Məhkəmə qərarları › İş №2-1(102)-964/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-964/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-964/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “üçüncü şəxsin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)343/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Yasamal rayon Bələdiyyəsinin 11/06 nömrəli, 09 fevral 2006-cı il tarixli sərəncamı ilə iddiaçının Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllə, ev 97 ünvanında mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199,5 kv.metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun icarəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin 172 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsində ofis binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 3. 16 yanvar 2018-ci il tarixli, 1425 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə görə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamına və xx.xx.2015-ci il tarixli, 13114 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X1 icarəsinə verilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,222 ha torpaq sahəsi üzərində X2 icarə hüququ qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehtiyev) küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsinə X3 adına verilmiş istifadə hüququnu təsdiq edən **********22 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsinin 9 fevral 2006-cı il tarixli, 11/06 saylı sərəncamına və eyni tarixli, 10 saylı torpaq icarəsi müqaviləsinə əsasən Ə.Ələkbərov (indi Ş.Mehtiyev) küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi hal-hazıra qədər iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Qeyd edilən torpaq sahəsi 25 ildən artıq zaman ərzində və hal-hazırda da xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış obyektinin qarşısında yerləşir. 2008ci ildə X5 yuxarıda qeyd edilən Yasamal Bələdiyyəsinin sərəncamının ləğv edilməsi və torpaq sahəsinin üzərində onun hüquqlarının tanınması tələbi ilə Yasamal rayo n Məhkəməsində iddia qaldırmış, məhkəmənin 30 may 2008-ci il tarixli, 2(004)-1031/08 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan X5 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli, 2(103)3764/2008 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 04 noyabr 2011-ci il tarixli, 2(102)-3303/11 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Yasamal Bələdiyyəsinin 9 fevral 2006-ci tarixli, 11/06 saylı sərəncamı və sərəncam əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 09 fev ral 2006-ci il tarixli, 10 saylı torpaq icarəsi müqaviləsi tam qanuni və qüvvədə olan hesab edilmişdir. Bundan sonra Yasamal rayon İcra Hakimiyyətinin 24 may 2013-ci il tarixli, 203 saylı sərəncamına əsasən qeyd edilən torpaq sahəsində ofis və xidmət binasının tikintisinə iddiaçıya icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yasamal Bələdiyyəsinə ünvanladığı 11 noyabr 2016-ci il tarixli, ********** saylı məktubdan görünür ki, qeyd edilən torpaq sahəsi elektron məlumat bazasına əsasən Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqların hüdudları daxilində yerləşir. Belə bir vəziyyətdə cavabdeh tərəfindən bu torpaq sahəsi üzərində istifadə hüquqlarını təsdiq edən çıxarışın X1 adına verilməsi tam qanunsuz və əsassızdır.

7. Cavabde h tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək bildirmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı idarəyə müraciət etməmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2015ci il tarixli, 172 saylı sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 1425 saylı, xx.xx.2018-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsi üzərində icarə hüququ X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələ diyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrind ə daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsinə əsasən iddia tələbi mümkün sayılmamalıdır.

8. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-4638/2022 nömrəli qərardadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı Bakı şəhər İcra Hakimiyyətinin 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamını məhkəmə müstəvisində mübahisələndirmiş olsa da, iddiası təmin edilməmişdir. Qeyd edilən sərəncamın ləğv edilməməsi, həmin sərəncam əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməlidir. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan ma raq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-343/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədə n saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə ədalətli, qanuni və obyektiv qərar qəbul etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinin dövlətə və ya bələdiyyəyə məxsus olduğunu müəyyən etməli idi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edi lməmişdir. TƏTBİQ EDİLƏB HÜQUQ

16. İnzibati Prosessual Məcəllə (İPM)... Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərə kətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.... Maddə 58.

7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, hazırkı mübahisə üzrə apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı zəruri həcmdə, tam və hərtərəfli araşdırılmanın aparılması təmin edilmişdir. Ona görə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatınd a iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə görə, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2.) Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3.)”

25. İstinad edilən qərarın 15.5-ci bəndinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halla rı müəyyən etdikdə, məhkəmələr iddianı mümkün saymamalıdır.

26. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 172 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ş. Mehdiyev küçəsində yerləşən torpaq sahəsi X1 icarəsinə verilmişdir.

27. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Yasamal rayonu, 1056-cı məhəllə, Ak. Ş.Mehdiyev küçəsində yerləşən 199,5 kv.metr torpaq sahəsinin X1 icarəsinə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi, qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-1(103)-91/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin həmin qərarı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-985/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmişdir.

28. Bununla bağlı nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının etibarlı olduğu məhkəmələr tərəfindən də təsdiq olunmuşdur. Bu baxımdan həmin sərəncam etibarlıdır və hüquqi qüvvəsini saxlayır. Həmin məhkəmə qərarı iddiaçıya münasibətdə məcburi hüquqi qüvvəyə malikdir. 29. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müdd əti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

30. Nəzərə almaq lazımdır ki, cavabdeh məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının 172 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı əsasında X1 torpaq sahəsi üzərində icarə hüququnu qeydə almışdır və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbinə uyğun davranmışdır. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. Beləliklə, qeyd olunan səbəblərdən iddiaçı etibarlı hüquqmüəyyənedici sənəd əsasında üçüncü şəxsin adına verilmiş çıxarışın etibarsız sayılması barədə tələb hüququna, başqa sözlə həmin iddianı qaldırmaq səlahiyyətinə malik deyildir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-343/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar