Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-964/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (4 oktyabr 1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-161/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 3 oktyabr 1977-ci ildən 11 aprel 1979-cu ilədək Bakı Baş Tikinti İdarəsinin “Hündüryaşayıştikinti” trestinin 303 saylı Tİ-də fəhlə işləmiş, 18 aprel 1979cu ildən 24 aprel 1981-ci ilədək hərbi xidmətdə olmuş, 13 iyul 1981-ci ildən 01 yanvar 1992-ci ilədək əvvəlki iş yerində fəhlə, elektrik qaynaqçısı, tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. 2 yanvar 1992-ci ildən 14 iyul 1992-ci ilədək “Zəngilayihətikinti” kiçik müəssisəsində iş icraçısı işləmiş, 14 iyul 1992-ci ildə “X2 Assosiasiyasının “Qarabulağ” firmasında direktor müavini vəzifəsinə qəbul olunmuş, 14 dekabr 1993-cü ildə “Məişəttəmirtikinti” 9 saylı İxtisaslaşdırılmış Təsərrüfat hesablı Təmir Tikinti İdarəsinə köçürmə yolu ilə işdən azad edilmiş, 15 dekabr 1993-cü ildən 3 oktyabr 1996-cı ilədək həmin müəssisədə iş icraçısı, 02 oktyabr 1996-cı ildən 01 aprel 1997-ci ilədək 2 saylı Trestin nəzdində 7 saylı TTİ-də iqtisadçı vəzifəsində, 08 aprel 1997-ci ildən 03 yanvar 2000-ci ilədək 4 saylı TTİ-də iqtisadçı-mühəndis vəzifəsində, 26 mart 2002-ci ildən 21 dekabr 2006-cı ilədək "xxxx" MTK da baş mühəndis, 3 yanvar 2007-ci ildən 26 oktyabr 2011-ci ilədək X3 təsərrüfatına təsərrüfat rəhbərinin tikinti və təmir işləri üzrə müavini vəzifəsində çalışmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə mü raciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının müraciətinə əsasən göndərdiyi 18 noyabr 2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər və zərərli işdə çalışması ilə bağlısı yerindən arayış əsasında həyata keçirilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə qeyd edilən sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı 2021-ci il 18 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya qanunla h üququnun yarandığı gündən, yəni 57 yaşı tamam olduğu 4 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh orqana müraciət edərkən, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmiş, sonradan cavabdehin tələbi ilə əmək kitabçasının əsli və son iş yerindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış təqdim olunmuşdur. Lakin onun 1 aprel 1982-ci ildən 1 dekabr 1987-ci ilədək Azərbaycan SSR Bakı şəhəri X1 icraiyyə komitəsi Bakı Baş tikinti idarəsinin “Hündüryaşayıştikinti” trestinin 303 nömrəli tikinti idarəsində elektrik qaynaqçısı, 1 dekabr 1987-ci ildən 14 aprel 1989-cu ilədək “Bakımonolittikinti” Layihə-İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı tikinti idarəsində tikinti ustası, 14 aprel 1989-cu ildən 1 yanvar 1992-ci il tarixədək “Bakıyaşayıştikinti” 303 saylı tikinti idarəsində iş icraçısı, 2 yanvar 1992-ci ildən 14 iyul 1992-ci ilədək "xxxx" Kiçik Müəssisəsində iş icraçısı, 15 dekabr 1993-cü ildən 3 oktyabr 1996-cı ilədək “Məişəttəmirtikinti”nin 9 saylı İxtisaslaşdırılmış Təsərrüfat hesablı Təmir Tikinti İdarəsində iş icraçısı vəzifələrində güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməyini təsdiq edən arayışlar almağı mümkünsüzdür. Ona görə ki, həmin hüquqi şəxslər ləğv olunmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin imtinası qanunsuz və əsassızdır. cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 7.Bakı İnzibati Məhkəməsinin (hakim Hacıbəyova M.T) 5 may 2021-ci il tarixli, 21(112)- 3653/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun 57 yaşının tamam olduğu 4 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 8.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edi lmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 27ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (bənd: ********) “yeni tikinti və quraşdırma işlərinin ustaları” (2290000b-23419 yarımbəndi); həmin siyahının, həmin bölmənin, həmin bəndin 2290100b—24441 yarımbəndinə əsasən “iş icraçıları”; həmin siyahının 33-cü bölməsinin 23200000—19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsində güzəştli iş stajı 12 il 09 ay 22 gün, ümumi iş stajı 25 il 9 ay 18 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynov, H.Ü. Həmidov və A.Ə. Hüseyn) 19 yanvar 2022-ci il tarixli, 2-1(103)161/2022 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 13.Kassasiya şikayətində iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri təkra rlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyətinin olubolmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yaln ız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Həmçinin sözügedən icmal məktubunda göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə edilməlidir. Bundan əlavə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində i şlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri 14.İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16.“Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayə tinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla belə, məhkəmə kollegiyası kassatorun “iddiaçının güzəştli iş stajının olmaması”na dair təkrarlanan dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı 1 aprel 1982-ci ildən 14 iyul 1992-ci ilədək, 15 dekabr 1993-cü ildən 3 oktyabr 1996-cı ilədək tikinti sahəsində elektrik qaynaqçısı, tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. İddiaçının qeyd olunan iş yerlərində və vəzifələrdə işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir.
25. Cavabdeh iddiaçının iş yerindən güzəştli arayışın olmamasına istinad edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b—24441 (iş icraçıları), 2290000b—23419 (yeni tikinti və quraşdırma işlərinin ustaları) kodları ilə, 33-cü bölməsində isə 23200000—19906 (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) kodu ilə qeyd olunan peşələr nəzərdə tutulmuşdur.
26. İddiaçın ın əmək kitabçasının mötəbərliyi həm tərəflər arasında mübahisələndirilmədiyindən, həm də məhkəmə araşdırması zamanı mötəbərliyinə əsaslı şübhələr yaranmadığından, digər tərəfdən əmək kitabçasında əks olunan vəzifələr və iddiaçının işlədiyi sahələr 2 nömrəli Siyahıda aşkar olaraq nəzərdə tutulduğundan, bununla da həmin vəzifələrin siyahıdakı hər hansı vəzifəyə uyğunlaşdırılmasına ehtiyac olmadığından, məhkəmə kollegiyası hazırkı halda iddiaçıdan güzəştli arayışın tələb olunmalı olması ilə bağlı kassatorun dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
27. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajına malik olması işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan h alları ilə müəyyən olunduğundan və iş materialları ilə təsdiqləndiyindən, iddiaçının iddia olunan hazırkı məzmunda tələb hüquq vardır.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 21(103)-161/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.