Məhkəmə qərarları › İş №2-1(102)-965/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-965/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-965/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi ya şayış evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)2332/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventar və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 019723 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı,1/2 hissədə isə X1 adına xx.xx.2003-cü il tarixdə qeyd iyyata alınmışdır.

2. İddiaçı evin özünə məxsus hissəsində yenidənqurma (artırma) işləri aparmaqla 2-ci mərtəbə inşa etdiyinə istinad edərək həmin artırma ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində yeni qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və qeyd etmişdir ki, fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan evə artırılmış hissələrin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciə t edilməsi məqsədə müvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi 65,6 (21,7+12,1+9,8+13+4,2+2,5+2,3) kv.m ümumi sahədən və 82,6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət ed ərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə inşa edilən 2-ci mərtəbədə 65,6 kv.m ümumi sahədən və 82,6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina edərək bildirmişdir ki, “fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan evə artırılmış hissələrin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və evin faktiki vəziyyətinə dair məlum atlandırma, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət edilməsi məqsədəmüvafiqdir.” Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi iddiaçının, qalan 1/2 hissəsi isə onun əmisi Abdul Qurban oğlunun xüsusi mülkiyyətində olmuş, xx.xx.2003cü ildə əmisi özünə məxsus payını Niftullayeva (Quliyeva) Hülya Saleh qızına satmış, ona görə də hazırda bu ev üzərində onların hər birinin 1/2 hissədən ibarət payı vardır. İddiaçı xx.xx.2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, “ev bir mərtəbədən ibarətdir, hazırda o, arvadı, iki övladı və iki bacısı burada yaşayırlar. Onlara məxsus ev yaşayış sahəsi 35,5 kv.m olan iki otaqdan ibarətdir. Ailənin sosial qa yğılarının artması səbəbindən həmin evin birinci mərtəbəsinin üstündə, yəni ikinci mərtəbəsində yaşayış sahəsi tikmək istəyir.” Evin layihəsi hazırlanaraq Nəsimi rayon İcra Hakimiyyətinə göndərilməklə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq həmin qurum məlumatlandırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tikinti ilə bağlı heç bir etiraz bildirilməmiş, ona görə də evin birinci mərtəbəsinin üstündə həmin tikilinin inşasına başlanmışdır. xx.xx.2017-ci il tarixdə iddiaçı yenidən Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək tikintinin başa çatdırıldığını və bu barədə rəsmiləşmənin aparılmasının vacibliyini bildirmişdir. Bundan sonra Nəsimi rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları ti kinti sahəsinə baxmış və etiraz olmadığından, xx.xx.2017-ci il tarixdə tikintinin başa çatması ilə bağlı ərazi üzrə 59 saylı MİS tərəfindən bu sahənin faktiki sxemi çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, “Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 65 saylı fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli, 30/4936 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m yaşayış sahəsindən, 109,7 kv.m ümumi sahədən ibarətdir. Həmin mülkün 1/2 hissəsi İddiaçı məxsusdur. Yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan sahə faktiki olaraq 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 161,18 kv.m ümumi sahədən ibarətdir.” Eyni zamanda, bu aktla birlikdə həm də 59 saylı MİS tərəfindən evin istifadədə olan faktiki sahəsinin plan-sxemi də çəkilmişdir. Tiki ntinin başa çatmasına dair adıçəkilən akt və plansxem məlumat üçün Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin aktda birinci mərtəbədə yerləşən təsərrüfat otaqları və qaraj göstərilmədiyindən ümumi sahə 161,18 kv.m ölçüdə əks olunmuş, 59 saylı MİS tərəfindən çəkilmiş plan-sxemdə isə ümumi sahə 204,58 kv.m göstərilmişdir. 2017-ci ildə Cavabdeh1 hazırkı iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verərək evin bölünməsini tələb etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(006)-3396/22017 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-604/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2016-cı ildə evin özünə məxsus olan və yaşadığı 1/2 hissəsinin üstündə ikinci mərtəbənin tikilməsi üçün həmin şəxsə müraciət etmiş, sonuncu isə heç bir etiraz bildirməmiş və özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək fikrində olduğunu qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı həmin sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət etmiş və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa etdiyi yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Həmin qurumdan evin paylı mülkiyyətdə olduğu və digər paylı mülkiyyətçinin də razılıq ərizəsinin verilməsinin zəruriliyi bildirilmişdir. İddiaçı bundan sonra Cavabdeh1 müraciət edərək, belə razılıq ərizəsi verməsini xahiş etsə də, sonuncu müxtəlif bəhanələr gətirmiş (istifadə etdiyi V tikilisi olan mətb əxin, həyətdəki sanitar qovşağın ona verilməsini istəmiş), yenə də razılıq ərizəsi verməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Rayon Məhkəməsi iddia tələbinin təmin edilməməsini qətnamədə belə izah etmişdir ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etmədən cavabdehə aparılmış tikinti işləri barədə qabaqcadan məlumat verməmiş, onun razılığı alınmamış və digər payçının da payına düşən hissədən (rəsmi çıxarışla müəyyən edilmiş sahədən 50% daha çox sahə) tam istifadə edərək ümumi əmlakdan sahənin artırılmasını həyata keçirmişdir.” Rayon Məhkəməsinin bu qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam ləğv edildiyindən onun üzərində dayanmağ a ehtiyac yoxdur. Lakin işin bu halı ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsi paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə yenidənqurma və ya artırılma işlərinin aparılmasını nəzərdə tutur ki, bununla bağlı Cavabdeh1 belə razılığının olması, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır. Belə ki, 2016-cı ildə evin iddiaçıya məxsus 1/2 hissəsinin üstündə ikinci mərtəbənin tikilməsi üçün ona müraciət edilmiş və o, razılığını qeyd etmiş, özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək istəyinin olduğunu bildirmişdir. Məhkəmə qətnamələri bu faktı təsdiq edir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3396/2017 nömrəli qətnaməsində qeyd olunur ki, “bundan əlavə, işə baxıl arkən müəyyən olunmuşdur ki, iddiaçının ailəsi bəzi tikililərin inşasında cavabdehə köməklik göstərmiş, bu da iddiaçının cavabdehin bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər”. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-604/2018 nömrəli qətnaməsində də qeyd olunur ki, “digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ailəsinin bəzi tikililərin inşasında İddiaçı köməklik göstərdikləri müəyyən edilmişdir ki, bu xüsusatlar da onun İddiaçı bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər”. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda evin paylı mülkiyyətdə olması səbəbindən artırılmış hissələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmi ş razılıq ərizəsi tələb edilir. İddiaçı hazırda belə razılıq ərizəsini təqdim edə bilmir, lakin nəzərə alınmalıdır ki, sadalanan məhkəmə qətnamələri ilə Cavabdeh1 belə razılıq verməsi faktı təsdiq edilmişdir. Qətnamələr cavabdeh inzibati orqana təqdim edilmiş, onlara istinad edilmiş, lakin reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina olunmuşdur. Vətəndaş qanunvericiliyin adıçəkilən normalarına uyğun olaraq, apardığı tikinti və quruculuq işlərinin nəticəsi olaraq yekunda bu işləri rəsmiləşdirməli, müvafiq dövlət orqanında onu reyestrdə qeydə aldırmalı, özünün mülkiyyət hüququnu tanıtmalıdır.

6. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməmiş, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci m addəsinə uyğun sənədlərin təqdim edilmədiyini qeyd etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 23 yanvar 2023-cü il tarixli, 2-1(112)-770/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan və tədqiq edilmiş sənədlərdən (qeydiyyat vəsiqəsi, layihə, imtina məktubu, məhkəmə aktları və s.) məlum olur ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla İddiaçı və üçüncü şəxs Cavabdeh1 məxsusdur. İddiaçı özünə məxsus payı orada əlavə tikililər aparılmaqla artırmaq niyyəti ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət et miş və müvafiq sənədləri, o cümlədən tikintinin layihəsini həmin quruma təqdim etmişdir. Bundan sonra rayon İcra Hakimiyyətindən müvafiq müddət ərzində layihəyə dair irad bildirilmədiyindən, o, tikinti işlərinə başlamışdır. İddiaçının paylı mülkiyyətdə olan payını artırmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatda dəyişiklik olunması ilə bağlı inzibati orqana müraciətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, həmin müraciət üzrə aparılan inzibati icraata marağına toxunulan şəxs kimi əmlakın digər payçısı Cavabdeh1 cəlb olunmasa da, evdə əlavə tikinti işlərinin aparılmasına qabaqcadan onun yazılı razılığı alınmamış, hətta onlar arasında mübahisəli hal da yaranmışdır. Belə hal, əlavə tikililərlə bağlı məlumatlandırma icraatının tam aparılmaması qənaəti yaradır. Mə hkəmə qətnaməsi ilə müəyyən edilən hal kimi Cavabdeh1 razılıq ifadə etməsinə gəldikdə isə (bu, həm də iddiaçı tərəfin dəlili qismində çıxış edir), məhkəmə bu xüsusatın məlumatlandırma icraatı üzrə razılıq ifadəsi kimi qəbulunu məqbul saymır. Nəzərə alınmalıdır ki, müvafiq fərdi yaşayış evinin altındakı torpaq sahəsi də payçılara münasibətdə ayrı-ayrılıqda bölünməmişdir. Həmçinin, əlavə tikinti işləri başa çatdırıldıqdan sonra, sifarişçi kimi hazırkı iddiaçı tərəfindən tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd də hazırkı məhkəmə icraatında təqdim olunmamış, habelə onun inzibati icraatda cavabdeh inzibati orqana verilməsi də təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqanın imtina sı qanunvericiliyin, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin, “İnzibati icraat haqqında” Qanunun 11.1, 16, 17, 24.1-ci maddələrinin tələblərinə zidd qiymətləndirilmir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi əlavə olunmuş tikinti sahəsi ilə bağlı üçüncü şəxsin razılığının mövcud olmadığını bildirmişdir.

12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddiaçının inşa etdiyi əlavə tikililərlə üçüncü şəxsin hüquqlarını pozduğunu, qabaq və arxa hissədən iki metr keçdiyini və damın çökdüyünü bildirərək, üçüncü şəxsin iddiaçıya əlavə tikili ilə bağlı razılığının olmadığını bildirmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-2332/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, evin yenidənqurma (artırma) işlərinə qədər olan əvvəlki vəziyyətində ½ hissədə payları müəyyən olunmaqla ideal bölgü qaydasında iddiaçının və üçüncü şəxsin evə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni mülkiyyətçilər arasında razılaşdırılmış real b ölgü mövcud olmamışdır. Konkret halda, iddiaçı məlumatlandırma icraatı qaydasında özünə aid ½ hissədə 2-ci mərtəbəni artırdıqdan sonra da, onlar arasında müvafiq razılıq əldə olunmadan, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır.

15. İddiaçının özünün də istinad etdiyi, işə əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdığı “evin, tikililərin sökülməsi və maneələrin aradan qaldırılması barədə” ilkin iddiası, sonuncunun isə birinciyə qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə” qarşılıqlı iddiası həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(006)-3396/2017 nömrəli qə tnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-604/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki: “…İlkin iddiaçının mübahisəli fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölünməsi və ½ payda tam istifadənin təmin olunması tələbinə münasibətdə irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Daha sonra məhkəmə Mülki Məcəllənin 215-ci və 220-ci maddələrinin tələblərini qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin, mübahisəsi gedən fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölgüsünün aparılmasının texniki cəhətdən mümküns üz olması barədə gəlmiş olduğu nəticə düzgün olmuşdur. Bundan başqa, mübahisəli fərdi yaşayış evində “A”, “B” və “V” tikililərindən başqa texniki təyinatına görə köməkçi sahə (qaraj) olan “Q” tikilisi də mövcuddur ki, həmin tikili əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin predmeti olmaqla, qanuni qüvvəyə minmiş qətnamə əsasında tərəflərin ümumi istifadəsinə verilmişdir. İşin qeyd edilən bu halı da sözügedən fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölgüsünün aparılmasının texniki cəhətdən mümkünsüz olduğunu göstərir.” Tədqiq olunan qətnamələrlə müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən paylı mülkiyyətlə bağlı, mülkiyyətçilər arasında razılaşdırılmış real bölgü mövcud deyildir.

16. Bundan başqa, iddiaçı tərəfindən yenidənqurma (artırma) il ə bağlı əlavə tikinti işləri başa çatdırıldıqdan sonra, tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd nə inzibati icraatda cavabdeh inzibati orqana, nə də ki hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Beləliklə də, iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını və ya işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayə tinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə m üəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

21. Azərb aycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.4 (Əlavə tikinti işlərinin aparıldığı dövrdə qüvvədə olan redaksiyada). Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Maddə 102.6 (Əlavə tikinti işlərinin aparıldığı dövrdə qüvvədə olan redaksiyada). Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət reyestrinə göndərə və ya bilavasitə təqdim edə bilər. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edil məsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 10.2. Qeydiyyat orqanı na verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron po çt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dai r sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələri, o cümlədən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsi tərəfindən şikayətin yalnız ona aid müvafiq qanunvericiliyə istinadən rədd olunması məqbul hesab edilə bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellya siya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi 65,6 (21,7+12,1+9,8+13+4,2+2,5+2,3) kv.m ümumi sahədən və 82,6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onu n mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsinə yönəlmişdir. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi sözügedən fərdi yaşayış evinin ona məxsus hissəsində yeni inşa edilmiş əlavə tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən fərdi yaşayış evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pr osessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-2332/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar