Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-967/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın, ata adının və soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "adın, ata adının və soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-211/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək doğum akt qeydində adının “x”-dən “x”a, soyadının “x”–dan “x”-yə, ata adının isə “x”-dan “x”-a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 14 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 79 saylı qərarına əsasən adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi haqqında ərizə vətəndaşın təqdim etdiyi qaydasında olarsa icraata qəbul edi lir. Qanun geriyə şamil olunmadığından növbəti dəyişiklik üçün məhkəməyə müraciət edilməlidir. İddiaçı 2019-cu il 27 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx xxx 2019-cu il tarixli imtina məktubunun əsassız hesab edilərək, doğum akt qeydində adının “x”-dən “x”-a, soyadının “x”–dan “x”-yə, ata adının isə “x”-dan “x”-a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, İddiaçı 1993-cü il 26 oktyabr tarixində Mingəçevir şəhərində anadan olmuş, doğum haqqında akt qeydində adının x, soyadının x, ata adı isə xqeyd edilmişdir. 2014-cü ildə Bakı şəhər Cava bdehnə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq adının “x”-dan “x”-ə, soyadının “x”dən “x”-a, ata adının isə “x"-dan “x”-a dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi tərəfindən müraciəti əsaslı qəbul edilərək adının “x”-dan “x-ə, soyadının “ x”-dən “x”-a, ata adının isə “x”-dan "x”-a dəyişdirilməsinə razılıq verilmiş və bu barədə ona “adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında şəhadətnamə verilmişdir. Lakin bir neçə sənədlərində adının əvvəlki kimi qalması, həmçinin də ətrafındakı şəxslərin onu x kimi tanıması çətin vəziyyətlərlə üzləşdirdiyindən, cavabdeh orqana müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 sentyabr tarixli 2-1(82)2330/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dəlilləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmış “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarla uzlaşmır, habelə həmin halların mövcudluğu da müəyyən edilmir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-211/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, hər iki məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmış “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində olan adın, soyadın ata adının növbəti dəfə dəyişdirilməsi üçün əsasların olmadığı və bu səbəbdən də iddianın təmin edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçının tələbi adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsi yox, əvvəlki - X2 qayıtması barədədir. Həmin Qaydaların 6.3-cü bəndinə əsas ən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kimi məhkəmə kollegiyası qanunu yanlış təfsir etmişdir. Mötərizə içində qeyd olunan “ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla” cümləsində qanunverici adın, soyadın və ata adının dəyişdirilməsi ilə əvvəlki ada qayıtmanı fərqləndirmişdir. Belə olan halda iddia təmin olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Şikayətin əsassızlığı, ilk növbədə iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddianın (İPM-in 33.1-ci maddəsi) əsassız olmasından irəli gəlir. Belə ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Yuxarıda qeyd edilən “Qaydalar”ın 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.246.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində aşağıdakılar təsbit olunmuşdur: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alına rkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Hazırkı işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar yoxdur. Həmin müddəalar məhkəmələr tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilmişdir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yet ərli deyil. Belə ki, Mülki Məcəllənin 26.4-cü maddəsinə əsasən, adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-211/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-967/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-967/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver