Məhkəmə qərarları › İş №2-1(102)-967/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-967/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-967/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini n yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X17) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022ci il tarixli, 2-1(103)-2124/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Məhkəməyə qədər müəyyən edilən hallar:

1. Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə - Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına müvafiq olaraq, iddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır.

2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********13 nömrəli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Lakin 204 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair iddiaçının adına order İdarənin arxivində aşkar edilməmişdir.

3. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət e tmişdir. Cavabdehin 31 mart 2021-ci il tarixli, **********88 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin elektron kadastr məlumatlarına əsasən, “120q” saylı bağ sahəsi digər fiziki şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “120b” saylı bağ sahəsinə dair sənədlər:

4. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 nömrəli qərarına əsasən, X3 Köçəri bağlar sahəsində 204 nömrəli BTK-nın nəz dində 0.12 ha torpaq sahəsi olan “120b” saylı bağ sahəsi ayrılmış və bu barədə, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativi tərəfindən 32 nömrəli order yazılmışdır.

5. X10 Bakı şəhəri Bağlar idarəsinə ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən “120b” saylı bağ sahəsinin tikintisi ilə birlikdə X2 adına keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “120q” saylı bağ sahəsinə dair sənədlər:

6. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən, X4 Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan “120q” saylı bağ sahəsi ayrılmış və bu barədə, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişa fı və istismarı birliyinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativi tərəfindən 6 nömrəli order yazılmışdır.

7. X11 Bakı şəhəri Bağlar idarəsinə ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən “120q” saylı bağ sahəsinin qohumu X5 adına keçirilməsini xahiş etmişdir. 8. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 28920 nömrəli müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli 441 nömrəli protokolu əsasında Mərdəkan qəsəbəsində 0.12 ha ərazisi olan “120q” nömrəli bağ sahəsi X5 icarəsinə verilmişdir.

9. Həmin bağ sahəsinə dair xx.xx.2010-ci il tarixdə tərtib edilən A 311980 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən bağın nömrəsi “120 t” olaraq göstərilmişdir.

10. Hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120t nömrəli bağ sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. 11. 23.01.2011-ci il tarixli “Torpağın bağışlama müqaviləsi”nə əsasən, yuxarıda qeyd edilən bağ sahəsi X14 tərəfindən üçüncü şəxs X15 bağışlanmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydə alınmaqla, ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilən “120 n” saylı bağ sahəsinə dair sənədlər:

12. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən, iddi açıya Köçəri bağlar sahəsində 204 nömrəli BTK-nın nəzdində 0.12 ha torpaq sahəsi olan “120n” saylı bağ sahəsi ayrılmış və bu barədə, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativi tərəfindən 120 n nömrəli order yazılmışdır.

13. İddiaçı Bakı şəhəri Bağlar idarəsinə ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən “120n” saylı bağ sahəsinin Maraqlı şəxs adına keçirilməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1626/2022 nömrəli qərarında göstərilənlərə əsasən: - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamı ilə vətəndaş Maraqlı şəxs Mərdəkanda 204 nömrəli ВТК tərkibində “120 n” nömrəli bağ sahəsi ayrılmışdır. - Bakı şəhə ri, Mərdəkan qəsəbəsindəki “120n” saylı bağ sahəsinin və 120 nömrəsi ilə əlifba sırasına əsasən sıralanmış bağ sahələrinin sxematik xəritəsinin və “120n” saylı bağ sahəsinin qeydiyyat qovluğundakı Bağların sxematik xəritəsinə əsasən, 120 “n”, 120 “b” və 120 “q” saylı bağ sahələri bir cərgədə yerləşir; - Bağlar Təsərrüfatı İdarəsinin 20 nömrəli orderinə əsasən, Mərdəkan 204 nömrəli BTK nəzdində 120 “n” nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli sərəncamına əsasən, X12 ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir; - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 239 nömrəli Sərəncamına əsasən, M ərdəkan qəsəbəsi, 120 “N” saylı bağ sahəsində vətəndaş X7 tikdiyi yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır; - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, ev 120N saylı bağ evi və altındakı 0.12 ha torpaq sahəsinə X7 hüquqları xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; - Həmin bağ evi və altındakı torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirilmişdir (sonuncu dəfə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına), hazırda bağ evi və altındakı 0.12 ha torpaq sahəsi üzərində X8 xüsusi mülkiyyət hüququnun qeydiyyatı mövcuddur. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin qərarından sonra təqdim edilən sənədlər:

15. Bakı şəhər İcraiyyə Komitəs inin xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarına əsasən, iddiaçıya Mərdəkan bağlar sahəsində 204 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan “120q” saylı bağ sahəsi ayrılmış və bu barədə, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativi tərəfindən 26 nömrəli order yazılmışdır.

16. Üçüncü şəxs X9 Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizəsində göstərilmişdir ki, iddiaçı və onun kürəkəni X1 Bağlar massivində onun qonşularıdır. Bağ sahələri ilə bağlı indiyə qədər hər hansı problem və mübahisə olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan X16 yerləşən, sahəsi 0.12 ha olan bağ sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib edilməsi və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən 204 nömrəli BTK nəzdində X16, Mərdəkan qəsəbəsində 0.12 ha bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan hal-hazıradək bağ sahəsindən mütəmadi istifadə edir. Lakin bağ sahəsi hal-hazıradək özəlləşdirilməmişdir. Bağ sahəsinin orderi itirilmişdir. Müxtəlif orqanlara m üraciət etsə də, həmin sənədlərin surəti ona təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən ona verilən cavab məktubunda həmin bağ sahəsinin ona verilməsinə dair məlumatın olduğu bildirilmişdir. Hesab edir ki, istifadəsində olan bağ sahəsi onun mülkiyyətindədir və həmin bağ sahəsinə dair çıxarışın da verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

19. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 7 fevral 2022-ci il tarixli, 21(112)-827/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində Köçəri 20 4 nömrəli bağtikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçının istinad etdiyi, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilmədiyindən, həmin qərar iddiaçının iddia etdiyi 0.12 ha bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

22. Bundan əlavə, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğun gəldiyi “120b” və “120q” saylı bağ sahələri ilə bağlı məhkəmə araşdırması aparılmış və cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərindən həmin bağ sahələrinə dair digər fiziki şəxslərin adına olan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iddia etdiyi bağ sahə sinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən sübutlar (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Hazırkı halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğuna dair hər hansı sənəd işin materiallarından müəyyən edilmir.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıv erdiyev və İ.S.Şirinov) 8 dekabr 2022-ci il tarixli, 21(103)-2124/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(112)-827/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan X16 yerləşən, sahəsi 0.12 ha olan bağ sahəsinə dair iddiaçının adına plan-ölçünün tərtib olunması və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya mübahisəli bağ sahəsi Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı əsasında ayrılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sor ğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli BA01620-2021 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş arxiv arayışından görünür ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına müvafiq olaraq iddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarı və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarı isə onu nəzərdə tuturdu ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələrinin ölçüsü 0.12 ha ölçüdə olmalıdır. Cavabdeh id diaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Belə olan halda, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilməlidir.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən, “120q” saylı bağ sahəsi (“120t” kimi) digər fiziki şəxsin (X17) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

28. Əlavə olaraq, iddiaçı ona bağ sahəsinin ayrılması ilə əlaqədar Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına istinad etsə də, İdarənin arxiv məlumatlarına əsasən iddiaçıya müvafiq qərarla 204 nömrəli BTK tərkibində sahəs i 0.12 ha olan 120N saylı bağ sahəsi ayrılmış, daha sonra iddiaçı həmin bağ sahəsindən öz ərizəsi əsasında Maraqlı şəxs xeyrinə imtina etmişdir.

29. İdarənin arxivində həmçinin, müvafiq bağ sahəsinin Maraqlı şəxs tərəfindən qəbul edilməsi ilə bağlı ərizə də mövcuddur. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən istifadə olunan bağ sahəsinin “120H” saylı bağ sahəsi kimi onun adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, qeyd edilən bağ sahəsinə dair eyni BTK nəzdində eyni bağ nömrəsi ilə digər fiziki şəxsə bağ sahəsi ayrılmış və dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlandığı üçün İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işl ərinin aparılması mümkün olmamışdır. Müraciətinin icrasının mümkün olmaması ilə əlaqədar E. Cəbrayılovaya xx.xx.2021-ci il tarixli, **********98 nömrəli məktub ünvanlanmışdır. 30. ünvan şəhər İH Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1256 nömrəli sərəncamına əsasən 204 nömrəli BTK nəzdində 0.12 ha bağ sahəsinin X7 adına ayrılması ilə əlaqədar yazılmış 20 nömrəli order əsasında həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda müvafiq bağ sahəsi üzərində yerləşən bağ evi ilə birlikdə vahid daşınmaz əmlak olaraq **********28-11301 reyestr nömrəsi ilə X8 xüsusi mülkiyyətindədir.

31. Bundan başqa, məhkəmə mübahisəsi dövründə iddiaçı müvafiq bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınma sı ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmiş, ərizəsinə ona 120q saylı torpaq sahəsinin ayrılması ilə bağlı order əlavə (qoşma) etmişdir. Halbuki, iddiaçı adıçəkilən müvafiq orderi İdarəyə xx.xx.2021-ci il tarixli müraciəti zamanı təqdim etməmişdir. Məhkəmə mübahisəsində isə iddiaçı iddia etdiyi bağ sahəsi ilə əlaqədar həm iddia tələbində, həm də apellyasiya şikayətində ona verilmiş orderin itdiyini qeyd edərək məhkəməyə yalan məlumat vermişdir. İddiaçının ərizəsinə əlavə etdiyi orderin araşdırması zamanı həmin orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir.

32. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı əsasında bağ sahəsi ayrılmış, bununla bağlı onun adına müvafiq order yazılmış, lakin daha sonra müvafiq ərizə əsasında öz hüququndan Maraqlı şəxs xeyrinə imtina etmişdir. Sonuncuya isə müvafiq bağ sahəsinə hüququn əldə edilməsi ilə əlaqədar 26 nömrəli order təqdim etmişdir. Sənədlərin araşdırmasından məlum olur ki, iddiaçı müvafiq bağ sahəsinə hüququndan imtina etdiyi üçün həmin bağ sahəsinə hüququnu itirmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Re spublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqa nlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət e tdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu halla rda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apell yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 36-cı bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

39. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən iddia olunan bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına istinad etmiş və həmin qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu bildirmişdir.

40. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etsə də, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəldiyinə görə məhkəmənin qərarı əsassız olduğundan icra edilmək keyfiyyətinə malik deyil.

41. Belə ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi bağ sahəsinin naturada yerləşməsi, digər şəxslərin hüququna toxunub-toxunmaması ətraflı şəkildə araşdırılmamış, sadəcə olaraq torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək qərar qəbul edilmişdir.

42. Ona görə də, məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur.

43. Kassasiya şikayətinin dəlillərinə əsasən kassator üç məqamı mübahisələndirir: - iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahələrinin ərazisinə uyğun gəldiyi və elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsinin (“120t” kimi) digər fiziki şəxsin (X17) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; - idarənin arxiv məlumatlarına əsasən, iddiaçıya müvafiq qərarla 204 nömrəli BTK tərkibində sahəsi 0.12 ha olan 120N saylı bağ sahəsinin ayrılması, daha sonra iddiaçının həmin bağ sahəsindən öz ərizəsi əsasında Maraqlı şəxs xeyrinə imtina etməsi, habelə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997 -ci il tarixli, 1256 nömrəli sərəncamına əsasən 204 nömrəli BTK nəzdində 0.12 ha bağ sahəsinin X7 adına ayrılması ilə əlaqədar tərtib edilmiş 20 nömrəli order əsasında həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, hazırda müvafiq bağ sahəsinin X8 xüsusi mülkiyyətində olması; - məhkəmə mübahisəsi dövründə iddiaçının müvafiq bağ sahəsinin qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə etdiyi müraciətə 120q saylı bağ sahəsinin ayrılması ilə bağlı orderi əlavə etməsi (halbuki, iddiaçı müvafiq orderi əvvəllər cavabdehə təqdim etməmiş, həm iddia tələbində, həm də apellyasiya şikayətində ona verilmiş orderin itdiyini qeyd etmişdir) və həmin orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi.

44. Cavabdehin kassasiya şikayətinin yuxarıda qey d edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarının qəbul edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin qərarda iddiaçıya ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü, sxemi və yerləşmə yeri göstərilmədiyindən, sadəcə olaraq həmin qərara istinad etməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil.

45. İlk öncə qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsində və apellyasiya şikayətində Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən ona ayrılmış bağ sahəsinə dair ord eri itirdiyini qeyd etsə də, sonradan cavabdehə və apellyasiya instansiyası məhkəməsinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsinin Mərdəkan bağlar sahəsindəki 204 nömrəli kooperativin 26 nömrəli orderini təqdim etmişdir.

46. Cavabdeh həmin orderin nüsxəsinin İdarənin arxivində aşkar olunmadığını bildirmişdir. İddiaçının bağ sahəsinə dair orderi itirdiyini deməsinə baxmayaraq, sonradan 26 nömrəli orderi təqdim etməsi həmin sənədin əsaslı şəkildə araşdırılması zəruriyyətini yaradır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən həmin orderin mətni (həm çap, həm də əlyazma hissəsi) kiril qrafikalı əlifba ilə yazılsa da, möhür latın qrafikalı əlifba ilə vurulmuş və orderin tərtib edilmə tarixi göstərilməmişdir. Habelə, həmin orderin ilk dəfə verilməsi və ya itirilmiş orderin dublikatı olub-olmaması da işin araşdırılmalı olan hallarındandır.

47. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilən məlumatlardan göründüyü kimi, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin naturada yerləşməsi və həmin torpaq sahəsinə verilmiş orderlə bağlı ciddi ziddiyyətlər mövcuddur.

48. İddiaçı hazırkı qərarın 46-cı bəndində göstərilənlərə əsasən ciddi araşdırma tələb edən orderdə “120q” saylı bağ sahəsinə iddia etsə də, cavabdehin arxivində iddiaçının adına “120n” saylı order aşkar edilmiş, lakin iddiaçı həmin bağ sahəsindən Maraqlı şəxs xeyrinə imtina etdiyindən order ləğv edilmişdir.

49. Habelə, cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin x x.xx.2022-ci il tarixli, 2-1(112)-1626/2022 nömrəli qərarında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamı ilə vətəndaş Maraqlı şəxs Mərdəkanda 204 nömrəli ВТК tərkibində 120n nömrəli bağ sahəsinin ayrıldığı, eləcə də, Bağlar Təsərrüfatı İdarəsinin 20 nömrəli orderinə əsasən Mərdəkan 204 nömrəli BTK nəzdində 120 “n” nömrəli bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1256 nömrəli sərəncamına əsasən X12 (hazırda X8 adınadır) ayrıldığına dair ziddiyyətli məlumatlar mövcuddur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, torpaq sahəsinin yerləşdi yi yer, koordinatlar və sxemi göstərilməyən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir.

51. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən ziddiyyətli hallar – iddiaçının adına olan (həm özü, həm də cavabdeh tərəfindən təqdim edilən) 26 və 120n nömrəli orderlərin mötəbər olub-olmaması araşdırılmalı, iddiaçının tələb etdiyi bağ sahəsinin naturada yerləşməsi müəyyən edilməli, bu zaman həmin bağ sahəsinə digər şəxslərin hüququnun olub-olmamasına və iddiaçının ona ayrılmış bağ sahəsindən Maraqlı şəxs xeyrinə imtina etməsinə hüquqi qiymət verilməli, bununla bağlı iddiaçıya verilmiş “120n” saylı bağ sahəsinə dair 120n nömrəli orderin ləğv edilib-edilməməsi, həmin bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamının və ya hər hansı digər inzibati aktın mövcudluğu yoxlanılmalı, hüququna toxunulduğu müəyyən edilən digər şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir.

52. Yalnız bu halların araşdırılması və əldə edilən mötəbər sübutlara müvafiq olaraq iş üzrə müəyyən edilən bütün ziddiyyətlərin aradan qaldırılmasından sonra iddia tələbinə hüquqi qiymət verilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 35-36-cı bəndlərində qeyd olunan maddi və prosessual hüquq no rmalarının tələblərinə cavab vermir.

54. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-2124/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

56. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

57. Şərh edilənlərə əsasən, məhkəmə k ollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(103)-2124/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar