Məhkəmə qərarları › İş №2-1(102)-966/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-966/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-966/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə X2 Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “AFB” Bank) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-2784/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında 23 may 2018-ci il tarixli 1302 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 1413 kv. metr torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı icarəsinə verilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri Pirşağı bələdiyyəsinin 14 may 2018-ci il tarixli 07 saylı ümumi iclasının qərarına əsasən X1 Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1 413 kv. metr olan sahə bağçılıq məqsədi ilə müddətli icarəyə verilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2348/2018 saylı 20 iyun 2018-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən Pirşağı qəsəbəsində inşa edilmiş bağ evinin layihənin təsdiq edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

3. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 322 №-li xx.xx.2018-ci il tarixli sərəncamına əsasən iddiaçı tərəfindən Sabunçu rayonu, Pirşağı qəsəbəsində istifadəsində olan 1413 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli bağ evinin layihəsinin təsdiq edilməsi qərara alınmışdır.

4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 555F saylı 221,4 kv. metrdən ibarət bağ evi xx.xx.2019-cu ildə ********** q eydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır (torpaq sahəsi dövlət mülkiyyətində olmaqla).

5. İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı bağ massivində yerləşən 1400 kv. metrdən ibarət 555F№-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

6. Cavabdeh tərəfindən verilmiş **********5 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, bağ evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 23 may 2018-ci il tarixli 1302 nömrəl i icarə müqaviləsinə əsasən faktiki istifadəsində olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı bağ massivində yerləşən 1400 kv. metrdən ibarət 555F№-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, bağ evi uzun illərdir ki, onun istifadə və sahibliyindədir. Həmin torpaq sahəsi üzərində inşa etdirdiyi yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Lakin çıxarışda üzərində xüsusi mülkiyyətində olan inşa etdirdiyi evin yerləşdiyi torpaq sahəsi və hasarının daxilində yerləşən həyətyanı sahə dövlət mülkiyyəti kimi göstərilir. Cava bdeh tərəfindən ona təqdim olunmuş xx.xx.2019-cu il tarixli ********** saylı imtina məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətinin mühafizəsi zonasına düşdüyü göstərilsə də, ona çıxarış verilən zaman belə hal mövcud olmamışdır. Bundan başqa yaxınlıqda yerləşən bütün yaşayış sahələrinin mülkiyyətçilərinə torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına dair çıxarış verilmişdir. Həmçinin cavabdeh tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, inventar nömrəsi 04/3958 saylı texniki pasportda yüksək gərginlik elektrik xətinin keçməsi göstərilməmişdir.

9. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzda imtina məktubunda istinad etdiyi halları təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 555F saylı bağ evi “AFB Bank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, torpaq sahəsinin ölçüsü faktiki olaraq 1.400.0 kv.m təşkil edir. 10. "xxxx" ASC tərəfindən verilmiş 01/12-13/A-196/2/3252 №li xx.xx.2022-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən, sözügedən ünvan (ünvan 2 hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5026/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim: N.Abıyev).

12. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, hazırkı işin ha lları üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 1302 saylı icarə müqaviləsinə əsasən Pirşağı bağ massivində yerləşən 1.413 kv. metr bağ torpaq sahəsi iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəsinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı mövcud deyildir, iddiaçıya torpaq sahəsinin ayrılması bələdiyyə sədrinin sərəncamına əsasən həyata keçirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə göründüyü kimi, torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxs lərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

13. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-2784/2022 nömrəli qərarı (hakimlər S.İ.Bektaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apell yasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində iddiaçı işin hallarına istinad etmiş və iddia tələbindəki dəlilləri təkrarlamışdır. a. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olu nmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı bağ torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan müraciətin təminindən imtina etmişdir.

29. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır.

30. İddiaçı “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 23 may 2018-ci il tarixli 1302 saylı icarə müqaviləsinə isitanadən Pirşağı qəsəbəsi Bağ massivi, ev 553A ünvanında yerləşən 1413 kv. metr torpaq sahəsi ü zərində xüsusi mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, sözügedən müqavilə ilə torpaq sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəyə verildiyi qeyd edilmişdir. Digər tərəfdən, istinad olunan müqavilədə bağ sahəsi “553A” kimi göstərilmiş, iddia tələbində isə 555F nömrəli bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir. Bundan əlavə, iddiaçıya məxsus bağ evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir (Çıxarışa əsasən).

31. Beləliklə, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı “Daşınumaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından, cavabdehin imtinası Qanunun 15-ci maddəsinə əsasən qanuni olmuş, iddiaçının mü lkiyyət hüququnu pozmamışdır.

32. İddiaçıya izah edilir ki, torpağı əldə etməklə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edərək bu istiqamətdə tədbir görə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 21(103)-2784/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar