Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-966/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın ləğv edilməsi; İPM-in qüvvəyə minməsindən əvvəl qəbul edilmiş inzibati aktların hüquq varisliyi qaydasında mübahisələndirilməsinin mümkünlüyü; mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı1, İddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qar şı (üçüncü şəxs Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsi) “qərarın mənzilin şəxsi mülkiyyətə verilməsi hissəsində ləğv edilməsi və həmin mənzilin özəlləşdirilməsinin nəticələrinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 yanvar tarixli 2-1(108)-03/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Naxçıvan şəhər X8 icraiyyə Komitəsinin 1991-ci il 20 dekabr tarixli, 645 saylı qərarının Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 24 saylı bin anın 13-cü mənzilinin X5 şəxsi mülkiyyətinə verilməsi hissəsində ləğv edilməsi və həmin mənzilin özəlləşdirilməsinin nəticələrinin etibarsız sayılması” barədə qərara qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, İddiaçı1 1992-ci il sentyabrın 11-də Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin icarədarı olmuş X2 Hüseynovla rəsmi nikaha daxil olub həmin mənzilə gəlin köçürülmüş və mənzilin qeydiyyatına alınaraq bir ailə üzvü kimi mənzildə yaşayıb, digər ailə üzvləri ilə bərabər mənzildən istifadə etməklə birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 1994-cü ildə İddiaçı2 və 1995-ci ildə oğlu İddiaçı3 doğulmuşdur. O, x tərəfindən mübahisəli mənzilə gəlin köçürüləndə həmin mənzildə x özü, qaynanası X6 və həyat yoldaşı X 4 yaşamışlar. 2005-ci ildə X6 2009-cu ildə isə Hüseyn Hüseynov vəfat etmişdir. Onların ölümündən sonra mənzilə sahiblik, mənzildən istifadə və özəlləşdirmək hüququ müstəsna olaraq ailəsinə keçmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2019-cu il 19 iyul tarixli, 2(078)608/2019 saylı sorğusu əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 2019-cu il 26 iyul tarixli, 381 nömrəli cavab məktubuna əsasən məlum olmuşdur ki, x mənzilin Naxçıvan şəhəri XDM İK-nin xx xxxxxx 1991-ci il tarixli 645 nömrəli qərarına əsasən 1992-ci il 21 yanvar tarixdə X5 adına özəlləşdirilmiş və onun adına hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Halbuki, x dövlət mənzil fonduna aid olan x mənzilin yalnız icarədarı idi və həmin mənzil birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı olmadan onun şəxsi mülkiyyətinə verilə bilməzdi. Çünki xun digər ailə üzvləri kimi həmin mənzildə yalnız istifadə hüququ mövcud idi və xla mənzilə dair kirayə müqaviləsi bağlanarkən mənzilin sahəsi onun ailə üzvlərinin sayı nəzərə alınmaqla həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə müəyyən edilmiş norma daxilində verilmişdir. Eyni zamanda, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onlarla bərabər yaşayan sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Ailə üzvlərinin razılığı olmadan heç bir ha lda onun şəxsi mülkiyyətinə verilə bilməz. Lakin Naxçıvan şəhəri XDM İK iddiaçının hüquq sələfi – 2016-cı ildə vəfat etmiş mərhum əri x yazılı razılığı olmadan mübahisəli mənzili Hüseyn Hüseynovun şəxsi mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli 2-1(087)-135/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnzibati orqanın 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanın artıq aradan qaldırıldığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlər inə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 yanvar tarixli 2-1(108)-03/2020 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir və bilavasitə iddianın əsaslarına aiddir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı istər 2000-ci il 1 sentyabradək qüvvədə olmuş, istərsə də həmin tarixdən qüvvəyə minmiş Mülki məcəllələrin müddəaları baxımından hazırkı məzmunda tələbə dair iddia müddətini ötürməmişdir. Çünki həmin qanunvericiliyin müddəalarına əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan Şəhər Məhkəməsinin 2019-cu il 19 iyul tarixli, 2(078)-608/2019 saylı sorğusu əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 2019-cu il 26 iyul tarixli, 381 nömrəli cavab məktubuna əsas ən məlum olmuşdur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 24-də yerləşən 13 nömrəli mənzilin Naxçıvan şəhəri XDM İK-nin 1991-ci il 20 dekabr tarixli 645 nömrəli qərarına əsasən 1992-ci il 21 yanvar tarixdə X5 adına özəlləşdirilmiş və onun adına hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilənlər iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini təsdiq edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə kollegiyasına şikayətin məzmunu ilə oxşar məzmunda yazılı izahat təqdim edərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Üçüncü şəx s ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Digər iddiaçıların və cavabdehin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının 1992-ci il sentyabrın 11-də Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin icarədarı olmuş X2 Hüseynovla rəsmi nikaha daxil olub həmin mənzilə gəlin köçürüldüyü, digər iddiaçıların – İddiaçı1 və onun hüquq sələfinin birgə nikahlarından olmuş digər iddiaçıların 1994 və 1995-ci illərdə doğulduqları, mübahisələndirilən qərarın isə bu faktlardan əvvəl - 1991-ci il 20 dekabr tarixdə qəbul edildiyi nəzərə alındıqda, iddiaçıların qərarın qəbul edildiyi vaxtda həmin mənzilə dair hər hansı subyektiv hüquqa malik olmadıqları aşkardır. Lakin iddiaçılar hazırkı məzmunda tələbin irəli sürülməsi hüququnun onların hüquqi sələfi (İddiaçı1 əri, digər iddiaçıların atası) - 2016-cı ildə vəfat etmiş mərhum X3 məxsus olmasından çıxış edirlər. Bu səbəbdən də iddianın mümkünlük şərtləri və şikayətin dəlilləri həmçinin işin bu halı nəzərə alınmaqla yoxlanılmalıdır. Başqa sözlə, iddiaçıların hüquq sələfi öldüyü məqamda İPM-in müddəalarına əsasən hazırkı məzmunda iddia irəli sürmək hüququna malik olmalı idi. Mübahisəli qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münas ibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İşdən göründüyü kimi, iddiaçıların hüquq sələfi mübahisəli qərarın qəbul edildiyi 1991-ci ildən vəfat etdiyi 2016-cı ilədək həmin mənzildə yaşamış, istinad edilən qərarı ötən 25 ilə yaxın müddət ərzində mübahisələndirməmişdir. Həmin qərardan, yaxud həmin qərara əsasən mənzilin mülkiyyətə verilməsindən iddiaçıların hüquq sələfinin məlumatsız olduğuna dair inandırıcı hər hansı dəlil yoxdur. Əksinə, mərhum F.Hüseynovun mənzilin m ülkiyyətə verildiyi (həm də bunun səlahiyyətli orqanın qərarı ilə həyata keçirildiyi) barədə məlumatlı olmasının qəbul edilməsi həmin vaxtda qüvvədə olan mənzil qanunvericiliyinin müddəalarından irəli gəlir. 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən (İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri): İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat a paran digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən (Yaşayış sahəsindən istifadə haqqı): Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcarədara və onu ailə üzvlərinə müəyyən edilmiş norma ilə düşən mənzil sahəsinin haqqı, eləcə də bütün ailənin bir adamlıq normanın yarısından çox olmayan artıq mənzil sahəsinin haqqı birqat ödənilir. Qalan artıq mən zil sahəsindən istifadə haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi artıq miqdarda ödənilir. Normaların məzmunundan göründüyü kimi, iddiaçıların hüquq sələfi mənzilin hüquqi rejiminin dəyişdiyini (mülkiyyətə verildiyini) və icarədar da daxil olmaqla onun bütün ailə üzvlərinin həmin yaşayış sahəsinin ən azından, artıq, kirayəçisi (icarədarı) olmadıqlarını həmin normalarda icarədar və onun ailə üzvləri üçün nəzərdə tutulmuş hüquq və vəzifələrin daşıyıcısı kimi bilməli idi. Bu zaman, həm də nəzərə alınmalıdır ki, mənzilin icarədarı olmuş Hüseyn Hüseynov 2009-cu ildə (onun arvadı R.Mustafayeva isə ondan əvvəl – 2005-ci ildə) vəfat etmişdir. Deməli, həmin vaxtdan mənzilə sahibliyi tam olaraq iddiaçıların hüquq sələfi və onun ailə üzvləri həyata keçirmişlər. Beləliklə, iddiaçıların h üquq sələfi onun öldüyü məqamda İPM-in müddəalarına əsasən hazırkı məzmunda iddianı irəli sürmək hüququna malik olmadığından, iddiaçılar da həmin məzmunda tələb hüququnu hüquq varisliyi qaydasında əldə etməmişlər. Buradan, iddiaçıların cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüquqları yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 yanvar tarixli 2-1(108)-03/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-966/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-966/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver