator vəzifəsinə keçi rilmiş, xx.xx.1996-cı ildə ABŞ “X6” Şirkətinə köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1996-cı ildə ABŞ-ın “X6” Şirkətinə 4-cü dərəcəli operator vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası DNŞ-nin xx.xx.1999-cu il tarixli 98 saylı protokol qərarının 6-cı maddəsinə əsasən, X2 X5 üzrə müqavilə sahələri Ə.C.Əmirov adına NQÇİ-yə qaytarıldığı üçün işdən azad edilmiş, xx.xx.2000-ci ildə Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsi quyuların yeraltı və əsaslı təmiri sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə neft qaz çıxarma idarəsinə quyuların təmirə hazırlanması sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə həmin sexə quyuların yeraltı təmiri sexinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsinə keçirilmiş, xx.xx.2 007-ci ildə quyuların yeraltı təmiri sexinin yaradılması ilə əlaqədar həmin sexdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsinin RA-06/02 saylı, xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. bölmənin “a" bəndində aşağıda göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: xx.xx.1986-cı il tarixdən (əmr № 208/k, xx.xx.1986) xx.xx.1988-ci il tarixədək quyuların ye raltı təmiri üzrə operator -1 il 8 ay 29 gün; xx.xx.1988-ci il tarixdən (əmr №17/k, xx.xx.1988) xx.xx.1995-ci il tarixədək qazmaçı köməkçisi - 6 il 11 ay 3 gün; xx.xx.1995-cı il tarixdən (əmr № 56/k, xx.xx.1995) xx.xx.1996-cı il tarixədək (əmr № 63/k, xx.xx.1996) quyuların əsaslı və yeraltı təmiri üzrə operator -1 il 1 gün; xx.xx.2000-ci il tarixdən (əmr № 03/k, xx.xx.2000) xx.xx.2000-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator -1 ay; xx.xx.2000-ci il tarixdən (əmr № 45/k.xx.xx.2000) xx.xx.2000-ci il tarixədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator - 2 ay; xx.xx.2000-ci il tarixdən (əmr №106/k, xx.xx.2000) xx.xx.2011-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator -10 il 9 ay 5 gün; xx.xx.2011-ci il tarixdən (əmr № 03/k, xx.xx.2011) hal-hazıra kimi neft və qaz hasilatı üzrə operator peşəsində işləyir - 9 il. Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı - 29 il 8 ay 8 gün təşkil edir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi məsələsinə 20 avqust 1978-ci il tarixli, İT-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “BMB OİL İNC” şirkətində işləməyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunduğundan sonra baxıla bilər.
6. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021- ci il tarixli məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən 20 avqust 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “BMB OİL İNC” şirkətində işlədiyi qeyd olunsa da, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsi”nin xx.xx.2020-ci il tarixli, RA06/02 nömrəli arayışında yuxarıda qeyd olunan dövrə aid məlumatlar öz əksini tapmamışdır. Məsələnin dəqiqləşdirilm əsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 6 ay 14 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajı olmasına baxmayaraq cavabdeh inzibati orqan əsassız olaraq pensiya təyin olunmasından imtina etmişdir.
9. Cavabdeh tərəfindən iddiaya qarşı verilmiş yazılı etirazda imtina məktubundakı dəlillər təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə id diaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayış iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq olunan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etsə də, təqdim etdiyi güzəştli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edilmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa gö rə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi iş stajı olmadığından və təqdim etdiyi güzəştli arayışında Nazirlər Kabinetinin doğru qərarına istinad olunmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
10. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestr məlumatlarına əsasən, X1 “X6” Şirkətinin Nümayəndəliyi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-5349/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qər arı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki: 12.1. Hərbi xidmət müddəti də daxil olmaqla, xx.xx.2006-cı il tarixədək iddiaçı 27 il 4 ay 18 gün ümumi sığorta stajına malikdir. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “BMB OİL İNC” şirkətində işlədiyi dövrü həmin müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamışdır. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qe ydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 “X6” Şirkətinin Nümayəndəliyinin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. İddiaçının qeyd olunan dövrdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən də bununla əlaqədar sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də həmin dövr də iddiaçının sığorta stajına hesablanmalıdır. 12.2. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Qaradağneft neft və qaz ç ıxarma idarəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək quyuların yeraltı təmiri üzrə qazmaçı köməkçisi, xx.xx.1995-cı ildən xx.xx.1996-cı ilədək quyuların əsaslı və yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək quyuların yeraltı təmiri üzrə operator vəzifələrində işləmişdir və xx.xx.2011-ci ildən hal-hazıra kimi neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir (xx.xx.2006-cı ilədək cəmi 15 il 8 ay 5 gün). 12.3. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur- Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, Bənd
2. Neft-qaz və qaz kondensatının hasilatı, Yarımbənd a) fəhlələr, kod 2130200a— 11292 quyuların əsaslı təmirinin qazmaçıları, kod 2130200a—15866 quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar, kod 2130200a—15870 quyuların yeraltı təmiri üzrə operatorlar. 12.4. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 15 il 8 ay 5 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da onun işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bektaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn)2-1(103)-3251/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki: 17.1. İddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçının əmək kitabçasının 12-13-cü səhifələrində olan qeydlər (iddiaçının “BMB OİL İN C" şirkətində işləməsi ilə bağlı edilmiş qeydlər) kiril əlifbası, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanı n bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı da mübahisəli məsələlər ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kril qrafikalı əlifba ilə qeyd olunmasına baxmayaraq, möhürlərdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. 17.2. Bundan əlavə, iddiaçının təqdim etdiyi güzəştli arayışda onun xx.xx.1988xx.xx.1995-ci illərdə işlədiyi qazmaçı köməkçisi peşəsinin xx.xx.2007-ci il tarixli Sİyahınln 10.2-ci bölməsinin “a” bəndində qeyd edildiyi göstərilsə də, həmin bənddə sözügedən peşənin adı qeyd olunmamışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 17.3. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüq uqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə məhkəmə kollegiyası kassatorun təkrarlanan dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
27. Hazırkı iş üzrə iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006cı il tarixinədək 25 ildən az olmayan ümumi və bu müddət daxilində 12 il 06 aydan az olmayan güzəştli stajının olması tələb olunur ki, işə baxan aşağı instansiya məhkəmələrinin apardığı araşdırma nəticəsində iddiaçının tələb olunan staja malik olduğu müəyyən olunmuş, həmçinin iş materialları və işin araşdırılmış halları ilə stajın mövcudluğu təsdiqlənir (bax hazırkı qərarın 2, 3 və 12.1-ci bəndləri). 29.Cavabdeh isə kassasiya şikayətində iddiaçının həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirir.
30. Belə ki, cavabdehin ümumi iş stajı ilə bağlı dəlili ondan ibarətdir ki, iddiaçının “BMB OİL İNC” şirkətində işlədiyi dövrlərə dair əmək kitabçasındakı məlumatlar mötəbər deyildir (bax hazırkı qərarın 5, 6 və 17-ci bəndləri)
31. Bununla bağlı məhkəmə kollegiyası əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeni bir daha təkrarlayaraq qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla, əmək kitabçasındakı və ya müəssisə tərəfindən verimiş əmək fəaliyyətini təsdiq edən digər sə nəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır (“İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi).
32. Hazırkı halda isə, cavabdeh əmək kitabçasında “BMB OİL İNC” şirkətinə dair qeydlərin kiril, möhürün latın qrafikalı olması, həmçinin şirkətin sığortaedən kimi qeydiyyatda olmaması v ə sığorta haqqı ödəməməsi kimi hallardan çıxış edərək, iddiaçının xx.xx.1996-xx.xx.1999-cu illərdəki stajını ümumi iş stajına daxil etməkdən imtina edir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri “əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiya”nın tətbiqindən istisnaya əsas vermir.
34. Belə ki, əmək kitabçasının doldurulması ilə bağlı yol verilən pozuntu (kiril qrafikalı əlifbadan istifadə) iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz, həmçinin sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Digər tərəfdən, əmək kitabçasının doldurulması iddiaçı tərəfindən həyata keçirilməmişdir və həmçinin, qeyd edilən pozuntu sözügedən müəssisənin məsul şəxsinin məsuliyyətində olan məsələdir.
35. Bundan əlavə, müəssisənin sığortaedən kimi q eydiyyatda olmaması və sığorta haqqı ödəməməsi kimi hallar da əmək kitabçasındakı məlumatların mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən hallara aid edilə bilməz.
36. Belə ki, ilk növbədə, sözügedən müəssisənin mövcudluğu da aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və müsbət cavab alınmışdır (bax hazırkı qərarın 10cu bəndi). Digər tərəfdən, müəssisənin sığortaedən kimi qeydiyyatda olması və sığorta haqqı ödəməsi ilə bağlı məsələlərə nəzarət müvafiq dövlət orqanlarının səlahiyyətidir. Həmin müəssisənin qeydiyyatda olmaması ilə bağlı təqsir iddiaçıya aid edilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir (1996-1999-cu illər üzrə işlədiyi dövr mübahisələndirildiyindən sözgedən Qanuna istinad olunur). Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1996-1999cu illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək öd ənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
37. Qeyd edilənlərə əsasən, cavabdehin ümumi stajla bağlı dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası cavabdehin “güzəştli iş stajı” na dair dəlilləri ilə bağlı isə qeyd edir ki, ilk növbədə cavabdeh iddiaçıya ünvanladığı imtina məktublarında güzəştli iş stajının olmaması ilə bağlı hər hansı dəlil irəli sürməmiş, yalnız ümumi stajı mübahisələndirmiş, bununla belə iddia tələbinə etirazda, apellyasiya şikayətində və kassasiya şikayətində iddiaçının işlədiyi peşələrin zərərli olması məsələsini (xüsusilə qazmaçı köməkçisi) və güzəştli arayışın məzmununu mübahisələndirmişdir.
39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həm əmək kitabçasına, həm də Azərbayca n Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Ə.C.Əmirov adına neft və qazçıxarma” İdarəsinin RA-06/02 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2006-cı ilədək qazmaçı köməkçisi, quyuların əsaslı və yeraltı təmiri üzrə operator, quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator peşələrində çalışmışdır.
40. İş yerindən arayışda sözügedən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. bölmənin “a" bəndinə aid edilməsi əsası ilə cavabdeh arayışın mötəbərliliyini şübhə altına almışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.2006-cı iləd ək olan staja istinadən əmək pensiyası tələb etdiyindən, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olması ilə bağlı cavabdehin dəlili əsaslı olsa da, nəzərə alınmalıdır ki, sözügedən peşələr hər iki siyahıda nəzərdə tutulmuşdur (2130200a—11292- quyuların əsaslı təmirinin qazmaçıları; 2130200a—15870 - quyuların yeraltı təmiri üzrə operatorlar; 2130200a—15866- quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar).
41. Nə qədər ki, hər iki siyahıda eyni adda peşələr təsbit edilmişdir, iş yerindən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad iddiaçının güzəştli iş stajının olmaması qənaətinə gəlməyə və ya arayışın mötəbər olmamasını deməyə əsas vermir. Belə ki, qeyd edilən pozuntu formal xarakterlidir.
42. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-3251/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.