Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-965/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; hüquqi maraq; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “çıxarışı n ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(103)-889/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası (ümumi sahəsi:104051.2 kv.m.) Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış, Bakı şəhərinin xəritəsindən çıxarış, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 27 mart 2014-cü il tarixli 0994 nömrəli icarə müqaviləsi, torpaq sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarış, 001298 nömrəli “İstismara hazırlıq” aktı, 4 aprel 2018-ci tarixli 0149 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Tikinti obyektinin istismarına icazə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında” 04 aprel 2018-ci il tarixli, 166 nömrəli Sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 13 may 2009-cu il tarixli 169 nömrəli Sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İstifadəyə (İcarəyə) verilən torpaq sahəsinin 14/16 nömrəli ayrıc aktı ilə ilki n olaraq xx.xx.2018-ci il tarixində ********** nömrə ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Daha sonra, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası (ümumi sahəsi:105206.9 kv.m.) xx.xx.2018-ci il tarixində ********** nömrə ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. 3. xx.xx.2019-cu ildə AN-İ №0732130 nömrəli alqı-satqı müqaviləsinə əsasən, üçüncü şəxs "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən A3 tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.metr olan 3 otaqlı 31 nömrə li mənzili alıcı X1, sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək, "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasının 105206.9 kv.m sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsi barədə xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv olun masını xahiş etmişdir.
5. Cavabdeh iddiaçıya **********60 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasının 105206.9 kv.m sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsi barədə xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzi llərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-1(112)-7596/2021 nömrəli qərardadı ilə (hakim Səlma Salahova) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı halda qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini v ə iddianın mümkün sayılaraq təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(103)-889/2022 nömrəli qərardadı ilə (hakimlər: Azər Hüseynov – sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-1(112)-7596/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətində Mülki Məcəllənin 227.1, 227.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 35-ci maddəsinə istinad olunmaqla qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməməklə, əsassız olaraq iddianı mümkün saymamış və iddiaçının hazırkı iddia ilə müraciət etməkdə hüquqi marağının olmamasına əsaslanmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər ş əxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Qanunvericiliyin bu tələblərinə baxmayaraq, "xxxx" MMC mühəndis qurğuları olan zirzəmiləri, binanın yerləşdiyi torpaq sahəsini öz mülkiyyətinə daxil etməklə sahə mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. “Gilan’' MMC mühəndis qurğuları olan zirzəmiləri, birdən çox mənzilə xidmət edən ümumi otaqları qaraj kimi istifadə etməklə özəlləşdirmişdir və hal - hazırda həmin sahələrin kənar şəxslərə satışını davam etdirir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllə: Maddə 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər av adanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
15. Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mü həndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqq ında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarı: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə ic lasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə gön dərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
21. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən "xxxx" MMC-nin çoxmərtəbəli yaşayış binasının 105206.9 kv.m sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə keçirilməsi barədə xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışın (yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissənin mülkiyyətə keçirilməsi hissəsində) ləğv edilməsidir.
23. İddia tələbinin əsas dəlili ondan ibarətdir ki, iş üzrə üçüncü şəxs xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışla çoxmənzilli binanın ümumi əmlakını mülkiyyətinə keçirmişdir.
24. İşə baxan aşağı instansiya məhkəmələri Mənzil Məcəlləsinin 36, 37.1, 37.2-ci maddələrinə istinad etməklə qeyd etmişlər ki, çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir və çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Beləliklə, iddiaçının yaranmış vəziyyətdə qaldırılmış iddiaya münasib ətdə hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz.
25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
26. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, xx.xx.2019-cu ildə AN-İ №0732130 nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev 129, 133 ünvanında yerləşən A3 tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.metr olan 3 otaqlı 31 nömrəli mənzili alıcı X1, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. Həmçinin, Mülki Məcəllənin 227 və Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən isə çoxmənzilli binanın ümumi əmlakı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
28. Hazırkı halda da, iddiaçı çoxmənzilli binanın ümumi əmlakının üçüncü şəxsin mülkiyyətinə verilməsi halına istinad etdiyindən, məhkəmə bu halı araşdırmadan, başqa sözlə, iddiaçının da mənzilinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının hazırda mübahisələndirilən çıxarışla üçüncü şəxsin mülkiyyətinə verilməsi halı Mülki Məcəllənin 227 və Mənzil Məcəlləsinin 35-ci maddələrinin tələbləri nəzərə alınmaqla ətraflı araşdırılmadan, iddiaçının hüquqi maraq məsələsinə qiymət verilə bilməz.
29. Beləliklə, iş üzrə qeyd edilən hallar araşdırılmadığından, iddiaçının hüquqi marağının olmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə natamam məhkəmə araşdırmasına əsaslandığından, qanunsuzdur.
30. Beləlik lə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla iddianın mümkünlük şərtlərinə hərtərəfli məhkəmə araşdırmasından sonra qiymət verməlidir.
32. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 21(103)-889/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.