Məhkəmə qərarları › İş №2-1(102)-964/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-964/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-964/2020 05.06.2020 ALİ MƏHKƏMƏ “X” Abadlıq və Yaşıllıq Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə Açar söz: səyyar vergi yoxlamasına dair qərarın ləğvi; daş karxanasında istehsal olunan daşın tullantılarının həcminin müəyyən edilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi, cavabdehin vəkili, cavabdehin nümayəndəsi iştirakı ilə, İddiаçı “X” Abadlıq və Yaşıllıq Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı “cavabdehin 01.03.2018-ci il tarixli, ****** nömrəli vergi ödəyicisinin vergi qanunveric iliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 2 saylı Ərazi Vergilər Departamentinin 13.11.2017-ci il tarixli ****** saylı qərarına əsasən “X” Abadlıq və Yaşıllıq MMC barəsində 4-cü rüb 2015 – 3-cü rüb 2017 dövrləri üzrə sadələşdirilmiş vergi, 2015-ci il – 2017-ci il üçün, yanvar 2017 – sentyabr 2017 dövrü üçün pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi, 2015-ci il – 2016-cı il üçü n müzdlü işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, oktyabr 2015 – sentyabr 2017 üçün əlavə dəyər vergisi, 4-cü rüb 2015 – 2-cü rüb 2017 üçün ödəmə mənbəyində tutulan vergi, 2015-ci il – 2016-cı il üçün mənfəət vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün aksiz vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün mədən vergisinin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 14.11.2017-ci il tarixində başlamış, 27.02.2018-ci il tarixində başa çatmış, 27.02.2018-ci il tarixində ****** nömrəli akt tərtib olunmuş, yoxlamanın nəticələrinə görə Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən cavabdeh barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" 01.03.2018-ci il tarixli ****** saylı qərar qəbul edilmiş və həmin qərar əsasında azaldılmış vergilərə görə 9737,9 manat vergi borcu və 5148,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 01.03.2018-ci il tarixli ****** saylı qərara əsasən müəyyən edilmişdir ki, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 ayları üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015-2016-2017-ci illər üzrə mədən vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına və sadələşmiş verginin 2016-cı ilin 4-cü rübü üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015-2016-2017-ci il lər üzrə hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına, 2016-cı ilin III və IV rübləri üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına yol verilmişdir. Həmçinin, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 mədən vergisi bəyannamələrinin, IV rüb 2016-cı il dövrü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməmişdir. Eyni zamanda, 1454.63 manat məbləğində qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, iddiaçı özünü müdafiə etmək üçün heç bir dəlil göstərməmişdir. Göstərilənlərlə razılaşmayan iddiaçı Sumqayıt İnzibati-İqt isadi Məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 01.03.2018-ci il tarixli, ****** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergilər vaxtı-vaxtında ödənilmişdir, səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlamasının səlahiyyətinə aid olmayan məsələlər araşdırılaraq qanunsuz sanksiya tərtib edilmişdir. Ticarət və Sənaye Platasının "X" birliyindən mütəxəssis rəyi alınmış, həmin mütəxəssis rəyi səyyar vergi yoxlamasının əsasını təşkil etmişdir. Lakin, mütəxəssis rəyindəki əsaslar həqiqətə uyğun deyil. Həmçinin, ekspert rəyindəki el ektrik enerjisinin sərfiyyatı ilə müəssisənin gəlirinin hesablanması qanunsuz və əsassızdır. Beləliklə, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin müddəaları ilə ziddiyət təşkil edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, yoxlama ilə iddiaçının yoxlama dövründə Ünvan ünvanında yerləşən daş karxanasında xüsusi razılıq (lisenziya) olmadan mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 14.11.2017-cı il tarixli ******* nömrəli Tələbnamə iddiaçıya verilmiş, lakin sonuncu tərəfindən yoxlamaya əmək müqaviləsi bildirişlərindən və icarə müqaviləsinin surətindən başqa heç bir sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən yoxlanılan dövrdə hesablanmış 3550.0 manat məbləğində mədən ve rgisi ilə yoxlama ilə müəyyən olunmuş 11815.2 manat məbləğində mədən vergisi arasında 8265.2 manat fərq yaranmış və nəticədə 8265.2 manat məbləğində mədən vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxlamanın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1425.7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğin 50 faizi miqdarında, yəni 712.85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə 2016-cı ilin 3-cü və 4-cü rüblərində iddiaçının fəaliyyət göstərdiyi daş karxanasında hər ay 4dörd işçinin aylıq əmək haqqı 150.0 manat olmaqla işlədiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 101.1 və 102.1.6-cı maddələrinə əsasən ölkə üzrə müəyyən edilmiş 136.0 manat yaşayış minimumu nəzərə alınmaqla 47.0 manat məbləğində vergi hesablanmış və muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 23.52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə iddiaçının fəaliyyəti xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə razılıq (lisenziya) alınmadan fəaliyyət göstəril mişdir. Həmin dövrdə iddiaçının ümumi gəliri 109097.5 manat olmuş, xərclərini təşkil edən sənədlər isə olmadığına görə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20 faiz götürülməklə və həmin dövrdə hesablanmış 2181.95 manat məbləğində sadələşdirilmiş verg məbləği nəzərə alınmaqla iddiaçının 1454.63 manat məbləğində sahibkarlıq fəaliyyətindən qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)-72/2019 nömrəli qərarına əsasən, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 01.03.2018-ci il tarixli, ****** nömrəli qərarının qismən, mədən ve rgisi üzrə 6277,8 manat və maliyyə sanksiyası üzrə 3138,9 manat, sadələşdirilmiş vergi üzrə 1158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat məbləği hissələrində ləğv edilməsi, iddia qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 74,9 manat məbləğinin cavabdehdən, qalan 25,1 manat məbləğinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)-72/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarına əsasən, c avabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)72/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı iddiaçıya hesablanmış əlavə vergi məbləğləri üzrə yalnız mədən və sadələşdirilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunmuş, cavabdeh tərəfindən iddiaçıya mədən vergisi üzrə 8265,2 manat, sadələşdirilmiş vergi üzrə isə 1425,7 manat əlavə vergilər hesablanmış, ekspert rəyi ilə iddiaçıya hesablanmalı olan əlavə vergi məbləği, mədən vergisi üzrə 1987,40 manat, sadələşdirilmiş vergi üzrə 267,22 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mədən və sadələşd irilmiş vergilər üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləğlərindən ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər çıxılmaqla həmin vergilər üzrə qalan 7436,28 manat vergi məbləği hissəsində mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi ekspert rəyini tədqiq etmədən və qiymətləndirmədən, onun məzmununda istinad olunan sənədlərin qanuniliyini müəyyən etmədən həmin rəyə əsaslanmaqla qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə ki, məhkəmə ekspert rəyinə əsaslanaraq daş karxanasında istehsal itkisinin 65,5 faiz olmasını əsas götürərək heç bir normativ sənədə istinad etməmişdir. Ekspert, daş karxanasında istehsal itkisinin miqdarının 65,5 faiz olmasını Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət İnformasiya Arxiv Fondunun 14.09.2015-ci il tarixli **/*** saylı məktubu ilə əsaslandırmışdır ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. Eləcə də, məktubda 1975-ci ildə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammal itkisinin 53 faiz göstərildiyi qeyd edilmişdir. Bununla da, Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatlarına istinad etməklə real eksperiment aparm amışdır. Bundan başqa, ekspert rəyinə görə istehsal sahəsinin hazırlanması, kəşfiyyatı, arlanması və təmizlənməsi zamanı təxminən 12,5 faiz itki olur və bu da nəzərə alınmaqla istehsal itki və təbii tullantılara görə çıxdaşların miqdarı orta hesabla 65,5 faiz (53%+12,5%) müəyyən edilir və Məhkəmə Ekspertiza Mərkəzinin eksperti 65,5 faiz itki tətbiq edərkən hər hansı bir normativ sənədə istinad etməmiş, balə hər hansı bir eksperiment də aparmamışdır. Kassator İPM-nin 58.7, 90, 94, 96.9-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)600/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə i clasında vəkilsiz iştirak etdiyindən izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 02.12.2 019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçı 01.03.2018-ci il tarixli, ****** nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı bütövlükdə mübahisələndirsə də, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə (01.03.2018-ci il tarixli, ****** nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, mədən vergisi üzrə 6277,8 manat, maliyyə sanksiyası üzrə 3138,9 manat, sadələşdirilmiş vergi üzrə1158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat məbləği hissəsində ləğv edilməsi və iddianın qalan h issədə təmin edilməməsi) qərarından cavabdeh apellyasiya şikayəti verdiyindən, iddiaçı isə həmin qərarı mübahisələndirmədiyindən, iddia tələbinin rədd edilmiş hissəsi iddiaçıya münasibətdə qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hazırkı işə şikayət həddində baxaraq qeyd edir ki, cavabdeh vergi orqanının 13.11.2017-ci il tarixli ****** nömrəli qərarına əsasən oktyabr 2015 – sentyabr 2017 vergi dövrü əhatə edilməklə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçı tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 14.11.2017-ci il tarixli ******* nömrəli Tələbnamə iddiaçıya verilmiş, lakin sonuncu tərəfindən yoxlamaya əmək müqaviləsi bildirişlərindən və icarə müqaviləsinin surətindən başqa heç bir sənəd təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə 28.11.2017-ci il tarixli akt tərtib edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı icarə müqaviləsi əsasında Ünvan ünvanda yerləşən daş karxanasında xüsusi razılıq olmadan mişar daşı hasilatı ilə məşğul olmuş, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müəssisənin 24 aylıq dövrdə (oktyabr 2015 – sentyabr 2017) ümumi hasilatı 33162,5 manat (orta aylıq – 1381,77 manat) və ya 165600,0 mişar daşı olmuşdur. Buna baxmayaraq, müəssisə eyni dövrdə 24130,0 manat dəyərində 339936,0 kvt/s elektrik enerjisi sərf etmişdir. İddiaçı tərəfind ən yoxlamaya sənədlər təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası X Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. X Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən real istehsal həcmi aşağıdakı şərtlər əsasında müəyyən edilmişdir: 1) Metod – elektrik enerjisi sərfiyyatı; 2) Sahənin vəziyyəti – baxış anında (24.11.2017) faktiki istehsal davam etdirilir; 3) İstehsal avadanlıqları – 1 ədəd SM/89 DKM və 1 ədəd NKM-2U pilləüstü şırımaçan maşın; 4) İstehsal sahəsinin ölçüləri – 60,0 m × 40,0 m; 5) Ümumi enerji sərfiyyatı – 339936,0 kvt/saat; 6) Enerji itkisi – 20% və ya 67387,0 kvt/saat; 7) İtki nisbəti – 40%; 8) Daşkəsən maşının 1 saatlıq məhsuldarlığı – 4,5 m3/saat; 9) 1 ədəd mişar daşının qiyməti: 2015-2017-ci illərdə - 0,23 manat; 10) Hasil edilmiş (oktyabr 2015 – sentyabr 2017) mişar daşının sayı – 474212,0 ədəd; 11) Aylar üzrə nisbət – elektrik enerjisinin sərfiyyatına əsasən. Mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən oktyabr 2015 – dekabr 2015 dövrü üzrə 907,2 kub/metr, yanvar 2016 – sentyabr 2017 dövrü üzrə 5680,8 kub/metr mişar daşının istehsal edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub/metr mişar daşına görə mədən vergisinin dərəcəsi 2015-ci ildə 0,5 manat, 2016-2017-ci illərdə isə 2.0 manat olduğu nəzərə alınaraq yoxlama dövründə 11815,2 manat (907,2 kub/metr × 0,5 manat+5680,8 kub/metr × 2.0 manat) mədən vergisi hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövrdə h esablanmış 3550,0 manat məbləğində mədən vergisi ilə yoxlama ilə müəyyən olunmuş 11815,2 manat məbləğində mədən vergisi arasında 8265,2 manat (11815,2 – 3550,0) fərq yaranmış və nəticədə 8265,2 manat məbləğində mədən vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə sadələşdirilmiş vergi məqsədləri üçün təqdim edilmiş malların dəyəri 2015-ci ilin 4-cü rübü üzrə 15023,2 manat, 2016-cı ilin 1-ci rübü üzrə 15309,4 manat, 2-ci rübü üzrə 21748,0 manat, 3-cü rübü üzrə 12877,1 manat, 4-cü rübü üzrə 15166,3 manat, 2017-ci ilin 1-ci rübü üzrə 0,0 manat, 2-ci rübü üzrə 16096,3 manat, 3-cü rübü üzrə 12877,1 manat olmaqla, 109097,5 manat ol duğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxlamanın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1425,7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğin 50 faizi miqdarında, yəni 712,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş mühəndis tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının 03 may 2019-cu il tarixli ****/**** saylı rəyindən müəyyən olunur ki, Enerji sərfiyatına əsasən nəzəri hesablama yolu ilə, Ün van kəndində yerləşən, “X” Abadlıq və Yaşıllıq məhdud məculiyyətli cəmiyyətinin təsərrüfat subyekti olan daş karxanasında 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı (həcmi) təxminən 222494 ədəd, orta bazar qiymətilə ümumi dəyəri 51173,62 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət informasiya Arxiv Fondunun Mərkəzə ünvanlanmış 14.09.2015-ci il tarixli **/***saylı arayışında X daşı yatağında yerləşən daş karxanasında istehsal itkisinin miqdarının 53% olması qeyd edilmişdir. Digər tərəfdən, bir qayda olaraq istehsal sahəsinin hazırlanması, kəşfiyyatı, hamarlanması və təmizlənməsi zamanı itgilər təxminən 12,5% təşkil edir ki, bu xüsusat nəzərə alınmaqla, istehsal itk i və təbii tullantılara görə çıxdaşların miqdarı orta hesabla 65,5% (53%+12,5%) müəyyən edilir. QEYD: Mərkəzdə olan məlumatlara, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun 14.09.2015-ci il tarixli **/***saylı arayış məlumatına əsasən Qaradağ rayonu, X daşı yatağında yerləşən daş karxanasında istehsal itkisinin miqdarının 53% nəzərdə tutulduğu və eləcə də açılı üçün 12,5%, bərk tullantı və açılış itkisi 65,5% götürülmüşdür. Bundan əlavə karxanada tərtib edilmiş xronometraj aktına əsasən karxanada istifadə edilən **-**-**markalı daşkəsən maşının saatlıq məhsuldarlığının faktiki olaraq 15.01.2018ci il tarixli mütəxəssis rəyində göstərilən 4,5 m3 deyil, 3,67 m3 saat olması müəyyən edilmişdir. Hazırkı eksp ertizanın müəyyən etdiyi həcm (222494 ədəd standart daş) ilə mütəxəssisin müəyyən etdiyi həcm (474337 ədəd standart daş) arasındakı fərqə səbəb yuxarıda qeyd edilən xüsusat olmuşdur. Hazırki ekspertiza tədqiqatı nəticələrinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 2301,66 manat məbləğində vergilərin, o cümlədən mədən vergisi üzrə 1987,40 manat, sadələşdirilmiş vergi üzrə 267,22 manat, MÖMV üzrə 47,04 manat dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Müəssisənin fəaliyyəti xüsusi icazə (Lisenziya) tələb olunan fəaliyyət növünə aid edilməsinə baxmayaraq, müəssisə belə razılıq olmadan fəaliyyət göstərmişdr. Həmin dövrdə müəssisənin gəliri 51173,62 manat olmuşdur.Xərcləri təşkil edən s ənədlər olmadığına görə, Vergi Məcəlləsinin 89.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülməklə 1705,79 manat (51173,62 x 20: 120 x 20%) təşkil edir.Həmin dövrdə hesablanmış 1023,47 manat sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla, sahibkarlıq fəaliyyətindən qanunsuz əldə edilmiş gəlir 682,32 manat (1705,79manat 1023,47manat) müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də göstərilən ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspert gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş süb utlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ekspert rəyinə əsaslanaraq daş karxanasında istehsal itkisinin 65,5% olmasını əsas götürərək heç bir normativ sənədə istinad etməmişdir. Ekspert, daş karxanasında istehsal itkisinin miqdarının 65,5 faiz olmasını Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət İnformasiya Arxiv Fondunun 14.09.2015-ci il tarixli **/*** saylı məktubu ilə əsaslandırmışdır ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. Həmçinin, məktubda 1975-ci ildə X daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammal itkisinin 53 faiz göstərildiy i qeyd edilmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatlarına istinad etmişdir. Halbuki, ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin, Məhkəmə Ekspertiza Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan, əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermiş, istehsal itkisinin müəyyən edilməsi üçün heç bir əlavə tədbir həyata keçirməmiş, real eksperiment aparmamışdır. Göstərilənlərə əsasən Ali Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tədqiqatı natamam apardığı üçün, onun nəticəsində qəbul edilmiş rəy məhkəmənin əsaslı nəticəyə gəlməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tə rəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulm ası ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi vergi məbləğinin həcminə təsir göstərən istehsal itkisinin miqdarının müəyyən edilməsi üçün ekspertlər tərəfindən real eksperiment keçirilməsini təmin etməli və nəticədən aslı olaraq əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar