Məhkəmə qərarları › İş №2-1(102)-965/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-965/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-965/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: penitensiar xidmət zamanı mülki vəzifədə işlədiyi dövrün güzəştli staja sayılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X13, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X2 iştirak ı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (bundan sonra cavabdeh)qarşı“14.10.2000-ci il tarixdən qulluq illərinə görə əlavə haqqın 25 faizinin, 2008-ci il may tarixdən məhkəməyə ərizə verilən tarixədək 10 faizinin hesablanaraq məlumat vərəqəsinin DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (hazırkı üçüncü şəxsDövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, bundan sonra üçüncü şəxs) göndərilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə SumqayıtApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-657/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə aç ıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı əmək kitabçasına və K-176119 saylı şəxsi iş vərəqəsinə əsasən 04.05.1968ci il tarixdən 18.06.1970-ci il tarixədək hərbi xidmətdə olmuş, 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində məktubların yoxlanılması üzrə inspektor vəzifəsində işləmiş, 15.10.1982-ci il tarixdə Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsində orta rəis heyətinə qulluğa qəbul olmuş, 28.08.1983-cü ildə ona leytenant rütbəsi verilmiş və 14.10.2000-ci il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı hesab edir ki, ona pensiya hesablanarkən oktyabr 2000-ci il tarixdən 29 may 2008-ci il tarixə kimi 25%, 29 may 2008-ci il tarixdən hal-hazıra kimi isə 10% qulluq illərinə görə əlavə az hesablanmışdır. Bu barədə 2015-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 20 noyabr 2015-ci il tarixli 2-1(85)-1655/15 saylı qərardadla “cavabdeh inzibati orqana təkrar müraciət olmadığından” iddia mümkün sayılmamışdır. Qeyd olunan məhkəmə qərarına əsaslanaraq iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 24 iyun 2016-cı il tarixli məktubu ilə imtina cavabı verilmişdir. İddiaçı 19 avqust 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.10.2000-ci il tarixdən qulluq illərinə görə əlavə haqqın 25 faizinin, 2008-ci il may tarixdən məhkəməyə ərizə verilən tarixədək 10 faizinin hesablanaraq məlumat vərəqəsinin DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsinin cavabdehə həval ə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 il 08 ay 21 gün xidmət etmişdir. Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 saylı Qərarın 2 saylı əlavəsinə görə 30 il və daha artıq xidmət etmiş şəxslərə pensiya təyin edildikdə vəzifə maaşının, rütbə maaşının və məharət dərəcəsinə görə verilən əlavənin 50% məbləğindən təminat xərcliyinə qulluq illəri üçün əlavə hesablanır. Qeyd olunan qanunun tələblərinə zidd olaraq oktyabr 2000-ci il tarixdə ona pensiya təyin edildikdə 25% hesablanmışdır. Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” haqqında qərarın icrası ilə əlaqədar cavabdehin iddiaçın ın “Məlumat vərəqəsi”ni DSMF HQ və XR şəxslərlə iş Departamentinə göndərdikdə yenə də qulluq illərinə görə 50% deyil, 40% hesablamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(85)-1290/2016 saylı iş) 8 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 14.10.2000-ci il tarixdən qulluq illərinə görə əlavə haqqın 25 faizinin, 2008-ci il may ayından hazıradək 10 faizinin hesablanaraq məlumat vərəqəsinin DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehin xüsusi rütbəli əməkdaşı və bütün işlədiyi dövr ərzində ədliyyə orqanının işçisi olduğunu əsas gətirərək iddia tələbini təmin etmiş və iddiaçının ədliyyə orqanlarından təqaüdə çıxmış pensiyaçı olm asını nəzərə alaraq hesab etmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan, həmin Qanunun 23.8-ci maddəsinə əsasən, yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilərin xidmət illərinə görə pensiya hüququna malik olduqlarından, həmin Qanunun 23.0-cu maddəsi və onun müvafiq hissələri isə ədliyyə orqanlarında azı 5 il qulluq keçmiş şəxslərin pensiya məbləğlərini müəyyən etdiyindən və həmin Qanunun 23.11-ci maddəsinin tələbinə görə pensiya təyin olunarkən əsas götürülən əmək haqqı, əmək haq qındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablandığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı Qərarının iddiaçıya şamil edilməsi qanunauyğun hesab edilməlidir. İnzibati məhkəmə icraatı zamanı iddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X15 və X9, 2-1(105)-04/2018 saylı iş) 5 fevral 2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli qərarıləğv edilmiş, iddia rədd edilmişd ir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X10 və X11, 2-1(102)-1095/2018 saylı iş) 30 may 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. SumqayıtApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X4 və X12, 2-1(105)-11/2019 saylı iş) 24 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli qərarıləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kolle giyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-1606/2018 saylı iş) 27 iyun 2019-cu tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin8 noyabr 2016-cı il tarixli qərarı ilə razılaşan SumqayıtApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X12 və X4, 2-1(105)-657/2019 saylı iş) 30 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəmə qərarını onunla əsaslandırm ışdır ki, iddiaçı bütün işlədiyi dövr ərzində ədliyyə orqanının işçisi olmuş və bununla da onun ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq müddəti təqvim hesabı ilə 30 il 8 ay 23 gün, güzəştlə 40 il 3 ay 7 gün təşkil etmişdir. Bu səbəbdən cavabdehin imtinası əsassız olmuşdur. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi iddiaçının əlavə haqq almaq hüququ verən qulluq illərinin hesablanması zamanı qanun pozuntularına yol vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30.05.2018-ci il tarixli 21(102)-1095/2018 saylı və 27.06.2019-cu il tarixli 2-1(102)-1606/19 saylı qərarlarının göstərişlərinə əməl etməmiş və iddiaçının mülki vəzifədə işlədiyi dövr (08.03.197215.10.1982-ci il tarixlərdə mülki vəzifədə çalışıb - 10 il 07 ay 7 gün) əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilmiş, hətta iddiaçının mülki vəzifədə işlədiyi müddətə güzəştli hesablama tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. tərəflərin izahatları: Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında cavabdehin mövqeyini müdafiə edərək kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı məhk əmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində məktubların yoxlanılması üzrə inspektor (mülki) vəzifəsində işləmişdir. 15.10.1982-ci il tarixdə Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsində orta rəis heyətinə qulluğa qəbul olunmuş, 15.10.1982-ci il tarixdən 15.10.2000ci il tarixədək xüsusi rütbəli əməkdaş kimi müxtəlif vəzifələrdə qulluq etmiş, 14.10.2000-ci il tarixdə qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 14.10.2000-ci il tarixə qulluq müddəti təqvim hesabı ilə 28 il 07 ay 06 gün, güzəştli hesabla 38 il 08 ay 22 gün təşkil etmişdir. İddiaçı hesab edir ki, 14 oktyabr 2000-ci ildən, sonra isə 2008-ci ilin may ayından onun əmək pensiyasına qulluq illərinə görə əlavə haqq müvafiq o laraq 25 faiz və 10 faiz hesablanıb ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı 04.05.1968-ci il tarixdən 18.06.1970-ci il tarixədək hərbi xidmətdə (2 il 1 ay 15 gün) olmuş, 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində məktubların yoxlanılması üzrə inspektor (10 il 7 ay 8 gün təqvimlə, güzəştlə 14 il 1 ay 22 gün) vəzifəsində işləmiş, 15.10.1982-ci il tarixdə Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsində orta rəis heyətinə qulluğa qəbul olmuş, 28.08.1983-cü ildə ona leytenant rütbəsi verilmiş və 14.10.2000-ci il tarixdə qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. (18 il təqvimlə, güzəştlə 24 il) Göründüyü kimi idd iaçı yuxarıda qeyd olunan normalara əsasən bütün işlədiyi dövr ərzində ədliyyə orqanının işçisi olmuş və bununla da onun ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq müddəti təqvim hesabı ilə 30 il 8 ay 23 gün, güzəştlə 40 il 3 ay 7 gün təşkil etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Əslində hazırkı mübahisə iddiaçının 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində məktubların yoxlanılması üzrə inspektor vəzifəsində işlədiyi 10 il 7 ay 8 günün güzəştli stajı kimi hesablanmasının mümkünlüyü barədədir. İlk növbədə araşdırılmalı hal iddiaçının həmin dövrdə penitensiar xidmətin əməkdaşı statusuna malik olub-olmamas ıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir (33.2-ci maddə). Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrində mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır (39.2-ci maddə). Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzə rdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır (39.3-cü maddə). Bəhs olunan normalara görə penitensiar xidmətin işçiləri 1) xüsusi rütbəsi olan əməkdaşlardan; 2) mülki işçilərdən; 3) hərbi qulluqçulardan ibarətdir. İddiaçı 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmamışdır. Bu dövrdə o, penitensiar xidmətin işçi si kimi mülki işçi statusunda olmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 39.2-ci maddəsindəpenitensiar xidmətin mülki işçi qismində işlədikləri əməkdaşlarına pensiya təyin edilərkən penitensiar müəssisələrində müddət qulluq illərinə adi qaydada (bir iş günün bir iş günü) hesablanması müəyyən edilmişdir, Qanunun 39.3-cü maddəsində isə penitensiar xidmətin mülki işçilərinə pensiya təyin edilərkən işlədikləri illərin üç iş gününün dörd iş günü, yaxud iki iş günü üç iş günü kimi hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əmək haqqının verilməsi Qaydası” 2.1-ci bəndində qeyd edilmişdir ki, ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; 2.1.2. ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; 2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; 2.1.4. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; 2.1.5. ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; 2.1.6. məzuniyyət dövrləri; 2.1.7. ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; 2.1.8. peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; 2.1.9. ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət. İddiaçının 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində məktubların yoxlanılması üzrə inspektor vəzifəsində işlədiyi 10 il 7 ay 8 gün ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aid olmamışdır. Bu dövrdə onun həmçinin ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi də müəyyən edilməmişdir. Qaydaların 3.1-ci bəndinə görə qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və x üsusi rütbəyə görə əlavədən hesablanaraq ödənilir. İddiaçının 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində işlədiyi dövrdə xüsusi rütbəyə görə əlavə alması təsdiq edilməmişdir. Bəhs olunanlara əsasən, iddiaçı 08.03.1972-ci il tarixdən 15.10.1982-ci il tarixədək Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin 2 saylı islah əmək müəssisəsində işlədiyi dövrdə penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı və hərbi qulluqçusu olmadığından 2000-ci ilin oktyabr ayından, habelə 2008-ci ilin may ayından qulluq illərinə görə əlavə haqqın hesablanmalı olması barədə iddiası əsaslı sayıla bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Mübahisə ilə bağ lı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)657/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar