Məhkəmə qərarları › İş №2-1(102)-967/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-967/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-967/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fo ndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(103)-541/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) 1 avqust 1963-cü ildə Şamaxı rayonu, Poladlı kəndində anadan olmuşdur, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 31 oktyabr 1981-ci ildən 30 dekabr 1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidm ətdə olmuşdur.

3. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: - 1 sentyabr 1980-ci il tarixdən 1 noyabr 1981-ci il tarixə kimi Şamaxı rayon Ə.Qarayev adına sovxozda üzümçülük üzrə fəhlə işləmiş; - 10 fevral 1984-cü il tarixdən 29 sentyabr 1984-cü il tarixə kimi Şamaxı rayon Ə.Qarayev adına sovxozda inşaat briqadasında fəhlə işləmiş; - 28 oktyabr 1984-cü il tarixdən 01 oktyabr 1985-ci il tarixə kimi “Azneft” birliyinin X2 İdarəsində neft və qaz quyularının istismar və kəşfiyyatı üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi işləmiş; - 11 oktyabr 1985-ci il tarixdə “Şirvanneft” NQÇİ-də neft və qaz çıxarma sexinə (1 nömrəli neft mədəni) Kəmaləddin sahəsinə 2-ci dərəcəli neft və qazçıxarma üzrə operator qəbul edilmiş; - 1 iyun 1987-ci ildə həmin ye rdə neft və qazçıxarma üzrə operator işi üzrə 3-cü dərəcə verilmiş; - 25 yanvar 1990-cı il tarixdə həmin yerdə (1 nömrəli neft mədəni) Kəmaləddin sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator işinə keçirilmiş; - 2 yanvar 1993-cü il tarixdə “Şirvanneft” NQÇİ 4 nömrəli NQÇS-də 4-cü dərəcəli neft-qaz quyularının operatoru keçirilmiş; - 1 fevral 1994-cü il tarixdə 4 nömrəli NQÇİ-nin bazasında yaradılan “Azerpetoil” müştərək müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş, Kəmaləddin sahəsinə 4-cü dərəcəli quyuların yeraltı təmir operatoru qəbul edilmiş; - 1 mart 2000-ci il tarixdə həmin sexdə ixtisası üzrə 5-ci dərəcə verilmiş; - 30 noyabr 2000-ci il tarixdə “Azərpetoil” müştərək müəssisəsinin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş; - 1 dekabr 2000-ci il tarixdə " xxxx" Əməliyyat Şirkəti Kəmaləddin neft-qaz çıxarma sahəsinə beşinci dərəcəli yeraltı təmir operatoru təyin edilmiş; - 30 iyun 2004-cü il tarixdən Paker sahəsində usta işləmiş; - 4 yanvar 2005-ci il tarixdə Kəmaləddin sahəsində qazma ustası vəzifəsinə keçirilmiş; - 11 dekabr 2007-ci il tarixdə Quyuların əsaslı və yeraltı təmiri şöbəsində böyük usta vəzifəsinə keçirilmiş; - 1 yanvar 2009-cu il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexində yeraltı təmir üzrə usta vəzifəsinə təyin edilmiş; - 1 iyun 2011-ci il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı təmiri üzrə sahə ustası vəzifəsinə təyin edilmiş; - 31 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 4. “X3 Limited” Ş irkətinin Azərbaycan Respublikasındakı filialının 4 iyun 2020-ci il tarixli, 8 nömrəli arayışına əsasən, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə 8 il 3 ay 20 gün iş stajı var. Belə ki: - 94/k saylı, 9 oktyabr 1985-ci il tarixli əmrlə 11 oktyabr 1985-ci ildən 25 yanvar 1990-cı il tarixə kimi “Şirvanneft” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı neftqazçıxarma sexində 2-ci və 3-cü dərəcə neftqazçıxarma operatoru peşəsində işləmişdir (4 il 3 ay 14 gün, səh.

67. Neft və qaz hasilatı üzrə operatorlar); - 8/k saylı, 19 yanvar 1990-cı il tarixli əmrlə 25 yanvar 1990-cı ildən 1 fevral 1994-cü il tarixə kimi “Şirv anneft” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı NQÇS-də 4-cü dərəcə quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir (4 il 6 gün, səh.

67. Quyuların yeraltı təmiri üzrə operatorlar); - 20/a saylı, 1 fevral 1994-cü il tarixli əmrlə 1 fevral 1994-cü il tarixdə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş, “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə cəmi 8 il 3 ay 20 gün iş stajı var.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 19 iyun 2020-ci il tarixli, 35 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1980-1981-ci illərdə Şamaxı rayon Poladlı kəndi Ə.Qarayev adına sovxozda işləmişdir.

6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qobustan rayon Dövlət Arxivinin 27 iyul 2020-ci il tarixli, 013 nömrəli arxiv arayışına əsasən, iddiaçı 15 iyun 1978-ci il t arixdə “Ə.Qarayev” adına sovxoza fəhlə qəbul edilmiş, 10 yanvar 1981-ci il tarixdə həmin sovxozun taxılçılıq briqadasına fəhlə qəbul edilmiş, 19 yanvar 1981-ci il tarixdə həmin sovxozda müvəqqəti fəhləlikdən daimi fəhləliyə qəbul edilmiş, 10 fevral 1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, 29 sentyabr 1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasından fəhləlikdən azad edilmişdir. 7. "xxxx" Əməliyyat Şirkətinin 6 avqust 2020-ci il tarixli arayışına əsasən, iddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr və vəzifələr üzrə iş stajı aşağıdakı kimidir: - Kəmaləddin neft çıxartma sahəsində 5 dərəcəli YAT-operator - xx.xx.2000xx.xx.2004; - Paker sahəsində usta (Quyuların əsaslı və yeraltı təmir sexi) - xx.xx.2004xx.xx.2005; - Kəmaləddin sahəsində qazma ustası - xx.xx.2004-xx.xx.2007; - Quyuların Əsaslı və Yeraltı təmir şöbəsində böyük usta - xx.xx.2007-xx.xx.2009; - Quyuların Əsaslı və Yeraltı təmir sexində quyuların yeraltı təmiri üzrə usta xx.xx.2009-xx.xx.2011; - Quyuların Əsaslı və Yeraltı təmir sexində quyuların Əsaslı təmiri üzrə sahə ustası xx.xx.2011-xx.xx.2019; - Quyuların Əsaslı və Yeraltı təmir sexində quyuların Əsaslı təmiri üzrə usta xx.xx.2020-xx.xx.2020. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçı 18 il 10 ay 15 gün imtiyazlı iş stajına malikdir.

8. Cavabdehin 6 noyabr 2020-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən, iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 10 ay 8 gün) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən, yəni 1 avqust 2020-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən h al-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 avqust 1963-cü ildə Şamaxı rayonunun Poladlı kəndində doğulmuşdur. Orta məktəbdə oxuduğu müddətdə uşaqlıqda yaşadığı Poladlı kəndində fəaliyyət göstərən Ə.Qarayev adına sovxozda yay tətilində 1978-ci ilin 15 iyun tarixindən 1 sentyabr 1978-ci il tarixinə kimi (dərs ilinin başlanğıcına qədər) mövsümi fəhlə kimi çalışmışdır. Orta məktəbi bitirdikdən sonra 1 sentyabr 1980-ci il tarixində Ə.Qarayev adına sovxoza üzümçülük üzrə fəhlə işinə qəbul edilmiş və 1 noyabr 1981-ci ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən çıxmışdır. 31 oktyabr 1981 - 3 yanvar 1984-cü illərdə həqiqi hərbi xidm ətdə olmuşdur. 10 fevral 1984-29 sentyabr 1984-cü il tarixində Ə.Qarayev adına sovxozda inşaat briqadasında işləmişdir. 28 noyabr 1984 - 1 oktyabr 1985-ci il tarixində X2 İdarəsində qazmaçı köməkçisi vəzifəsində işləmiş, 11 oktyabr 1985-ci il tarixində Şirvanneft NQÇİ-yə neft - qazçıxarma sexinə neft və qaz hasilatı operatoru vəzifəsinə işə qəbul edilmiş və 25 yanvar 1990-cı il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 25 yanvar 1990-cı il tarixindən etibarən həmin idarədə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 1 fevral 1994-cü ilə qədər orada çalışmışdır. 1 fevral 1994-cü il tarixində X1 Kəmaləddin neft-qaz çıxarma sahəsinə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 30 noyabr 2000-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. 1 dekabr 2000-ci ildən Kar asu Əməliyyat Şirkətində Kəmaləddin neft- qazçıxarma sahəsinə yeraltı təmir operatoru qəbul edilmiş və 30 iyun 2004-cü il tarixinədək həmin vəzifədə çalışmış, 30 iyun 2004-ci il tarixindən 04 yanvar 2005-ci il tarixinədək Paker sexində usta vəzifəsində çalışmış, 4 yanvar 2005-ci il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Kəmaləddin sahəsində qazma ustası vəzifəsində çalışmışdır. 1 yanvar 2006-cı il tarixinədək topladığı staja əsasən pensiya təyinatını mübahisələndirildiyi üçün sonrakı əmək fəaliyyətini burada qeyd etməmişdir. 57 yaşının tamam olduğu 1 avqust 2020-ci il tarixinə kimi 40 ildən çox ümumi, 35 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsas ən, güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh 06 noyabr 2020-ci il tarixli **********0 nömrəli məktubla imtina edərək 1 yanvar 2006-cı ilə qədər topladığı ümumi iş stajının 25 ildən az olduğunu qeyd etmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən, əmək fəaliyyəti dövründə 1 yanvar 2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 il 1 ay 13 gün ümumi, 20 il 7 ay 18 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Üstəlik, Azərbaycan Respublikası Milli Arxivinin Qobustan Rayon Dövlət Arxivinin verdiyi arayışa əsasən, 15 iyun 1978-ci il tarixində Ə.Qarayev adına sovxoza fəhlə qəbul edilmişdir. İşdən çıxma barədə qeydlər tapılmasa da, o dövrdə orta məktəbdə oxuduğu ü çün yeni dərs ilinin başlanğıcı olan 01 sentyabr 1978-ci il tarixinin işdən çıxma tarixi kimi qəbul edilməsini məqbul sayır, yəni orta məktəbdə oxuyarkən yay tətilində mövsümi işlərdə çalışmışdır. Həmin dövr üçün 2 ay 16 günlük əmək stajının olması ortaya çıxır. Toplam olaraq, ümumi iş stajının 25 il 3 ay 29 gün təşkil etməsinə baxmayaraq, cavabdeh ümumi iş stajının 25 ildən az olmasını bildirmişdir.

11. Cavabdehin etirazı imtina məktubu ilə eyni məzmunludur.

12. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3533/2021 nömrəli qərarı (hakim E.Əliyev) ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 1 avqust 2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi q eyd etmişdir ki, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin arayışlardan göründüyü kimi, 1 yanvar 2006cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq (25 il 01 ay 11 gün) ümumi iş stajı mövcud olmuşdur və həmin stajın 12 il 6 aydan çox müddətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərə aid olması isə işin mübahisələndirilməyən halıdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(103)-541/2022 nömrəli qərarı (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminat ına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi həmin məbləğdən az olmuş, eyni zamanda ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az (24 il 10 ay 8 gün) təşkil etmişdir. Hər iki instansiya məhkəməsi iddiaçının güzəştli iş stajının qiymətləndirilməsində səhvə yol vermiş, işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olub-olmamasını müəyyən etmək üçün ətraflı araşdırma aparmamış və müvafiq arayışlar tələb etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda bildirilir ki, cavabdehin kassasiya şikayəti formal tərtib edilmiş, iddiaçının ilkin sübutetmə yükü çərçivəsində təqdim etdiyi sübutlar gözardı edilmişdir. Kassasiya şikayətində Ali Məhkəmənin icmal məktublarını və İnzibati Prosessual Məcəllənin müxtəlif maddələrini əsas gətirməklə, guya ilk iki instansiya məhkəməsinin araşdırma aparmaması məsələsi qabardılmışdır. Həmçinin, cavabdeh iddiaçının güzəştli iş stajı barədə də məhkəmələrin araşdırma aparmadığını bildirmişdir. Həmin dəlillərin heç bir hüquqi əsası yoxdur. Cavabdeh əmək kitabçasındakı ümumi iş stajını düzgün hesablaya bilməmiş, əgər düzgün hesablamışsa, onun hansı bir hissəsini hansı səbəblə qəbul etmədiyini və bu səbəblə də, ümumi iş stajının 25 ildən a z olmasını nə imtina məktubunda, nə də ilk iki instansiya məhkəməsində izah edəcək bir münasibət bildirməmişdir. Əmək kitabçası işçinin əmək stajını təsdiq edən əsas sənəddir. Həmin əmək kitabçası üzrə hesablama aparan məhkəmənin ümumi iş stajının 25 ildən artıq (əmək kitabçasında əks edilməmiş və iddiaçının orta məktəbdə oxuduğu zaman yay tətilində mövsümi fəhlə kimi işlədiyi və arxiv arayışları ilə təsdiq edilən əmək fəaliyyəti dövrü nəzərə alınmadan) olması ilə bağlı nəticəyə gəlməsinə baxmayaraq, hansı səbəblə ümumi stajın 24 il 10 ay 8 gün kimi hesablandığı sualları cavabsız qalmışdır. İddiaçının ayrıca əmək kitabçasında göstərilmiş 3 ay 3 günlük hər hansı staj dövrü olmamışdır ki, cavabdeh onu hansısa səbəbdən qəbul etməsin. Təqdim etdiyi sənədlərdə 25 ildən artıq ümumi iş stajının olması öz təsdiqini tapırsa, lakin cavabdeh bunu qəbul etmirsə, onda belə çıxır ki, ya cavabdeh ümumi iş stajını hesablayarkən xətaya yol vermiş, ya da cavabdeh hansısa staj dövrünün bir qismini qəbul etmiş, digər qismini qəbul etməmişdir. Hər iki halda cavabdehin hərəkəti üzrsüz, əsassız hərəkətdir. Çünki, əmək kitabçasındakı qeydlərlə arxiv arayışları arasındakı qeydlərdə də fərqlilik yoxdur. Cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsindən irəli gələn araşdırma aparmamış, iddiaçının xeyrinə olan halları nəzərə almamış, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, özü əks sübutlar toplamamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yera ltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu ma ddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. Qüvvədən düşmüş “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanun: 13-cü maddənin “b” bəndi: əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: (-); neft və qaz hasilatı üzrə operatorlar; (-); quyuların yeraltı təmiri üzrə operatorlar; (-). b) rəhbərlər və mütəxəssislər: (-); neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar; (-).

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kass asiya şikayətinin dəlilləri əsasən mahiyyətcə cavabdehin imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununl a bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunvericiliyə uyğun olaraq müəyyən edilən aşağı həddindən az olması ilə bağlı yeni dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı qərarın 20-ci bəndind ə qeyd edilən normaya əsasən tətbiq edilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə hüququ yaranmış şəxslərə münasibətdə tətbiq olunur. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olan iddiaçıya əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 1 yanvar 2006-cı il tarixdə qüvvədə olan qanunvericilikdə “pensiya kapitalının toplanması” şərti mövcud olmamışdır.

34. Göründüyü kimi, apellyasiya instansiya məhkəmə si iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 21(103)-541/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar