Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-965/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının gec icra olunmasına görə kompensasiya (maddi və mənəvi ziyan) tələbi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1772/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.09.2007-ci il tarixli 2-2429/07 saylı qətnaməsi ilə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamənin İddiaçı Zəlimxan oğlunun adına verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılmışdır. Qətnamə 27.09.2008-ci il tarixdə qüvvəyə minmiş və 10.11.2 008-ci ildə icraya yönəldilmişdir.
2. Xətai rayon məhkəməsinin 25.09.2007-ci il tarixli icra vərəqəsinə əsasən 05.01.2010-cu il tarixli qərarla icraata başlanmış, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş, icra sənədini icra etmədiyinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07.07.2017-ci il tarixli qərarı ilə İdarənin rəisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 10.08.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləş ən ümumi sahəsi 651,8 kv.m. olan qeyri-yaşayış binasına İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları 23.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. İddiaçı cavabdeh orqana ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair pretenziya məktubu ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. İdarə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına əsasən öz prosessual hüquqlarından istifadə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 23 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdehdən 35000 manat məbləğində maddi ziyan və 15000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12.07.2016-cı il tarixdə 3 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus 5 saylı Hamam binasının satışı ilə əlaqədar keçirilən hərracın qalibi olmuş, həmin gün hərracın yekunlarına dair protokol tərtib edilmiş və həmin protokola əsasən bu əmlaka 6098,4 manat məbləğinə satılmışdır. Həmin hamam binası Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 22.04.2003-cü il tarixli, 1677/2-303 saylı icra vərəqəsinə əsasən satışa çıxarılmışdır. O qanunvericiliyin tələb etdiyi qaydada aldığı hamam binası üzrə hüq uqlarını qeydiyyatdan keçirmək üçün İdarəyə müraciət etsə də müraciəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.09.2007-ci il tarixli, 2-2429/07 saylı qətnaməsi ilə iddiası təmin edilərək 5 saylı Hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamə verilməsi cavabdehə tapşırılmışdır. Lakin cavabdeh qətnamənin icrasından yayınaraq bu qətnaməni qərəzli şəkildə icra etməmiş, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, 12 il davam edən məhkəmə çəkişmələrində 30-a qədər məhkəmə aktları olmasına baxmayaraq, cavabdeh yenə də mülkiyyət hüququnu təsdiq edən sənədi verməkdən imtina etmişdir. Qətnamənin icrası ancaq cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra cinayət işinin başlanması barədə təqdimat veriləndən sonra təmin olunmuşdur. Bu müddətdə sağlamlığına ciddi ziyan dəymiş, maddi və mənəvi zərər çəkmişdir. Keçirdiyi stresslərin nəticəsində açıq ürək əməliyyatı keçirmişdir. 2014-cü ildə isə beyin infarktını (insult, paraliç) keçirmişdir. Keçirdiyi stress və əsəblə əlaqədar hazırda sağlamlığına qovuşa bilmir. 12 il ərzində o xeyli maddi ziyan çəkmişdir. 2006-cı ildə əmlakın alınması zamanı əmlak komissiyasına 6098 manat məbləğində pul ödəmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində o öz əmlakından istifadə edə bilməmişdir. Eyni zamanda 6098 manat məbləğində pul cavabdeh tərəfindən istifadə olunmuş və sahibliyindən çıxmışdır. 12 il ərzində gedən məhkəmə prosesləri nəticəsində ödədiyi dövlət rüsumları, digər xərcləri və öz müalicəsi ilə əlaqədar sərf etdiyi xərclər də onun çəkdiyi ziyan məbləğinə aiddir. Cavabdeh orqana ona dəymiş maddi və mənəvi ziyanı ödənilməsinə dair pretenziya məktubu ilə müraciət etmişdir. Lakin cavabdeh orqan 24.12.2019-cu il tarixli məktubu ilə əsassız imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-2475/2020 saylı iş) 31 avqust 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı ona 35.000 manat məbləğində maddi ziyanın vurulmasını iddia etsə də həmin maddi ziyanın vurulmasını təsdiq e dən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının ödədiyi 6098 manat isə hərracın nəticəsində hamamın dəyəri ilə bağlı olmuşdur ki, həmin məbləğ maddi ziyan hesab edilə bilməz. Belə ki, hərracın nəticələri üzrə ödənilən 6098 manat onun hüquqlarının tanınmasına əsas olan məhkəmə qətnaməsinin çıxarılması və nəticə etibarilə daşınmaz əmlaka iddia edilməsinə səbəb olmuşdur. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab etmişdir ki, məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara və iztirablara məruz qalmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilm əsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X13, 2-1(103)1772/2020 saylı iş) 11 noyabr 2020-ci il tarixli qərarla apelyasiya şikayətlərini təmin etməmiş, birinci instansiya məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş mənəvi zərər kimi 1000 manatın cavabdehdən tutularaq ona ödənilməsini təmin edərkən, mənəvi zərərin yaranmasına əsas olan maddi zərəri hesablamaması işə düzgün baxılmamasının göstəricisidir. Apelyasiya instansiyası məhkəməsi faktiki olaraq işin heç bir halını araşdırmamış, iddiaçını dinləməmiş, birinci instansiya məhkəməsinin qərarı hansı əsaslarla çıxardığını araşdırmamışdır. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, İnzibati Prosessual Məcəllənin 82, 87.6-cı maddələrinə istinad edilmişdir.
14. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin dən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, icra sənədinin icrasından qəsdən və qərəzli şəkildə yayınmamış, icra sənədinin gec icra olunması məhkəmə aktlarının prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməsi ilə bağlı olmuş və bununla bağlı iddiaçıya cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi və ya mənəvi ziyan vurulmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar düzgün və qanunamüvafiq qaydada araşdırılmamış, iddiaçıya maddi və mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sənədə və sübuta istinad edilməmiş və qəbul edilmiş məhkəmə qərarları tam və düzgün əsaslandırılmamışdır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar ke çirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Yuxarıda qeyd olunan hallar və qanunveric iliyin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü araşdırılmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Şikayət əsaslandırılarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11.1, 23-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
19. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini n tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Az ərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması v ə təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-).
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyr i əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirablar ın xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu za man mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
23. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxı lan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşdəki sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.09.2007-ci il tarixli 2-2429/07 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Zəlimxan oğlunun adına Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılmış, qətnamə 27.09.2008-ci il tarixdə qüvvəyə minmiş və 10.11.2008-ci ildə icraya yönəldilmiş, icra sənədinin icrası ilə əlaqəda r müvafiq tədbirlər həyata keçirilmiş, icra sənədini icra etmədiyinə görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli qərarı ilə İdarənin rəisi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmiş, ümumi sahəsi 651,8 kv.m olan qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququ 23.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
28. İddiaçı məhkəmə qətnaməsi uzun illər sonra icra edildiyinə görə ona maddi və mənəvi ziyan ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol vermədiyini bildirib bundan imtina etmişdir.
29. Hazırki iş üzrə Xətai rayon məhkəməsinin qətnaməsi isə şübhəsiz “mülki hüquq və vəzifələrin müəyyən edilməsi” ilə bağlı olmuşdur.
30. İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması ilə bağlı cavabdehə dəfələrlə qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq edilmiş, məcburi icra tədbirlərinə dair qərarlar qəbul edilmiş, cavabdehin (borclu idarənin) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş, cavabdeh icra məmurunun icraata başlamaq haqqında qərarını mübahisələndirmiş, müxtəlif iddialarla məhkəməyə müraciət edilsə də, iddia tələbləri rədd edilmiş (mümkün hesab edilməmiş), nəhayət məhkəmə qərarı icra edilərək iddiaçıya 23.11.2019-cu ildə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış verilmişdir.
31. Məhkəmə qərarının uzun illər ərzində icra edilmədiyinə görə maddi ziyan dəyməsi ilə bağlı iddiaçı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin araşdırması zamanı iddiaçıya maddi ziyan dəyməsi sübuta yetməmişdir.
32. İddiaçı ona 35.000 manat maddi ziyan vurulduğunu, həmin məbləğin 6.098 manatını hərrac nəticəsində ödədiyini bildirmişdir.
33. İddiaçının ödədiyi 6.098 manat isə hərracın nəticəsində hamamın dəyəri ilə bağlı olduğuna görə həmin məbləğ maddi ziyan kimi hesab edilə bilməz. Hərracın nəticələri üzrə iddiaçının ödədiyi 6.098 manat onun hüquqlarının tanınmasına əsas olan məhkəmə qətnaməsinin çıxarılması və nəticə etibarilə daşınmaz əmlaka iddia edilməsinə səbəb olduğundan, bu hissədə iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur.
34. Mübahisə yoxdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı uzun illər sonra cavabd eh tərəfindən icra edilmişdir. Məhkəmə qərarının uzun illər icra olunmaması nəticəsində iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir. Əslində qanuni qüvvəyə minmiş məhkəmə qərarının cavabdeh tərəfindən 10 ildən artiq müddətdə icra olunmaması qanun pozuntusu kimi qəbul edilə və bu pozuntu kompensasiya ilə aradan qaldırıla bilər.
35. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkə mə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
37. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 38. “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir
39. Apelyasiya məhkəməsi iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini müəyyən etmişdir.
40. Bəhs olunanlara əsasən kasasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.
41. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən ma ddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
42. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1772/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.